Düşmə şeytan kəməndinə, sığın Allahın rəhminə,
Hazır ol hər bir əmrinə, əgər Allahı sevənsən.
Nifrəti, kini kənar et, hər işi səbrlə həll et,
Günahkarı sən də əfv et, əgər Allahı sevənsən.
Hər yalan sözə inanma, dünyanı əbədi sanma,
Heç kimin qəlbini qırma, əgər Allahı sevənsən.
Yıxılanı sən də yıxma, özgəyə pis gözlə baxma,
Etdiyini gözə soxma, əgər Allahı sevənsən.
Kimsənin haqqını kəsmə, boş yerə heç kəsdən küsmə,
Əlini Allahdan üzmə, əgər Allahı sevənsən.
Kimsəyə etmə paxıllıq, insana zinətdir saflıq,
Heç kimə etmə yamanlıq, əgər Allahı sevənsən.
Hazır ol hər imtahana, hazır ol şərə-böhtana,
Heç zaman uyma şeytana, əgər Allahı sevənsən.
Səcdə eylə sən Qurana, hörmət eylə hər kəlama,
Nahaq əl basma Qurana, əgər Allahı sevənsən.
Əgər salehi-əməlsən, yetimə sığal çəkərsən,
Oruca namaza gəl sən, əgər Allahı sevənsən.
Sidq ilə eylə ibadət, saxla məhşədə əmanət,
Yaxşılığı eylə adət, əgər Allahı sevənsən.
Kimsənin günahın alma, özünü bəlayə salma,
Namazı qəzaya salma, əgər Allahı sevənsən.
Kimsəyə söyləsən böhtan, günaha batmış olarsan,
Günahı boynuna al sən, əgər Allahı sevənsən.
Qeybətdən uzağa qaç sən, əyri yox, düz yolu seç sən,
Bağlanan gözləri aç sən, əgər Allahı sevənsən.
Qarışqanı fil yaratma, hesab verməyi unutma,
Dünyanı beş əlli tutma, əgər Allahı sevənsən.
Boş yerə keçirmə vaxtı, ruzini verən Allahdı,
Verginən xümsi-zəkatı, əgər allahı sevənsən.
Səmayə, ver sözə qiymət, Tanrıdan aldın cəsarət,
Eylərsən ona itaət, çünki Allahı sevənsən.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Unudulmayan yaramız (Qubadlının işğalı gününə)
Ayların romantikası
3000-dən çox ana 5 uşağına necə baxır?
Putin 11-ci oldu
Şakira xəstəxanaya yerləşdirildi-FOTO
Bitkilər və təbabət (8)
Ev şəraitində dırnaqların bəzədilməsi
Baha qiymətə satılan qeyri-adi əşyalar
Badımcan pizzası (foto resept)
Həyata fəlsəfi baxış
Hamiləlikdə qadın psixologiyası
Kral ailəsinin rekord sərvəti-FOTO
Cem Yılmaz və Serenay Sarıkayadan Evlilik Açıqlaması
Bakıda "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" konfransı keçiriləcək
Heç vaxt görmədiyiniz tərzdə ayaqqabılar
2015-ci ayaqqabıları ilə tanış olun
Kosmosda tərəvəz yetişdiriləcək
Cəbrayıl və Füzulinin işğalçılar tərəfindən dağıdılmış kəndləri - VİDEOREPORTAJ
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib
Azərbaycanda 11 bank ləğv olunur
Pikassonun oğurlanmış əsəri tapıldı
Sərtləşdirilmiş karantin rejimində hərbçilərin hərəkətinin tənzimlənməsi qaydası AÇIQLANDI
Ərzaqlar haqqında bilmədiyiniz faktlar
Sürücülərə xəbərdarlıq edildi
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Hande Yener Serdar Ortaçı təhqir etdi
Ailə həyatı qadınların ömrünü azaldır
Siz uşağınızı tanıyırsınızmı?
Yarpaqları saralan gülləri necə xilas etməli?
Serdar Ortaç karantin günlərindən danışdı
Yeni nəsil istehlak vərdişlərimiz
Azərbaycanda məktəblilər neçə gün evdə olacaqlar?
Keti Perrinin dəlisov fanatı ölkədən sürgün edilir
Qadın olduğuna inanırsınızmı?
Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq
"Xəzər dənizinin suyunun ölkə daxilinə ötürülməsi ekoloji fəlakətə səbəb ola bilər"
Gündə 2 qram bəs edər
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
"Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq"
Azərbaycan düşmənə sonuncu dəfə xəbərdarlıq etdi
Dahilərdən gözəl sözlər - 13
Ağzı açıq yatmağın yaratdığı fəsadlar
Həyatın yaranması prosesi laboratoriyada
Soyuqdəymənin qəniminə rəqib çıxdı
Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb - AÇIQLAMA
May ayının tətil günləri
Tezliklə Bakıda "şeytan təkəri" işə düşəcək
"Qarabağ" UEFA-ya rəsmən şikayət etdi
Labirint (1)
İnternetin məşhur buldoqu
- ŞƏRHLƏR