Bakıda hava
USD AZN
EUR AZN
22 noyabr 16:04Xəyalə Murad Şükür, Fəridə xanım. Mən yaxşıyam. Xoş gəlmisiz
41140

Uşaqlarınıza yaxşı dinləyici olun

Uşaqlarınıza yaxşı dinləyici olun

"Arizonanı tərbiyə edərkən" (Raising Arizona) adlı filmdə Holli Hanter, Nikolas Keycə: "Əgər məni sevirsənsə, mənə bir uşaq verərsən"- deyir. Keyc də verir. Uşağı qaçıraraq Holliyə gətirir. Amma mövzumuz bu deyil. Filmdə onlar uşağı qaçırdıqdan sonra qarşılarına oturdurlar və bir-birilərinə baxırlar. Holli Hanter göz yaşlarını tuta bilmir və ağlamağa başlayır: "Səni çox sevirəm."- deyir. O andan sonra hər ikisi uşaqla necə davranacaqlarını bilmirlər.

Mövzumuz da bununla bağlıdır. Sizlər də, çox sevdiyiniz varlığa, uşağınıza qovuşduqdan sonra nələr edəcəksiniz? Bu dəfəki xəbərimizdə uşağınızı dinləməklə bağlı məsləhətləri öyrənəcəksiniz. Uşaqla valideyn arasında səmimi dialoqun ən mühüm amillərindən biri də dinləməkdir. Buna görə də istər ata olsun, istər ana, yaxşı dinləyici olmağı bacarmalıdır.

Yaxşı dinləyici olmaq üçün isə aşağıdakıları nəzərə almaq lazımdır:
1. Uşağınız danışarkən sözünü kəsməməyə çalışın və onu danlamayın.
2. Uşağınızı fikirlərinə görə mühakimə etməyin.
3. Uşağınızın nə dediyinə diqqət yetirin və bütün diqqətinizi ona yönəldin.

Uşaqlarınıza yaxşı dinləyici olun

4. Onu dinləyərkən gözlərinə baxın.
5. Uşağınızın daha çox danışması və fikirlərini bölüşməsi üçün "sonra", "başqa" və s. kimi sözlərdən istifadə edin.
6. Hər şeyi bir dəfəyə danışmağa məcbur etməyin.
7. Uşağınızı dinləməyə vaxtınız yoxdursa, münasib bir vaxt bildirin. Onu başınızdan etməyə çalışmayın.
8. Uşağınızın dediklərini başqalarına deməyəcəyinizə söz verin. Əgər kiməsə artıq demisinizsə, bu barədə ona xəbər verin. Əks halda onun sizə inamı azala bilər.
Əgər uşağınızın fikirləri sizin fikirlərinizlə üst-üstə düşmürsə, özünüzə bu sualları verin:
- Uşağınız sizin kimi düşünməyə məcburdurmu?

Uşaqlarınıza yaxşı dinləyici olun

- Hər hansı bir məsələ barədə sizdən fərqli düşünə bilməzmi?
- Uşağın dünyaya öz gözləri ilə baxmağa icazə verməli deyilikmi?
- Biz də uşaqkən bu cür düşünmürdükmü?
Beləliklə, siz səbr sərhədlərini genişləndirib özünüzü dinləməyə daha yaxşı hazırlamış olarsınız.

Səslərin sayı: 4
0
3846
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!