Bakıda hava 37°
USD AZN
EUR AZN
15:38PERI salam hervaxtiz xeyir olsun 09:41Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40903

Adobe Photoshop (Dərs7)

Əziz Photoshopsevər xanımlar,yəqin növbəti dərsimizi çox gözləmisiz.Haqlısız,məsafə çox oldu,amma inanın ki,vaxt etmək çox çətindir.
Bundan sonra  çalışacam daha tez-tez dərslər yerləşdirə bilim.

Bu günkü dərsimizdə, saç rənginin dəyişdirilməsi üsulunu öyrənəcəyik.
Sizlərə də maraqlı olar,saçlarınıza rəng qoymadan öncə,üzünüzə hansı rəngin yaraşıb-yaraşmamasını heç bir studiyaya getmədən,Photoshop proqramı ilə də  ayırd edə bilərsiniz.
Saç rəngini dəyişəcəyiniz fotonu proqramda açın.Ctrl+O

Adobe Photoshop (Dərs7)
Sağ tərəfdəki laylar panelini açın və sarı rənglə göstərilmiş işarəyə(New Adjustment Layer) klikləyin,ordan Hue/Saturation seçin.


Adobe Photoshop (Dərs7)
Açılan yeni pəncərədə Colorize bölməsini aktiv edin və şəkildə göstərildiyi kimi rəqəmləri daxil edib OK vurun.


Adobe Photoshop (Dərs7)
Sonrakı əməliiyat üçün Ctrl + Backspace kombinasiyasını istifadə edin nəticədə laylar paneli aşağıdakı kimi dəyişəcək.


Adobe Photoshop (Dərs7)
Daha dəqiq nümunə kimi bu şəklə baxın...
Bundan sonra Alətlər panelindən (Brush Tool) seçərək fırçanın ölçülərini Opacity 100%,Flow 50% edirsiniz.
Diqqət edin ki,fırçanı seçdikdən sonra Alətlər panelində rənglərin yerləşməsi bu şəkildə olsun.
Sonra şəkli böyüdüb (Brush Tool) aləti ilə saçları rəngləyirsiniz,rəngləmə bitdikdən sonra (Eraser Tool) pozma aləti ilə kənarlara çıxmanı silirsiniz.


Adobe Photoshop (Dərs7)
Daha sonra laylar panelində stili Normal yerinə (Color) edin.
Və aşağıdakı şəkildə gqırmızı ilə gödtərilən ikona 2 dəfə klikləyin


Adobe Photoshop (Dərs7)
Açılan kiçik pəncərədəki sürgünü sürükləməklə saç rəngini zövqünüzə uyğun dəyişdirə biləcəksiniz.


Adobe Photoshop (Dərs7)


Adobe Photoshop (Dərs7)
Son əməliyyat birləşdirmə əməliyyatıdır.Ctrl+Shift+E kombinasiyonu istifadə etməklə şəkillər birləşdirilir və foto JPEG formatında qorunur,əks halda PSD formatında qalacaqdır.
Suallar olarsa,çəkinməyin...


Səslərin sayı: 18
77
10478
loading...
Şərhlər
Offline
2 ən vacib şəkil açılmır.
28 avqust 2015 13:09
Offline
S.S.E.
Ela super .Cox sag olun
14 fevral 2015 14:24
Offline
Aysel İ.
Çox gözəl.good Bəyəndim.
2 fevral 2015 00:46
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Pərvanə
Nese mende alınmır edə bilmirəm.
25 yanvar 2015 02:12
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Aşk Meleği
elemek olar haa.. drinks
23 sentyabr 2013 21:40
Offline
Təsi Babayeva
qırmızı rəngdə göstərilən ikona hansıdı? məndə şəkil açılmadı girl_cray
23 sentyabr 2013 21:37
Offline
Tesnim
təşəkkür edirəm selcan xanım axır ki bu dərsi bacardım.,.... deməli orda bir şeyi yamamısız da aa ona görə alınmırdı məndə maskalanma prasesi.,color a edəndə axırda onnan əvvəl orda do add a mask var o basılmalıdı ki rənglənəndə hər tərəf rənglənməsin təksə saç rənglənsin.,bi də axırda mən şəkilləri saxranit eliyə bilmirdim sən demə axırda ctrl + şift+ e basmalıymışam.,... nəysə təşəkkürlər.... bunu bacarmağı istiyirdim nəhayət...
26 dekabr 2011 14:49
Offline
nergiz
məndə sağ tərəfdə laylar paneli yoxdur.nə edim?
14 noyabr 2011 11:10
Offline
PePito
Sitat: aygun1984
bir kimse bilirse menede yazin

neyi? wink
7 noyabr 2011 23:56
Offline
Aygun
bir kimse bilirse menede yazin
7 noyabr 2011 23:53
Offline
PePito
Sitat: Raviş
kimsə deyəcək mənə necə yüklənir hardan?

adobe photoşo 1 dersini ac orda serhlerde link var onu bas yuklenecek
27 avqust 2011 23:12
Offline
Məryəm.
kimsə deyəcək mənə necə yüklənir hardan?
27 avqust 2011 20:52
Offline
Məryəm.
Semedova,
hardan yüklənir deyin nə olar?
26 avqust 2011 00:12
Offline
Semedova
istifade etdim saclarimi qaraya boyadim rengim qacdi:) tskr wink
26 avqust 2011 00:09
Offline
Semedova
yaziq qiz saci gul kimiydi da wink secilmise atdim istifade edecem,twkr
22 iyul 2011 22:56
Offline
_GUNEL_
Superdi..ama men bacara bilmedim fellow love
15 iyul 2011 19:05
Offline
Ii am beautifull
MEN BUNU BACARMADIM.KOMEK EDIN DE NOLAR?
16 iyun 2011 17:11
Offline
Lady_GaGaMmM
Bu çox asandı.Men photoşoptan ayrı-Photoscape,Photofiltre,Photozoomdada işlemeyi bacarıram.
4 iyun 2011 17:47
Offline
Gülüm
caliwacam men de eliyim.
8 may 2011 22:54
Offline
zulya
cox sag olun .bir az ede bildim.
27 aprel 2011 14:24
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )