Biz hamımız dünyaya gələndə ilk gördüyümüz insanlar valideynlərimiz olur. O insanlar ki, bizim qayğımıza qalır, bizim hər cür əziyyətimizə qatlaşırlar- bu ata və anamızdır. Ərəb sözü olan valideyn kəlməsi "iki başlanğıc", yəni ata və ana anlamı daşıyır. Hər birimiz də bu insanların-ata anamızın sayəsində böyüyürük, oxuyuruq, həyatı öyrənirik. Biz uşaq olanda ata və anamızın bizə verdiyi məsləhətlər bizə qəbuledilməz gəlirdi. Amma böyüdükcə biz də ana olduqca anlayırıq onları nə qədər üzdüyümüzü.
Biz öz ailəmizdə əslində ata -ana evimizdə gördüyümüz şəraiti qurmağa çalışırıq. Uşaq valideyndə nə görürsə istər-istəməz onu təqlid edir. Ona görə də ailədə tərbiyə elə qurulmalıdır ki, uşaqlar cəmiyyət içərisində kifayət qədər normal davranışa yiyələnə bilsinlər.
Valideynin həyat tərzi, davranışı uşaqların gələcək həyatında mühüm rol oynayır. Çünki ətraf mühitlə məhdud əlaqəyə malik körpə ilk əvvəl ancaq və ancaq valideynlərinin rəftarına əsaslanır.
Valideynlər öz övladlrına həyatlarının və nəslinin davamçısı kimi baxır, onların qayğısına qalırlar. Çünki bu uşaq valideynin ona verdiyi borcu qaytarmalı olacaq. Ona görə də uşaqlarla bacardığımız qədər mülayim, humanist, insanpərvərlik hisslərini tərbiyə etmək gərəkdir. Valideyn övlad üçün hər yaşda əvəzolunmaz varlıqdır. Necə ki, övladlarımız bizim yaşama səbəbimizdir. İnsan valideyninə hörmət edərək özündən yaşca böyüklərə də hörmət etməyi öyrənir. Bir sözlə , insanın həyatı vərdişlərinin arxasında valideyn tərbiyəsinin rolu və əhəmiyyəti var.
Hər bir ailənin özünə məsus ənənələri var, ona görə də bütün insanlar bir -birinə bənzəmədiyi kimi , ailələr də bir-birinə bənzəmir. Ailədəki davranış qaydaları uşağın gələcək inkişafına çox ciddi təsir göstərir. Uşaqlar böyüdükcə bu təsirlər özünü biruzə verir.
Bəzən belə bir sualla qarşılaşırıq:
-Görəsən uşağın tərbiyəsində ananın rolu böyükdür, yoxsa atanın?
Əlbəttə ki, uşaq bu iki fərdin övladı olduğu üçün hər ikisi tərbiyədə məsuldur. Anaların ən böyük səhvi övladlarından gələn şikayətlərin atadan gizlətmələridir. Bu səhvlər böyüyüb idarəolunmaz həddə çatanda ata xəbər tutur, amma çox gecdir.
Valideyn olmaq özü də şərəfli işdir. Dünyaya övlad gətirmək, onu böyüdüb cəmiyyətin layiqli nümayəndəsi etmək hər adam üçün ən müqəddəs vəzifə, həmçinin Tanrı qarşısında yerinə yetirməli olduğu borcdur.
İslam dininin banisi Məhəmməd peyğəmbər tövsiyyə edirdi ki, valideynlərə, yaşlılara hörmət etmək imandandır, savabdır.
"Cənnət anaların ayaqları altındadır" deyən bu böyük şəxsiyyət həm də deyirdi ki, "uşaqlar bir növ valideyni təkrar edir." Ona görə də, ailədə tərbiyə məsələsində çox diqqətli olmaq, uşaqların tərbiyəsində adət-ənənələrə riayət etmək gərəkdir. Təbii ki, indi bəzi adət-ənənələr "köhnəlib "deyənlər var. Lakin xalqımızın böyüklərə hörmət, kiçiklərə diqqət, yaşlılara rəğbət kimi gözəl və humanist fikirlərini yaşatmaq bizim borcumuzdur.
Sonda əziz Qadin.Netlilər, hər birinizə xoşbəxt ailə və sağlam övlad böyütməyi arzulayıram. Allah olmayanların hər birinə analıq hissini yaşatsın. Biz də bacardığımız qədər layiqli övlad yetişdirək. Hamınıza sevgi və gözəl ailə arzu edirəm.
XƏBƏR LENTİ
Putin İlham Əliyevə məktub yazdı
Hava şəraiti dəyişir: öncə qızmar yay, sonra sərin yaz - YENİLƏNİB
Hamiləliyin yadda qalan nöqtələri
Öpüş xəstəliyi - mononükleoz
Viktoriya Bekhem uşaqlarını xaç suyuna saldı-FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Stiven Siqal Bakıdadır
Asan rulet börek (foto resept)
Balerina (rəqqasə) pəhrizi
Ölü Dənizdə 1200 illik tapıntı
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
“Bütün günahlar Rusiyadadır”
Gülşənin doğuşdan sonra necə arıqlamasının sirri
Dadlı halva (foto resept)
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Yeni instagram trendi: makiyaj yoxsa təbii gözəllik
Beyza Şekerci oğlunun FOTOsunu paylaşdı
Mübariz İbrahimovu bundan sonra belə görəcəksiniz
Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
DİQQƏT: Bu, siqaret qədər zərərlidir
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Rəsmi Bakıdan Yahoo-ya etiraz
BASDIRMA (foto resept)
HAVA necə olacaq?
2012-nin gəlinlik tac və aksessuarları
Günün qoroskopu:Hisslərinizə uymayın!
Uşaqlarınızı hovuzda qorumağın yolları
Xəyallarımızdakı evlər
"Mourinyo futbol üçün böyük təhlükədir"
Bir binanın üzərində Parisin 750 illik tarixi
Hər kəs bu qızdan danışır-SƏBƏB/FOTO
Xallı geyim nümunələri
HAVA necə olacaq?
Çempionlar Liqasında rekordlar mövsümü...
Pomidorun qiyməti kəskin ucuzlaşdı
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Maraqlı ixtiralar
FİFA Messini seçdi
Leydi Qaqanın tərzi
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Hava haqqında - 21.09.2013
Hadise bacısı ilə barışdı-FOTO
Ağcaqanad yarası üçün məlhəm
Xarab lampaları necə istifadə etməli?
Bu günün hava proqnozu
Soyuq havalarda izləyə biləcəyiniz 5 film
Uşaq ayaqqabıları
3 nəfər bir uşaq dünyaya gətirəcək
Azərbaycan tarixindən yüz şəxsiyyət-5
- ŞƏRHLƏR