Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
11:25Sima sizinde sabahiz xeyir 09:42Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40323

"Qızılgül" tortu (foto resept)

Tərkibi:

3 ədəd yumurta

180 qr" Wellington" kərə yağı

1,5 st şəkər tozu

200-300 qr un

1 ç/q soda

Vanil

250 qr kefir

60 qr kakao

 Şirə:

5 x/q şəkər tozu

7 x/q su

1-2 x/q meyvə  liköru və ya içki

Arası üçün:

5 x/q meyvəli püre üçün istənilən meyvə

Şokaladlı krem üçün 200 qr şokolad

 Krem 1:

200 qr qaymaq

0,5 st şəkər tozu

Krem 2:

180 qr "Wellington" kərə yağı

2/3 banka qatılaşdırılmış süd

Mastika:

220 qr zefir

2 x/q limon suyu

1 x/q su

400-500 qr şəkər pudrası

Şirniyyat üçün nəzərdə tutulmuş rəng və zər

Hazırlanması:

Yumşaq yağ şəkər tozu ilə çalınır, üzərinə yumurta bir-bir vurularaq çalınır.

Ayrı qabda un, soda, kakao, vanil ələnilir. Yumurta çalıntısına un və kefir az-az əlavə edərək çalınır.

180 dərəcədə isidilmiş sobada 20-30 dəqiqə ərzində, kağız sərilmiş formada 2 və ya 3 ədəd biskivit hazırlanır.

Tortu şirələmək üçün  su, şəkər tozu qazana əlavə edilib qarışdırılır, qaynara düşəndə odun üzərindən götürülüb, qarışdıraraq soyudulur və içki qatılaraq qarışdırılır.

Soyuq qaymaq şəkər tozu ilə çalınır.

Yumşalmış yağla qatılaşmış süd çalınır.

Mastikanı hazırlamaq üçün dərin qaba zefir, limon suyu, su əlavə edilib mikrodalğalı sobada  15-20 saniyə ərzində saxlanılır.

Yumşalmış zefirə şəkər tozu az-az əlavə edilərək, qaşıqla qarışdırılır.

Qatılaşanda taxta üzərində şəkər pudrası əlavə edilərək tam hazır olana qədər yoğrulur.

İstənilən qədər kiçik hissələrə ayırıb zövqünüzə uyğun rəng qataraq yoğurun, bu vaxt ələ bitki yağı da vurmaq olar.

                                                                Hazır mastikanın qırmızı rəngindən əvvəlcə damla forması verilir.

Gördüyünüz kimi ləçəklər hazırlanıb qızılgül forması verilir.

 

 

 

Yarpaqlar hazırlanıb zər vurulur.

 

 

Biskivitlər əvvəlcə şirələnir.
Sonra meyvə püresi çəkilir.

                                       Üzərindən əridilmiş şokalad və qaymaqlı krem çəkilərək, üst-üstə yığılır, 2-3 saat soyuducuda saxlanılır.

                                                               Qatılaşdırılmış südlə hazırlanan krem torta hərtərəfli səliqə ilə çəkilir.

Yerdə qalan mastika yayılaraq torta hərtərəfli bükülür.

 

 

                                           Qırmızı rəngli mastikadan lent yayılıb torta birləşdirilir və hazır güllər tortun üzərinə yığılır.

Qızılgül tortumuz hazırdır.

Nuş olsun!

 (tərcümə edilib)

nbsp;

Səslərin sayı: 23
147
30584
Loading...
Şərhlər
Offline
Ceyhune Abbasova
cox gozel gorunur.tewekurler yes
9 iyun 2015 18:39
Offline
Pərvanə
Cox gozel bezedilib super
10 may 2015 19:53
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
°elif •.°
Dadli gorunur ama cox eziyyetli bir resepdi
18 aprel 2015 22:08
Offline
Azadə Həbibzadə
Cox gozeldi tesekkur
14 aprel 2015 01:24
Offline
✦AyseL✧
dadli gorunuwu var tewekkurler
4 aprel 2015 17:10
Offline
Xanim_Xatun
Bir az pudranın tam un səklinə dusməyib deyə xəmir bir az nahamardi.

Bir az pudranın tam un səklinə dusməyib deyə xəmir bir az nahamardi.
12 mart 2015 14:14
Offline
Xanim_Xatun
Bir az pudranın tam un səklinə dusməyib deyə xəmir bir az nahamardi.
12 mart 2015 14:14
Offline
Xanim_Xatun
Bir az pudranın tam un səklinə dusməyib deyə xəmir bir az nahamardi.

Bir az pudranın tam un səklinə dusməyib deyə xəmir bir az nahamardi.
12 mart 2015 14:14
Offline
Xanim_Xatun
Bir az pudranın tam un səklinə dusməyib deyə xəmir bir az nahamardi.
12 mart 2015 14:14
Offline
Mələksima
Çox gözəl görsənir çox sağ olun resept üçün.
10 fevral 2015 16:53
Offline
איסון ממדוב.
Cox isterdim hazrlayim mende belesin
7 fevral 2015 09:48
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
.........................................
Lezzetli gorunur....Indi olsaydi yeyerdim... girl_ang
25 yanvar 2015 18:14
Offline
Wirin Qiz
cox twklerrrrrrr
11 yanvar 2015 00:23
Offline
Pərvanə
Super bir tortdur çox bəyəndim əsməyə adamın əli gəlməz.
29 dekabr 2014 15:56
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Nura:)))
Çoox gozel gorunur.Məndə hazırlayacam alınar yeqin ki.
19 dekabr 2014 18:50
Offline
S.S.E.
Goruntusu cox qəsəngdi dadida
ele olar yəqin
18 dekabr 2014 11:02
Offline
SEHERshehi
ehsen...soz tapmiram demeye...ALLAH size veren istedaddan bacariqdan mene de versin blush girl_smi
17 dekabr 2014 04:17
Offline
Realist
Vauuuu. Nə super bir şeydir.
28 noyabr 2014 16:11
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Aysel İ.
Gözəldir.Ancaq mən daha asan hazırlananlara üstünlük verirəm. çünki vaxt kasıblığı çəkirəm bu aralar.
26 noyabr 2014 13:33
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ulker.Agamali
Gozel qizilgullerdir texnikasi ucun cox sag ol
22 noyabr 2014 23:48
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış