Sən gedirsən...
Uzaq-uzaq ünvanlara
Qanadlanmış xəyal kimi, duyğu kimi
Sən gedirsən...milyon-milyon xatirənin arasından,
Sən gedirsən, icin-icin həsrətinlə qaysaqlanmış ürəyimin yarasından.
Sən gedirsən...
Söylə neyçün?
Söz demədən, son sözünü söyləmədən
Niyə belə edirsən?
İçimdəki harayımı ovutmadan axı hara gedirsən?
Getmə dayan...
Heç olmasa qoy əksini gözlərimə həkk eyləyim,
Bir az gözlə...
Bu məhhəbbət oylağını əvvəlki tək qoy səninlə
Tərk eyləyim.
Əgər getsən hayqıraram, kükrəmiş bir dəniz kimi
Vulkan kimi,
Dəli kimi qıy vuraram, balasından ayrı düşmüş yaralı bir tərlan kimi
Getmə dayan!
Heç olmasa son dəfə də gözlərinə baxım barı,
Birdə çətin görə biləm, gözlərimə qəsd eyləyən baxışları
Sən gedirsən...
Düşünmürsən qəm karvanı, taleyimə cığır salar, yol salar
Hicran ağac qurdu tək ürəyimi parçalar.
Yadındamı? İlk görüş?
Səni gizli süzərdim
Baxışımı boynuna mirvari tək düzərdim,
Sənə çiçək dərəndə kədərlənib durardın,
Gülü dərməzlər deyib,
Hay-həşir qoparardın,
Məni suçlu sanardın.
İndi mənim taleyim bir gülə dəyməz oldu,
Üzülməyən iradəm, yenə üzülməz oldu.
Ümüdümü qırmağa bəlkə savab deyirsən?
Sənki rəhimdil idin niyə belə edirsən?
Gəl aparma özünlə daha belə günahı,
Tutar səni, tez tutar əzablarımın ahı
Sən gedirsən...
Elə bil dünya işıqsız qalır, yaraşıqsız qalır,
Kədər adlı dünyama, yeni kədər boylanır.
Vədənin yel qanadında
Gəldi çatdı sonuncu an,
Mənsə yenə yalvarıram
Dayan!dayan! bir az dayan!
Sən gedirsən...
Asta-asta, aram-aram
Düşünməki daha varam
Səndən sonra sənsizlikdə
Bir əbədi yadigaram!
Qayıtma daha
Çıxıb getdinsə birdəfəlik get,
Bu sınıq qəlbimə qayıtma daha.
Məni tərk etdinsə, ömürlük tərk et,
Məhv olmuş dünyama qayıtma daha.
Sev bir başqasını, sev məndəndə çox,
Etdiyin günahçün sən Allahdan qorx.
Sənə bir damlada artıq sevgim yox,
Boş qalmış qəlbimə qayıtma daha.
Peşiman olsanda sən məni unut,
Axan göz yaşımı sevginlə qurut.
Uzaqdan sən mənim könlümü unut,
Ümüdsüz qəlbimə qayıtma daha!
Müəllif: Abbas Alazanlı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rita Ora yay tətilində də maskasını çıxarmır - FOTO
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Bakıda daha bir möhtəşəm tikili-FOTO
Xəbərdarlıq: həkim məsləhəti və ya profilaktik tədbirlərə ehtiyac var
Yeniyetmələrin 71 faizi Facebookdan istifadə edir
Yuxular və yuxuyozmalar (10)
Gürzə (foto resept)
Spinozanın düşüncələri
Ətli, kələmli, pomidorlu salat (foto resept)
"Körpə ayı" tortu (foto resept)
Şakira xəstəxanaya yerləşdirildi-FOTO
Venesiyada maraqlı tapıntı
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
"Büdcəyə dəyişiklik olunacaq"
Aya iki bombardmançı təyyarə GÖNDƏRİLİR
Smurfiklər şəhəri - FOTO
Koronavirusa isti hava şəraiti təsir edəcək? - Alimlərdən açıqlama
Sağlam dəri üçün təbii maskalar
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Bakı sakinlərinə şad xəbər: yeni yol açılır
Brad Pitt hansı qadınlara aşiq olur?
HAVA necə olacaq?-19 Sentyabr
Evdə saç rəngini açmaq üçün 2 təbii üsul
Mazurka piroqu
Fonetika - Hərflər (1)
Biskvitlı tort (foto resept)
Tez-tez çimmək ziyandır?
COVID-19 xəstəsi 14 gündən sonra başqasını yoluxdura bilərmi? - VİDEO
Mimikaki
Modapərəst qadınların Must-have geyimləri
Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək
"Supermen" olmaq istəyirsiniz?
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib
O yaşda beyin duru
Təcili inflyasiya tapşırığı verildi
Bu qeyri-adi məxluq hər kəsi heyrətləndirir!-VİDEO
Sergey Şoyqu: “Qarabağda dinc bir həyat qurulacağına ümidvaram”
Ronaldodan alqışa layiq ADDIM
Azərbaycanda nikahdankənar doğum halları araşdırılacaq
Bu gün Ümumdünya Qan Donoru Günüdür
2020-ci ilin ayaqqabı trendləri
“Azercell” abunəçilərinə xəbərdarlıq edib
Sevin bir-birinizi...
Son zamanlar uşaq ədəbiyyatına maraq niyə azalıb?
Qadının mədəsində bolt aşkarlandı-FOTO
Bayram üçün kombin tövsiyələri
Xoruzların səhər banlamasının səbəbi öyrənildi
"Süd çörək" (foto-resept)
"Mançester Yunayted"in yeni baş məşqçisi rəsmən bəlli oldu
Səudiyyə Ərəbistanında ilk dəfə qadın baş redaktor oldu
- ŞƏRHLƏR