Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
15 oktyabr 15:03PERI salam bacilar,sureyya canib necesen 15 oktyabr 12:59Surayye Yarım saatdi mesajlariniza cavab yazıram ))) 15 oktyabr 12:58Surayye İndi bildim ki məni necə çox istəyirsiz 15 oktyabr 12:51Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm
39298

Qadin.Netlə birlikdə hamiləlik (XXV həftə)

 

Qadin.Netlə birlikdə hamiləlik (XXV həftə)

 

Döl

Hamiləliyin 25-ci həftəsində 7-ci ay başlayır. Körpəniz hazırda təxminən 680 q və 34 sm-dir. "Qırış" dərisi də hamar olmağa başlayır və yeni doğulmuş bir körpəyə bənzəyir. Bundan əlavə, daha çox tük çıxarmağa başlayır. Dərisinin altında kapilyar damarlar qanla meydana gəlir, dolur və həftənin sonunda bu bitir, digər yanda da ciyərlərində hava kisələri ilk nəfəsini almaq üçün hazırlanır. Ciyərlər tamamilə istifadəyə hazır deyil, lakin inkişaf edir, ona doğuşdan sonra genişləndirilməsi üçün köməkçi olacaq. Nəfəs almaq üçün körpənizin bu zamana qədər yaranan kiçik burun dəlikləri və səs telləri üçün açılmağa hazırlanır.

Ağrılar

Artıq ağrılarla qarşılaşma vaxtıdı, bəzi hamiləliklər ciddi ağrılara səbəb ola bilir. Çox hamilə qadın damarlarında şişmə və qaşıntı hiss edərlər. Bədəniniz üçün çox zərərli deyil, amma çox ağrılı olurlar, buna görə doğru qidalanmaq lazımdır (qəbizlikdən qaçmalısınız), bəzi məşqləri etməlisiniz (Kegel məşqi) və qaz çıxararkən özünüzü məcbur etməyin. Sizdə bu hallar xoşbəxt doğuşdan sonra keçəcək. Çox yorğunsunuzsa, bir yerinizdə ağrı hiss edirsinizsə, başınız dönürsə, ya da nəfəs alma probleminiz varsa, məşq etməyin. Tarazlığınızı itirmənizə gətirib çıxaracaq məşqlər etməyin. İsinmə məşqlərini də unutmayın, istiləşmədən idmana başlamayın. Kifayət qədər maye qəbul etdiyinizə əmin olun.

24-28 həftələr arasında şəkəri yoxladarkən ola biləcək bir anemiya (qan azlığı) vəziyyətinə qarşı qan vəziyyətiniz yoxlanılacaq. Belə bir vəziyyət varsa, həkiminiz sizə dəmir dəstəyi almanız lazım olduğunu söyləyəcək.

 

Qadin.Netlə birlikdə hamiləlik (XXV həftə)

 

Cinsi həyat

Bu dövr cinsi həyata başlamaq üçün əlverişlidir. Düzgün vəziyyət seçsəniz, heç bir təhlükə olmaz. Əgər sizdə heç bir problem yoxdursa, cinsi həyat davam edə bilər. Əgər hər hansısa problem varsa, onda mütləq həkiminizə  müraciət edin və məsləhət alın.

Ultrasəs müayinəsi

Ultrasəs müayinəsi  körpənizin kilosunu + / - % 12.5-lik səhv ola biləcək ehtimalla müvəffəqiyyətli bir şəkildə qiymətləndirməyi bacarır. Ancaq siz əlbəttə körpənizin boyunu da maraqlanırsınız. Halbuki ultrasəs cihazları boy ölçə bilməzlər və körpənin sümük ölçümü (bud sümüyü = FL) normal olduğu müddətdə boyu da normaldır. İndi sizə böyük ehtimalla (xarici saytlar da daxil olmaqla) başqa heç bir saytda tapa bilməyəcəyiniz bir düstur verəcəyik: Sizə verilən və üzərində ultrasəs ölçümlərinin olduğu kağızda yazan FL (bud sümüyü) dəyərini 7 rəqəmi ilə çoxaltmaq və körpənizin bu andakı boyunu + / - 5% səhv payıyla hesablayın. Bu düstur 24-cü  həftədən etibarən etibarlıdır.

Nümunə:

FL: 51 mm.

51mm X 7 = 357 mm = 36 santimetr

 

Qadin.Netlə birlikdə hamiləlik (XXV həftə)

 

Qidalanma

Konservləşdirilmiş ət məhsullarından, məsələn, kolbasa-sosiskadan imtina etməlisiz. Onların tərkibində lazım olmayan yağ və konservantlar var. D vitamini və fosforla zəngin balığın qəbulu isə körpənin sinir sisteminin formalaşması üçün vacibdir.

Amma balığın yağsız növləri məsləhət görülür.

İkinci üçaylıqda hamilə qadın şirniyyatdan bir az qaçmalıdır. Çünki bu dövrdə çəkisi artmağa başlayır ki, bu da sonra problem yarada bilər. Bəzən hamilə qadınların iştahı qəribə qidalar çəkir. Məsələn, qışda qarpız, yayda müxtəlif şorabalar və s. Bəzən də onların ürəyindən heç yeməli olmayan şeylər keçir. Bütün bunlar hamilə qadının bədənində gedən köklü dəyişikliklərlə bağlıdır. Həkimin sözlərinə görə, bəzən gələcəyin anası təbaşir və ya palçıq yemək istəyir. Bu isə anadan dəmir, fosfor, kalsium ionları, B1 vitamininin çatışmazlığına dəlalət edir. Növbəti aylarda isə menyuda zülalların miqdarı artırılmalıdır.

Qadın heyvani zülallardan istifadə etməlidir. Bu, ətdə, balıqda, qaraciyərdə, yumurta sarısında çoxdur. Kalsiumu təmin etmək üçün bol miqdarda süd və süd məhsulları qəbul edilməlidir. Giləmeyvələrdən, çiyələk, pomidor, meyvələrin şirəsindən istifadə edilməlidir.

Səslərin sayı: 7
19
10671

loading...
Şərhlər
Offline
Ayla.C
Gilas yemeyi xoslayiram amma mene deyirlerki qirmizi seylerden gerek az yeyesen usaqda sepki ola biler.Ywni duz ola biler?
18 iyun 2014 14:38
Offline
Rzayeva Guler
Mende hamileliyin 25 ci hefdesindeyem , butun hamilelere usaqlarini korpelerini sag salamat qucagina almaga arzulariyiram
19 fevral 2014 18:33
Offline
FATIMA
tesekkurler.her hefteleri maraqla oxuyuram.Allah ovladi olmayanlara ana olmagi qismet etsin insallah.
17 sentyabr 2013 21:36
Offline
Ayka Nəcəf
Maraqlidi,insaallah biz de gorerik
12 sentyabr 2013 12:18
Offline
Aysu.Rüzgar
Allah butun xanimlara bu hissi yasamagi nesib etsin
9 sentyabr 2013 16:06
Offline
איסון ממדוב.
alla her kese xeyrli ovlad qismet etsin amin alla
8 sentyabr 2013 23:42
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
samira
allah butun ovlad isdiyen qadinlara,analiq hissini yasatsin AMIN
8 sentyabr 2013 22:33
Offline
BAD BOYUN AWKI
Butun hamile qadinlar korpelerin sag salamat dunyaya getirsinler. Allah olmayanlarada tez zamanda nesib eder insallah. Hazirlayana twk give_ros
8 sentyabr 2013 21:29
Offline
Samir Aliyev
Allah hamiya qismet eelesin
8 sentyabr 2013 19:02
Offline
wwwwwwwwwwwwwwwww
allah sizlere xeyirli ve gozel evlad qismet etsin
8 sentyabr 2013 18:42
Offline
Monica_Bellucci
Allah her kese ovlad sevinci qismet etsin.Olmayanlara qismet olsun Insallah!!!
8 sentyabr 2013 17:11
Offline
APENAS
Allah her bir qadina ana olmagi nesib etsin inwAllah girl_ten Allah razi olsun Teshekkurler xebere gore give_ros
8 sentyabr 2013 16:31
Offline
BIBIXANIM
allah yaradiqi bendeleri hemisse sevindirsin hamiya qismet olsun
8 sentyabr 2013 14:31
Offline
Serras
Allah her kese qismet etsin...Xebere gore tesekkurler.
8 sentyabr 2013 14:08
Offline
mine
xebere gore tesekkurler
8 sentyabr 2013 12:52
Offline
Happiness-lady
ALLAH her bir qadina ana olmagi nesib etsin AMIN twk xebere gore girl_ang
8 sentyabr 2013 12:43
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
DENIZ
Allah arzusunda olan har kasa nasib etsin amin
8 sentyabr 2013 11:02
Offline
Nigar
Allah her kese xeyirli evladlar qismet etsin amin
8 sentyabr 2013 10:45
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Aysel İ.
Sağ salamat olsun inşallah. Elə bil özüm beləyəm səbrim çatmır uşaq olsaydı yaxşı olardı.Təşəkkür edirəm.
8 sentyabr 2013 09:39
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )