Bakıda hava 23°
USD AZN
EUR AZN
09:19Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 09:18Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi xoş gördük!
41062

Saciçi toyuq (foto resept)

Tərkibi:
1 ədəd kiçik toyuq
2 ədəd badımcan
Yarım sarı bolqar bibəri
Yarım qırmızı bolqar bibəri
1 ədəd yaşıl bibər
2 ədəd kartof
10-12 ədəd ağ göbələk
4-5 ədəd pomidor və ya "Bizim Tarla" soyulmuş pomidoru

Kəklikotu
"Wellington" kərə yağı
"Zeytun Bağları" zeytun yağı
Sous üçün:
1 st. toyuq bulyonu
2 x.q. "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
3-4 diş sarımsaq
3 x.q. sirkə, yaxud limon suyu
Duz,istiot
Hazırlanması:
İlk öncə badımcanları soyub uzun-uzun doğrayırıq və duzlu suya qoyub acısını çıxarırıq. 

Saciçi toyuq (foto resept) 

Daha sonra toyuğu dograyıb az suda qaynamağa qoyuruq. Bulyon dadlı olsun deyə, içinə kiçik baş soğanı iki yerə bölüb atırıq. 

Saciçi toyuq (foto resept)

Bu arada sacı ocağın üzərinə qoyub isidirik. İçinə 1 x.q. kərə yağı və eyni miqdarda bitki yağı əlavə edib əridirik. 

Saciçi toyuq (foto resept)

Bibərləri uzun-uzun və qalın doğrayıb sacın içinə yığırıq və qızarıdırıq. 

Saciçi toyuq (foto resept) 
Saciçi toyuq (foto resept) 

Qızaran bibərləri ayrı qaba yığırıq. İndi isə saca 4 yerə böldüyümüz göbələkləri əlavə edirik və eyni ilə onları da qızardıb,bibərlərin üzərinə yığırıq.Yağa ehtiyac olduqca əlavə edə bilərik. 

Saciçi toyuq (foto resept) 

Acı suyunu sıxdığımız badımcanları saca düzüb, hər iki üzünü qızardırıq. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept) 

Kartofları halqa şəklində doğrayıb saca düzürük və bunların da hər iki üzünü qızarıdırq. 

Saciçi toyuq (foto resept) 

Qızartdığımız tərəvəzlərin hamısını bir qabda üst-üstə yığırıq və qaynamış toyuğu saca əlavə edib azca qızardırıq. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept) 

Toyuqlar qızaran müddətdə biz də sousumuzu hazırlayaq. Bunun üçün 1 st. toyuğun bulyonundan süzürük,içinə əzilmiş sarımsaq, tomat, limon suyu, duz, istiot əlavə edib qarışdırırıq. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept) 

Hazırladığımız sousu yavaş-yavaş toyuğun kənarından əlavə edirik və qarışdıra-qarışdıra bir neçə dəqiqə bişiririk. Sous qatılaşmağa başlayanda, iki yerə böldüyümüz pomidorları sacın kənarına düzürük və gözəl qoxu verməsi üçün üzərinə azca kəklikotu səpirik. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept) 

Sacın üzərinə qapaq örtüb, bir neçə dəqiqə az atəşdə bişməyə qoyuruq. Pomidorlar yumşalan zaman toyuğu və pomidorları ayrı bir qaba boşaldırıq. 

Saciçi toyuq (foto resept) 

İndi isə qızartdığımız tərəvəzləri sıra ilə saca düzürük və ən sonda pomidorlarla toyuğu yığırıq. 

Saciçi toyuq (foto resept)
Saciçi toyuq (foto resept)

Saciçi toyuq (foto resept)

Saciçi toyuq (foto resept)

Və yeməyimiz hazırdır. 

Saciçi toyuq (foto resept) 

Nuş olsun!

Səslərin sayı: 27
138
55616
loading...
Şərhlər
Offline
°ღ Zayka •.°ღ
Tox ola ola yox demeden yiyerdim bunu give_ros
20 dekabr 2015 23:01
Offline
Suzanna
Sevirəm belə yeməkləri dadlı olur.
20 dekabr 2015 12:23
Offline
QWEN
Mən də bu yeməyi çox sevirəm, dadlı olur
18 dekabr 2015 17:45
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
fidancik.nva
Arada hazirliram mende.ama men hec sacda elememiwem.cox dadli olur.cox sagolun
24 iyul 2015 21:44
Offline
Gultekin
Menim sevimli yemeyim tesekkurler

Menim sevimli yemeyim tesekkurler
6 may 2015 00:50
Offline
Azadə Həbibzadə
Soz yox suuuupeeeer
27 aprel 2015 19:59
Offline
SARA91
PAYLAŞDIĞIN ÜÇÜN TƏŞƏKKÜR ,+5.
4 aprel 2015 08:46
Offline
Руслан Абилов
Men de yemek istirem hazirlayan olsaydi :(
8 fevral 2015 11:01
Offline
Ayten
hmmm cox beyendimmmmmmmmmmmmmmmmmmmm
6 fevral 2015 19:59
Offline
Aysel İ.
Mən sac içi hazırlamamşıam. Ancaq çox zaman restorana getdiyimiz zaman yoldaşım sifariş verir . çox bəyənirəm bunu. Buna grə mütləq sac almaq istyirəm.
28 yanvar 2015 11:00
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
gunay
Yayda hazirlayariq insallah
28 yanvar 2015 09:48
Offline
Xanim_Xatun
Özüm hazırlamamışam.Amm yemişəm çx dadlı olur

Özüm hazırlamamışam.Amm yemişəm çx dadlı olur
26 yanvar 2015 20:05
Offline
HUSNA
Toyuq etinden olan butun yemekleri beyenirem
7 yanvar 2015 23:36
Offline
♥Mira♥
Mmmm lezzetli gorunur give_ros
30 dekabr 2014 12:17
Offline
أحبك
Bu sacustu ancaq ve ancaq kend toyugundan hazirlananda dadli olur alinma toyuqlar elede dadli olmur. Yebni kend toyugu ile alinmamin ferqi o saat hiss olunur
13 dekabr 2014 16:03
imza: فراق
Offline
Xanim_Xatun
Bu yemək mənim vaz kecilməzdi....
1 dekabr 2014 14:22
Offline
Ulker.Agamali
Sac ici yemeklerini cox sevirem hem de koz ustunde hazirlananlari daha cox
22 noyabr 2014 14:58
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
AFƏR
Sac bişirirəm mal və ya qoyun ətindən ciyərdəndə dadlı alınır kartofsuz.
19 noyabr 2014 19:29
Offline
Qəribə
Maraqlidir və çox da dadlidir biz etdik, tesekkur edirem Çanim.
10 noyabr 2014 14:56
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Pervane
Oyy ən sevdiyim yemək. Əllərin yorulmasın bacı
21 avqust 2014 05:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış