Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Gender probleminin xüsusiyyətləri və onların həlli yolları

         Gender probleminin xüsusiyyətləri və onların həlli yolları

İnsanların, cəmiyyətin yenidən qurulmasından gözlədikləri müsbət cəhətlərdən biri də, hər bir insanın öz müqəddaratını özünün müəyyən edə bilməsi, imkanlarının genişlənməsidir. Bütün məsuliyyəti öz üzərinə götürə bilən, bu və ya başqa seçimi etməyi və qarşıya qoyulmuş məqsədlərə çatmağı bacaran şəxsiyyətin roluna bu yeni yanaşma, insan fəaliyyətinin bütün sahələrini əhatə edir. Deyilənlər qadınlara da bütünlüklə aiddir. Qadınlar iqtisadiyyatda, cəmiyyətdə, nəhayət, dəyişikliklər prosesinin özündə mühüm rol oynayırlar. Onlar haqqı ödənilən və ödənilməyən əməklə məşğul olaraq, iqtisadiyyatda fəal iştirak edir,siyasi həyat və şəxsi təşəbbüs sahəsində əhəmiyyətli xidmət göstərirlər. Qadınlar uşaqların xoşbəxtliyinin təmin olunmasında həlledici, ailədə və cəmiyyətdə, xüsusən keçid dövrünü yaşayan ölkələrin gələcəyinin təmin olunması üçün inkişaf etdirilməsi zəruri olan sahələrdə əsas rol oynayırlar. Azərbaycan da bu ölkələr sırasına daxildir.

        İctimai həyatın mühüm yönlərindən olan gender probleminin doğurduğu mənafe toqquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdır. Bu səbəbdən də problemi Azərbaycan cəmiyyətində baş verən proseslərdən təcrid olunmuş şəkildə təhlil etmək mümkün deyildir. Azərbaycanda yaşayan qadınlar özünün xüsusi maraqları olan əlahiddə qrup olmayıb, sadəcə bütün əhalinin yarısını təşkil edirlər və onların konkret problemlərinin, fundamental, sosial əhəmiyyəti vardır.

        Adətən qadınlar cəmiyyətdəki imkanlarına görə aşağı pillələrdə yer tuturlarsa da, bu onların yeni nəslin böyüməsi üçün zəruri olan hər şeyi təmin etmək və onun qayğısına qalmaq rolu ilə müəyyən edilən xüsusi tələblərlə bağlıdır. Uşaqların doğulması funksiyası ilə şərtləndirilmiş sosial baxımdan qərarlaşmış bu cür asılılıq, qadın və uşaqların firavanlığı arasında qarşılıqlı əlaqəni gücləndirir. Qadınların gündəlik həyatı da öz növbəsində bütün cəmiyyətin həyatına çox böyük təsir göstərir və onların inkişafı bütövlükdə bəşəriyyətin tərəqqisini səciyyələndirən həssas göstərici kimi çıxış edir. Gender münasibətləri ilə istiqamətlənmə özlüyündə insanların cinslərindən asılı olmayaraq bərabərhüquqlu olmasını müdafiə edir. O,feminizm ideyalarından köklü surətdə uzaqdır (baxmayaraq ki, tədqiqatlar nəticəsində qadınların və uşaqların öz hüquqları baxımından ən çox sıxışdırılan kateqoriya kimi qalmaqda davam etməsi aydın olmuşdur) və onlar qədər təcavüzkarcasına kəskin deyil. 
        Sosialist quruluşunda dövlət bazarın,ailənin və başqa vətəndaş təsisatlarının rolunu minimuma endirməklə, əsas sosial qurum qismində çıxış edirdi.Həm də dövlət sosial norma və dəyərlərin,eləcə də gender bərabərliyi ilə bağlı olan amillərin də rəsmi vasitəçisi və baş hakimi funksiyasını da öz üzərinə götürmüşdü. Sosialist dövləti eqalitar ideologiyanı təsbit edərək,qadın və kişilərin bərabərhüquqlu olmasını qanunvericilikdə təsdiq etsə də, onun məqsədləri və vədləri qadınların gündəlik həyatında reallaşdırıla bilmədi. Sosialist üsul-idarəsində qadınların vəziyyəti bir sıra mühüm sahələrdə nisbətən yaxşılaşdı. Komanda ilə idarə olunan iqtisadiyyata malik bir sıra ölkələrdə təhsil sahəsində bərabər imkanların inkişaf etdirilməsinə və qadın 146 məşğulluğunun yüksək səviyyəsinin əldə olunmasına kömək göstərilir,uşaqlara hərtərəfli,əsaslı qulluq və anaların sağlamlığının mühafizəsi təmin edilirdi. Qadınlara belə münasibət sosial ədalətlə deyil, daha çox iqtisadi məqsədlərdən və maraqlardan irəli gəlirdisə də, onun nəticəsi qadınların inkişafında əldə olunan konkret tərəqqidə əksini tapdı. Azərbaycan qadınları da beləcə geniş təhsil almaq imkanı əldə etdilər ki, bu da özünü o zaman onların həyatında, ailədə, cəmiyyətdə, siyasi və dövlət sistemində və b. sahələrdə müəyyən yer tutmasına təsirini göstərməyə bilməzdi. Ölkənin iqtisadi,sosial və siyasi həyatında keçid dövrünün başlanması gender bərabərliyinin təmin olunmasında dövlət inhisarının ləğv olunmasına gətirib çıxardı və qadınlar bərabərlik baxımından tamamilə fərqli şərtlərin mövcud olduğu açıq mühitlə, imkanların bol olması şəraitində təhlükəli meyllərin də artdığı məkanla üz-üzə qaldılar.

          Keçid dövrü qadınları onların əvvəldə məşğulluq və sosial təminat sahəsində əldə etdikləri nailiyyətlərdən məhrum etdi. Bu tənəzzülü adətən dövlətin rolunun kəskin və əhəmiyyətli dərəcədə kiçilməsi ilə izah edirlər. Sovet quruluşunun dağıldığı,demokratik cəmiyyətin isə yenicə doğulduğu dövrdə ictimai qüvvələrin geniş birliyindən qadınların cəmiyyət həyatında hərtərəfli iştirakının təmin edilməsi üçün tələb olunan səylər reallaşmaya da bilər. Bununla yanaşı,demokratik cəmiyyətə və bazar iqtisadiyyatına keçid qadınlara həm şəxsiyyət, ana, işçi qüvvəsi, ailənin və kollektivin, müxtəlif birliklərin üzvü kimi, həm də əhəmiyyətli siyasi qüvvə olmaq baxımından mühüm faydalar gətirə bilər. Keçid dövründə qadınları gözləyə biləcək təhlükələri vurğulamaqla yanaşı, bu mürəkkəb problemin həll edilməsinə göstərilən səylərin nə kimi uğurlu nəticələr verə biləcəyinə də diqqəti yönəltmək çox vacibdir. Təəssüflər olsun ki,gender siyasətinin meylləri və Azərbaycan əxlaqında baş verən proseslərin elmi tədqiqinə dair düzgün informasiyanın azlığı, qadın həyatında baş verən dəyişikliklərin daha geniş – iqtisadi, sosial və siyasi kontekstinə aydınlıq gətirilməsini çətinləşdirir. Bu gün bazar münasibətlərinin formalaşması ilə bağlı olaraq, mənəvi həyatda baş verən məsələlərin və mənfi  xüsusiyyətləri çoxluq təşkil edən meyllərin ortaya çıxması hələlik nəzəriyyəçi diqqətindən kənarda qalmışdır. 

            Bazar münasibətlərinin formalaşmaqda olan səviyyəsi və biznes sahəsində qarşılıqlı əlaqələrin təcrübəsi göstərir ki, mənəvi həyatda baş verən bir çox hadisələrin təməlini heç də əməyin dəyəri və sahibkar şərəfi kimi amillər təşkil etmir. Bunun bir çox səbəbləri vardır: bütövlükdə iqtisadi münasibətlərin vəziyyəti, bazar münasibətlərinin hüquqi tənzimləməsinin tam bərqərar olmaması, etika elminin vacib hissəsi kimi, ənənəvi olaraq mənəvi tərbiyənin vasitəçisi rolunu oynayan ictimai rəyin, demək olar ki, haçalanması və b. Bununla belə, keçid dövründə qadınların inkişafındakı bəzi meylləri izləmək mümkündür; bütövlükdə isə onlar aydın və səlis ifadəsini tapmamışdır.



 

          Azərbaycanda 1990-95-ci illərdə inkişafın səviyyəsinin aşağı düşməsinin əsas səbəbi istehsal həcminin azalması olmuşdur.Keçmiş sosializmdən irs qalmış istehsalın səmərəsiz,bazara uyğun olmayan sistemi, sadəcə olaraq, formalaşmaqda olan bazarın tələbatını ödəyə bilmədi. 1998-ci ilin avqust ayınadək 27 keçmiş sosialist dövləti qadınlara qarşı bütün ayrı-seçkilik formalarının ləğv edilməsinə dair Konvensiyanı imzalamış və təsdiq etmişdir. İndi bu ölkələr adı çəkilən sənədin həyata keçirilməsinin təmin olunması üzrə beynəlxalq fəaliyyətdə hərtərəfli iştirak edə bilərlər. Bu prosesə layiq olduğundan artıq dəyər vermək çətindir, belə ki, o əldə olunan tərəqqini qiymətləndirməyə,nöqsanları aşkara çıxarmağa və onları aradan qaldırmaq tədbirlərini tövsiyyə etməyə imkan verir.

         Bu bir sirr deyil ki, Konvensiyanın Azərbaycanda həyata keçirilməsi məqsədilə bir sıra böyük problemləri həll etmək lazımdır. Söhbət bərabərliyin təmin olunmasının hüquqi və dövlət mexanizmlərinin adekvatlığından tutmuş qadınların roluna və onların əsas hüquqlarının pozulmasına aid olan davranış modelləri, mədəni və b. təsəvvürlərin xarakterinə qədər məsələləri əhatə edən problemlərin geniş dairəsindən gedir. Qadınların əsas hüquqlarına gəlincə,qadınlara qarşı ayrı-seçkiliyə «qadınların ailə vəziyyətindən asılı olmayaraq,onların siyasi, iqtisadi, sosial, mədəni, vətəndaş və istənilən başqa sahədəki insan hüquqları və əsas azadlıqlarından kişilərlə qadınların bərabərhüquqluluğu əsasında istifadə etməsini və ya onları həyata keçirməsini cinsi əlamətə görə zəiflətməyə yönəlmiş, yaxud onları yox dərəcəsinə endirən istənilən fərqləndirmə,məhrumetmə,yaxud məhdudlaşdırma» (BMT-nin qadınlara qarşı bütün ayrı-seçkilik formalarının ləğvinə dair Konvensiyası) kimi tərif verilir. İqtisadiyyatda keçid dövrünü yaşayan ölkələrdə dövlətin rolunun dəyişməsi ilə əlaqədar hökumət vətəndaşların hüquqlarının,eləcə də kişilərlə qadınlar arasında bərabərliyin təmin edilməsində mühüm rol oynamalı olur. Keçmiş sosialist ölkələrində dövlətin, cəza aparatı rolu oynadığını nəzərə alsaq, burada onun cəmiyyətin dəyər və normalarına istənilən müdaxiləsinə kəskin,hətta ağrılı reaksiya müşahidə olunur. Deyilənlərlə yanaşı,Azərbaycanda Konvensiyanın bərabərliyə dair və b. müddəalarının reallaşdırılmasına əksər hallarda geniş yayılmış və sabit şəkil almış gender stereotipləri və mədəni ənənələr də mane olur. Gender bərabərsizliyi problemi məişətdə həmişə həll oluna bilmir, bəzən hökumət qadınlara ictimai sahədə müstəqil fəaliyyət göstərən şəxsiyyətlər kimi deyil, ailə kontekstində, ana qismində baxmağa meylli olur. Qadınlar haqqında bu stereotip təsəvvürlər çox vaxt hüquqi və faktiki bərabərlik arasındakı uyğunsuzluğun əsasında durur. Qadın hüquqlarının pozulması davam edir, bəzi hallarda hətta güclənir. Qeyd edildiyi kimi,qadın hüquqlarına təhlükə törədən səbəblərdən biri də yoxsulluğun yayılmasıdır. İşsiz və kəndli qadınlara və ya qadın sahibkarlığının inkişafına yardım göstərilmir. Keçid dövrünün başlanğıcından etibarən səhiyyə sistemində baş verən problemlərlə bağlı, qadınların səhhətinin pisləşməsi üzündən də qadın hüquqları pozulur.Sosial dəyişikliklərin təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, keçid dövrü qadınların şəxsi və ictimai həyatına çox böyük təsir göstərmişdir. Keçid dövrünü yaşayan ölkələrdə,bərabərliyin hüquqi əsaslarının müəyyən edilməsinə baxmayaraq,qanunun ruhunun iş yerində,ailədə və cəmiyyətdə gündəlik reallığa çevrilməsi üçün hələ çox işlər görülməlidir. Gender bərabərliyi sahəsində tərəqqi keçid prosesində uğurlar qazanılmasını yaxınlaşdıra,yaranan imkanların qadınlar, kişilər və uşaqlar arasında ədalətli bölünməsini təmin edə bilər. Buna görə də bu məsələləri ciddi tədqiq etmək və keçid dövrünü yaşayan ölkələrdə qadınların səsinin eşidilməsinə nail olmaq fövqəladə dərəcədə vacibdir.

       Cəmiyyətin iqtisadi, sosial və siyasi inkişafı prosesində qadınların iştirakının səciyyəsi və səviyyəsi onların firavanlığı, həm də şübhəsiz ki, keçid prosesinin özünün uğur qazanması üçün həyati əhəmiyyət kəsb edir. Qadınların yerli səviyyədə siyasi fəaliyyətdə və elmi istehsalat birliklərindəki işlərdə iştirakı, onların siyasi və ictimai həyatda nüfuzlarının artmasına kömək etdiyi kimi, ailə iqtisadiyyatında və kiçik sahibkarlıqda qadınların əməyinin müdafiə olunub qiymətləndirilməsi də öz növbəsində onların iqtisadi sahədə yerinin möhkəmlənməsinə kömək edir.Bu da qadınların bütün cəmiyyətin tərkibində uğurla inkişaf etməsinin parlaq nümunəsi ola bilər.

Səslərin sayı: 10
101
5881
loading...
Şərhlər
Offline
Qəribə
Cox sagol bacı....
2 iyul 2015 15:57
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fidan
Lovable_MadaM,
alisa1971,
Şərhlərinizə görə çox sağolun Əziz xanımlar give_ros
25 iyul 2013 12:27
Offline
Niko_F
hər kəsin "cahillik" anlayışı fərqlidir,o üzdən anlamadın. Səni "O" tanıyır...

Men yazimda tehqir ve ya tenqid menasi dawiyan hec ne gormedim ona gore aciq yazdim , hem erk edib yazdim , yalniw anlamayacagini bildiyim ucun yazdim. Biz shexside bu movzunu muzakire edeceyik Rasime ile .
23 iyul 2013 22:46
Offline
Hacət-i Vuslat
niye cahilce oldu onu basa dusmedim?

bacım,hər kəsin "cahillik" anlayışı fərqlidir,o üzdən anlamadın. Səni "O" tanıyır...
22 iyul 2013 22:07
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Flowers
Fidan,
Qadının işləməyinə də normal baxıram, maşın sürməsinə və rəhbər vəzifədə çalışması da cox yaxşıdır. Amma bütün bunların müqabilində həmin qadının yoldaşı ondan da güclü olmalıdır.
Ali təhsil və iş lazımdır xanımlazırımıza, şükür Allaha mən də ali təhsilli iş xanımıyam. Əlhədulillah öz ayaqlarım üstə dura biləcək gücü, savadı, bacarığı verib Allahım.

Çox sağ ol Fidan müzakirəli, bir az mübahisəli və çox aktual xəbərə görə. give_ros
22 iyul 2013 17:31
Offline
Serras
Incime ancaq bu cox cahilce bir cumle idi ..istesen shexside muzakire ederik amma sherhleri oxudum coxunu tanidim ,seni ise tanidigimi duwunurdum , bele bir fikrin senden cixdigina inana bilmirem Rasime (((((

Incimirem Nigar herenin oz subyektiv fikri var ama niye cahilce oldu onu basa dusmedim?

SəRRaS,
Nigar niye ele dedin bilmirem,ama men o sozumle sirf demirem qadin pul ucun islemelidr elbette yox ama dusuncem beledirki eger kisi qoymursa her ehtiyacda odenirse elhemdullilah bunda ne problem?qoymur islemeremda
22 iyul 2013 16:44
Offline
Niko_F
ALLAh hec zaman mecbur etmesin bibican islemeyesizde.

Incime ancaq bu cox cahilce bir cumle idi ..istesen shexside muzakire ederik amma sherhleri oxudum coxunu tanidim ,seni ise tanidigimi duwunurdum , bele bir fikrin senden cixdigina inana bilmirem Rasime (((((
22 iyul 2013 16:38
Offline
alisa1971
Fidan, bacım, mövzu maraqlı və müzakirə doğuracaq bir mövzudur, necə ki, aşağıdakı şərhlərdən bəllidir. Qadın təhsili , elmi, biliyi əvvəlcə özü üçün alır,sonra özündən sonra gələn əzizləri üçün, qadın namusu qeyrəti əvvəlcə özü üçün saxlayır, sonra özündən sonra gələn əri. oğlu, və nə bilim daha kimlər üçün. qadın bu həyatda tək qalanda ayaq üstə durmağı bacarmaq üçün nələri bacarmalıdır? Keçmiş zamanda kişinin biləyinin gücü vardı, bu da hər zaman o dövrdə özünü göstərirdi. İndi kişinin biləyinin gücü kimə lazımdır, hər şeyi texnika həll edir. düşmənlə müharibə etmək istəyirsən, bir də görürsən ki, lazım olmadı, nəyə görə ona görə ki,kəşf olunan zəhərli silahlar səni bir anda məhv edir, biləyinin gücün göstərməyə imkan vermir. Onda bəs nədə lazım olur, bu kişilər, qadın kosmosa uçur, qadın prezident olur, qadın nazir olur, qadın maşın sürür, ay canım bu zamanədə deyin ki, kişilər nəyi bacarır, qadın onu bacarmır. Əksinə , qadınların bacardığı çox şeylər var ki, kişilər onu həyatı boyu bacarmazlar. Kişilər keçmiş zamanda kişi idi, indiki zamanədə bilmək olmur kişilər kimdir? Deyəcəksiz ki, atadır, oğuldur, çəpərdir, ondan başqa, bu zamanədə qadınlar varki, kişilərdən yüz dəfə qeyrətlidir, ....çox yazmaq istəmirəm....
22 iyul 2013 13:37
Offline
Fidan
Əhzab sürəsi 33-cü ayə."Evlərinizdə qərar tutun,ilkin cahilliyyət dövründəki kimi açıq-saçıq olmuyun(bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü,gözəlliyinizi yad kişilərə göstərmiyin).Namaz qılın,zəkat verin,Allaha və Rəsuluna itaət edin".Bu ayədə bura qədər Peyğəmbərin (s) qadınlarına xitab eliyir Allah-Taala.Ayənin dalısı belədir:"Siz ey (Peyğəmbərin (s)) ev əhli Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tər-təmiz (pak) etmək istər".Bu ayədə bir evdən bəhs eliyir,əgər ərəbcəyə fikir versək,ayəninin əvvəlində görürsüz ki,Peyğəmbərin (s) qadınlarına deyilir:Evlərinizdə qərar tutun,evinizdə demir.Çünki Peyğəmbərin zövcələrinin hər birinin evləri ayrı-ayrı idi,ayənin sonunda bir evdən bəhs edilir.Kitabu-Sittə kitabında Əhlisünnədən yazılır ki,Peyğəmbər (s) bu ayə nazil olandan sonra altı ay sərasər Həzrəti Əli (ə) və Xanım Fatimeyi Zəhranın qapısına gəlib,xitab eliyərmiş:"Siz Ey ev Əhli namaza gəlin,xeyir əmələ gəlin və Əliynən (ə) və Xanım Fatimənin evin göstərərmiş.Yəni,Ümmətə bildirərdi ki,Peyğəmbərin ev əhli kimlərdir".Bu Əhlisünnənin öz mötəbər kitabındandır.
21 iyul 2013 22:54
Offline
♥Selena♥
Qadının təhsil almalı olduğunu şerhlərimdə qeyd etmişəm.Mən də təhsilliyəm.inşaAllah qızlarım da təhsil alacaq.

Bilirəm bacım, bilirəm ki, təhsillisən və təhsilə böyük önəm verirsən. Səni çoxdandır tanıyıram və fikirlərinə hörmət edirəm.. Mən sadəcə şərhimi ümumi yazmışdım. Fikrimi əhatəli yazdım.
21 iyul 2013 19:48
Offline
Hacət-i Vuslat
Ona görə də oxumaq, təhsil almaq lazımdır ki, yeri gələndə işliyib, ailəni dolandıra biləsən

Qadının təhsil almalı olduğunu şerhlərimdə qeyd etmişəm.Mən də təhsilliyəm.inşaAllah qızlarım da təhsil alacaq.İş məsələsində isə-siz deyən kimi-ehtiyac olanda.
21 iyul 2013 19:20
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
♥Selena♥
axı bərabərliyin nəyi yaxşıdıre?Oturmuşam gül kimi evimdə,maddiyatımızı təmin edir.bazarlığı edir,hər arzumu yerinə yetirir,yad baxışlardan uzağam,lazım olan yerlərə gedirəm,fikirləri ilə bölüşür,problemləri birlikdə həll edirik-son qərar onun ağzından çıxdığı üçün - məsulliyyət yükündən azadam,bir sözlə xanım-xatın,şahzadə kimi yaşadır-nəyi pisdir?Çox şükür!
Yoxsa ki. gender bərabərliyi olsaydı-gəl də-işə get,yorul.orda qiybətə.intriqalara şahid ol,əsəb,sress,ailəni ihmal etmək....Marşrutta problem,öz avtomobilin varsa-onun da öz əziyyəti,artıq geyim+kosmetika xərci ki. nə var çöldəkilərə gözəl görünüm....Nəyə lazım?...ağladacaq qədər gÜlməli,faciəvi düşüncədir GENDER BƏRABƏRLİYİ...

Əlbəttə, rahat yaşayışı hamı sevir. Xanım kimi evində otur bütün işləri yoldaşın görsün, bu gözəldir, amma əbədi deyil. O qədər qızlar tanıyıram ki, təhsil almayıb ailə qururlar ki, nəyimə gərək onsuzda yoldaşım işliyib mənə baxacaq. Yeməyimi, suyumu o təmin edəcək, daha mənə səhər durub işə getmək, özümü yormaq nəyə gərək?! Amma bacılarım, bu çox yalnışdır. Çünki həyat surprizlərlə doludur. Hər an nələrə şahid olacağımızı və hanıs hadisələrlə qarşılaşacağımızı bilmirik. Elə kişilər var ki, bir müddət ailəsinə baxır, sonra bezir, deyir çatdırmıram, get sən də işlə. Ola da bilər ki, kişi yoldaşından ayrılsın. Ya da (kişi) yoldaşınız hər hansı səbəb üzündən xəstələndi, Allah göstərməsin öldü. Bəs onda nə olacaq, nə edəcəksiniz? Gərək, gedib yaxınlarınızdan kiməsə möhtac olasınız ki, sizə, uşaqlarınıza yemək versin, baxsın.
Ona görə də oxumaq, təhsil almaq lazımdır ki, yeri gələndə işliyib, ailəni dolandıra biləsən. İşləmək, məsuliyyətli olmaq çox gözəldir.

.İlk öncə bu xəbəri mənə verən Aliyə (Selena) bacıma minnətdarlığımı bildirirəm,əsas çox sağol ona düşür.

Təşəkkürə ehtiyac yoxdur, canım mənim, bunu hamımız etməliyik. Əsas təşəkkür sənə düşür.
21 iyul 2013 19:13
Offline
Hacət-i Vuslat
Bacı bu ayənin bir hissəsi,yəni əvvəli Peyğəmbərin (s.ə.s) zövcələrinə aiddir.Sonra isə ayədə Peyğəmbərin (s.ə.s) Əhlibeyti göstərilir.Yəni,ayənin sonrası Peyğəmbərin (s) qadınlarına aid deyil.

Ay sağol bacım.əhli-beyt aşıqıyık deyən sən deyilmisən bacım? Bu necə aşiqlikdir ki, Onların yolundan getmək istəyi yaratmır?
Bizim bədbəxtçiliyimiz də elə ondDIR Kİ,Əhli-beyt aşiqliyini-yalnız İmam Hüseyn məclislərində diz-sinə vurub ağlamaqda.şiyəliyi cənnətə gedəcək tək qrup olaraq görməyimizdədir...Halbuki əsik aşıqlık-Onlar kimi yaşamaqdan çəkinməməkdir...
Qaldı ki,həkimlik məsələsinə-özüm də həkiməm(işləməsəm də bitirmişəm).Birincisi mən demirəm.ayə də demir ki. qadının işləməsi və ya evdən çıxması haramdır-EHTİYAC OLMADIQCA bunları etməməsi daha doğrudur.Sonrası da,məcburiyyət qarşısında qalanda necə ki.acından ölməmək üçün haram qida yeyə bilər,elə cə də naməhrəm həkimə də gedə bilər.Məncə qadınlar yalnız ehtiyacları olduğu təqdirdə işləsələr heç də pis olmaz-siz bilirsiz nə qədər əlidiplomlu işsiz həkimlər var? Niyə?-çünki o qədər pula ehtiyacı olmadan pul hesabına işləyənlər var ki. əsil layiq olanlar qalıb işsiz.onların haqqına girərək haram yeyilir
Qadınlar sadəcə ehtiyac üzündən bayıra çıxmırlar-nə olur?Nəticədə kişilər bəzəkli-düzəkli yad qadınları görür.evdəki halalı gözündən düşür.Evdə otursunlar.ehtiyac olduqda bəzəksiz gözə girmədən çıxsınlar evdən.TVdə gecə-gündüz fintixruş qadınlar çıxmasalar-kişilər də görməz,öz halalının qədrini bilər...
Belə şeylər var bacım...əsil Əhli-beyt aşıqı olaraq onların yolundan getmək budur...

Müsalmanlar isə gör nə qədər dalda qalıblar,hamsı cəhalət üzündən

Bir sual verim-İslamın ən parlaq yaşandığı dövr hansı olub?
21 iyul 2013 18:09
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Fidan
Əhzab 32, 33-cü ayələrə diqqətlə bax,

Bacı bu ayənin bir hissəsi,yəni əvvəli Peyğəmbərin (s.ə.s) zövcələrinə aiddir.Sonra isə ayədə Peyğəmbərin (s.ə.s) Əhlibeyti göstərilir.Yəni,ayənin sonrası Peyğəmbərin (s) qadınlarına aid deyil.
Hər bir işdə zaman və məkan şəraiti götürülməlidir.Əgər biz keçmiş qaydalarla yaşamalı olsaq,gərək kişilər at-qazalaq minsin,qadınlar da evdə oturub uşaq böyütsün.Allahdan buyruq,ağzımıza quyruq,heç bir inkişafa zada getmiyək.Yenə diyirəm zaman və məkan şəraiti.Müasir dövrdür,xalqlar inkişafa can atır.Hegemon dövlətlət hər cür yeni ixtiralara sahibdirlər.Müsalmanlar isə gör nə qədər dalda qalıblar,hamsı cəhalət üzündən.Ancaq bundan sonra başqa cürdü.Müsalmanların bir hissəsi özlərinin inkişafına nail olmağa çalışırlar.Burda da qadının öz rolu var,elə işlər var ki,müasir texnikada onu kişilər görə bilmir,onu qadınlar görməlidir.Tibb sahəsində,xəstəxanlarda qadınlarda işləməlidir.Məktəblərdə qadınlar da müəllimlik etməlidir.Qadınlar evdə otursa,uşaq böyütsə,bəs bu işləri kim görər.Mədəniz ağrısa məcbur olacaqsız,özünüzü kişi həkiminə göstərəcəksiz.Bu düzdür məgər.Elə mikrocihazlar var ki,o işlər qadınlara aiddir.İnkişafımız üçün o işlərdə qadınlar işləməlidir.Xurafata qapılsaq,gör nə bəlaya düçar olarıq.Dərindən düşün bacı,mənimlə razılaşacaqsız.
21 iyul 2013 17:33
Offline
Hacət-i Vuslat
.Ancaq Quranın hökmlərindən qırağa çıxmamaq şərti ilə.

Bacım,Əhzab 32, 33-cü ayələrə diqqətlə bax, mənasına qəlb gözünlə fikir ver inşaAllah, nə demək istədiyimi anlayacaqsan.

.Lalenin serhini ise ele bil ozum yazmisam.basqa soze ehtiyac yoxdu yeni

Həmfikir olduğumuza sevindim!
21 iyul 2013 17:21
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Fidan
Qadın önəmli qüvvədir,amma göz önündə yox. ağıllı qadın ailə içindən cəmiyyətə elə şəkildə "hazırlayıb" yola salır ki kişini və ya uşağı, heç də göz önündə olmağa ehtiyac qalmır.

Geridə qalmaq lazım deyil,İslam ölkələrində qadınlar düputad seçilir,önəmli vəzifələrə seçilir,hicablı,ağlı başında,fəxr olunnası qadınlardı.Hamısı evdə oturub uşaq saxlıyası deyil ki.Elə belə-belə fikirlər İslamı geri atır.Ağıllı qadın hər yerdə ağıllıdı,Allahdan qorxan qadın hər yerdə qorxur,evdə də qorxur,işdə də qorxur.Allaha qarşı bir zərrə qədər günah etmək istəmir.Oki ağlı zay qadın 4 düvar arasında da olsa,naxələflik edəcəkdir.Biz İslam qanunlarından danışırıq,İslam qadına önəmli yer verir.Misal olaraq,Kərbəla hadisəsində Xanım Zeynəbin söylədiyi o nitqlər ki,gözləri yaşartmış,tükləri ürpətmişdir,könülləri haldan-hala salımışdır.Qadını çərçivəyə salmaq olmaz.Allah-Taala görün nə qədər hüquqlar qoyub qadına.Hər şeyi Avropa Cəmiyyəti ilə bir götürmüyün.Orda qadın ifrat dərəcədə qadınlıqdan çıxmışdır,kişilərlər bir məclisdə badə-badə vuran qadınlardan danışmırıq.Biz Əsl Müsalman Qadınının hüquqlarından danışırırq,çünki Müsalman qadınının hüquqlarını bəzi savadsızlar elə qələmə verirlər ki,guya Müsalman qadını evdə oturmalıdır,evdən bayıra çıxmamalıdır,ancaq uşaq böyütməli və ərinin qulluğunda durmalıdır,başqa şeyləri qadına haram edirlər,bu təmamilə səhv fikirdir.Əgər Cəmiyyət inkişaf edirsə,Müsalmanlar hamısından artıq inkişaf etməlidir.Ancaq Quranın hökmlərindən qırağa çıxmamaq şərti ilə.
21 iyul 2013 16:47
Offline
Hacət-i Vuslat
Bacı ama bu xəbərdə dinə zidd heçnə yazılmıyıb,yaınız bir şeylə razılaşmadım ki,qadınlar kişilər bərabərdir,xeyr kişilər qadınlardan həmişə bir dərəcə üstün olublar.Qalan şeylərdə heç bir zidd bir şey yoxdur.

Gözəl bacım.danışmağa başlasam uzun olacaq.çünki doğurdan da geniş mövzudur. Məqalənin verdiyi ümumi fikir, qadının cəmiyyət daxilində kişi qədər öndə olmasının tərəfdarıdır. Bu yetər ki, dinə qarşıdır deyək.Qadın önəmli qüvvədir,amma göz önündə yox. ağıllı qadın ailə içindən cəmiyyətə elə şəkildə "hazırlayıb" yola salır ki kişini və ya uşağı, heç də göz önündə olmağa ehtiyac qalmır. Bu məqalənin ruhuna Azad qadın heykəli yaraşır-elə deyilmi? Bu da yetərlidir...
21 iyul 2013 15:06
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Nigar Sultan
qadın kişidən bir pillə üstündür...kişini kişi edən qadındır
21 iyul 2013 08:35
Offline
Fidan
Fidan bacım,öncə təşəkkür edirəm-sayənizdə gözəl və mədəni şəkildə müzakirələr aparıb qlobal problemi həll etdik Allahın yardımıyla..

Sizlər çox sağolun ki,öz qızıl kimi vaxtınızdan ayırıb,xəbərlərimi oxuyub,dəyər verib,şərh yazırsız. give_ros
anlayıram bacı.amma bir fikrimi deyim-məncə xəbərin müəllifi olaraq sırf kopy-paste etməməliyik,yəni öz dünyamıza uyğunlaşdırmalıyıq.Bax görürsən,səni başqa cür tanıdığımız üçün xəbərdə bu cür(deyərdim ki. ateist fikirlərin) fikirlərin olması qəribə gəldi.yaraşdırmadım.

Bacı ama bu xəbərdə dinə zidd heçnə yazılmıyıb,yaınız bir şeylə razılaşmadım ki,qadınlar kişilər bərabərdir,xeyr kişilər qadınlardan həmişə bir dərəcə üstün olublar.Qalan şeylərdə heç bir zidd bir şey yoxdur.
şərhinə əhsən.belə evlad yetişdirən valideyn qarşısında baş əymək lazımdır

Çox sağolun hə valideynlərimə çox şey borcluyam,həqiqətən övladın tərbiyəsi valideynin verdiyi tərbiyədən çox aslıdır,ən əsası düzgün övlad yetişdirmək lazımdır,əsl İslami qanunlara uyğun,əməlisaleh.Allah hər kəsə əməlisaleh övlad nəsin etsin.Amin
21 iyul 2013 02:58
Offline
Hacət-i Vuslat
Fidan bacım,öncə təşəkkür edirəm-sayənizdə gözəl və mədəni şəkildə müzakirələr aparıb qlobal problemi həll etdik Allahın yardımıyla...

Bu xəbər Azərbaycan Respublikasına aiddir,Yəni bura dini qarışdıra bilməzdim

anlayıram bacı.amma bir fikrimi deyim-məncə xəbərin müəllifi olaraq sırf kopy-paste etməməliyik,yəni öz dünyamıza uyğunlaşdırmalıyıq.Bax görürsən,səni başqa cür tanıdığımız üçün xəbərdə bu cür(deyərdim ki. ateist fikirlərin) fikirlərin olması qəribə gəldi.yaraşdırmadım.Amma.şərhinə əhsən.belə evlad yetişdirən valideyn qarşısında baş əymək lazımdır give_ros
21 iyul 2013 01:13
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır