Bakıda hava 10°
USD AZN
EUR AZN
15:24PERI qurtardi hec dincelmedik ama 15:12aysel hesenli Hamiya salam 15:11aysel hesenli Payiz tətili de qutardi 10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41133

Mən atamın qızıyam...

Mən atamın qızıyam...

Mən atamın qızıyam. O, ən çox məni sevər. Nə desəm o da olar. Evdə şahzadə kimiyəm. Atamın yanında kimsə mənə bir söz deyə bilməz. 

Həftəsonu evimizə gələn xalam böyük bir vasvasılıqla boya hazırladı və evi boyamağa başladı. O, çox intizamlı, təmiz və vasvası bir qadındır, amma gələn kimi bizə gün vermir. Təmizlik edərkən həmişə balaqlarını toplayar, saçını qulaqları çöldə qalacaq şəkildə bağlayar. Bütün ömrü təmizliklə keçər. Təmizlik üçün ölə bilər. 
Evi o qədər zövqlə rəngləyirdi ki, dözə bilmədim. O, nərdivana çıxmışdı, yuxarıları rəngləyərkən, mən aşağıda yeni boyanmış yerlərə barmaqlarımla şəkillər çəkirdim. Mən xəyallara dalıb öz əsərimə tamaşa edərkən, qışqıraraq nərdivandan endiyini gördüm. Təbii ki, qaçmağa başladım. Bir az gecikdim, uzun saplı fırçanı bir-iki dəfə kürəyimdə hiss etdim. "Mən sənə göstərərəm, qan-tər içində divar boyayım, sən gəl korla, ərköyün cadugər" dedi. Çox pis olmuşdum, bu qədər gözəl əsər yarat, özün də təhqir eşit. Qaçarkən atam önümə gəldi, dizlərinə yapışdım. Bir anda cənnətə düşmüş kimi oldum. Ürəyimdə: "İndi görərsən, təmizlik xəstəsi" dedim. Atam: "Nə olub?" dedi. Onun gözləri böyümüşdü, xalam isə kənara çəkilmişdi. Mən bir anda olanları izah etdim, xalam da özünü müdafiə etdi. Atam: "Nə? Sən mənim qızıma vurursan? Dərhal get buradan, bir daha gəlmə" dedi. Xalamı döyürmüş kimi hərəkətlər etdi, anlaya bilmədim ki, xalam qovulduğu halda niyə gülürdü. Mən də atamın qucağından ona baxırdım. Həm qürurlu, həm də qəribəydim, anlaya bilmədiyim şeylər olurdu. 
Anam işlədiyi üçün qohumlar tez-tez evimizi zəbt edər, kömək bəhanəsi ilə bizə əziyyət edərdilər. Dayım və yoldaşı ayrı bir aləm idi. Sanki şeytanla mələk evlənmişdi. Dayım: "Bu divandan enəni gəbərdərəm" deyərdi. Evin içində gəzmək belə qadağan idi, divandan məhəllədə oynayan dostlarıma baxardım, bəzən işarə ilə danışardıq. Dayım pəncərəyə yaxınlaşmış, yazdığım yerdə məni tutmuşdu və gülərək döymüşdü. Arvadı "Etmə" deyə dayıma yalvarırdı, amma o dinləməzdi. Övladları olmamışdı, öz aramızda danışarkən "Allah özü bilən məsləhətdir" deyə qərar vermişdik. Məni vurduğunu atama söyləmişdim, amma atam hər dəfəsində "Mən ondan soruşaram" deyər, əsəbləşmiş kimi davranar, çöldə döyüşdüklərini söyləyərdi. Nədənsə bir dəfə də olsun mənim yanımda onu döymədi, hamısını çöldə həll etdi. Anama dayımın etdiklərini danışarkən anam hirslənər, sonra da gülərdi. Bu böyükləri anlamaq həqiqətən çox çətin idi.
Atam: "Haydı yatışın, səhər erkəndən yaylağa gedəcəyik" dedi. Bütün hirsimi unudub xəyallara dalmışdım. "Yaylaq nədir? Necə bir yerdir" düşünərkən yuxuya getdim. Səhər bir mikroavtobusa doluşduq, məxsusi yaylaq üçün tutulmuşdu. Saatlarla yol getdik və böyük bir təpənin altında "Bu yoxuşla çıxacağıq" dedilər. Mən ağlamağa başladım, çıxa bilməyəcəyəmi söylədim. Atam məni çiyinlərinə oturtdu, bu müdhiş mənzərəni izləyərək təpəyə qalxdıq. Hərdən bir arxama baxıb qıpqırmızı insanları görüncə halıma şükr edirdim. Atam çox güclü, cəld bir adam idi. Digər insanlar çox yorulmuşdu, o, məni daşıdığı halda yorulmamışdı. Arada dayanıb bir az fasilə verirdik. Böyük əlləri ilə mənə su içirirdi. Hazırladığı çörəyin arasında pendir və pomidoru mənə verirdi, qarpızın ən gözəl yeri mənim idi. Mən atamın qızı idim, həyat çox gözəl idi.

 

Mən atamın qızıyam...


Atam siyasət ilə çox maraqlanar, baş vermiş hadisələri yaxşı bilərdi, hər kəs ondan soruşardı. O danışar, hər kəs dinləyərdi. 
Yaylaq evlərini görüncə çaşmışdım. "Daşları üst-üstə qoyub ev düzəltmişdilər. Bəs başımıza tökülsə?" dedim. Bacım: "Ərköyün yenə başladı" dedi. Atam məni başa saldı və möhkəm olduğuna inandırdı. "Bəs gecə heyvanlar gəlsə?" dedim. "Mən varkən kimsə sənə bir şey edə bilməz" dedi. Atam çox güclü idi. Mən atamın qızı idim, həyat çox gözəl idi.
Atam: "Sabah səhər sizi bir yerə aparacağam" dedi. Çox sevindik, amma hara olduğunu izah etmədi: sürpriz imiş. Biz də xəyallara dalaraq yatdıq. Səhər nahar edib yola düşdük. Bir saatdan sonra Tanrının bizim üçün yaratdığı, yaşıllıqlar arasında qapqara muncuq kimi dayanan ləziz meyvələrə çatmışdıq. Tək-tək yığıb yeyilən bu meyvənin adı böyürtkən imiş. Bir müddət sonra atam böyük ovucları böyürtkənlə dolu gəldi, "Götür, qızım, ye" dedi. Hər kəs yanımıza gəldi, onlara da verdik. Ağızımız, əllərimiz qapqara olmuşdu. Atam: "Yaylaqdan gəldiyinizi hər kəs biləcək" dedi. Bu fikir xoşumuza gəldi, bilərək özümüzü rəngləməyə başladıq. Bütün günü atam mənə meyvə yığdı, məni belində daşıdı.
Xəstə olduğum zaman atam "İstə məndən nə istəyirsən" deyirdi. Mən xəstə olduğum üçün heç bir şey istəməzdim. Kiçik qardaşım davamlı qulağıma pıçıldayardı: "Banan istə, banan". İstəkləri bitməzdi, hər şey istəyirdi, söyləməyim üçün məni məcbur edərdi. Bir gün o qədər şişirtdi ki, "Yük maşını istə" dedi. Mübahisə edəcək halım yox idi, yalnız "Axmaqsan? Mən yük maşınını nə edəcəyəm? Dərhal başa düşər" deyə bildim.
İllər keçdi, indi anam ilə mübahisə edirik. "Xeyr, ana, atam çox böyük idi, böyük əlləri vardı, heç yorulmazdı, çox cəld bir adam idi" deyirəm.  Anam: "Xeyr, qızım, o həmişə kiçik bir adam idi" deyir. Qulağı da eşitmir, ona görə də insanlar danışarkən gülərək baxır, istəsə də mövzuya qatıla bilmir. Onu mağazadan gələrkən gördüm, bir sağa, bir sola əyilir. Qulağındakı problem ucbatından başı fırlanırmış. Ürəyimdən "Anam nə zalım qadındır, kişi xəstədir,ou mağazaya göndərib" deyə əsəbləşərkən mənə yaxınlaşdı, çörəkləri götürmək istədim. Əsla icazə vermədi, anama haqsızlıq etdiyimi, onun istədiyini anladım. İnsanlar yaşlandıqda uşağa dönür. Tarix təkrarlamadan ibarətdir. Bir zamanlar mənim gözümdə nəhəng olan atam məgər kiçik bir adammış.

Səslərin sayı: 8
68
8291
loading...
Şərhlər
Offline
Fatma xanım
S.S.E.,
Allah atana rəhmət eləsin yeri cənnətlik olsun
12 fevral 2015 14:52
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
S.S.E.
Vaxt bir yaxinimin atasi rehmete gedende eyni sozleri men ona dedim.dedim men senin yerinde olsam ureyim dayanar.ve fikirleshirdimki bele shey ola bilmez.bacim atam 1 saatin badina getdi.dayim gilde beynine qan sizdi eve getirdiler mene zeng eledilerki gel papanin veziyeti pisdi.eve girende simasi yadimnan olsemde hec vaxt cixmaz.atam cox yarshiqli kishidi.taxtin ustunde uzanmish veziyyetde tecili yardim ona yardim edir ve xestexanaya aparmaqi teleb edir.razilashiki aparin men yashamaq istiyirem.tecili yardim mashinina qoydular qapimizdan 10 deq olardiki terpenmishdi anamda yaninda olmushdu ele ordada rehmete gedib.menise evde oturub onun indice yaxshi xeberinin geleceyini gozluyurdum.ne bilimki atam ciyinlerde gelecey.anam eve yaxinlari ile girende dunyam yixildi.dedim yashamaram.ama yashadim.ne deyim bacim.onnan mene olumunnen bir gun once eynindeki koyney birde onnan olan shekillerim qaldi.koyneyini her gun iyliyib nefesime cekiremki onun iyini hiss edim.Allah verdiyi candi bir gun gelib bir gunde gedecey.atamin yaninda yerimde var artiq.vesiyyet elemishemki onun ayaqlarinin yaninda meni defn etsinler.


Cox tesirlendim Allah rehmet etsin.
12 fevral 2015 12:52
Offline
H.M
Allah valideynleri bawimizin ustunden eksik etmesin.
6 yanvar 2015 15:30
Offline
S.S.E.
ALLAH
BUTUN ATALARA CAN SAGLIQI
VERSIN. OLENLEREDE REHMET
ELESIN. AMIN.
6 yanvar 2015 15:24
Offline
Deniz N-va
Bu qizin hekayesi menimkine oxsayirrrrrrrrrr bezi yerleri cixmaq sertile
25 aprel 2014 21:54
Offline
Minira Aslanzade
Mənidə sonbeşikəm deyə atam istərdi ehhhhhhhh indi istəməsin deyəllər amma ləzzəti itib həyatın valideynlərdən sonra.
24 mart 2014 01:13
Offline
xedice Memmedova
Mende atamin qiziyam...men istemisem her zaman elinden geleni edib...
29 oktyabr 2013 02:28
Offline
Meni Unutmayin
Mən atamın qızıyam. O, ən çox məni sevər. Nə desəm o da olar. Evdə şahzadə kimiyəm. Atamın yanında kimsə mənə bir söz deyə bilməz.

bu cumleleri cox beyendim. ALLAH BUTUN ATALARA CAN SAGLIQI VERSIN. OLENLEREDE REHMET ELESIN. AMIN.
23 sentyabr 2013 11:44
Offline
Qəribə
Allah bu dunyadan kocen valideynlere rehmet etsin.Mekanlari cennet olsun.Heyatda olan valideynlerimize de can saqliqi versin.onlari bizlere cox gormesin.Butun valideynlerimizin qarshisinda bash eyirem. hi girl_ang
23 sentyabr 2013 11:28
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
PƏRVANƏ ƏLİYEVA......
ehhh ne deyim, heyatdi de yasayiriq. kimimiz urekli kimimiz yasimizdan agir yukle,yarali urekle .... sene ne desem yene az demis olacam. inanki, vallah kas senin yerini bileydim bu deqiqe gelerdim yanina qucaqlayib bagrima basardim.menim atam muharibede agir yaralanib, ermeni tankinin altinda qalib ayaqlarini itirib. 1994 cu il yanarin 13 de Beyleqanda yarimcan qaldi. her yanvarin 13 de gunum qara gelirdi, aglayirdim. Bir gun atam mene dedi kiniye aglayirsan siz sevinmelisiz menim bele olmagima.men o tankin altindan cixmayada bilerdim. onda ne edecekdiz? bu soz meni cox dusundurdu. fikirlesdim ki duz deyir atam ne qeder sehidlerimiz var,onlarin korpe usaqlari qaldi atasiz. men de onlardan ola bilerdim. o gunden allaha sukretdim ki atam yarimcan da olsa yanimizdadir. Indi bilmirem yanvarin 13 de sevinem ya aglayam... sevinende ne deyim sevinim, aglayanda ne deyim aglayim... baci kas seninde atan yarimcan da olsa yasayardi... analara can qurban,meni hec kim qinamasin,analarin acisini da gostermesin hec kime. ana acisi mene ele tesir etmir neinki ata acisi... en coxda biz qizlara arxa dayaq olur atalar. allah atana qeni qeni rehmet etsin.sene de sebr versin.amma sen hele olum haqqinda dusunme. yaziq deyilmi anana... heyatini xosbext yasa ki atanin ruhu sad olsun senin xosbextliyine.


Canim bacim cox saqol teseline gore .Allah atana can saqliqi versin.100 yash yashasin.Bacim aqlasan bele sevincinnen aqla.Esas odurki atan yanindadi saq salamatdi.Shukurler olsun.

Bibican ALLAh rehmet etsin mekani cennet olsun,insallah Rebbim axiretde sizi biryerde etsin.

Cox saqol bibinin ureyi bu en gozel arzu oldu mene.

bacim inanki bu vaxta qeder hec kesin yazdigi werh meni bele aglatmamiwdi Allahdan atana rehmet elesin dogurdanda atanin yerini heckim vere bilmez yoldawim iwile elaqedar bir muddetlik xarice gedibdir anam hergun gelib mene baw cekir atam hergun gelib qalir bizdeki kurekenim evde yoxdur evde tek qalmiyin valideynin ovlad ucun etdiyini heckim hecvaxt elemez Allah butun valideynleri qorusun amin menimkileride icinde dunyasini deyiwenlerede rehmetelesin

Canim menim istemezdim kovrelesen.ama sizlerle bolushdum.Allah valideynlerine uzun omur versin.Balalarinin ustunnen eskik olmasinlar.
23 sentyabr 2013 10:40
Offline
nazile akifqizi
PERVANE ELIYEVA .......,
ehhh ne deyim, heyatdi de yasayiriq. kimimiz urekli kimimiz yasimizdan agir yukle,yarali urekle .... sene ne desem yene az demis olacam. inanki, vallah kas senin yerini bileydim bu deqiqe gelerdim yanina qucaqlayib bagrima basardim.menim atam muharibede agir yaralanib, ermeni tankinin altinda qalib ayaqlarini itirib. 1994 cu il yanarin 13 de Beyleqanda yarimcan qaldi. her yanvarin 13 de gunum qara gelirdi, aglayirdim. Bir gun atam mene dedi kiniye aglayirsan siz sevinmelisiz menim bele olmagima.men o tankin altindan cixmayada bilerdim. onda ne edecekdiz? bu soz meni cox dusundurdu. fikirlesdim ki duz deyir atam ne qeder sehidlerimiz var,onlarin korpe usaqlari qaldi atasiz. men de onlardan ola bilerdim. o gunden allaha sukretdim ki atam yarimcan da olsa yanimizdadir. Indi bilmirem yanvarin 13 de sevinem ya aglayam... sevinende ne deyim sevinim, aglayanda ne deyim aglayim... baci kas seninde atan yarimcan da olsa yasayardi... analara can qurban,meni hec kim qinamasin,analarin acisini da gostermesin hec kime. ana acisi mene ele tesir etmir neinki ata acisi... en coxda biz qizlara arxa dayaq olur atalar. allah atana qeni qeni rehmet etsin.sene de sebr versin.amma sen hele olum haqqinda dusunme. yaziq deyilmi anana... heyatini xosbext yasa ki atanin ruhu sad olsun senin xosbextliyine.
22 sentyabr 2013 21:52
Offline
Serras
PERVANE ELIYEVA .......,
Bibican ALLAh rehmet etsin mekani cennet olsun,insallah Rebbim axiretde sizi biryerde etsin.
22 sentyabr 2013 16:31
Offline
Sirli_dunyam
PERVANE ELIYEVA .......,bacim inanki bu vaxta qeder hec kesin yazdigi werh meni bele aglatmamiwdi Allahdan atana rehmet elesin dogurdanda atanin yerini heckim vere bilmez yoldawim iwile elaqedar bir muddetlik xarice gedibdir anam hergun gelib mene baw cekir atam hergun gelib qalir bizdeki kurekenim evde yoxdur evde tek qalmiyin valideynin ovlad ucun etdiyini heckim hecvaxt elemez Allah butun valideynleri qorusun amin menimkileride icinde dunyasini deyiwenlerede rehmetelesin

Dəniz84,bacim menimde atam eynen seninki kimidir bu mentalitet ve arada perde olmagdan ireli gelir Allah qorusun valideynlerimizi
22 sentyabr 2013 16:29
Offline
PƏRVANƏ ƏLİYEVA......
Tam raziyam seninle. allah sene sebr versin. cox sukr menim atam yanimdadir amma senin kimi ata hesreti cekenlerin acilai meni ele agridir ve qorxudur ki. ozumu bir anliq sizin yerinize qoyanda sanki ureyim dayanir kimi oluram. heyatda en cekilmez derddir mence senin ve seninkimilerinin derdi...((

Bir vaxt bir yaxinimin atasi rehmete gedende eyni sozleri men ona dedim.dedim men senin yerinde olsam ureyim dayanar.ve fikirleshirdimki bele shey ola bilmez.bacim atam 1 saatin badina getdi.dayim gilde beynine qan sizdi eve getirdiler mene zeng eledilerki gel papanin veziyeti pisdi.eve girende simasi yadimnan olsemde hec vaxt cixmaz.atam cox yarshiqli kishidi.taxtin ustunde uzanmish veziyyetde tecili yardim ona yardim edir ve xestexanaya aparmaqi teleb edir.razilashiki aparin men yashamaq istiyirem.tecili yardim mashinina qoydular qapimizdan 10 deq olardiki terpenmishdi anamda yaninda olmushdu ele ordada rehmete gedib.menise evde oturub onun indice yaxshi xeberinin geleceyini gozluyurdum.ne bilimki atam ciyinlerde gelecey.anam eve yaxinlari ile girende dunyam yixildi.dedim yashamaram.ama yashadim.ne deyim bacim.onnan mene olumunnen bir gun once eynindeki koyney birde onnan olan shekillerim qaldi.koyneyini her gun iyliyib nefesime cekiremki onun iyini hiss edim.Allah verdiyi candi bir gun gelib bir gunde gedecey.atamin yaninda yerimde var artiq.vesiyyet elemishemki onun ayaqlarinin yaninda meni defn etsinler.
22 sentyabr 2013 16:17
Offline
nazile akifqizi
PERVANE ELIYEVA .......,
.Yuz qardashda gelse bacim Atanin yerini vermez.

Tam raziyam seninle. allah sene sebr versin. cox sukr menim atam yanimdadir amma senin kimi ata hesreti cekenlerin acilai meni ele agridir ve qorxudur ki. ozumu bir anliq sizin yerinize qoyanda sanki ureyim dayanir kimi oluram. heyatda en cekilmez derddir mence senin ve seninkimilerinin derdi...((
22 sentyabr 2013 15:48
Offline
nigar
Allah hec kesi atasiz anasiz qoymasin.twk
21 sentyabr 2013 15:33
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allahdan atana rehmet dileyirem,anana da can sagligi. allah qardasini da arxanda atani evez edecek dag etsin.... Ammayene de ata atadi.... Allah sebr versin baci...

Cox saqol bacim.Allah olenlerine rehmet etsin.Yuz qardashda gelse bacim Atanin yerini vermez.
21 sentyabr 2013 15:31
Offline
nazile akifqizi
PERVANE ELIYEVA .......,
Allahdan atana rehmet dileyirem,anana da can sagligi. allah qardasini da arxanda atani evez edecek dag etsin.... Ammayene de ata atadi.... Allah sebr versin baci...
21 sentyabr 2013 00:24
Offline
PƏRVANƏ ƏLİYEVA......
Atami canimdanda artiq istiyirdim indide istiyirem.Artiq 7 ci ildiki men atasizam.Atasizliqin ne olduqunu bilrem.Cox cetindi.Insanin yashi otdukce ushaqlashir Ata Anaya daha cox ehtiyaci olur.Atamla hemde dost kimi idik.Gelin kocurende mene verdiyi xeyir duasi ushaq kimi aqlamasi hec qulaqimnan getmir.Arzulari cox idi.Bir arzusuda gelin getirmey idi.Qardashimin toyunda gozum hey ele atami axtardi hey aqladim dedim papa sene qurban olum hardasan gorursen senin arzun yerine yetir gelin gelir ocaqina,ama sen yoxsan.ehhhhhhhh nebilim ay qizlar.Vay olenin halina qalanlarda yarali qalir ama yashiyir.Allah bu dunyadan kocen valideynlerimize rehmet etsin.Mekanlari cennet olsun.Heyatda olan valideynlerimize can saqliqi versin.onlari bizlerte cox gormesin.Butun valideynlerimizin qarshisinda bash eyirem.
20 sentyabr 2013 21:00
Offline
wwwww
belkede heyatimda atam olmasa,men dogurdanda bir hecem,yoxam,sadece maddi deyil,menevi cehetden en boyuk desteyimi itirerem.belkede dunyada menim atamnan yoxdu,atam ucun vere bilmeyeceyim tek sey onu istememe girl_ang kdi)
20 sentyabr 2013 20:45
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 15:28 - Müəllif: PERI
    Məşhur müğənni ərə gedir (2)

    Məşhur müğənni ərə gedir

    Türkiyəli müğənni Zeynəb Bastık sevgilisi Tolqa Akış ilə nikah masasına oturacaq.
  • Başqalarının aurasını oxuya bildiyinizi göstərən 6 xüsusiyyət

    Başqalarından gələn müsbət və ya mənfi titrəyişləri hiss edirsinizsə, sehrbaz deyilsiniz və heç bir şey "ixtira etmirsiniz", narahat olmayın. Həqiqətən hamımızın içindən enerji axını axır, bu da yaxşı və pis ola bilər.
  • Yalnızlıq hissindən necə xilas olmalı?

    Yalnızlıq hissi, fiziki olaraq yalnız olmaqdan qaynaqlanır. Beyin, ağrı və təhlükələrə diqqət etmək üçün dizayn edilib. Ona görə yalnızlıq hissi diqqətimizi çəkir. Ürək sıxılması kimi üzünü büruzə verir. Həddindən artıq reaksiya vermədən onu qəbul etməyi öyrənin.
  • 15:23 - Müəllif: PERI
    2020-nin trend saç rəngləri (1)

    2020-nin trend saç rəngləri

    Serialdan tanıdığımız Sansa Stark obrazının adı ilə məşhurlaşan bu rəng, 2020-ci ildə trendlər arasında varlığını davam etdirəcək. İsti tonları ilə sizi daha canlı göstərəcək, gözəlliyinizi ortaya çıxaracaq.http://qadin.net/index.php?newsid=99172
  • Qara nöqtələrlə necə mübarizə aparmalı?

    Qabın içinə yeni qaynatdığınız suyu tökün, böyük dəsmal köməyi ilə başınızı örtərək üzünüzü buxara tutun. Üzünüz yanmağa başladıqda fasilə edin. Sonra yenə üzünüzü tərlədin. Buxar məsamələri açacaq, qulaq təmizləmə çöpü ilə qara nöqtələri təmizləyə biləyə bilərsiniz.
  • 15:20 - Müəllif: PERI
    Hadise 1 ayda 6 kq arıqladı-FOTO (2)

    Hadise 1 ayda 6 kq arıqladı-FOTO

    Son zamanlar fit görüntüsü ilə diqqət çəkən türkiyəli müğənni Hadisə bir ayda 6 kilo arıqlayıb.
  • Məşhur modelyer həbs oluna bilər-SƏBƏB

    Onun 5 ilədək həbsi istənilir.
  • 200 manatla başladı indi milyonerdir-FOTO

    Evinin mətbəxində "Talliah Rose" adlı marka yaradan Gordonun geyimləri böyük maraqla qarşılanır.
  • Azərbaycanda bu kanalın yayımı dayandırıldı

    Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.
  • Qara nöqtələrlə necə mübarizə aparmalı?

    Maskanı üzünüzdə 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə üzünüzü durulayın
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )