Bakıda hava +9°
USD 0.7844 AZN
EUR 0.8886 AZN
16:22Afət Şeylacım, doğum günün mübarək. Neçə belə illərə... 15:44Salaminka Salam.Məndə serial açılmır bu gün.Sizdə də belədi? 14:53HUSNA Salamaleykum xanimlar,necesiz?darixmisdim sizlercun:)) 13:59Pərvanə Neçə belə ad günləri keçirdəsən canım mənim. 13:59Pərvanə Bacışkam mənim Weyla Ad gününü təbrik edirəm həyatım. 13:04 ღSevgi qatarında tənha sərnişinღ Elifff baci geldee:(((( 12:43Elif seyfeme gelin dostlar 12:32Elif terane baci allah bagislasin baci cox sag ol zerer yoxdu can 11:56Terane Allahverdiyeva Elifcim bagiwla Allah saxlasin Balalarini 10:06✯Я тебя люблю ✯ Salam Bella
31664

Düz qarın üçün 5 qızıl qayda

Düz qarın üçün 5 qızıl qayda
            İdman salonuna getməyə vaxtınız yoxdur? Fitnes mütəxəssisi Nick Tumminelo tərəfindən hazırlanan hərəkətlərlə gövdə əzələlərini işlətmək üçün masanızın tərk etməyinizə belə ehtiyyac yoxdur. İşdən-gücdən başınızı qaldırmaq istəyərkən bu məşqləri edin.
           Bir kürsünün ucuna oturaraq ayaqlarınızı yerə qoyun, əllərinizi də ombalarınızın tam kənarında kürsüyə qoyun. Ombaları, dizləri və biləkləri bir-birinə 90 dərəcə bucaq altında tutun. Ağırlığınızı xaricə doğru verin, beləcə, bədəninizin ağırlığını əllərə və ayaqlara yükləyin. Omba əzələlərinizi sıxıb gövdənizi sabit tutun, sol ayağınızı və sağ əlinizi qaldırın. 10 saniyədən sonra hərəkəti digər qol və ayağınızla təkrarlayın. Hərəkəti 10 dəfə edin.         
 1-ci qayda: gövdə əzələlərinizi işlədin
          450 qram yağı yandırmaq üçün tam 250.000 dəfə ağrlıq çəkməlisiniz. Demək, yeddi il hər gün 100 dəfə ağırlıq çəkməlisiniz. Bunun yerinə gövdə əzələlərinizi işlədin. Bu bölgəni gücləndirərək qarın əzələlərinizi yığışdırarsınız, qarınınız dümdüz və formalı görünər. Fitness mütəxəssisi Valerie Waters bu əzələlərin çox gücsüz olduğunu və bir çox qadının bunları doğru işlətmədiyini deyir.
Onun təklif etdiyi bu hərəkəti sınaqdan keçirin: arxası üstə uzanıb ovuclarınızı göbəyinizin tam altına qoyun. Nəfəs alaraq qarnınızı şişirdin, sonra da nəfəs verərək içəri çəkin. Beş saniyə gözləyin. Bu hərəkəti 8-10 dəfə təkrarlayın.
Düz qarın üçün 5 qızıl qayda
         2-ci qayda: ombaya laqeyd yanaşmayın
          Ombanızı və göbəyinizi bir-birindən ayrı bölgələr kimi düşünməyin. Kresloda tərpənmədən otursanız, omba əzələləriniz funksiyasını itirər, omba sümüklərinizi ayaqlarınıza bağlayan bölgə gərginləşər. Davamlı oturan birinin qarnı çölə çıxıb, kürəyi ağrayar və bu da onurğaya təzyiq yaradar. Belə olan halda dümdüz olan bir qarın belə qabarıq görünür. Demək ki, qarnınızı əritmək üçün ombanı da çalışdırmanız lazımdır.
          Bu hərəkəti yoxlayın: əvvəl dizlərinizi yerə qoyun. Sonra kürəyinizi dimdik tutaraq omba əzələlərinizi sıxın. 10 saniyə bu şəkildə gözləyib təkrar rahatlayın. Digər ayağınıza keçin. Hərəkəti edərkən qollarınızı başınızın gerisinə uzatsanız, daha yaxşı olar. 
3-cü qayda: qarınınıza şişlik verəcək qidalardan uzaq durun
          Karbohidrat yerinə ət, balıq, süd məhsulları yeyin ki, qarın ətrafında yığılan yağlardan xilas olasınız. Araşdırmaçıların 617 şəxsin yemək vərdişləri üzərində apardığı araşdırmalar nəticəsində karbohidratlı qidalar əvəzinə zülal istehlak edənlərin qarnının daha düz olduğu ortaya çıxıb. Qazlı, meyvəli içkilər, şirin qidalardan istifadə edən bir insan gündə 20 çay qaşığı şəkər istifadə etmiş olur. Demək, bir gündə sizə heç faydası olmayan 325 kalori alırsınız. Beləcə, bədəndəki insulin səviyyəsi yüksələrkən maddələr mübadiləsi yavaşlayır. Qida eksperti Alan Aragon yağın həm doyurucu olduğunu, həm də yeməklərə ləzzət qatdığını söyləyir. Zeytun, avokado kimi trkibində yağ olan qidalardan istifadə etməlisiniz. Hətta araşdırmalar yağlı qidaların belə sandığımız qədər zərərli olmadığını söyləyir. Qarın piylərini əridib əzələlərinizi işlətsəniz belə, şişkinlik hiss edirsinizsə, çimərlik geyimində özünüzü rahat hiss etməyəcəksiniz. Karbonatlı içkilər və hətta paxla, brokkoli kimi tərəvəzlər belə şişkinlik yarada bilər. 
Düz qarın üçün 5 qızıl qayda

4-cü qayda: stress keçirməyin
           Həyatın çox çətin olduğunu anlayırıq. Stress kortizol səviyyəsini yüksəldir və bu da bədəndə yağ yığılmasına səbəb olur. Araşdırmaçılar stress sayəsində yaranan yağların qarında yığıldığını göstərir. Çalışarkən hər bir yarım saatdan bir tənəffüs etməlisiniz. Bu zaman bədəniniz nəfəs alıb, rahatlaşacaq.
         5-ci qayda: hər gün məşq etməyin
          Həftədə yeddi gün qarın məşqləri etməklə yaxşı nəticələr əldə edə bilməzsiniz. Həftədə üç dəfə etməniz kifayətdir. Fitness eksperti Bili Hartman iki gündən bir məşq etmənizi təklif edir. Məşq əsnasında əzələlər çalışarkən toxumalara güc salmış olursunuz, əzələlərin güclənməsi üçün bir gün istirahət verməlisiniz. Hər hərəkəti 15-20 dəfə təkrar edin.
        
Səslərin sayı: 22
98
17727
Şərhlər
Offline
aytac elizade
Salam qizlar.men bedenden nomralam .ama sifetden cox ariqam.cekimi normalda saxlamaq ucun meşq edirem.amma uzdende ariqlayiram.ne ede bilerem?
1 sentyabr 2014 15:11
Offline
NermiN
mende de qarin cixib yeni dogusdan sonra
17 fevral 2014 13:24
Offline
aynur memmedova
Aylinka M_va,
Halqa dogurdandana qarini eridir.lakin yemeye de fikir vermek lazimdir
4 fevral 2014 19:07
Offline
Aylinka M_va
qizlar menim 159 boyum var .cekim 61 dir.tekce problemim qarnimin cixmasidir.deyirlerki halqadan istifade et.mende baslayasiyam ...kim istifade edirse yadaki qarin eritmeyinn ylunu bilirse tazsin mene.xebercun sagol bacim
22 yanvar 2014 00:33
Offline
nuruyev.ayna.
Salam milet.Deyerli mesletlere göre teşekür
1 dekabr 2013 15:35
Offline
nigar
tewekkurlerrrrrrrrrrrrrrr ehtiyacimmmm oxdurrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
13 oktyabr 2013 10:02
Offline
♥Sevgilimi çox sevirəm♥
men normalammm ariqammm onsuzdaaaaa
13 oktyabr 2013 09:50
Offline
Fidan
Ayten ,
azeri kizi :-),
Roza A-ova,
ayniska gulum,
Şərhlərinizə görə çox sağolun give_ros
12 avqust 2013 17:51
Offline
♥Aynişka Gülüm♥
Roza A-ova,
hele yolun basindasan tebii ki duz olacaq canim 15 il sonra goruserik
6 avqust 2013 17:52
Offline
Caspian
men 2 ildirki tirnajora gedirem,qarnimda duzdur:))))hetta muhtewemdir:)) blum
6 avqust 2013 17:08
Offline
azeri kizi :-)
cox lazimli xeberdir.paylasdigin ucun tesekkurler canim give_ros
25 iyul 2013 18:14
Offline
Ayten
tesekkurler ela xeberdi amma hereketlerin videosu olsaydi lap ela olardi. qizlar xahis edirem sinanmis ne varsa ariqlamaq ucubn mene yazinda. amma az ye demeyin cunki onsuzda cox yemirem amma yenede sisirem dash evvelceden kim komek ede bilse tesekkurmu bildirirem

Bu arada qizla nazlar ariqlama dermanlari sizce ziyandimi. 3 il bundan babaq is yoldasim dermanla ariqladi helede qayidmiyib o cekisi ozundede narahatciliq hiss etmir
22 iyul 2013 01:38
Offline
Fidan
Nurcan Babayeva,
Yaxşı nəticədi,ama sağlam şəkildə arıqlamaq lazımdır,1 ayda 20 kilo çoxdu.Şərhə görə çox sağolun
S_Sariyeva,
Aysel Quliyeva,
angela,
Ayka Alizade,
iskom,
FATIMA,
feride-asadova,
Şərhlərinizə görə çox sağolun give_ros give_ros
21 iyul 2013 20:25
Offline
S_Sariyeva
tesekkurler öyrəndim
21 iyul 2013 15:53
Offline
Aysel Quliyeva
Men de bu hereketleri etmi$em. Kök deyilem amma bir az artiq yeyen kimi qarnim çixir. Gerek mütemade idmanla me$gul olam.
21 iyul 2013 12:11
Offline
angela
tesekkurler maraqli xeberdi
20 iyul 2013 22:07
Offline
Shokolad Tvix(Evli)
Nurcan Babayeva,1 aya 20 kq?mumkundu yeni bu?
20 iyul 2013 13:17
Offline
Ayka Alizade
coooox saq ol ela xeberdi...
20 iyul 2013 12:30
Offline
Nurcan Babayeva
men bunlara benzer hereketler etmiwem demek olarki sizin dediklerinizin 60 faizini ve neticesini gormuwem 75 kilodan 55 kiloya 1 ayda en iwem mence ela neticedi twk cox sag olun
20 iyul 2013 01:10
Offline
NUREL
ELLERINE SAGLIQ, MARAQLI XEBERDIR... TESEKKURLERRRR..
19 iyul 2013 11:43
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
  • Yaradıcı insanların gündəlik ritualları-7

    “Əbədi məhəbbət nağılı”(1997), “Separadi”(2001), “Ayın 32-ci günü”(2005), “Mütə¬fək¬kir”(2011), “55”(2012), “Prezident”(2013) və “İblisin xeyir-duası ilə”(2014) Bu kitablarını oxumuşam. Çox bəyənərək və zövq alaraq oxuyuram əsərlərini. Ceylan xanım sizinlə söhbəti isə çox gözəl alınıb. Demək olar ki, 24 saatda 4 saat yatan bu insan yaradıcılıqla bərabər yenə də oxuyur nələrisə öyrənir. İatedadlı yazar olduğu kimi də maraqlı insandır. Allah uzun ömür can sağlığı versin. Və bizi maraqlı əsərləri ilə sevindirsin.Təşəkkürlər Ceylan xanım.
  • Ramil Usubov gənc polislərə sıra baxışı keçirdi

    xebere gore tesekkurler
  • Şokolad xülyası (foto resept)

    Çox sevirəm şakaladı oğlum imkan versə edərdim.
  • 16:32 - Müəllif: lala
    Süni mayalanma günahdırmı? (32)

    Süni mayalanma günahdırmı?

    gozel xeberdi LALA xanim cox sagolun bu haqda dini kitabda oxumuşdum haram bir şey deyilsə niyədə olmasın? O qədər övlad həsrətində olan xanımlarımız var məncə pis bir şey deyil eger qadinin betnine öz ərinin sperma hüceyrelerini yerləşdirməklə mayalanma baş verəcəksə burda haram bir şey yoxdur.ALLAH ana olmaq arzusunda olan bütün xanımlarımıza o hissi yaşatsın inşallah.
  • 16:22 - Müəllif: HUSNA
    Şokolad xülyası (foto resept) (14)

    Şokolad xülyası (foto resept)

    Cox yaxsi reseptdir Deziz,hazirlayib dadina baxacam
  • 16:21 - Müəllif: Gülbəniz
    Xərclərimizi necə edək? (4)

    Xərclərimizi necə edək?

    Allah'a çox şükür olsunki her zaman pulqabımda pulum var pulum var deyendeki ailemizin pulu.Amma özüm bazarlıq edende qenaetle edirem.Hacət-i Vuslat,Bacım senin qaynatan düz deyir dövlet vetendaşının borcunu ödediki vetendaşda dövletin borcunu ödesin?Men özüm 3 uşaq böyüdürem gelecegimiz üçün esger böyüdürem hanı ne verir mene olan qalan her uşaq doğulanda 75 manat verırdı onunda 10 manatını şirinlik kimi tuturlar
  • 16:20 - Müəllif: HUSNA
    Xərclərimizi necə edək? (4)

    Xərclərimizi necə edək?

    Aile qurdugum ilk gunden qenaetcil olmusam,cunki eve ehtiyyacimiz var idi.Calismisam hemise ayagimi yorganima gore uzadim(atalar demisken)
  • 15:57 - Müəllif: HUSNA
    Möhtəşəm divan dəstləri (15)

    Möhtəşəm divan dəstləri

    Denizcim gozel secimlerdi,amma menim daha cox madern uslubda olan divan destleri xosuma gelirPaylasdigin ucun tesekkurler
  • Hamilə olmaq şansını necə artıraq?

    Ami allah hec kimi ovladsiz qoymasin inwsllah mende onlari ivi de
  • Yaradıcı insanların gündəlik ritualları-7

    Hafiz Mirzenin "Nilufer Gulu" romanin oxumaq isteyerem.Adin da melumdur ki maraqlu romana oxsayir.Ceylan xanim tesekkurler melumatli paylasiminiz ucun.
Ən çox oxunulanlar
Güzgüyə baxıram...
Çox tez-tez!
Zamanla, hərdən
Yalnız makiyaj edərkən
Çox nadir hallarda, güzgüyə baxmıram!
Digər versiya...