Bakıda hava 10°
USD AZN
EUR AZN
15:12aysel hesenli Hamiya salam 15:11aysel hesenli Payiz tətili de qutardi 10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41132

Şirin yalanlar...

 

 

Hekayədə Ayan adlı gənc bir qızın həyatından bəhs edilir. 18 yaşı var. 11-ci sinifdə oxuyur. Sadə, saf ürəkli, məsum, hamıya inanan bir qızdı. Atası uşaqkən onu atıb. Anası ilə birgə yaşayır. Həyatda ən çox sevdiyi anasından başqa heç kimi yoxdu. Qeyd edim ki, hekayədəki hadisələr real həyatdan götürülüb. Sadəcə adlar başqadır.

 Bir payız səhəri idi...

Ayan məktəbə gedirdi. Məktəbin qarşınıda bir oğlan dayanmışdı. Gözlərini Ayandan çəkmirdi. Ayan isə təəccüblü baxışlarla oğlana baxırdı. Ayan məktəbə girərkən oğlan onun üzünə gülümsədi və getdi. Ayan isə heç nə anlamayıb dərsə getdi. Dərs boyu Ayan o oğlanı düşünürdü. Yeniden onu görmək istəyirdi. 2 gün keçdi Ayan dərsdə idi və birdən gözü sinfin pəncərəsinə sataşdı.
Bu həmin oğlan idi. Məktəbə Ayanı görməyə gəlmişdi. Dərs bitincə oğlan Ayanı gözlədi. Ayan dərsdən çıxıb evə gedirdi. Oğlan da onun arxasınca getdi. Küçələrin birində onlar görüşdülər.Və oğlan Ayana öz ürəyini açdı. Adını Cavid olduğunu 23 yaşı olduğunu və Ayanı uzun müddətdir ki, sevdiyini dedi.

Cavid:

-Ayan, sənə qarşı fikrim olduqca ciddidir. Hər gün, hər gecə səni düşünürəm. Ürəyimi sənə necə açacağımı, sənə necə yaxınlaşacağımı bilmirdim. Nəhayət özümdə cəsarət toplayıb sənə ürəyimi açdım. İstərdim ki, sən də mənim sevgimə qarşılıq verəsən.

Ayan:

-Dediklərin barədə düşünərəm.- deyib oradan uzaqlaşır.

 

Şirin yalanlar...

 

 

Beləcə günlər keçir. Onlar hər gün görüşür, danışırlar. İkisi də çox xoşbəxtdirlər. Qısa müddətdə Ayanla Cavidin sevgisindən hərkəs xəbər tutur.Tezliklə Ayan məktəbi bitirir.Tətilə qohumlarıgilə gedir. Və orda Şəlalə adlı bir qızla rəfiqə olur. Şəlaləyə Caviddən danışır. Demək olar ki, Şəlalə onun bütün sirrlərini bilir.

Artıq 15 gündür ki, Caviddən xəbər yoxdu. Telefonunu söndürüb. Ayan isə ondan narahatdı. Ayan Cavidin onu unutduğunu düşünür. Hər gün ağlayır Cavidi düşünür. "Görəsən niyə görə mənə zəng etmir?" sualı Ayanın ağlından getmir. Yalnız düşüncəsi Caviddir.

Bir gün Ayan Şəlaləgildə oturmuşdu. Söhbət edirdilər. Elə bu vaxt Şəlalənin əmisi oğlu Elmar içəri daxil oldu. Salam verib qarşı otağa keçir, amma gözlərini Ayandan çəkmirdi. Ayan Elmarın ona baxışlarından qorxub Şəlalə ilə sağollaşıb evə gedir. Elmar isə Ayana yaxın olmaq üçün Şəlalədən istifadə edir. Şəlalədən Ayan barədə bütün məlumatları əldə edir. Beləliklə Ayanın izini buraxmır. Bir gün Elmar Şəlalə ilə birlikdə Ayana qarşı plan hazırlayırlar.Və Şəlalə Ayana zeng edib onlara gəlməyini xaiş edir.

Ayan da heç nədən xəbəri olmayıb Şəlaləgilə gəlir. Evdə heç kim olmur. Həyətə düşür Şəlaləni çağırır. Amma cavab gəlmir. Ona cavab vermediyini görən Ayan Şəlaləgilin həyətlərindəki təmirsiz boş otağa gəlir. Çünki Şəlalə tək qalmaq istədikdə bu otağa gələrdi. Və birdən Elmar Ayanın yanına gəlib, onunla qaçmağı təklif edir. Amma Ayan redd edir. Bu vaxt Elmar əlinə bir taxta parçası alaraq Ayanı döyüb öldürəcəyi ilə hədələyir..

Ayan çarəsiz qalır. Elmara yalvarır. Amma Elmar onun sözlərinə qulaq asmır. Və onu maşına məcburi salıb aparır. Ayanın qısqırmağına baxmayaraq kömək istəməyinə baxmayaraq heç kim onun səsinə səs vermir. Beləcə Elmar onu kənddəki evlərinə gətirir. Ayanı otaga salıb möhkəm döyür. Onunla evlənməyə məcbur edir.

Ayan isə çaresizdi. Onun orda heç kimi yox idi. Bilmirdi nə etsin. Ordan qaçmaq üçün çıxış yolu axtarırdı. Elmarın da anası Südabə otaga gəlib dedi:

-Al bu gəlinliyi geyin. Bugün bu toy olmalıdır. Sən Elmarla evlənməlisən.

Ayan:

-Axı zorla evlilik olmaz. Heç ailəm mənim harda olduğumu bilmir. Anam narahatdır. Xahiş edirəm məni buraxın gedim. Yalvarıram sizə.

Südabə Ayanın sözlərinə əhəmiyyət verməyib deyir:

-15 dəqiqə vaxtın var. Bu gəlinliyi geyin hazır ol. Bir azdan kəbininiz kəsiləcək. Beləcə Ayan çarəsiz qalaraq o gəlinliyi geyinir və ona həyətdə toy edirlər.

 

 

Toyun axşamı Ayan gizlicə Elmargilin bağına gedir. Orda yaşlı bir kişiyə yalvararaq onu burdan aparmasını xahiş edir. Kişiyə başına gələnləri danışır və kişini razılığa gətirib maşına minib qaçır. Evlərinə anasının yanına gəlir. Anasına başına gələn hadisəni danışır. Anası isə eşitdiklərinə inana bilmir və qızını qucaqlayıb ağlayır.

Ayan deyir:

-Ana,nə olar məni bağışla. Mənim heç bir günahım yoxdu. Məni aldatdılar.

Ana:

- Qızım, sənə bütün qəlbimlə inanıram. Mən bilirəm ki, mənim qızım heç vaxt elə bir hərəkət eləməz.

Beləcə günlər keçir. Ayan bir gün Cavidin nömrəsini yığır. Və ona zəng çatır. Cavid dəstəyi götürür. Ayan Cavidin ona niyə zəng etmədiyini, niyə onu axtarmadığını soruşur. Cavid isə "canım, biz görüşməliyik sənə hər şeyi danışacam. Gəl kafeyə görüşək. Sənə vacib sözüm var". Ayan razılaşır.

Onlar görüşürlər.Cavid deyir:

-Ayan bağışla ki, uzun müddət sənə zəng etmədim. Özümə yeni biznes qurmuşam. Ona görə vaxtım yox idi. Amma ondan da vacib sözüm var. Bilirsən sənə qarşı fikrim ciddidir. Ailəmə də səndən danışmışam. Hamı razıdı. İstiyirəm evdə anana da deyəsən oktyabrın 24-ü anamgil sizə elçi gəlmək istəyirlər. Deyirəm ki, biləsiz. Hazırlaşın 24 -ü ailəmi gözləyin gələcəklər. Bu vaxtı Cavid cibindən üzük çıxarıb Ayana evlilik təklif edir.

Ayan təbii ki, sevinir. Sevinci yerə göyə sığmır. Evə gəlir Anasına danışır. Anasi da qızının xoşbəxt olduğuna sevinir. Və beləcə hazırlaşırlar. Nəhayət oktyabrın 24-ü gəlir. Hər kəs evdə Cavidin ailəsini gözləyir. saat 17:00 olur. Amma hələ xəbər gəlmir. Ayan çox narahatdı. Görəsən niyə gəlmədilər. Bəlkə Cavidin başına nəsə gəlib? Həm narahat, həm də sevincək Cavidgilin evinə zəng edir. Desteyi Cavidin anası Rüxsarə götürür.

 Ayan:

-Salam xala necəsiz? Cavid evdə?

Cavidin anası:

-Hə qızım evdədi. Kim idi ki, soruşan?

Ayan:

-Deyin ki, sinif yoldaşı Sevincdi.

Cavidin anası:

-Qızım, Cavid əynini geyinir. Məgər xəbərin yoxdu? Bu gün onun toyudu. Yoxsa səni çağırmayıb? Ola bilsin ki, yadindan çıxib. Amma sən gələrsən. 

Ayan donub qalmışdı. Bilmirdi nə desin sadəcə "Xoşbəxt olsunlar" deyib dəstəyi asdı. Yerində donub qaldı.

Bilmirdi neyləsin. Allahım sən özün Cavidin cəzasını ver. Məndən istifadə etdi. Mənim saflığımdan istifadə etdi. Mənim hisslərimlə oynadı. Ey Rəbbim sən onun həyatını məhv elə.

 

Şirin yalanlar...

 

Bu vaxt Ayanın anası gəlir. Qızının ağladığıni görüb soruşur:

-Qızım nə olub? Niyə ağlayırsan?

Ayan:

-Ana axı niyə bütün bunlar mənim başıma gəlir? Ana, Cavid məni aldadıb, məndən istifadə edib, hisslərimlə oynayıb.

Ayanın anası:

-Qızım, axı nə olub? Kim sənə nə dedi ki?

Ayan:

-Ana bu gün Cavidin toyu imiş. Mənə yalandan deyib ki, elçi gələcəklər.

Ayanın anası eşitdiklərinə inana bilmir. Əl açıb Tanrıya deyir:

-Allahım, sən qızımın həyatı ilə oynayanların tezliklə cəzasını ver. Ya Rəbbim, sənə yalvarıram qızımın həyatını məhv edənləri cəzasız qoyma.

Ayan özünü toparlayıb Cavidə zəng edir. Cavid dəstəyi götürür və yenə yalan danışır:

-Canım yoldayıq gəlirik.

Ayan:

-Cavid səni Allaha tapşırıram.-deyib telefonu söndürür.

Beləcə Ayanın günləri ağlamaqla, kədərlə keçir. gunler kecir. Ayan yeni həyata başlayır. Bir gün Ayanın telefonuna bir zəng gəlir. Dəstəyi götürür. Zəng edən Cavidin yenicə evlənmiş arvadı Səidə imiş:

-Ayan, salam. Sənin nömrəni Cavidin telefonundan götürmüşəm. Sənə demək istiyirəm ki, biz Cavidlə 3 il nişanlı olmuşuq. Onu bilirəm ki, Cavid səni sevib, amma var dövləti pulu daha çox sevir. Mən də evimizin tək qızı olduğumdan atam mənə ev verib. Cavidi işlə təmin edib. Ona görə də Cavid məndən ayrıla bilməz. Sən onu unutsan yaxşıdı.

Ayan deyir:

-Mən Cavidi çoxdandı unutmuşam. Onu Allahıma tapşırıram-deyib telefonu söndürür.

Beləcə 8 ay keçir. Ayan artıq keçmişini unudub. Bir gün Ayan rəfiqəsigilə gedərkən Cavidə rast gəlir. Yanından ötmək istəyərkən Cavid onu saxlayır:

-Ayan, məni bagışla. Səni aldatdım. Hisslərinlə oynadım, həyatını məhv elədim. Amma elə bilmə ki, xoşbəxtəm. Arvadım mənə xəyanət etdi. Anam xərçəng xəstəliyinə tutuldu. Özümün isə heç vaxt uşağım olmayacaq. Məni bağışla. Artıq heç kimim heç nəyim yoxdu.Nə işim yoxdu, nə ailəm, heç kimim.

Ayan heç nə deməyib çıxıb gedir. 5 ay sonra ağıllı tərbiyəli bir ailədən elçi gəlirlər. Ayan da o ailəyə razılıq verir və ailənin tək oğlu olan Kənanla evlənirlər. Xoşbəxt bir həyat sürürlər.

 

Şirin yalanlar...



 

Səslərin sayı: 12
71
6360
loading...
Şərhlər
Offline
nura
Heyat cox qeribedir.adam bilmir qarsisindaki kimdir,ele bir zaman gelirki her uzleri gorunur.
ehtiyatli olmaq lazimdir.
4 aprel 2014 12:39
Offline
Farida_Asadova
elmar hara getdi?
7 sentyabr 2013 09:14
Offline
Qenire HUseynova
Men inandim. cunki dunen bir xeber aldim, ve bildim ki Allahim meni agladanlari, goz yaslarimin sebebkarlarini cezasiz qoymayib. Qurban olum Allaha. sizde kim size pislik elese onu Allaha tapsirin.
29 avqust 2013 00:23
Offline
Sandra
Eslinde maraqlıdı amma Sonay Quluzadenin də dediyi kimi.Hadiseler çox sürətlə oldu və uşaq nağılı kimi bitti.Sözler dolğun deyildi.Olsun yenədə maraqlı idi winked
26 avqust 2013 23:44
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
yalanlarin neyi wirindiki eksine hekayedeki yalanlar acidi.
5 avqust 2013 13:47
Offline
ilahe elizade
gorursen? Allah gec-tez haminin cezasini verir.bu dunyada olmasa bele o biri dunyada her kes mutleq cezasina catacaq.
5 avqust 2013 12:43
Offline
Sonay Quluzade
Maraqlı mövzu demək olardı, əgər yazı yaxşı işlənilsəydi. Çox sürətli oldu hadisələr ardıcıllığı, elə bil ki, hər şey bir-iki günün içində baş verdi. Həm də guya ki, Ayan az günahkardı? Yox əksinə onun da günahları var və mənə görə çoxdu da. Məs., bir dəfə oğlan buna ürəyini açdı, bu da "yaxşı baxaram". Belə şey olar. Əziz qızlar, özünüzü qoruyun, iki kəlməyə aldananın axırı heç də həmişə Ayanınkı kimi olmur. Rəfiqə anlayışı mənə hələ çatmır, insanın sirri olar. Sonluq da mənə görə uşaq nağılları kimi bitdi. Ayanın başına gələnlərlə sonun bu qədər xoş olması 1% ola, ya olmaya. Təşəkkürlər.
5 avqust 2013 12:28
Offline
Shokolad Tvix(Evli)
Super Sonluq bele de olmalidi idi qiza gore cox sevindim.ALlah Cavid Kimi oglanlara lehnet elesin min lehnet!!!!!!Beleleri hecvaxt Xoshbext olmullar!
2 avqust 2013 22:12
Offline
GülnaR
Elmar nə oldu,bolüsdüyünüzcün sag olun maraqlı sonluqla bitdi,xoşbəxt olsunlar
2 avqust 2013 11:35
Offline
₪Kristal KéLébék₪ (Nezrin.M.)
bəs bu Elmar necə olur? toy etmişdilər axı ? unknown [center][/center]
1 avqust 2013 21:07
Offline
♥Sevgilimi çox sevirəm♥
yaziq qiz mence de ele qizlar varki anasina bacisiniza hecne demir tanimadiqi qizlara refiqelerine deyirler refiqede deyirki hec kime demiyecem sabahsi gunu ve yaxud kusende gedir basqalarina deyirr!!!
1 avqust 2013 12:52
Offline
Ellada Babayeva
Əvvəlini oxuyanda pis oldum.Amma axırı ürək açan oldu.İnsanın saf, təmiz duyguıarıyla oynamaq olmaz..Bunun cəzası agır olur..Amma Cavid kimi gənclər bunu başa düşmür..Allah bütün qizlarımızı qorusun içində mənim bacılarımıda..Amin!!
1 avqust 2013 12:49
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Samir Aliyev
dunen oxumuwdum bu gun werh yaziram Allah gostermesin.Oxalan bawdan gelib meselenin ne yerde olduqnu deseydi bele olmazdi ne qiz pis olardi nedeki oxlanin axiri bele olardi.turklerin bir sozu vareee Alma mazmun ahini cikar ahetste aheste
1 avqust 2013 10:21
Offline
Seadet Sexavet
Allah pis niyyәtli insanların cәzasın versin.Övladlarımızı bu cür bәd xislәtdәn qorusun...Mәsumluq hәmişә qalib gәşir..
1 avqust 2013 02:50
Offline
NeZRInKam
Cox geribe hemde meragli hekeyeydi.tshk
1 avqust 2013 01:13
Offline
Ilayda
maraqli hekayedi
1 avqust 2013 01:12
Offline
ANAWKA
ibretamiz hekayedir indiki devrde hec kime inanmayasan
31 iyul 2013 23:56
Offline
Murad Ugur (Djaka)
Hergun qulaq bir söz ewitmese kar olar diybler.
31 iyul 2013 23:37
Offline
Xedice 033
Maraqli hekayedi sonu yaxsi bitdi
31 iyul 2013 23:14
Offline
Nigar
Ləmanım, Allah atana rəhmət etsin. Amin!

amin cumlemizin bacim amin
31 iyul 2013 22:40
imza: Allahın cümləmizə yar olsun amin
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış