Yunanca "kiçik çubuq" mənasını verən bakteriya (bacterium) sözü 19-cu əsrdə elm lüğətinə girdi. Bakteriyaların uzunu 2-10, eni isə 1-2 mikron olur. Yəni 10 min bakteriyanı yan-yana düzə bilsəniz, təxminən 2,5 santimetr olar. Rəngsiz olduqlarından
mikroskopla görmək asan deyil. Xüsusi boyalar qatılaraq rəngləndirildikdən sonra bakteriyaları izləmək mümkün ola bilər.
Bakteriyalar yayılmaq üçün kifayət qədər qida və mühit tapa bilirlər. Hava ilə ətrafa yayılan bakteriyalar əlverişli mühit tapdıqları zaman təkrar çoxalmağa başlayırlar.
Bakteriya növlərinin çoxu zərərsizdir. Üstəlik insanlara bir çox şəkildə xidmət edirlər. Məsələn, bakteriyalar olmasaydı, torpağın məhsuldarlığını qorumaq, bitki yetişdirmək, yəni həyatın davam etməsi təmin etmək çətin ola bilərdi. Bakteriyalar olmadan ayran, qatıq, sirkə, pendir, turşu kimi qida maddələrini də əldə etməyimiz mümkün ola bilməzdi. Bəzi heyvanlar da bakteriyalardan həzm üçün faydalanırlar. Bu heyvanların mədələrində olan bakteriyalar sellülozu parçalayaraq həzmə kömək edir. İnək və qoyun kimi heyvanlar üçün bakteriyalar həyati əhəmiyyət daşıyır. Bundan başqa, insanların da həzm sistemində bəzi faydalı bakteriyalar olur. Bu bakteriyalar K vitamininin meydana gəlməsini təmin edirlər. Azot, fosfor, karbon kimi elementlərin təbiətdəki çevrilməsini həyata keçirirlər.
Bakteriyaların bəzi mənfi təsirləri də vardır. Su çirklənməsinin birinci səbəbkarı bakteriyalardır. Kanalizasiya və sənaye tullantıları istifadə suyu qarışdıqları zaman bakteriyalar su içində çoxalmağa başlayırlar. Bəzi bakteriyalar isə qidalarda sürətlə çoxalırlar. Bu bakteriyalar ağır qida zəhərlənməsinə yol aça bilər, hətta sonu ölümə qədər gedən ciddi bir problem yarada bilərlər.
Bakteriyaların nə üçün xəstəliklərə gətirib çıxardığı hələ də tam olaraq bilinmir. Eyni zamanda bəzi xəstəlik növlərinə səbəb olan bakteriyaların ifraz etdiyi toksinlərin olduğu məlumdur. Toksin ifraz edən bu bakteriyalar üst tənəffüs yoluna yerləşərək toxumaları dağıdıb difteriya xəstəliyinə səbəb olur.
Bakteriyalardan qorunmanın yolları:
- Ət bakteriya törəməsinə ən uyğun qidalardan biridir. Ətləri böyük parçalar halında saxlamaq bakteriyaların törəməsinə səbəb olur. Ətləri saxlamadan əvvəl kiçik parçalara ayırdıqdan sonra təmiz bir soyuducu poşetinə qoyaraq mütləq dərin dondurucuda ya da buzluğunda saxlanmalıdır.
- Ətin buzunu açmaq istədiyinizdə bu əməliyyatı əsla otaq istiliyində edilməməlidir. Soyuducunun alt bölməsini istifadə edərək ətin daha sağlam bir şəkildə buzdan açılmasını təmin etmək olar.
- Buzu açılan ət dərhal bişirilməlidir, qətiyyən təkrar dondurmamalıdır.
- Qidaları yaxşı bişirmək üçün istilik ən az 70 dərəcə olmalıdır. Və yemək yenidən isidilərkən istilik yenədə 70 dərəcə olmalıdır.
- Qida bişdikdən sonra dərhal yemək və otaq istiliyinə buraxmamaq lazımdır. Bişmiş qidalar otaq istiliyində uzun müddət qalsa, üzərində bakteriya və mikrobların artıma riski çoxalar.
- Bişmiş qidaların çiy qidalara təmasın qətiyyən olmaz. Hətta çiy bir qidanı kəsərkən istifadə bıçağı belə bişmiş bir yeməyə təmas etdirməkdədir qətiliklə uzaq olmalıdır.
- Əllərinizi tez-tez su və sabunla yuyun. Xüsusilə yemək bişirmədən əvvəl isti suyla yumaq faydalı olacaq. Əlinizdə kəsik ya da infeksiya varsa, yemək hazırlamadan əvvəl mütləq üstünü bağlayın.
- Mətbəxdə istifadə vəsaitləri və mətbəx səthinin təmizliyi də ən az əllərinizin təmizliyi qədər əhəmiyyətlidir.
- Yemək hazırlayarkən mütləq təmiz su istifadə edin. Qidalar hazırlanarkən istifadə edilən su ən az qidaların özü qədər əhəmiyyətlidir.
Hər zaman sağlam olun!
XƏBƏR LENTİ
Putin İlham Əliyevə məktub yazdı
Hava şəraiti dəyişir: öncə qızmar yay, sonra sərin yaz - YENİLƏNİB
Hamiləliyin yadda qalan nöqtələri
Öpüş xəstəliyi - mononükleoz
Viktoriya Bekhem uşaqlarını xaç suyuna saldı-FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Stiven Siqal Bakıdadır
Asan rulet börek (foto resept)
Balerina (rəqqasə) pəhrizi
Ölü Dənizdə 1200 illik tapıntı
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
“Bütün günahlar Rusiyadadır”
Gülşənin doğuşdan sonra necə arıqlamasının sirri
Dadlı halva (foto resept)
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Yeni instagram trendi: makiyaj yoxsa təbii gözəllik
Beyza Şekerci oğlunun FOTOsunu paylaşdı
Mübariz İbrahimovu bundan sonra belə görəcəksiniz
Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
DİQQƏT: Bu, siqaret qədər zərərlidir
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Rəsmi Bakıdan Yahoo-ya etiraz
BASDIRMA (foto resept)
HAVA necə olacaq?
2012-nin gəlinlik tac və aksessuarları
Günün qoroskopu:Hisslərinizə uymayın!
Uşaqlarınızı hovuzda qorumağın yolları
Xəyallarımızdakı evlər
"Mourinyo futbol üçün böyük təhlükədir"
Bir binanın üzərində Parisin 750 illik tarixi
Hər kəs bu qızdan danışır-SƏBƏB/FOTO
Xallı geyim nümunələri
HAVA necə olacaq?
Çempionlar Liqasında rekordlar mövsümü...
Pomidorun qiyməti kəskin ucuzlaşdı
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Maraqlı ixtiralar
FİFA Messini seçdi
Leydi Qaqanın tərzi
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Hava haqqında - 21.09.2013
Hadise bacısı ilə barışdı-FOTO
Ağcaqanad yarası üçün məlhəm
Xarab lampaları necə istifadə etməli?
Bu günün hava proqnozu
Soyuq havalarda izləyə biləcəyiniz 5 film
Uşaq ayaqqabıları
3 nəfər bir uşaq dünyaya gətirəcək
Azərbaycan tarixindən yüz şəxsiyyət-5
- ŞƏRHLƏR