Bakıda hava 10°
USD AZN
EUR AZN

Cəsur

Mətbəxi basan qarışqalara əsəbləşən anam hər yerə dərman qoymuşdu. Artıq evin hər küncündə ölən bu dəvətsiz qonaqları görmək mümkün idi. "Bu dərman onları evdən uzaqlaşdıracaq, ya diqqətlərini başqa yerə çəkəcək?" deyə soruşdum, amma sualıma cavab vermədi. Qəzet və jurnallardan limon qoyula biləcəyini öyrəndim. Anam bunun xeyri olmayacağını, vaxt itirə bilməyəcəyini söylədi. 

Evin hər küncündə ölmüş qarışqalar görünürdü. Ona "ana" demək istəmirdim, çünki yazıq qarışqaların öldüyünü görən kimi sevinclə təmizlik edib rahatlanırdı. Hər ölü qarışqa tapan kimi sevindiyindən qışqırırdı, mən isə qardaşımla bir-birimizə baxıb kədərlənirdik. Tozsoranla yığılan yarımcan qarışqaların halını düşündükcə anamın yaxşı insan olmadığını düşünürdüm. Bu hadisə ana anlayışını araşdırmağıma səbəb olmuşdu.
Hər səhər qalxıb mətbəxə baxırdıq. Əlimizdən gəldiyi qədər onları qurtarmağa çalışır, zəlzələ zamanı dağıntıdan insanları çıxaran xilasedicilərə oxşayırdıq. Danlaq eşitsək də, həyatını qurtardığımız kiçik varlıqlar bizi xoşbəxt edirdi.

Bir səhər mətbəxdə birinin qıvrıldığını gördüm, əziyyət çəkirdi. Ona əvvəlcə bir az su damladıb dərmandan təmizlədim. Sonra qəzetin üstünə qoydum ki, qurusun. Mətbəxin pəncərəsinin önünə gətirib "Oksigen alması yaxşı olar" deyə düşündüm. Gəzməyə gedəcəkdik, getməyə məcbur idim, çünki uşaqdım. Dostumu itirməmək üçün onu bir kibrit qutusuna qoydum.
Döndüyümüz zaman hələ də qıvrılırdı. "Bu kiçik varlıq üçün ölmək bu qədər çətindirmi?" deyə düşündüm, ürəyim ağrıdı. Biz əylənib danışarkən o, əzab çəkmişdi. Tam iki gün qıvrıldı. Bəlkə də asanlıqla öləcəkdi, mənim ucbatımdan vaxt uzandı.
Sonda öldü, mən də onunla. Onunla çox şey öldü - anama sevgim, hörmətim, inancım və bir çox şey...
Qardaşım çox ağladı. Qarışqanı gözəl bir mərasimlə yola saldıq. Kağız və diş çöpündən xərək düzəltdik, bağçada basdırdıq. Məzarı kiçik və çox bəzəkli idi. Çox müqavimət göstərdiyi üçün qardaşım ona Cəsur adı verdi. Kağıza adını yazıb diş çöpü ilə baş tərəfində torpağa basdırdı. 
Anam üçün Cəsur iyrənc bir şey idi. Onu narahat etmişdi. Amma biz onu çox sevmiş, ona sahib çıxmışdıq. O, bizim dostumuz, yoldaşımız olmuşdu. O, qarışqa deyildi, onun adı Cəsur idi.

Səslərin sayı: 7
35
3264
loading...
Şərhlər
Offline
Farida_Asadova
Sladkoejka,
qız z hisslərini yaşadığını yazıb.
18 sentyabr 2013 17:46
Offline
Deniz Ilhan
maraqli xebere gore tewekkurler men de balaca olanda qarisqa da oldurmusdum,ari da ama indi hec elim getmir oldurmeye
20 iyul 2013 13:05
Offline
Sandra
Mənimdə yazığım gəlir. recourse
19 iyul 2013 17:10
Offline
❤Ayten❤
tesekur edirem
14 iyul 2013 11:36
Offline
Nigar Sultan
bizim evdə əvvəllər o qədər qarışqa var idi ki, gəl görəsən blum
11 iyul 2013 09:08
Offline
Shokolad Tvix(Evli)
Bir tanish qiz var qarishqalarin elinnen evde shkaladddari bankanin icinde saxliyillar))lap o yadima dushdu
10 iyul 2013 05:00
Offline
Almaz S.
Sladkoejka,
Mən də bəyənmədim bu yazını,ananı belə gözdən salıb qarışqanı ucaltmaq doğru deyil.Əgər analar evdə səliqə-sahman yaratmasalar,evdə olmayan həşarat qalmaz
9 iyul 2013 13:58
Offline
Asi
maraqlidr menim yazgm gelir oldure bilmirem./ canm bir weyi anlamadm bu senin basiva gelen hadisedir?
8 iyul 2013 23:06
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
cicek
oxudum pis oldum
8 iyul 2013 21:00
Offline
NAR çiçəyi
cray Heqiqetende her bir canli yashama haqqina sahibdir.. pis oldum cray
8 iyul 2013 20:04
Offline
ilahe elizade
indi bunlari oxudum lap ureyim agridi.hec bele fikirlesmamisdim.evvel ne onlari oldururdum,ne de yazigim gelirdi.amma indi tamam basqa cure fikirlesirem.Allah senden razi olsun baci. cray lap aglamagim geldi.
8 iyul 2013 18:21
Offline
Ellada Babayeva
Bizdə bina evidi.Bir ara yaman çoxalmişdılar, indi elədə yoxdu.Amma eyvanda olur tək tük elə xırdadılar ki,gözlə görmək olmur.Mən öldürmürəm süpürgəyə yığıb atiram.Kefim olanda oynadığım az olmayıb. biggrin blush
8 iyul 2013 18:10
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ayka S
qarisqa olduermek deyerlerki esgerleri oldurmek kimi gunahdi
8 iyul 2013 17:04
Offline
Yasemen
Qarisqalara menimde yaziqim gelir ancaq ananiz onlari mehv etdiyine gore ona qarsi sevginizin olmeyi duz deyil
8 iyul 2013 16:26
Offline
PƏRVANƏ ƏLİYEVA......
Evde olanda adam ona esbleshir.Ama olduren vaxtimda olub..yalan demiyim.,Maraqli idi.Menim boyuk oqlum cox hessasdi ele sheylere.az qalir aqlasin. cray
8 iyul 2013 15:43
Offline
hmmm
məncə yersizdi bir buna görə ana obrazını bu dərəcədə alçaltmaq, bunu yazan adam, ya burda yerləşdirən çörək yediyi anda birdən fikir versə ki, çörəyini qarışqa basıb nə hiss edər ?? şəxsən mənim əsəblərimə təsir edirlər, "naqlı"dılar çox.. bilirəm şüursuz canlıdırlar amma yenə də. Yol boyu qarşıma çıxan qarışqa yuvalarına dəymirəm, amma ev qarışqalarına xüsusi nifrətim var.
8 iyul 2013 15:41
Offline
M...A .Zeynalli
Maraqli xebere gore tesekkurler.Biz balaca olanda qardasim bir kepenek olmusdu gorduk onu qabagna qoyub ele aglayirdi ki sonra basdirdiq o kepeneyi cray
8 iyul 2013 15:01
Offline
mira-kerim
mənimdə niyəsə qarişqalara yazigim gəlir.. what
yeriyəndə belə zərər verməməyə calişiram..
8 iyul 2013 14:53
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
♥wirinka♥
mence her kes qariwqa oldurmuwdur istemeyerek de olsa oldurmek gunahdir ama yenede yemek yediyin yerde gezdiyin yerde qariwqalar adami harahat edir ona gore mecburi oldururuk
8 iyul 2013 14:52
Offline
pure love
marqlı xəbərdi.O vaxdı qardaşımla həytən ölən quş balası tapmışdıq.onu baş daşı düzəltmişdik,üstünə çoxlu gül ləçəkləri tümüşdük,anamın bizlərə öyrətdiyi duaları oxumuşduq.Ancaq biz anamızla danışırdıq.Birdə ki,adam anasında da küsər?Yaqin ki,uşaq vaxdı hamı belə olub.Ancaq bəzi insanlar üçün ölüm adiləşib,su içmək kimi olum.

PURE LOVE,
Allah bizi mərhəmət edənlərdən etsin.
8 iyul 2013 14:30
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!