Bakıda hava 19°
USD AZN
EUR AZN

Körpəyə qulluq qaydaları

 Körpəyə qulluq qaydaları

     Körpənin bezini bağlamaq və geyimlərini dəyişdirmək olduqca sadə və öyrənilməsi asan olan bir işdir. Amma bu işlər mümkün olduğu qədər incə və diqqətlə edilməlidir. Təcrübəsiz ana və ataların körpələrin geydirmə mövzusunda bir çox narahatlığı vardır: Körpə üçün ən uyğun geyim hansıdır? Körpəni geyindirərkən və soyundurarkən necə etməli, ona zərər vermədən üst-başını necə dəyişməliyik?
Körpəyə qulluq qaydaları
Yeni doğulanlar özlərinə xəfifcə toxunulduğunu dərhal anlayırlar. Başının arxaya doğru sərt qaçırılması və qıçların boşluqda buraxılması kimi vəziyyətlərdə dərhal reaksiya verir, bir səbəb olmadan ağlayar və qorxarlar. Körpəni beşiyindən götürdükdə və ya qucağa aldıqda körpə özünü təhlükəsizlikdə hiss etməlidir. Bu çox əhəmiyyətlidir. Bu bezlərini, ya da geyimlərini dəyişdiyiniz zaman da olmalı, əgər uşaq yatmışdırsa oyandırılmalıdır. Ya da dəyişdirmək üçün oyanmağını gözləməlisiniz. Yox, əgər uşaq altını batırmışdırsa, o zaman oyadıb altını yuyub təmizləməlisiniz. Əks təqdirdə uşaqda pişmə və yanmalar olar, dərisi qıcıqlanar və soyular. Bez və geyim dəyişdirmə əsnasında körpəni narahat edən boşluqda qalma duyğusunu yox etmək üçün ana üzünü balasının üzünə yaxınlaşdıraraq şirin bir səslə danışmalıdır. Körpənin həmişə təhlükəsizlikdə qalma ehtiyacını qarşılayan əsas faktor anasının səsidir. Körpəni ən uyğun şəkildə tuta bilmək üçün ana sol qoluyla balasının kürəyini tutmalı, sağ qoluyla da ombalarından tutub özünə tərəf qavramalıdır. Bu şəkildə körpənin başı yavaşca ananın çiyininə söykənə bilər. Yenidən yerinə qoyulan körpənin möhkəmcə və etibarlı bir şəkildə tutularaq yavaşca buraxılması lazımdır. Balasını buraxacağı yerə tərəf yaxşıca əyilən ana əvvəl sol qolunu açaraq baş və kürəyi yerləşdirər, sonra körpənin qucağından yavaşca ayrılmasını təmin edəcək şəkildə sağ qolunu çəkməlidir.
Körpəyə qulluq qaydaları
Mövsümə görə geyim
     Seçilən hər növ geyimdə diqqət yetirilməsi lazım olan ilk qayda "hərəkət sərbəstliyi"dir. Yəni, son dərəcə gözəl, amma bir çox düymə və lentlərlə bəzədilmiş, içində körpənin paketləşdirilmiş kimi göründüyü geyimlərdən uzaq dayanmaq lazımdır. Uzun qollu, yumşaq parçadan tikilmiş sadə bir geyim, ya da jilet daha uyğundur.
Mövsümə uyğun geyim seçimindəki çətinlik və qərarsızlıqdan qurtulmalısız. Xüsusilə, soyuq havalarda körpəyə ağır və qalın geyimlər geydirmə vərdişi hər nə qədər keçmişdən bu günə qədər davam etdirilsə də bu yersizdir. Uşağı elə körpəlikdən başlayaraq şüşə plafonda yaşatmaq səhvdir. Üstəlik körpələrin yağ toxumalarını yandıraraq istilik əldə etmə mexanizmləri yetkinlərinkindən daha yaxşı işləyir. Körpəyə yun geyimlər yerinə, pambıqlı və asanca geydirilib çıxarıla bilən bir neçə paltar geydirə bilərsiz. Havanın temperaturu sıfırdan aşağı olmadığında  əlcək və şarf bağlamaq da mənasızdır.
Körpəyə qulluq qaydaları
     Statistikalar uşaqların nə qədər çox geyindirilsə soyuqdəymə xəstəliklərinə o qədər çox tutulduqlarını göstərir. Yenə də havanın çox dəyişkən olduğu bahar aylarında jileti əl altında saxlamaq lazımdır. Allergiya mənşəli qızartılara maneə törətmək üçün ən yaxşı üsul pambıqlı iç geyimləri üzərinə yunlu geyimlər geydirməkdir. Mübahisəli mövzulardan biri yağışlı havalarda körpənin çölə çıxarılıb çıxarılmayacağıdır. Çiləyən yağış gündəlik gəzintidən imtina etmək üçün səbəb deyil. Çünki, uşaq arabaları isti olduğunda kölgəni, yağış olduğunda yağışdan qorumanı təmin edir. Bir az hava almaq körpənin ən çox xoşlandığı "haqqları"ndan biridir. Gəzintiyə maneə törədə biləcək hava şərtləri istilik itkisinə gətirib çıxaran qüvvətli külək və qatı dumandır. Şəhərlərdə  qatı duman eyni zamanda tüstü və toz dənəciklərini də təsir edir. Bunlar körpənin həssas ağciyər və tənəffüs yollarına kobud təsir edə bilər. Körpə quru, istiyə nəmli istidən daha çox dayanıqlıdır. Havadakı nəmlik yüksəldikcə tərləmə artır və istilik bədəndən xaric edildikcə bədənin xarici layları da sərinləyir. Tərləyən körpəyə təbii liflərdən hazırlanmış geyimlər geyindirilməlidir. Beləcə tərləmənin qarşısı alınar. Möhkəm və süni lifli geyimlər dərinin havalanmasını önləyər, dərinin bağlı qalan yerlərində tər yığılmasına və müxtəlif dəri iltihablarına gətirib çıxarar.
Körpəni geyindirmə və soyundurma mərhələləri
     Aşağıdan çıxarılan geyimlər və bezlər üçün körpəni düz bir yerə uzadın. Yuxarıdan çıxarılan geyimlərlə məşğul olmaq körpənin baş, qol və qıçlarım davamlı oynatması üzündən daha çətindir. İşi asanlaşdırmaq üçün körpəni qucağınıza alın. Ayağınızı üst-üstə atın və körpəni qoyacağınız yerə yumşaq bir örtü qoyun. Çıxaracağınız paltarı qoltuqaltına qədər çəkin. Sol əlinizlə körpənin sağ qolunu yuxarı qaldırın və paltarın qolunu sağ əlinizlə çıxarın. Eyni əməliyyatı o biri qola da tətbiq edin. Paltarı başdan sıyırıb çıxarmaq üçün yaxasını sağ əlinizlə genişlədin, sol əlinizin baş barmağıyla geyimin burun və qulaqlara ilişməsinə mane olun.
     Anasının qollarında hər körpə özünü təhlükəsizlikdə və qorunmuş hiss edər. Körpəni geyindirmək üçün eyni yolu tərsindən davam etdirin. Əvvəl paltarın yaxasını körpənin başından keçirin, sonra qollarını ayrı-ayrı geyindirin. Qolunu geyindirmək üçün sol əlinizlə paltarın qolunu keçirərkən, sağ əlinizlə körpənin qolunu tutun. Körpənin geyimlərini dəyişdirmək adi bir hadisə deyil, soyundurub- geydirmə müddəti ana- atayla körpə arasında ünsiyyətin inkişaf etdiyi qiymətli anlardır. Bu əməliyyatlar sırasındakı toxunuşlar körpəyə sevgi çatdırar və bənzər duyğuların körpədə inkişafını təmin edər.
Səslərin sayı: 6
21
14215
loading...
Şərhlər
Offline
Deniz N-va
Sagol Elnare baci minnetdarim girl_ten
27 aprel 2014 22:09
Offline
Sedat Muharramov
ƏLA
love maraqlidi
7 iyul 2013 00:32
Offline
Samir Aliyev
ana olmaqa hazirlawan ucun ela xeberdi
14 iyun 2013 17:10
Offline
Elvira Tehmezzade
Allah butun balalari saxlasin xeber cox gozeldi
13 iyun 2013 16:04
Offline
Amneziya
men korpeni qucaqma almaga bele qorxuram narahat oluram
13 iyun 2013 15:48
Offline
xalilova munavvar
hmmmmmmmmm lazimli xeberdir mende 3 defe kecmisem ALLAHA sukur ALLAHtala hamiya qismet etsin amin insallah girl_ang dance1
13 iyun 2013 13:44
Offline
Zehra Bedirxanli
Men bu yollari keçmişəm. Amma körpə uşağı geyindirmək çox çətindi. Allah bütün qızlarımıza ana olmağı nesib etsin Amin. deyerli meslehetiniz üçün çox sag olun.
13 iyun 2013 09:21
imza: QADİN.NET
Offline
mira-kerim
Ləman_,
amin Ləmanimm..aminn girl_ang
12 iyun 2013 22:25
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Nigar
Allah butun uwaqlari qorusun butun qizlarmiza ana olmagi qismet etsin amin
12 iyun 2013 20:46
imza: Allahın cümləmizə yar olsun amin
Offline
mira-kerim
Allah qismət etsin..acib baxarig xəbərə.. girl_ang
12 iyun 2013 20:15
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Shebnem Quliyeva
Cox maraqli meslehetli xeberdir Mende 10 heftelik hamilyem bu xeber mene gelecekde lazim olacaq Allah her kese qismet Etsin Amin
12 iyun 2013 19:33
Offline
Xəyalə Murad
Çox maraqlı xəbər ahzırlamısan Elnarə. İlk dəfə ana olacaq xanımlar üçün olduqca lazımlı xəbərdir. Yeni doğulmuş körpənin gəzintisi nə qədər məhdud olarsa bir o qədər yaxşı olar. səhər 10-15 dəqiqə. axşam 10-15 dəqiqə. tədricən dəqiqələrin sayını artırmaq olar. Əsas odur ki körpəyə sevgi və qayğı ilə yanaşılsın. allah arzusunda olan hər kəsə yaşatsın inşAllah. Davamlı olsun Elnarə.
12 iyun 2013 18:13
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
pure love
ana olmağa hazırlaşanlar baxın öyrenin biggrin
12 iyun 2013 17:38
Offline
Yasemen
Menimcin en cetin geleni korpeni geyindirmekdi,cox kicik olduqundan ehtiyat edirem ister istemez
12 iyun 2013 16:15
Offline
DENIZ
ana olmaq istəyən xanımlar sizin üçün çox faydalı xeberdi menden keçib
12 iyun 2013 16:07
Offline
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑
MEN ARTIQ BU MERHELELERDEN KECMISHEM BILMIYENLER VE YENI KORPESI OLANLAR UCUN ELA MESLEHETLERDIR.aLLAH OLANLARI QORUSUN OLMAYANLARADA QISMET ETSIN AMIN.
12 iyun 2013 15:45
Offline
Ayka S
menim qizim artiq boyukdur bu yollari gecmisik tsk olmuyanlara qismet girl_ang
12 iyun 2013 15:22
Offline
heyatimin menasisan
cox maraqli movzudu,menede bu yaxinlarda lazim olacaq,oxudum lap heveslendim,allah her bir xanima korpe sevinci qismet etsin,amin
12 iyun 2013 11:59
Offline
aishvarya rai
mene bu yaxinlarda lazim olacaq Allah her bir kese qismet etsin
12 iyun 2013 11:12
Offline
Asi
Allah arzusunda olan her kese qismet elesin Amin girl_ten
12 iyun 2013 10:31
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )