Bakıda hava +6°
USD 1.7475 AZN
EUR 1.8505 AZN
09:43Su perisi..... https://youtu.be/4fmEcDPk0zI
37054

SUALIM VAR!

1. Redaksiyaya necə xəbər göndərə bilərəm?
Saytda öz istifadəçi hesabınıza daxil olduqdan sonra, yuxarı hissədəki  idarəetmə panelindən Xəbər əlavə et linki vasitəsi ilə keçid etməniz kifayətdirki, Siz hazırladığınız xəbəri saytda yayımlanması üçün məlumat bazasına göndərəsiniz.
Xəbər göndərilmə qaydası aşağıda qeyd olunan xəbərdə ətraflı şəkildə izah edilmişdir:

 

2. Redaksiyaya göndərilmiş xəbər nə zaman aktiv olunacaq?
Redaksiyaya göndərilmiş xəbərdə redaksiya üzvlərinin (Baş redaktor və redaktor) yoxlanışı zamanı heç bir qayda pozuntusuna rast gəlinməzsə, aktiv olunması üçün təsdiq edilib "sırasını gözləmə" mövqeyinə keçəcəkdir. Xəbər saytda, onun mövzusu, aktuallığı, toplayacağı oxucu kütləsi nəzərə alınması prinsipi ilə yayımlanır. Yayımın gözlənilməsi üçün bir neçə gün vaxt tələb oluna bilər!
Aydın olduğu kimi, xəbər göndərərkən, efirə gedən xəbərlərə diqqət etmək lazımdır. Mövzu ilə bağlı ətraflı məlumatı aşağıdakı yazıdan oxuya bilərsiniz:

Yazı, xəbərlər üçün yeni QN sistemi

Şəxsi səhifənizə nəzər saldığınız zaman aşağı hisssədə redaksiyaya göndərmiş olduğunuz xəbəri görməsəniz, lazımı məlumatı almaq üçün Redaktorlara müraciət edə bilərsiniz. Bu zaman iki hal müşahidə oluna bilər, bunlardan biri bu xəbərin müəyyən əsaslarla məlumat bazasından silinməsi anlamına gəlir. Digəri isə xəbərin yayım üçün götürüldüyü və vaxtının təyin olunduğu üçün yaxın tarixdə istifadəçilərə təqdim ediləcəyi deməkdir. Yox əgər xəbərinizi qeyd olunan hissədə görürsünüzsə, o zaman gözləməyiniz lazımdır.
Məlumat bazasına daxil olacaq hər bir xəbər mütləq aktiv olunmalıdır deyə bir qayda yoxdur! Göndərilmiş xəbər aşağıdakı hallarda məlumat bazasından silinə bilər:
1. Digər Azərbaycan saytlarından götürüldüyü halda
2. Daha əvvəl yayımlanmış, təkrar xəbər olduqda
3. Azərbaycan dili - latın qrafikası ilə yazılmadığı zaman
4. Qeyd olunan bölmə-rubrikalardan heç birinə uyğun olmadığı halda

5. Xəbərdə, mövzuya uyğun olmayan materiallar(yazı,şəkil,video və s.) olduqda
6. Şou-biznes(maqazin), Kriminal, dəhşət və qorxu mövzulu xəbərlər olduqda!

  Xüsusi ilə qeyd etmək istərdik ki, şəxsi məlumatlardan ibarət, sırf reklam və tanıtım xarakteri daşıyan heç bir yazı, məqalə saytda yayınlanmır!
 

3. Şərhlərin redaktə və ya silinməsinin səbəbi
Aşağıdakı hallarda istənilən istifadəçinin şərhləri silinir və ya redaktə olunur.
1. Ümumi etik qaydalar pozulduqda
2. Mövzudan kənar şərh yazıldıqda
3. Şərh sayının çoxalması naminə, xəbərə yalnız gülməcə(smayl) və lokonik sozlərdən (təşəkkürlər, çox sağolun, maraqlıydı, əməyə hörmət, bəyəndim və s.) ibarət fikir bildirildiyi zaman
4. Təhqir, Reklam, Flood olduqda
5. Xəbərlərdə şərh sistemi vasitəsilə "çat" yaradıldıqda
Şərhləri redaktə etmə imkanı olan Nəzarətçi və Ekspertlər öz və ya başqasının şərhlərini səbəbsiz yerə redaktə etdiyi aşkarlanarsa bir daha bu imkandan istifadə hüququ olmayacaq!
İstifadəçinin şərhi redaktə olunarkən səbəb aydın şəkildə qeyd edilməlidir:
məs.:  Səbəb: Reklam! Redaktə etdi:  istifadəçi adı qeyd edilməlidir!
 

4. Saytda necə status-vəzifə sahibi ola bilərəm?

Layihə çərçivəsində müəyyən statusları qazanmağınız üçün saytın fəaliyyətində aktiv olmağınız kifayətdir. Statusların verilməsi haqda daha ətraflı aşağıdakı xəbərdə oxuya bilərsiniz:

 

5. Cərimələr - Cəzalar

Saytdan istifadə zamanı qaydaları pozmuş istifadəçilər Administrasiya tərəfindən cərimələnir və ya cəzalandırılır. Cərimə və cəzalar qayda pozuntusuna uyğun şəkildə dəyişə bilər. Minimal cərimə növü - hesabdan vəsaitlərin silinməsidir. Bu növ cərimə zamanı, istifadəçinin hesabında minimum 50 QN olmasına diqqət edilir. Cərimələr 50 - 5000 QN arası dəyişə bilər. Balans minimal tələblərə cavab vermədiyi halda, cərimənin qazanılmış bonus xallardan silinmə ilə əvəzlənməsi mümkündür. Xalların silinməsi 50 - 5000 bal göstəriciləri arasında dəyişir.
Əgər istifadəçinin hesabında qeyd olunan göstəricilərdən heç birinə rast gəlinmirsə o zaman cərimələr cəza ilə əvəzlənir. Minimal olaraq istifadəçi hesabının saytdan istifadəsinə 3 günlük məhdudiyyət qoyulur! Qərar verilərkən mübahisə etmək, vəziyyəti daha da mürəkkəbləşdirmək qadağandır! Bu, həmin istifadəçi hesabının müddətsiz məhdudiyyətlə üzləşməsi ilə nəticələnə bilər!


6. Şikayətlər

Statuslu, müxtəlif vəzifə sahibi istifadəçilərlə yaranmış problemlərinizlə bağlı olaraq Administrasiyaya ən kiçik bir şikayət belə gəldiyi halda, şikayətin məzmunu sübüta yetirilərsə həmin istifadəçinin bütün imtiyazları ləğv edilir!
Əgər siz statusundan sui-istifadə edən hər hansı imtiyazlı istifadəçinin məsuliyyətsizliyi üzündən layihədən istədiyiniz kimi yararlana bilmirsinizsə, lütfən gecikmədən bizi bu haqda xəbərdar edin - abusefor@qadin.net


7. Digər

Şəxsi ismarıclar, Mənim səhifəm, Balans, Dostlarım, Qonaqlarım, Videolar və Fotoalbom və s. bu kimi digər bölmələr, onlardan istifadə qaydaları haqda bütün suallarınızı Ekspert və ya Nəzazərtçilərə ünvanlaya bilərsiniz!

Administrasiya istənilən vaxt qaydalarda dəyişiklik etmə hüququnu özündə saxlayır!

Səslərin sayı: 123
49
105237
Şərhlər
Offline
Su perisi.....
Salam seyfemi baglamağ isdeyirem nece baglıya bılerem mümkünse kömek edesiz
7 yanvar 2017 13:12
Offline
Suada.....ζ ø√ξ •٠·˙˙
Seyfeni nece bağlıyım kömek edin xaiş
20 iyul 2016 14:29
Offline
Nermin Nebibeyli
salam men sehifemi baglamaq isteyirem mene komek edin.
22 avqust 2015 14:07
Offline
sevaa
tortumun keksi qalib otaqda.kondisioneride qosublar nem kimi olub.bilmemisem.onun ustune krem vursdam pis alinarmi?amma dadi superdi
12 avqust 2015 09:42
Offline
°elif •.°
Salam menim size sualim var men hediyye blokunu acmisam ama hec kese hediyye yollaya bilmirem xais komek edesiz give_ros recourse
8 iyun 2015 22:03
Offline
Duygu N-va
Salam,xəbərin 10 günəndən çox olar ki, yoxlamada gözləyir. Bu nə üçün ola bilər? give_ros
6 iyun 2015 14:24
Offline
linda sirinli
salam gelecek korpeniz bolmesi niye islemir
28 may 2015 15:43
Offline
S.S.E.
3aydir ödenişlerim edilmir sebebini bilmek isteyerdim.
16 may 2015 08:24
Offline
Support
. : . Santa_Xatun . : .,
Salam.
Xanim hal-hazirda istifade edilen veb versiyadir. Saytin hazirda mobile versiyasi yoxdur.
Bu sebebden telefon modellerinden asili olaraq bezi nasazliqlarin olmasi normaldir.

Terane Haciyeva,
Salam.
Youtube video servisinden istifade ederek istediyiniz videonun linkini Videolarin sehifesinde elave ede bilersiniz.

Gulnarə,
Salam.
Zehmet olmasa, qeydiyyat zamani istifade etdiyiniz email unvanini qeyd edin.

Ask Denizi:),
Salam.
Hesabinizdan cixish edin. Daha sonra Ctrl+R emrini bir neche defe tekrarlayib yeniden hesabiniza daxil olun.

mehbara,
Salam.
Movzu ile bagli reklam shobesine muraciet etmeyiniz xahis olunur: reklam@qadin.net
8 avqust 2014 15:14
Offline
mehbara
salam bizim bir face adresimiz var o nline alish verish onu burada reklam elemek isteyirdik bize nece yardimci ola bilersiniz?cavabinizi gozleyecem
7 avqust 2014 15:36
Offline
Deniz N-va
Salam . Bir sual verecem . Menim mektub qutuma mektub geldiyini gorurem. Girirem qutuma ama gorurem hec bir mektub yoxdur . Bu ne ile elaqedardir???Xais edirem cavab verin???
7 avqust 2014 14:32
Offline
Gulnarə
Bir dəfə səhifəmə feysbukla bağlandım, o gündən bəri səhifəmə daxil ola bilmirəm, şifrədə yanlışlıq olduğu bildirilir...Təbii feysbukla bağlanıram, amma istərdim feyslə yox, əvvəl necə daxil olurdumsa yenə elə daxil olum.....Xahiş edirəm kömək edin, əvvəlcədən təşəkkürlər....
31 iyul 2014 02:04
Offline
Terane Haciyeva
Menim sehifemde bele bir sey var.Videolarim.Orada videonu nece qoyurlar.Xais edirem sualima
cavab yazasiz.
31 iyul 2014 01:14
Offline
. : . Sonta_Xatun . : .
Salam.men komputer vasitesile asanliqla sayta daxil oluram. lakin telefonla daxil olub ad sifre yigiram sehifem acilir. sonra basqa sehifeye kecid derken yeniden ad sifre telebv olunur..tekrar yigiram. yene sehifeni deyisen kimi ad sifre teleb olunur...xais edirem menim problemimi hell edin.men saytdan asanliqa istifade ede bilim...onu da deyimli telefon androiddir.
27 iyul 2014 00:13
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Aida M-ova
♥NiLuFeR♥,
Bəli

♥Gizem♥,
Parametrlərdən şəxsi məlumatlarınızı yazın doğum ili , günü , özünüz haqda, məktəbi filan yazın faiz çoxalsın vacib deyil dəqiqliklə yazasız vacib olan o xanaları doldurmaqdı

zehra bedirxanli,
Əlavə parametrlərdən aça bilərsiz
3 iyul 2014 21:00
Offline
°ღ Zayka •.°ღ
Salam men sohbet otagina nece gire bilerem?xahis edirem sualima cavab veresiniz
3 iyul 2014 19:35
Offline
♥Gizem♥
Salam...Bilmək olar mən qonaqlarım bölməsinə necə baxa bilərəm.Mümkün olmur.
Yanlışlıq var!!! Sizin qonaqlarınız siyahısına baxmaq hüququnuz yoxdur!!!
Baxmaq üçün öz istifadəçi Reytinqiniz 50% aşağı olmamalıdır.yazılır.
1 iyul 2014 14:57
Offline
♥NiLuFeR♥
Salam.bu sayta elan yerləşdirəndə Elanı yönləndir sözünün qarşısında nə yazmalıyam?saytın linkini?
26 iyun 2014 22:46
Offline
Dəniz84
salam men onu soruwacaqdim ki her hansi bir xebere rey yaziram sonra onu sile bileerem>?INdiden tesekkur

Salam xanım, xeyir siz öz şərhlərinizi silə bilməzsiniz. Bunu saytın Nəzarətçi və Ekspert heyəti edir.

Sualim var..status almaq istiyirem nece edim??

Bunun üçün siz redaksiyaya xəbərlər göndərməlisiniz. 15 efirə getmiş, yayımlanmış xəbərdən sonra YAQUT satatusunu əldə etmiş olacaqsınız. (Eyni zamanda şərh sayınız minimum 150 olmalıdır)
7 iyun 2014 13:39
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
HAPPY SMİLE :)
Salam men onu soruwacaqdim ki her hansi bir xebere rey yaziram sonra onu sile bileerem>?INdiden tesekkur
7 iyun 2014 13:21
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör