Görüşünə gəlmək üçün sən sevdiyin o gülləyəm
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gecə vaxti istəmirəm gözəl qəlbin qubarlansın,
Nə yazım ki, məhəbbətli ala gözlər xumarlansın,
Burdan ora nə göndərim, o saçların tumarlansın?
Aç ovcunu diqqətlə bax, göröcəksən əlindəyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Gəlib özüm yuyacağam kipriyini, hələ yuma,
O sevincli göz yaşların töküləydi kaş ovcuma
Bilirəm ki, rəhm eyləyib deyəcəksən gəl qoynuma,
Bircə gün də qoymazsan sən, kədərlənib mən inləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Sən gəl-denən uçacağam, qanadlarım əlimdədir,
Yatağına qonmaq üçün nə sehr var dilimdədir,
Görəcəksən sarmaşıq tək bu qollarım belindədir,
Sən öpdükcə mən də öpəm nə danışam, nə dinləyəm,
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Mənim qəmim yenilmir ki, nə vermişdin həmin qəmin
Qəmlərinə salam denən, qəmlərin də olsun əmin,
Köhnə eşqdən nə qalıbsa, köhnəlməyin o eşq həmin.
Bircə dəfə boylan mənə görəcəksən həminləyəm,
Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
Yadındamı, Mirzə Sakit gözündən yaş çıxardaraq
Gülə-gülə kədərlənib tellərinə çəkdim daraq,
O ətirli saçlarından gizlin bir cüt qopardaraq,
Yapışdırdım saçlarıma, indi həmin telinləyəm
Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.
Könül
Tamahlanma sən hər "sağ ol" a,
Sağ olduqca ölən könül,
Ruh bədəndə kaş sağ ola,
Ölən ruha gülən könül.
Zülmətlərə işıq çəkən,
Evsizlərə evlər tikən,
O dünyada diri ikən,
Bu dünyaya gələn könül.
Qardaş bildin hər qardaşı,
Bal sürtdükcə zəhər daşı,
Oğulsansa qur bardaşı,
Qardaş qədrin bilən könül.
Qərib sözün alma dilə,
Dünya dardır, sən qət elə,
Vətənindən qürbət elə,
Ələkdən keç, ələn könül.
Mirzə Sakit sözdə qani,
Sözə qurban söz qananı,
Söz içində daş-qayanı,
Sözlərinlə dələn Könül.
Müəllif: Mirzə Sakit.
XƏBƏR LENTİ
Toy çantaları
Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ
Nazirlik məktəblinin “ağır yükü”nə çarə tapdı
Göbələk içlikli lavaş(foto resept)
Göz linzaları kor edə bilər
11 Yaşlı Alimdən İnanılmaz Sözlər-FOTO
Yutub fenomeni rəzil oldu - FOTO
Botoks təsirli təbii maskalar
Zeze__cards - 2
Cüt səyahətin maraqlı tərəfi
"Uçan boşqab"ı çəkdi
Evdə boş yerləri dəyərləndirin
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Yasəmən gülü və faydaları
Ev dekorasiyası haqda fikirlər
Hikmətli sözlər
Gələn həftədən Bakıda küçə reklamları ilə bağlı monitorinqlərə başlanacaq
Nəyə görə barmaqlarımız şaqqıldayır?
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Məşhur futbolçunun FOTOsu QALMAQAL yaratdı
Roma barədə şok xəbər
Monika Belluçi yeni imicdə heyran etdi-FOTO
"Yeşilçam" ulduzu yenidən xəstəxanaya yerləşdirildi - FOTO
Hərbçilərimiz Ağdamda minaya düşdü: Həlak olan var - RƏSMİ
Xocalı dünyanın ən böyük məscidlərindən birində
Ağ-qara illüstrasiyalar
Limonlu kakaolu keks (foto resept)
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Gözəllik içkiləri
Kremli çörək
"Telegram"ın işində qüsurlar yarandı - Azərbaycanda
Neqativ düşüncənin orqanizmə təsiri
İşsizlik sığortası haqqında qanun layihəsi hazırdır
Hərbi əsirlərin siyahısı BQXK-yə təqdim edildi
Fendidən romantik ayaqqabı və çantalar(2010)
Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz
Maska taxarkən yol verilən 5 səhv
İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı XƏBƏRDARLIQ
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Ramazan ayının 19-cu gününün imsak və iftar vaxtları
"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq
DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq
Qarğıdalı unu maskası ilə 3 problemin həlli
Çimərlik çantaları
Xəzərdə zəlzələ oldu
Dərini 10 yaş cavanlaşdıran üsul
Öz səsimizi niyə bəyənmirik?
İrem Derici artıq çəkilərini belə gizlətdi-FOTO
Kimə inanaq?
Ronaldo kilsəyə tez-tez getməsinin səbəbini dedi
- ŞƏRHLƏR