Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16 noyabr 14:25Feride Xeyirli cumeler 16 noyabr 13:25Sima cumemiz xeyirli olsun
39444

Arqan yağının bədənə faydaları

Arqan yağının bədənə faydaları

     Sadəcə  isti Ərəb ölkəsində yetişən 10 metrə boyunda olan arqan ağacının zeytuna bənzər meyvələri olur. Bu meyvənin çəyirdəyini  kəndlilər  qovurub, üyüdür. Bu yolla ortaya çıxan az miqdarda arqan yağından müalicəvi və kosmetik vasitə kimi istifadə edilir. Bu proses ən azı  2 gün davam edir və bu prosesdən alınan yağın miqdarı ən çox 1 litr olur. Hətta ərəb qadıları bu yağı "Duru qızıl" adlandırırlar.    

Dünya arqan yağını xeyli zamanlar öncədən kəşf etmişdir. Son zamanlarda isə bizim ölkəmizdə rast gəlmək olar. Arqan yağı kosmetika yağlarının içərisində  qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər,  istər gecə  istifadə edilə bilən  bu faydalı yağı hamilə qadınlar da  hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir. Duru qızıl  adlandırılan arqan yağından ətir istehsalında da istifadə edirlər.

Arqan yağının bədənə faydaları

     Arqan yağından üzüm çəyirdəyinin yağını, məxmər çiçəyi, meyan kökü, peyğəmbər çiçəyi, yaşıl çay, öskürək otu, çobanyastığı yağı, lavanda və ya quşburnu ilə birlikdə qarışdıraraq istifadə etmək olar. Arqan yağının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, dərini cavanlaşdırır və təravətləndirir. Duşdan sonra bədənə çəkilən bu yağ dərinin tarımlığını qoruyan və  nəmləndirmək üçün mükəmməl, təbii  vasitədir. Arqan yağı yapışqan  bir formada olmadığı üçün yenidən duş almağa ehdiyac yoxdur. Əgər  arqan yağını duşdan əvvəl saçlarınızda  istifadə etmək istəyirsinizsə, bir miqdar ovuc içinə töküb yayın, saçların uclarından  dibinə qədər sürtün və daha sonra barmaq uclarıyla baş dərisinə masaj edin. Yağın saç diblərinə eyni miqdarda yayılması üçün iri dişli daraqdan istifadə etmək olar.Daha sonra saçlarınızı yuxarı şəkildə yığın və dəsmalla sarıyın. 1 saat gözləyin. Unutmadan onu da qeyd edək ki, dəsmalla sarımadan əvvəl dəsmalı isitmək lazımdır. Dəsmal isidilməlidir ki, yağ saçlara daha asan və tez hopsun. Bu yağı duşdan sonrada istifadə etmək istəsəniz  saçın suyunu dəsmalla aldıqdan sonra, saça parlaqlıq  və təzəlik vermək üçün darağın və ya fırçanın üstünə bir neçə damcı  töküb saçlarınızı daraya bilərsiniz. Arqan yağı saç tökülməsinin də qarşısını alır və kökdən uca qədər qidalandırır. 



Səslərin sayı: 7
45
13614
loading...
Şərhlər
Offline
NONA
Bu yaq rus dilinde nece adlanir bilen varsa desin zehmet olmasa

23 iyun 2014 01:12
Offline
Rzayeva Guler
Coxsaqolun Ela melumatlardi
14 sentyabr 2013 01:18
Offline
MAYA EL
ətraflı məlumat üçün çox saq olun bilmədiklərimi öyrəndim
28 may 2013 16:32
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
J e a l o u s y
Bizde de arqan yagi var,faydali oldugunu bilirdim.Istifade edirik ,tesekkurler Gumus
21 may 2013 13:10
Offline
Nəzrin
İlk dəfədi ki eşidirdim bu yağ haqda çox sağol əziz bacım xəbərlərin bol olsun
18 may 2013 16:00
Offline
Rojda
GUMUWUM SENIN YAZDIGIN VE YAZACAGIN BUTUN YAZILAR GOZELDI, OZUN BILIRSEN NIYE wink ARAMIZDA wink
17 may 2013 15:47
Offline
Utopya
Sonay Quluzade - əslində hər bitginin zeytun və günəbaxan kimi yağı olmur. Çox bitgilərin yağı bu iki yağa xüsusui üsulla qarışdırılıb süzülərək alınır. fikir vermisiz eyni adlı yağı müxtəlif firmalardan alanda hərəsi bir cür iylənir. xüsusəndə belə yağların. Bəzən günəbaxan yağının keyfiyyətsiz olanıyla etdikdə qəribə iy olur.Çox bildiyimiz şaytikanı yağı belə fikir versəz bəzilərində kəskin iy olur. Bunun səbəbəi günəbaxan yağını tərkibiylə əlaqədardı. Vitamin dəyəri yüksək olan meyvə və bitgilər zeytun və günəbaxan yağıyla qarışdırılıb xüsusi qaydada ya qaynadılır ya saxlanılır. Sonra təyin olunmuş müddətən sonra süzülür. Buda olur yağ.

Arqan yağının şox yüngül iyisi var. Birdə bu yağı saşlara istifadə edərkən dərhal fenləməyin yoxsa dərinizi və saçınızda yanma hissi olacaq.
16 may 2013 18:14
imza: O biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanlar az şey verib çox şey alan alverçilərlə oxşardır.
Offline
alisa1971
Bir müddət arqan yağı işlətmişəm,kəskin iyi var, digər məlumatlar da əldə etdim, maraqlı idi.
16 may 2013 17:30
Offline
SR (Nişanlı)
tewekurler bu hakda ewitmemiwdim hec
16 may 2013 11:53
Offline
Yağmur damlası
cox sag ol xeber ucun,men ilk defe esitdim bu yag haqqinda.maraqlanmaqa deyer.
16 may 2013 11:30
Offline
SARA91
BİZİMLƏ PAYLAŞDIĞINÇÜN ÇOX SAĞ OL.
16 may 2013 11:30
Offline
Sonay Quluzade
Bir mətbəxdə istifadə olunan yağları, bir də gənəgərçək yağını tanıyırdım, Qadın.Net-ə kimi. İndi bilirəm ki, hər gülün, otun da yağları varmış, indi də arqan yağı. Maraqlanaram, görüm nə olan şeydi. TƏşəkkürlər, Gümüş.
16 may 2013 09:43
Offline
Qəribə
cox sagol bacim,bir az melumatim var bundan,kosmetik vasitelere gatiler,sampuna da gateller,balzama da good
16 may 2013 01:19
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
feqiw
bilmirdim canim melumata gore cox sagol winked
16 may 2013 00:34
Offline
Ayka S
melumatim yoxuydu tsk
15 may 2013 23:52
Offline
mira-kerim
lovable_madam,
silsindəə..əsas oduki bildin... give_ros
15 may 2013 23:01
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Şımarık kız
ne qeseng goren hardan tapa bilerik
15 may 2013 23:00
Offline
Flowers
caniiiiiiiiimmmm...Madamimmmmmm

Sabah şərhlərimizi Shoko silməsə yaxşıdır. crazy
15 may 2013 22:58
Offline
mira-kerim
İcazə verirəm, şımarr

caniiiiiiiiimmmm...Madamimmmmmm give_ros
15 may 2013 22:45
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Flowers
lovable_madam, şimardim..aaa

İcazə verirəm, şımarr biggrin
15 may 2013 22:43
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!