Bakıda hava
USD AZN
EUR AZN
20:07Ayla Ayla Mən də dincələ bilmədim.Yeni il tətilini dözlüyəcəm 16:51Surayye Guya 5 gun tetil idi 3 gun oldu 16:51Surayye Qizlarim qizillarim necesiz? 15:24PERI qurtardi hec dincelmedik ama 15:12aysel hesenli Hamiya salam 15:11aysel hesenli Payiz tətili de qutardi 10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41136

Gözlənilməyən oğurluq (2-ci hissə)

 

Gözlənilməyən oğurluq (2-ci hissə)

 

Onlar qapıda ayrıldılar. Nərgiz  Rəfiqə ilə sözləşdiyi yerə tərəf getdi. Sevda isə uşaqları götürüb qonşuluqda yaşayan bacısıgilə getdi. Nərgizin yoldaşı işdə, uşaqları isə dərsdə idilər.

 Rəfiqə artıq yolda Nərgizi gözləyirdi. Nərgiz ona çatdı və salamlaşıb görüşdülər. Söhbətləşərək yollarına davam etdilər.

   Arzugilə çatdılar. Arzu onları qarşılaya bilmədi. Oğlu qapını açdı. Arzu yataqda idi. Onlar görüşdülər. Oturub hal-əhval tutmağa başladılar.

   Rəfiqə ilə Nərgiz Arzugildə çox oturmadılar. Bir saatdan sonra üzürxahlıq edib, rəfiqələrinə şəfa diləyib getdilər. Yolboyu söhbət etdilər, uşaqlardan, problemlərdən danışdılar. Nərgiz evə çatmağa tələsirdi, ürəyi narahat idi. Sağollaşıb Rəfiqədən ayrılıb evə gəldi. Yuxarı çıxıb qapını açdı. Bir anlıq duruxdu. İkinci qapı örtülü  idi. Axı necə ola bilər, onlar evdən çıxanda Nərgiz içəri qapını açıq qoymuşdu. İndi isə qapı örtülü idi. Bir an özünü itirdi. Bu gün ondan başqa heç kim evə gəlməməli idi. Sarsıldı. Son zamanlar heç nə onun qoyduğu kimi olmurdu, ya onamı elə gəlirdi. Bir an çıxanda nə etdiklərini bir də yada saldı. ”Allah, sənə qurban olum, ağlımı itirirəmmi mən, axı deyəsən bu qapını açıq qoymuşdum, ya örtmüşdüm? Hələ düşündüm ki, kilidi sınmış qapı açıq olsa nə fərqi, örtülü olsa nə fərqi. Yox, yəqin örtmüşəm ”bir an ürəyi sıxıldı". Sanki onu silkələdilər.  Bu qapının açarı bəlkə kimdəsə var, deyə düşündü. Bəlkə elə evdə olan hadisələr də bundan yana baş verir? Bu kim olar? Ürəyi sıxıldı. Ağlını itirirdi sanki.  Bir anlıq baldızı Sevda gözünün önünə gəldi. Baldızının yoldaşı vəfat edəndən sonra, Nərgiz rayona gedəndə evin açarını ona vermişdi ki, hərdən gəlib qardaşına yemək bişirsin, qardaşının yanında qalsın, başı qarışsın. Düşüncəsi özünü qorxutdu. Özünə nifrət elədi: ”Lənət şeytana, insanlığımı itirəcəyəm deyəsən”-deyərək özünü qınadı. Əl ayağı buz kəsmişdi sanki, durub bir iş görməyə belə halı yox idi. Sanki gözəgörünməz bir qüvvə onların evini idarə edir, həyatlarını altını üstünə çevirmək istəyirdi.

  Həftəsonu gəldi və yenə həminki vəziyyət baş verdi. Yoldaşı Sabir haqq-hesab işini bitirib, yenə siqaretini yandırdı. Yazıq-yazıq baxan Nərgizə, nəfəslərini içinə çəkmiş balalarına baxdı. Bir anlıq ürəyi ağrıdı. Hamısı mələk kimi saf görünürdülər. Bəs onda bu nə deməkdir?Nərgiz qorxa-qorxa soruşdu:

  -Nə oldu? Necə çıxdı haqq-hesabının nəticəsi?

    -Zəhrimar oldu !Sən arvad deyilsən, sən ev dağıdansan. Sənə rast gəldiyim günə nə deyim mən, hardan çıxdın sən mənim qabağıma?-deyərək bağırdı Sabir.

Nərgizin qorxu və sarsıntı içində öləcəkdi sanki. Göz yaşları sözünə baxmırdı.

-Axı mən neyləyim, mən sən verdiyin puldan başqa, əlimə bir manat pul almıram. Alıramsa bəs niyə heç nə almıram özümə, hə?Götürüb nəyə xərcləyə bilərəm ki, o boyda pulu? - deyərək hönkürürdü Nərgiz.

  Lakin baş verənlər Sabiri o qədər şoka salmışdı ki, yoldaşının ah-fəğanı ona aldadıcı gəlirdi. Axı necə ola bilər, bütün həftə işin yaxşı getməsinə baxmayaraq, nəticə yenə həminki kimi əksik çıxır. Dəli olmaq dərəcəsində idi sanki. Uşaqlarına baxdı, sanki içindən kimsə onu qızışdırır, bu sakit baxan uşaqların içində bir şeytan, bir canavar olduğunu deyirdi ona.

  Böyük oğluna sarı getdi:

-Pulu sənmi aparırsan, bala? Düzünü de, bəlkə səni  kimsə öyrədir çöldə? Bəlkə kimsə səni məcbur edir, qorxma, de, de görüm nədir başıma gələn? De, mən sənə heç nə etməyəcəyəm, de, mən bilim!

  Vüsal qorxmuş, böyümüş gözlərilə atasına baxırdı, yavaş-yavaş ona tərəf gələn atasını görüb ürəyi sinəsindən çıxacaqmış kimi, döyünürdü:

-Yox, ata, yox, vallah mən götürməmişəm, Allah haqqı, mənim xəbərim yoxdu, ata!

Nərgiz dəli olcaqdı sanki, balasının keçirdiyi qorxunu, həyəcanı görüb Sabiri öldürmək istədi, lakun o belə şeyi bacarardımı, nə isə etmək lazım idi, Sabiri dayandırmaq lazım idi. Ona elə gəldi ki, bu dəqiqə balasına nə isə olacaq. Kiçik oğlu gözyaşları axıdaraq için-için ağlayırdı. Onun 12 yaşı var idi. Elə birdən atası ona tərəf döndü:

 -Bəlkə sən aparırsan pulları?

Yaxşı ki, Nərminə heç nə demirdi, o da qorxudan sapsarı saralaraq ağlayırdı. Bu vəziyyət artıq aylar idi ki, davam edirdi. Nərgiz balalarını dəliyə dönmüş həyat yoldaşının əlindən ala bilmir, gücsüzlüyündən, çıxış yolu tapa bilməməsindən ürəyi partlayırdı. Birdən gözü stolun üstündəki fincana sataşdı, onu götürüb yerə çırpdı, qırığını əlinə götürüb, biləyinin damarını kəsmək istədi. Hadisəni görən Vüsal atasının qabağından qaçaraq anasının əlini tutdu, dartıb əlindən şüşə qırığını aldı. Nərgiz nə qədər buraxmaq istəməsə də, birtəhər şüşəni anasının əlindən aldı. İkisinin də əli kəsilmişdi. Qanı görən Sabir sanki birdən özünə gəldi. Yoldaşının biləyindən və əlindən axan, oğlunun da barmaqlarından axan qanı görüb, bu dəfə başqa bir tonda bağırdı:

-Dəli olmusan? Nə etmək istəyirsən?

 -Sən dəli olmusan. Get pulunu başqa yerdə axtar, biz oğru deyilik-deyə, ağlayaraq cavab verdi.

- Axı nə istəyirsən mənim balalarımdan, gör onlar oğruya oxşayırmı? Sənin qazandığın pul bizə acıdan başqa heç nə gətirmədi!

Nərmin anasını qucaqlayıb ağlayırdı. Anası qızına sığınmışdı.

Birdən qapı əhvalatı Nərgizin yadına düşdü. Əhvalatı olduğu kimi yoldaşına danışdı. Sabir həyəcanlandı, peşiman oldu və sanki üstündən bir dağ götürüldü. "Deyəsən kələfin ucu açılmaq istəyir" deyə düşündü.

 

 (Ardı var)

Səslərin sayı: 9
38
2682
loading...
Şərhlər
Offline
SARA91
DÜZ DEYİBLƏR Kİ, "İNSAN ÇİY SÜD ƏMİB" .
14 avqust 2013 13:55
Offline
♥Selena♥
Bu hissə lap maraqlı oldu. Nərgiz yaxşı ki, qapı əhvalatını danışdı. Uşaqların halı isə mənə pis təsir etdi, yazıqlar. Çox sağ ol, Günel bacı.
27 iyul 2013 17:51
Offline
Sirli_dunyam
sevdaya baxe bir ailenin necede pulunu ogruyub cixir aradanee recourse
25 iyul 2013 07:38
Offline
Rojda
DIKKAT HIRSIZ VAR
19 iyul 2013 18:14
Offline
Ellada Babayeva
Maraqlıdı..Görən pulları kim oğurlayır..Davamını səbirsizliklə gözləyirəm. i_am_so_

Məncə Sabir özüdür oğru.. scratch_
17 iyul 2013 16:34
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
DENIZ
ardını gözleyirem sebirsizlikle
17 iyul 2013 15:13
Offline
Nigar
oxudum xalacan ardi tez gelsin siz haralardasiz gelin daha give_ros
16 iyul 2013 23:46
imza: Allahın cümləmizə yar olsun amin
Offline
MAYA EL
nifrət edirəm o insana ki əlindən gəldiyi qədər yardım edəsən oda sənə üzdə gülüb arxanca sənə quyu qaza ardını səbirsizliklə gözləyirəm
16 iyul 2013 20:26
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Onu biliremki bu hekayenin ardi geldikcde ureyim yerinnen cixacaq..Doqurdan cox heyacanlaniram goresen bu ishin axiri nece olacaq..Eyer Sevda ya onun ushaqlarinnan biridise hec teccublenmerem.Gorekde ardi ne olur,Cox boyuk sebirsizlikle gozluyurem ardini Bacim.
16 iyul 2013 18:46
Offline
Şəri Babayeva
maraqlidi goresen ogru kimdi.. scratch_
16 iyul 2013 18:03
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
alisa1971
Günel bacım, yazını indi oxudum. Maraqlıdır. Kimdir oğru? Yəqin ki, yaxın günlərdə aydın olar , inşAllah. Bir az səbirsizlik edirik," bağban tələsər, armud vaxtında yetişər". Təşəkkürlər , belə maraqlı hekayə üçün, davamını gözləyirəm. give_ros
16 iyul 2013 17:54
Offline
Aynur idayatova
gerek ailede er arvad arasinda bir-birine inam olsun .maraqli hekayedi. baldizi goturur yeqin ki sonunu gozleyirem sebirsizlikle
16 iyul 2013 17:53
Offline
Gulum
OFFF GUNELCIM TEZ SONUNU YAZ HEKAYE HAQINDA WERH YAZMAGA CETINLIK CEKIREM QORXURAM KIMISE GUNAHSIZ YERE GUNAHLANDIRARAM ireful EN COX QORXDUGUM BIR WEYDI BU blush
16 iyul 2013 17:42
Offline
mira-kerim
cox gümanki baldizidir...hər halda... recourse
16 iyul 2013 17:31
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Seadet Sexavet
Allah heç kimi nahaq şәrә salmasın.Davamını gözlәyirәm
16 iyul 2013 17:17
Offline
Belke bir gun...
bu hekayeni derce cixdigi an oxudum ama yazacaq nese tapa bilmirem.
16 iyul 2013 15:59
Offline
Deniz Ilhan
maraqlidi ama ardini tez yazin daaaa
16 iyul 2013 15:39
Offline
SR (Nişanlı)
maraqli hecayedir
16 iyul 2013 15:35
Offline
Ellada Suleymanova
gunel xanim hekayenin 1ci hissesini nece oxuya bilerem?





Nigar Sultan,
Lovable_MadaM,
Lovable_MadaM,
Lovable_MadaM,
Lovable_MadaM,
16 iyul 2013 15:28
Offline
♥wirinka♥
adamin ureyin sixirsize yazirsiz ardi vermirsiz off
16 iyul 2013 15:28
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )