Feilin quruluşca növləri
Feillər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə feillər
Sadə, yəni əsli feillərdə ikinci bir morfem ayırmaq mümkün deyil. Belə feillər yalnız söz kökündən ibarət olur. Məsələn:
Çalış, ək, biç, aparsın bəy, evin qalsın dəyirman tək,
Ayılma, haqqını qanma, xəbərdar olma insan tək. (M.Ə.Sabir)
Bu misralardakı, çalış, ək, biç, aparsın, qalsın, ayılma, qanma sözləri sadə feildir. Xəbərdar olma feli quruluşça mürəkkəbdir. Xəbərdar (sifət) + olmaq (feil)
Misaldakı çalış, apar, ayıl sözlərini kök və şəkilçiyə ayırmaq olmaz. Çünki –ış, -ar, -ıl şəkilçilərini bu sözlərdən ayırdıqda çal, ap, ay hissələri ya heç bir məna ifadə etmir, ya da ki, feilin ümumu mənası ilə heç bir əlaqəsi olmur.
Sadə feillər haqqında bu cəhətləri yadda saxlamaq lazımdır:
1. Olmaq, etmək, eləmək feilləri az hallarda sadə, müstəqil feil kimi işlənir. Ol sözü əsasən iki halda sadə müstəqil feil kimi çıxış edir.
A) yaşamaq mənasında işləndikdə. Məsələn: Dostumgil rayonda olurlar.
B) Bir şeyin mövcud olduğunu bildirdikdə. Məsələn: Sözümün keçməsi üçün gərək saqqalım ola? Artıq aramızda varlı- kasıb söhbəti olmayacaq.
Qalan hallarda ol feili adlarla ( isimlərlə) birləşərək mürəkkəb feil əmələ gətirir. Məsələn: dost olmaq, qonşu olmaq, yaxşı olmaq, pis olmaq və s.
Et, elə feilləri də çox az hallarda sadə müstəqil feil kimi işlənir. Sadə feil kimi işləndikdə təsirlik halda təsirlik halda müstəqil obyekt tələb edir. Məsələn: Bu işi kim etdi? De görüm, niyə etdin? Bizə son məqamda köməyi onlar elədi. və s.
Qalan hallarda et, elə feiləri də adlarla ( isimlərlə) birləşərək mürəkkəb feil əmələ gətirir. Məsələn: göz eləmək, fikir eləmək, söhbət etmək və s.
2. Feillər say etibarilə isimlər qədər çox olmasa da, məcaziləşmə imkanlarına görə bütün nitq hissələrindən üstündür. Odur ki, əksər feillər həm həqiqi, həm də məcazi mənada işlənir. Həqiqi mənada işləndikdə müstəqil sadə feil kimi çıxış edir. Məcaziləşdikdə başqa bir sözlə, xüsusən də isimlərlə birləşərək frazeoloji vahid əmələ gətirir. Dilin frazeoloji fondu daha çox belə feillərdən ibarətdir. İdiom şəkildə olan frazeoloji vahidlər mürəkkəb feil hesab olunur. Məsələn: Maşın getdi. Əsgər fikrə getdi. O, maşıdan düşdü. O, hörmətdən düşdü. və s.
Bu misallardakı getdi, düşdü sözləri sadə feil, fikrə getdi, hörmətdən düşdü feilləri isə mürəkkəb feillərdir.
3. Müasir Azərbaycan dilində elə feillər var ki onları zahirən asanlıqla kök və şəkilçiyə ayırmaq olur. Məsələn: ağlamaq, inləmək, barışmaq, yarışmaq və s. Əslində isə belə feilləri kök və şəkilçilərə ayırmaq düzgün deyil.
Düzəltmə sözün əsas xüsusiyyətindən biri odur ki, belə sözlərin kökü ilə ondan düzələn söz arasında məna əlaqəsi olur. Məsələn: diş-dişləmək, ağ- ağarmaq, boz-bozarmaq, ayaq-ayaqlamaq, təəccüb-təəccüblənmək və s.
Tarixən fellər çox dəyişmişdir. Onların bəziləri yeni formaya düşdükcə, köhnə forması arxaikləşmişdir. Ona görə də arxaikləşmiş feillərdən düzələn feillər sadə feillər hesab olunur. Gəlin bu sadə feillərin bəzilərinə birlikdə nəzər salaq:
Bacarmaq, aşılamaq, bəsləmək, gizləmək, usanmaq, tanımaq və s. Bu sözləri kök və şəkiçiyə ayırdıqda kök heç bir məna vermir. Buna görə də bu sözlər sadə feillərdir.
Anqırmaq, asqırmaq, böyürmək, qışqırmaq, hıçqırmaq, öskürmək və s. Bu tipli sözlər də sadə feillərdir. Bu sözlər də kök və şəkilçilərə ayrıla bilməyən təqlidi feillərdir.
Kök, saç, düz, qoxu və s. Bu kimi feillər isimlərlə omonimdir. Bunlar həm isim kimi hal, mənsubiyyət, xəbərlik şəkilçiləri, həm də feil kimi məsdər, təsirlik, növ, inkarlıq, zaman, şəxs şəkilçiləri qəbul edərək dəyişir.
Düzəltmə feillər
Sözdüzəldici şəkilçilərin müxtəlif nitq hissələrinə, xüsusilə adlara artırılması ilə düzəltmə feillər əmələ gəlir. Hal və hərəkət məzmunlu yeni sözlərin yaranması üçün sözdüzəldici şəkilçilərdən istifadə edilir.
Düzəltmə feillər isim, sifət, say və təqlidi sözlərdən, bəzən də əvəzlik və zərflərdən yaranır. Təqlidi söz düzəltmə feil üçün daha çox material verir. Feillərdən feil düzəldən bir sıra şəkilçilər də var.
Feil düzəldən şəkilçilər bunlardır:
-la2 şəkilçisi: Bu şəkilçi məhsuldardır. İsim, sifət, say, əvəzlik, zərf, nida və təqlidi sözlərdən feil düzəldir. Artırıldığı sözün mənasındab asılı olaraq düzəltdiyi sözlər təsirli və təsirsiz olur. Məsələn: ov-ovla; güllə-güllələ; bağ-bağla və s. Bu sözlərdə özündən sonra obyekt tələb edir. Buna görə də təsirli feillərdir. Arıq-arıqlamaq; xəstə-xəstələnmək- bu sözlərdən sonra obyekt tələb olunmur. Bunlar təsirsiz feillərdir.
İsimlərdən: başlamaq, gözləmək, işləmək, daşlamaq və s.
Sifətlərdən: pisləmək, murdarlamaq, zəifləmək və s.
Saylardan: ikiləmək, üçləmək, beşləmək və s.
Əvəzlikdən: özləmək
Zərflərdən: irəliləmək, geriləmək
Nidalardan: bəhbəhləmək, afərinləmək
Vokativlərdən: mələmək, gurlamaq və s.
-lan2 şəkilçisi: İsim və sifətlərdən əşyanın müəyyən vəziyyət kəsb etdiyini bildirən feillər düzəldir.
İsimlərdən: alovlanmaq, odlanmaq, şölələnmək, işıqlanmaq, güclənmək, maariflənmək və s.
Sifətlərdən: genişlənmək, avaralanmaq və s.
Bu şəkilçi –la2 şəkilçisinin qayıdış növünün daşlaşması ilə yaranmışdır. Bu şəkilçi ilə yaranan feillər təsirsiz olur.
Qeyd: Bəzən –la2 şəkilçisi –n hərfini qəbul edərək –lan2 şəkilçisinə bənzəyir. Bunları qarışdırmamaq üçün inkarlıq və məsdər şəkilçilərindən istifadə etmək lazımdır. İnkarlıq və məsdər şəkilçiləri –n ünsüründən əvvəl gələrsə sözdə iki şəkilçi yaranır. İşlənə bilmədikdə bir şəkilçi olur. Məsələn: alovlanmaq sözünü alovlamaq, alovlamamaq kimi işlətmək olmaz. Demək bu sözdə -lan2 şəkilçisidir. Amma başlandı sözünü başlamamaq, başlamaq kimi işlətmək olur. Demək bu feildə -la2 şəkilçisi işlənmişdir. –n isə növ bildirir.
-laş2 şəkilçisi: İsim, sifət, say və zərfdən feil düzəldir.
İsimlərdən: daşlaşmaq, sözləşmək, dərdləşmək və s.
Sifətlərdən: yaxşılaşmaq, fəallaşmaq,adiləşmək və s.
Saylardan: birləşmək, çoxlaşmaq
Zərflərdən: tezləşmək, gecləşmək,
Bu şəkilçi ilə düzələn feillər təsirsiz olur.
-al2; -l şəkilçiləri: Bu şəkilçi əksərən sifətlərdən, bəzən də isim və saylardan əşyanın müəyyən əlamət, keyfiyyət, kəmiyyət kəsb etdiyini göstərən feillər düzəldir. Məhsuldar şəkilçidir.
İsimlərdən: yönəlmək
Sifətlərdən: gicəlmək, kökəlmək, dikəlmək
Saylardan: azalmaq, çoxalmaq
-ar2 şəkilçisi: İsim və sifətlərdən feil düzəldir.
İsimlərdən: otarmaq, suvarmaq, közərmək
Sifətlərdən: ağarmaq, bozarmaq, yaşarmaq
-a2 şəklçisi: Bu şəkilçi ilə yaranan feillər obyektdə dəyişiklik yaradan hərəkəti bildirir.
İsimlərdən: ələmək, qanamaq, sanamaq, diləmək
Sifətlərdən: boşamaq
-ı4 şəkilçisi: Məhsuldar şəkilçidir.
Sifətdən: turşumaq, bərkimək, ləngimək, yavaşımaq
İsimlərdən: dadımaq, yerimək, iyimək
-ılda4 şəkilçisi: Bu şəkilçi təqlidi sözlərdən feil düzəldir. Pıçıldamaq, nərildəmək, guruldamaq, civildəmək , nidalardan isə ufuldamaq, vayıldamaq və s.
-sa2; -sı4; -sın4 şəkilçiləri: susamaq, qəribsəmək, tamsınmaq, diksinmək və s.
-imsə; -ümsə şəkilçiləri: Qeyri-məhsuldardır. Əvəzlik və feillərdən feil düzəldir. Mənimsəmək, gülümsəmək.
-ıq, -ik, -uq, -ük şəkilçiəri: İsim, sifət, zərf, say və feildən feil düzəldir. Yoluxmaq, darıxmaq, gecikmək, birikmək və s.
-an2 şəkilçisi: İsimlərdən və təqlidi sözlərdən feil düzəldir. Dadanmaq, gücənmək, hıqqanmaq, hoppanmaq və s.
-xa; -xala; -ğa; -ğala şəkilçiləri: çalxamaq-çalxalamaq, ovxamaq-ovxalamaq və s.
-aş2 şəkilçisi: yanaşmaq
-ırğa4 şəkilçisi: yadırğamaq
-na; -nə şəkilçisi: kişnəmək, qısnamaq
Sadəcə feillərdən feil düzəldən şəkilçilər
Aşağıdakı şəkilçilər təsirsiz feillərdən təsirli feillər düzəldir.
-t: oxşamaq-oxşatmaq, oynamaq-oynatmaq və s.
-ıt4: axmaq-axıtmaq, qorxmaq-qorxutmaq və s.
-ır4: birtmək-bitirmək, qaçmaq-qaçırmaq və s.
-ar2: qopmaq-qoparmaq,
-dır4: gülmək-güldürmək, ölmək-öldürmək,
-dar2: qonmaq-qondarmaq, dönmək- döndərmək
-uz: udmaq-uduzmaq
Aşağıdakı şəkilçilər təsirli feillərdən təsirsiz feillər düzəldir.
-ıl4: -bu şəkilçi məchul və qayıdış növ feillər düzəldir.məsələn: sərmək-sərilmək, açmaq-açılmaq
-ın4: döymək-döyünmək, almaq-alınmaq, çırpmaq-çırpınmaq
-ış; aş: Əksərən təsirli, bəzən də təsizsiz feillərdən təsizsiz feil düzəldir. Məsələn: salamlamaq-salamlaşmaq, qarşılamaq-qarşılaşmaq, vurmaq-vuruşmaq
-xul: burmaq-burxulmaq
Növbəti dərs mürəkkəb feillərdən bəhs edəcək. Öyrənmək istəyən hər kəsə uğurlar!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
2018-də qarşınıza çıxacaq 3 trend
Xamalı quzuqarnı (foto resept)
Dollarda rekord bahalaşma
İmzaya görə xarakter təhlili
Toylarda yalnız bu şəxslər iştirak edə bilər - Şərtlər açıqlandı
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT
Nəyə görə hamilələrə fol turşusu vacibdir ?
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
Vulkan fermeri milyonçu etdi
Kaktusa qulluq
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
"Günəbaxan" peraşkisi (foto-resept)
2014-cü ilin papaq və şərf dəstləri
Şuşa İslam dünyasının paytaxtı elan olunacaq
İnsanları depressiyadan birdəfəlik azad edəcək kəşf
İpoteka almaq istəyənlərin gəlirləri belə hesablanacaq
Elmar Məmmədyarov BMT-də çıxış edəcək
Kişilər və biz
İslam pəhrizinin 13 qızıl qaydası
Soyuq müharibə anonsu
Görmənin gigiyenası
Sabah yaz havası olacaq
Dırnaq boyasını tez qurutmağın asan yolları
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Təzə əncir şirniyyatı (foto-resept)
COVID-19 Yer kürəsinin üçdə ikisini yoluxduracaqmı? - EKSPERT RƏYİ
Xəzərdə Qara leylək, Qafqaz və Talış qırqovullarının nəsli kəsildi
10 il komada olan qadın uşaq dünyaya gətirdi - ŞOK Hadisə
Roma saqqıza "müharibə" elan edib
Hamilə olduğunu fotosessiyası ilə elan etdi
Zinət əşyaları
Qatıqlı təzə lobya yeməyi (foto resept)
Sıla xəstə halı ilə konsert verdi-FOTO
Hava qeyri-sabit keçəcək
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında - VİDEO
Günün qoroskopu: Məsuliyyətli gündür
Android itəndə özünü tapacaq
Rusiyada məktəblilər maska taxmaya bilər
Çətirinizi götürmüsünüzmü?
HAVA necə olacaq?
Kütləvi mərasimlərə qoyulan qadağa nə vaxt götürülür? - RƏSMİ
İnsanların ən çox gördüyü 5 yuxu
ASAN Xidmət mərkəzlərində rüsumlar
"Vintage" stildə ayaqqabılar
Ağacdan noutbuk hazırlandı
Dünya İqtisadi Forumunun daha bir irəliləyiş
Bakıda akrobatika üzrə açıq birincilik start götürdü
Hava haqqında
Sinoptiklər sevindirmədilər
- ŞƏRHLƏR