Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadin.Netlilərin maraq dünyası (SON)

Lalə Hacət-i Vuslat
Maraq dünyama nələr daxildir - maraqlı olan hər şey!  İlk marağım kitablar olub, evimizin kitabxanasını dəfələrlə başdan-başa oxumuşdum. Rəsm çəkməyi də uşaqlıqdan sevirəm, davam etsəydim bəlkə irəli gedərdim... Sonra keçdim taxta yonma sənətinə, atamın maşaAllah hər cür aləti var idi (hərtərəfli maraqdan və bacarıqdan atama çəkmişəm, tanıyanlar belə deyir), mənə xüsusi alətlər verdi, bir müddət başımı qatdım... 9-cu sinifdə ilk dəfə tort bişirdim təkbaşına, heç bir yerdə görmədən (indiyə kimi yadımdadır ki, krem necə üzürdü tortun üstündəlol), sonra öyrəndim və irəlilədim. Artıq çox sevirəm tort hazırlamağı, hər dəfə də yeni reseptlər bişirmək, yeni bəzəklərdən istifadə etməkdən zövq alıram!... Ailə qurandan sonra kitab alıb toxumağı öyrəndim. Onu da deyim ki, təbiətcə qənaətcil olduğumdan hobbilərimlə israfa yol verməmək üçün əksinə faydalanmağa başladım: toxuduğum əşyalardan xeyli satdım, indi də şirniyyat bişirmək həvəsimdən istifadə edərək həm zövqümü oxşayıram, həm vaxtımı səmərəli keçirirəm, həm də ailəyə maddi baxımdan köməyim olur... Ümumiyyətlə tikiş, elektrik, bağçılıq işləri, xarratlıq, rəngsazlıq, yəni nə varsa hamısı ilə zaman-zaman maraqlanmışam, ailəyə başım qarışmasa elə o işlərin içində olaram. Nehrə yağı çalmağı bacardığım üçün qalıb inək sağmağı və təndirə çörək yapmağı öyrənmək. Bunları da qismət olsa bu il xalamgilin kəndinə getsəm öyrənərəm inşaAllah!smile
aishvarya rai
Mənim hobbim dəvətnamə yığmaqdır, evə gələn hər dəvətnamadən ən gözəllərini seçib yığıram. Gün ərzində ən çox maraqlandığım və ən çox etdiyim işlər daha çox dini mövzularla maraqlanmaqdı. Bir də hindlilərlə çox maraqlanıram, əsasən də Aishvarya Rai ilə bağlı demək olar hər şeyini bilirəm. Bu qədər bəs edər?yahoo
Fidan
Mənim maraq dairəm çox genişdi. Futbola baxmağı, muncuqlardan boyunbağı, qolbaq, sırğa, güllər düzəltməyi, tort bişirməyi çox sevirəm. Kitaba oxşayan bir dəftər tutmuşam 6-cı sinifdən bəri, ora coğrafiyaya aid hər şey yazıram və təbii ki bilirəm də; xarici mahnıların sözlərini yazıb, oxuyuram, sonra səsimi telefona yazıram və deyim ki, super alınır.good İdman eləməyi çox sevirəm, həyətdə ipatdı oynayıram, volleybol oynamağı da çox sevirəm. Əsas odur ki, bunların hamısına vaxtım çatır.
YEGANA
İlk öncə onu deyə bilərəm ki, mənim maraq dairəm də çox müxtəlifdir, hamı kimi bişir-düşür, bəzək-düzək, bunlar öz yerində, amma ən böyük marağım, bəlkə çoxlarına gülməli gələr, mən ayaqqabı mazlamağı, şotkalamağı çox xoşlayıram və heç vaxt bu vərdişimdən usanmıram. Evə bir nəfər kişi xeylağı gələn kimi (yaxın-uzaq kimliyindən asılı olmayaraq) hamının ayaqqabıları mazlanıb, hazır vəziyyətdə qapıda olmalıdır.lol 2-ci ən çox maraq dairəm evdə ev əşyalarına tez-tez dəyişiklik etməkdir. Demək olar xəstəsiyəm, ən azından bir şey  1 ay dəyişilməz olaraq qala bilər. Qab yumaq da bir çoxlarının xoşuna gəlməsə də mənim sevimli məşğuliyyətimdir. Bir sözlə, sadalasam çox şey çıxacaq, məncə bəsdir. 
Sun
Əslində maraq dünyam o qədər də geniş deyil. Hobbim musiqiyə qulaq asmaq, sayta xəbər hazırlamaq və türk məşhurlarının keçmişiylə maraqlanmaqdır. Yəni nostaljini sevən biriyəm, keçmişdə necə olublar, həyatlarıyla, görünüşləriylə maraqlanıram. Ən zövq aldığım hobbim isə dini hekayələr, hədislər oxumaqdır. Dini xəbərləri çox sevirəm. Bu qədər.love
GulenaY
Uşaqlıqdan marağım olan bijuteriyalar idi, amma boyunbağı və üzük taxmağı xoşlamırdım. Yetkinlik yaşına çatanda maraq dünyama yeni bir maraq əlavə olundu. Artıq bu, mənim özümü dərk edən bir yaş dövrümdə idi ki, get-gedə bunu genişləndirdim. Bu marağım maşınlara idi, mən bütün markalarda sükan arxasında olmağı xoşlayırdım, artıq bu məndə xəstəlik kimi idi. Maşınlar haqqında məlumat, motorun gücü, sürət, komfort, neçənci ilin maşını olduğunu öyrənirdim. Hər markanın dadını bilmək üçün də qohum-tanışları görəndə artıq özləri icazə verirdi. "Kaş bunu sürərdim" dediyim maşın Bugatti Veyron olub. Fransada bu maşının satış salonunda oldum, sürməsəm də sadəcə oturub şəkil çəkirdim. Hətta o qədər maşın xəstəsinə çevrildim ki, ailəmizdə maşınları qaçırdırdım. Bir dəfə də rayonların birinə getmişdik, həyətdə gördüm sakitçililikdi, öz maşınımızı aradan çıxartdım. Amma dayımın maşınını əzdim və Bakının bəzi sürücüləri kimi qoyub qaçdım.lol Həmin hadisədən sonra çalışdım ki, bu qədər həvəsi içimdə öldürüm bir az. Amma nişanlanandan sonra bu həvəsi içimdə 10 faiz azaltdımsa, ailə qurandan sonra bu hələ ki 20 faiz olub. Bundan artıq da olan deyil. İndi isə maşınlarım çoxdur - ətçəkən maşın, paltaryuyan maşın, qabyuyan maşın - baxamayaraq ki, sürmək olmur, lakin hər bir qadına lazım olan vasitələrdir. smile Həyatda 2 şeyə marağım çoxdur, bir səyahətə və bir də maşınlara!
Zumrud Nurullayeva
Mənim maraq dünyamda demək olar hər şey var. Kitab oxumağı çox sevirəm, ən çox da dini kitabları. Balaca yaşımdan rəsm çəkməyi və 6 ildir toxumağı bacarıram (deyim ki, sayta öyrəşdikdən sonra toxumuram). Mətbəxdə yeni-yeni yeməklər bişirməyi çox sevirəm, qısası, qadınların əllə bacardığı xırda işlərin (qaş almaqdan naxış vurmağa kimi) hamısını bacarıram.smile Musiqi dinləməyi, balaca uşaqla oynamağı çox sevirəm. 
Duygu
Maraqlı olan hər şeyi xoşlayıram. Ona görə də maraq dünyam genişdir. Əsasən gəzintiyə çıxmağı, boş vaxtlarımda musiqi dinləməyi, bilmədiyim lazımlı və faydalı məlumatları oxumağı və öyrənməyi xoşlayıram. Bu maraqlı xəbərində mənə də yer verdiyin üçün təşəkkür edirəm, bacım.girl_smi
Seadet Sexavet
Mən yalandan durub maraq dairəsi saymayım. İndi marağım yalnız işimlə bağlı çıxan ədəbiyyatlar, yeniliklərdir. Çalışıram ki, mükəmməl nəticə verə bilim. Bundan başqa yeganə marağım da, arzum da ömrüm yetsə qızlarıma ali təhsil verməkdir. Oğlumu isə ali təhsili ilə bərabər müstəqil yaşaya biləcək, sözünü deyə biləcək bir kişi kimi yetişdirməkdir. İndi mənim başımı bu üç uşaq məktəblə elə qatır ki, heç adım da yadıma düşmür. Ancaq onlar yatanda bu vaxt Qadin.Netə baxıram. Burada sizin kimi xanımlarla tanış olduğum üçün isə çox xoşbəxtəm.love
SELENA
Mənim hobbilərim çoxdur: şəkil çəkmək (ən çox ixtisasıma uyğun şəkillər), maraqlı məlumatlar, reseptlər toplamaq. Dahilərin hikmətli kəlamlarını oxuyub öyrənmək. Səyahət etmək (ən çox Vətənimin bir-birindən gözəl bölgələrini görmək istəyirəm), şirniyyatlar hazırlamaq və onlardan məmnuniyyətlə dadmaq. Maşınları və toxumağı hədsiz çox sevirəm, gələcəkdə alınsa öyrənmək istəyirəm, inşAllah! Təbiətdə gəzməkdən, yaşıllığa tamaşa etməkdən zövq alıram. Lakin bunlardan ən önəmlisi kitab oxumaqdır, əslində bu hobbi deyil. Sadəcə, kitablarsız həyatımı təsəvvür edə bilmirəm, məncə, elm və kitablar qızlıdan daha qiymətlidir. Onlar bizim sərvətimizdir.
Sonda xəbərimdə iştirak edən hər kəsə təşəkkür edirəm, maraq dünyanız həmişə gözəl və rəngarəng olsun. Amin!girl_ang 
Son  kiss
Səslərin sayı: 12
67
7642
loading...
Şərhlər
Offline
Humay
herenin bir maraq dunyasi var oxudum maraqlidi men kitablari cox sevirem coxlu kitabarim-kitabxanam olsun isterdim az da olsa var
22 iyul 2013 00:05
Offline
ulviyye karaca
cox sag olun menimse hobbim rep demekdir love biggrin
20 iyul 2013 00:16
Offline
H_Meleyi
lap yaxsi tesekkurlerdance1
10 iyul 2013 14:25
Offline
Cholkali_Delishka
xebere gore coox sagolun davami olsun :)
10 iyul 2013 14:10
Offline
Shokolad Tvix(Evli)
Menim maraq dunyam curbecur bijuteriyalar,kosmetik vasiteler,umumiyytele uze,saca ve bedene qulluq vasiteleri girl_ang
9 iyul 2013 18:05
Offline
mehebbet sixaliyeva
Maraqli idi təşəkkür edirə
8 iyul 2013 21:20
Offline
♥wirinka♥
cox gozel melumatlardir sizin sayenizde qizlarin hobbileriyle ve maraqlariyla daha yaxindan taniw olduq
8 iyul 2013 02:20
Offline
Xeyale Yariyeva
Coox maraqli idi
8 iyul 2013 01:01
Offline
Fidan
Həmişə dində-imanda olasan

Çox sağol Xalam Amin İNŞALLAH
7 iyul 2013 23:55
Offline
Ruhəngiz
Fidan,
Canım Fidan qızım,ALLAH səni heç bir zaman darda qoymasın.Həmişə dində-imanda olasan.AMİN İNŞALLAH.

Xəbərə görə çox sağ ol bacı.Qızlarımızın maraq dünyası mənə də maraqlı oldu. biggrin Davamlı olsun bacı.
7 iyul 2013 23:41
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Fidan
Guluw Serdarqizi,
Çox sağol Əziz xalam Allah razı olsun,Allaha çox şükürlər olsun ki,məni əsl vaxtında dinə gətirib,təbii ki,Atamın vasitəsi ilə.
7 iyul 2013 23:24
Offline
NUREL
Ellerine sagliq baci, cox gozel xeber idi ki, SON oldu. recourse Dogrudan da maraqli idi qizlarin maraq dairelerini bilmek, senin sayende. yes ellerine sagliq air_kiss
7 iyul 2013 22:23
Offline
♥Selena♥
aan men bir az qeyri adi bir seyemde heee ele cox isteyiremki paltar utulemeyi ele yavas yavas ustunde ese ese ediremki qaynanam hemise herslener besdi o qeder ustune dusdun o paltarin.. Usaqliqdan beleyem.

Yazıq paltarlar nələr çəkir sənin əlindən biggrin

SAG OL ALİŞ GEC DƏ OLSA SUPER SONLUQDU DAVAMLI OLSUN

Bəyəndiyinə çooox sevindim, Yegişşş air_kiss
7 iyul 2013 22:20
Offline
Ellada Babayeva
YEGANA
İlk öncə onu deyə bilərəm ki, mənim maraq dairəm də çox müxtəlifdir, hamı kimi bişir-düşür, bəzək-düzək, bunlar öz yerində, amma ən böyük marağım, bəlkə çoxlarına gülməli gələr, mən ayaqqabı mazlamağı, şotkalamağı çox xoşlayıram


Məndə xoşlayıram. biggrin

Ayaqqabı mazlamağı.
7 iyul 2013 21:31
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Serras
Best of all.... ,
manyakmisin sen kizim? sadaladigin ishlerde zövqlü ne var ki? menim kimi tenbel olmaq lazimdir.en yaxshisi odur :)))

Deyesen bir az oyleyem Lale,nebilim mende beleyemde... wink

Elə mən də Rasimənin şərhini oxuyan kimi eynən belə fikirləşdim.

caan men bir az qeyri adi bir seyemde heee ele cox isteyiremki paltar utulemeyi ele yavas yavas ustunde ese ese ediremki qaynanam hemise herslener besdi o qeder ustune dusdun o paltarin.. Usaqliqdan beleyem.
7 iyul 2013 21:25
Offline
Aminim
Bu qədər intizarda qoyduğum üçün bütün Qadın.Net-lilərdən üzr istəyirəm.

SAG OL ALİŞ GEC DƏ OLSA SUPER SONLUQDU DAVAMLI OLSUN


kiss kiss kiss
7 iyul 2013 21:20
imza: qadin.net
Offline
Fatma xanım
N TSHK

darıxmışdım bu yazı üçün
hamısını diqqətlə oxudum maraqlı oldu
7 iyul 2013 20:23
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Gulum
Selena canim son qoydugun xeberin lap maraqli cixib good En cox YEGANA,bacimin maraq dairesi mene yaxin olduSadece men maz vurmagi o qederde bacarmiram.Amma bezen Qiwda rayonnan palciqli ayaqqabi ile gelenler gedende ayaqqabilarini tanimirlar biggrin Hele uwaq vaxtindan Anam eve gelen qonaqlarin ayaqqabilarin mene sildirirdi Ovaxt bunu deyine deyine edirdim girl_cray indi ise verdiw edmiwem Evde her weyin yerini deyiwmek mende de xestelikdir Oz de bu iwi tek gormeyi xowlayiram Yoldawim da deyinir ki ele bildim sef gelmiwem. dash ireful Gundeliy iwletdiyim qablari da ayda bir defe bir-biri ile deyiwirem ki gozum yorulmasin. pardon
Fidan,Bala sen hele gencsen senin maraq dairenin deyiwmeyi tebiidir Sadece insan oz maraq dairesinde ozu ucun bir sakitlik tapmaga caliwir ve sen de bunu wukurler olsun ki dinde tapmisan Inwallah allahin komeyi ile bu maragin sene yol aciqligi verer girl_ang
Seadet Sexavet,senin maraq daireni men qadin netde oz anketimi doldurarken yazmiwdim Allah arzularina catdirsin girl_ten Diger xanimlar Allahqoysa maraq daireniz bir az da geniwlener bye
7 iyul 2013 20:07
Offline
aishvarya rai

Asi
aishvarya rai
en qesenglerini deyirsen necede yigmisan indiye kimi



he helede yigiram )))

tesekkurler canim menede yer verdiyin ucun xeberinde
7 iyul 2013 19:42
Offline
♥Selena♥
manyakmisin sen kizim? sadaladigin ishlerde zövqlü ne var ki? menim kimi tenbel olmaq lazimdir.en yaxshisi odur :)))

Elə mən də Rasimənin şərhini oxuyan kimi eynən belə fikirləşdim.
7 iyul 2013 19:40
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!