181. Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər!
182. Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!
183. Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-nemət içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox ağırdır!
184. Məgər (islamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki, onların yoldaşında (Peyğəmbərdə) hər bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!
185. Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə, qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qurana) inanmadıqdan sonra hansı kəlama inanacaqlar?
186. Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!
187. (Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr! Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!
188. De: Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!
189. Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq! dedi.
190. Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)
191. Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı (bütlərimi Allaha) şərik qoşarlar?
192. Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!
193. Siz onları (müşrikləri və ya bütləri) doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur).
194. Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər.
195. Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!
196. Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!
197. Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!
198. Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!
199. Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!
200. Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
201. Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.
202. (Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər (və ya Şeytanların yaxalarından əl çəkməzlər).
203. (Ya Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklərinə) bir ayə gətirmədiyin zaman (sənə ayə nazil olmayanda): Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin? deyə soruşarlar. De: Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu (Quran, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.
204. Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!
205. Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!
206. Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq Ona səcdəyə qapanarlar!
XƏBƏR LENTİ
Möcüzəvi bal
Uşağın böyüməsi və inkişafı
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Birce Akalay
Baykal gölü ikiyə ayrıldı
Selena Qomes artıq İnstagramda ən məşhur ulduz deyil
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
"LACOSTE"dən çantalar
Şardan hazırlanan bəzəklər
Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana dəstək paylaşımı
Qadınlar üçün 12 qızıl qayda
İşğaldan azad edilmiş Kəlbəcərin kəndindən görüntülər - VİDEO
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Qocalma əleyhinə preparat hazırlandı
Bu günün hava proqnozu
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Dünyada ilk- printerdən maşın çıxdı
Piyada keçidindən istifadə etməyənlər cəzalanacaqlar
Urmiya gölü niyə quruyur?
Gözəlliyin karyerada rolu
Minimalist manikür nümunələri
Səyahət üçün ən gözəl yerlər
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Musiqidən danışaq
Eser Yenenlerden hamiləlik pozu-FOTO
“Telegram”da videozəng funksiyası təqdim olundu
Zeyn Maliki ölümlə hədələdilər-FOTO
"Terminator"un məşhur aktyoru intihar etdi-FOTO
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Bakının üstünü alan duman nədir?
Şokoladlı keks (foto resept)
Çağla Şikel uşaqlıq FOTOsunu paylaşdı
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
Azərbaycanda zəlzələ
Çağla Şikelin Üzü Şişdi-SƏBƏB
Zəhər zərərsizləşdirən quşlar
Tavada albalı piroqu (foto-resept)
Tərəvəzli noxud şorbası
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Dırnaq yemək vərdişi
Cennifer Lopez sirri açdı-FOTO
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Günün ulduz falı
Latviyaya səyahət
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Türkan Şorayda gözəl addım-FOTO
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
- ŞƏRHLƏR