Bakıda hava 10°
USD AZN
EUR AZN

Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!

 Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!

 

Yeməklərinizin imtina edilməz parçası olan sarımsaq ilə saçlarınızı qoruma altına ala və bu qoruma sayəsində daha gözəl bir saç quruluşuna sahib ola bilərsiniz. Son illərdə, xüsusilə saç tökülməsinə qarşı istifadə edilən sarımsaqla saçlarınızı əvvəlki sağlamlığına qaytara bilərsiniz. Unutmayın, sağlam saçlar fiziki mənada sizə böyük üstünlüklər qazandıra bilər və daha gözəl bir görünüşə sahib ola bilmənizi təmin edər.

     Sarmısağın içində olan allicin adlı komponent həm güclü qoxunu verir, həm də sarımsağın sağlamlığa faydaları bu komponentdən gəlir. Sarmısaqla saç baxımı, saçları gücləndirmək, təbii bir parlaqlıq qazandırmaq, uclarının daha az qırılması və saç dərisində meydana gələn qaşıntıdan xilas olmaq üçün istifadə edilə bilər.

 

Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!

 

     Sarmısaq yalnız yeməklərimizi dadlandırmaqla kifayətlənmir, qan təzyiqini salma, ürək xəstəliklərindən qoruma, göbələk və virus infeksiyalarına maneə törətmə, xolesterolu salma və damar tıxanmasına mane olma kimi bir çox əhəmiyyətli işə yarayır. Sarmısaq qan dövranını sürətləndirərək saç dərisinə daha çox oksigen getməsini və toksinlərdən təmizlənməsini də təmin edir. 

     İndiki vaxtda sarımsağın tökülən saçı təkrar çıxarması və saçların zəiflədiyi bölgədə daha çox saç çıxarması üzərində bəzi araşdırmalar aparılır. Saçların zəiflədiyi bölgələrdə sarımsaq jeli istifadə edən kəslərdə istifadə etməyənlərə nisbətlə gözlə görülə bilən şəkildə təkrar saç çıxdığı və saç keyfiyyətində artım təmin edildiyi müşahidə edilmişdir. Bu araşdırmaların nəticələri 2007-ci ildə “U. S. National Library of Medicine” da nəşr olunmuş və 2010-cu ildə  Dünya Saç Araşdırmaları Konqresində iştirakçılara təqdim edilmişdir.

 

Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!

 

     Sarmısaqla saç baxımı üçün içərisində sarmısaq olan şampunları istifadə edə bilər, ya da öz sarımsaqlı şampununuzu özünüz hazırlaya bilərsiniz. Digər bir alternativ isə çox incə dilimlənmiş sarımsaqla saç dərinizə masaj etməkdir. Sarımsaq dilimlərini saçınızın zəiflədiyi və töküldüyü bölgəyə masaj edərək tətbiq edin və 60 dəqiqə gözlədin. Daha sonra eyni bölgəyə zeytunyağı ilə masaj edin. Daha təsirli bir tətbiq üçün zeytunyağını 5-6 saat saç dərinizdə gözlədin. Sonra saçlarınızı normal şampunla yuya bilərsiniz. 

     Sarımsaq sağlamlığa faydaları ilə ön plana çıxmaqla birlikdə bəzən yan təsirə səbəb ola bilər. Sarımsağın ən çox görülən yan təsiri allergik reaksiyalardır. Dəridə qızarıqlıq, qaşıntı, səpgi olaraq görülə bilər. Bu allergik reaksiyalar ümumiyyətlə çiy sarımsağa toxunulduğunda ortaya çıxır. Körpələrdə və uşaqlarda sarmısağın birbaşa dəriyə tətbiqi doğru deyil.

 

 

Səslərin sayı: 12
57
15970
loading...
Şərhlər
Offline
AFET
Gözel meslehetlerdi sarımsağın saca faydali olduğunu bilirdim.
10 fevral 2014 20:27
Offline
♥NiLuFeR♥
TESEKKURLER,FAYDALI XEBERDI.SARIMSAGI BILIRDIM XEYIRLI OLDUGUNU
3 yanvar 2014 20:49
Offline
Nergiz
Duzdur sarimsaq cox keyfiyyetlidir sac ucun,tewekkurler,
1 dekabr 2013 14:35
Offline
Zeynalova Leman
Sacim dehset tokulur edecem.xebere gore twk
14 oktyabr 2013 12:24
Offline
Rzayeva Guler
Sarimsaqi esitmisem sarimsaqli sanpunda almisam isdifade etmisem elede yaxsi netice gormemisem
19 sentyabr 2013 15:44
Offline
S_Sariyeva
sarimsaqli sampuanla yumusam indi saclarimi gorekde nece tesir edecey
10 sentyabr 2013 19:20
Offline
PrEnSseSs
Sarimsaqi yemekde xowlamiram amma bele faydali meslehetler ucun cox saqolun no
4 sentyabr 2013 16:39
Offline
Reyna cebiyeva
sarimsaq yagindan istifade etmek olar
4 sentyabr 2013 16:31
Offline
gulnar aqakishieva
bunu heftede neche defe etmek olar
fellow
25 avqust 2013 18:37
Offline
YAGMUR
cox yaxsi ve faydali meslehetlerdi tesekkurler air_kiss
give_ros .
19 avqust 2013 20:47
Offline
afa h-eva
istifade etmiwem ... cox yaxwi maskadir... good i_am_so_
5 avqust 2013 13:07
Offline
wwwwwwwwwwwwwwwww
nese adamin inanmaqi gelmir
27 iyul 2013 05:35
Offline
allahverdiyeva jale
menim uzun ve cox saglam saclarim var.bunu mene hami deyir.sebebi ise sarimsaq ve genegercek yagidir.cox xeyirlidir.hamiya meslehet gorurem.
18 iyul 2013 14:27
Offline
Ayan aliyeva
ela meslehetdi
5 iyul 2013 02:00
Offline
heqiqet.hebibova
men istifade etmisem sarimsaqdan ancaq hec 10 deqiqe saxlaya bilmedim cox yandirir derini
29 iyun 2013 19:06
Offline
Aysel Hacıyeva
sadece iysi bir az narahat eder mence
29 iyun 2013 14:15
Offline
gulay
salam bes sarimsagin iyi gelirmi
21 iyun 2013 18:51
Offline
Samir Aliyev
sarimsaqin iyi gelende deli oluram men qalmiwdiki bawima vurum fellow tesekurler
16 iyun 2013 20:07
Offline
Ayla
men yagindan istifade edirem effekti gozeldi iyiside sac quruyandan 2-3 saat sonra gedir
13 iyun 2013 14:11
Offline
Sebine Ehedova
bundan istifade etmemisdim edecem.amma qoxusunu gizletmek mumkun olmayacaq
7 iyun 2013 09:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!