2. Burun,alın və çənədə sızanaqların sıxılması - əgər dərinizdə sızanaq əmələ gəlibsə ona əl dəyməyin, sızanaq 2-3 gün ərzində özü keçib gedəcək.Sıxdığınız halda isə onun sağalma müddəti 7-10 günə qədər uzanır.Həm də sızanaq ətrafında yeniləri əmələ gələ bilər.Çünki bu halda məsammələrə infeksiya salınır və iltihabi proses daha da güclənir.
Resept:
Çalınmamış yumurtanın ağına qarışdıra-qarışdıra toz kirşan və yaxud uşaq talkı tökün.Yatmamışdan əvvəl təmiz dəriyə bir qat çəkin,qoyun qurusun.Səhər üzünüzü yuyun.Bu proseduru sızanaq quruyana qədər təkrarlayın.
3. Makiyajın silinməsi - kirpiklərdəki tuşla yatdığınız halda bunlar da dəriyə nəfəs almağa imkan vermir.Əgər yatmamışdan əvvəl makiyajı silməsəniz səhər pis nəticə əldə etmiş olacaqsınız; bozumtul rəngdə üz dərisi ,qızartılar,sızanaqlar,irinlər.
Çox yorğun da olsanız təmizləyici vasitə götürüb üz dərinizdəki bütün makiyajı silməlisiniz.
4. Qaş tüklərinin çıxarılması - qaşlardakı bir neçə tükcükləri çıxartmaq sizdə alınmayacaq.Adətən , bu, maraqlı olur və nəticədə qaşların gözəl forması əvəzinə üzdə görünüşü pis edən tüklər əmələ gəlir.
Resept:
1 xörək qaşığı gənəgərçək yağı ilə bitki yağını qarışdırın,üzərinə 2 damcı kamfora yağını əlavə edib qarışığı isidin.Pambığı bu qarışığa isladıb 5-10 dəqiqəlik qaşların üzərinə qoyun.
5. Birbaşa günəş şüaları - birbaşa günəş şüaları döş dərisi üçün çox təhlükəlidir ; belə ki, dekolte hissəsindəki dəri çox tez qocalır. Nəticədə dərinizdə vaxtından əvvəl qırışlar,ləkələr əmələ gəlir,həmçinin də ultrabənövşəyi şüalar dərini çox qurudur. 40 yaşından sonra günəşdə çox olmaq olmaz.Belə ki, ultrabənövşəyi şüalardan dərini qoruyan melanin əvvəlkindən daha az istehsal olunur.
6. Gec yatmaq - normal yuxu zamanı dəri hüceyrələri oksigenlə zənginləşir,gündüz stressindən bərpa olunur.Həmişə gec yatanda və səhər tez oyananda dəriyə bərpa olunmağa zaman çatmır.Nəticədə , dəri solğun görünür,gözlərin ətrafında qara ləkələr və qırışlar əmələ gəlir.
İnsan orqanizminə sutkada 8 saat gecə istirahəti lazımdır,təbiəti aldada bilmərik.Gün ərzində bir neçə dəqiqə yatmaq belə bizim görünüşümüzə pis təsir edir,göz altında qara kölgələr əmələ gəlir,üz dərisi sallanır - bu halda insanın yeganə istəyi uzun və bərk yuxu olacaq.
7. Ayaqlara baxımsızlıq - ayağınızı digərinin üstünə qoyub oturmaqdan xoşunuz gəlirmi? - Bu zaman qan dövranı pozulur.
Resept:
Ayağınızda əmələ gəlmiş mozola bir neçə damcı lavanda yağı ilə soyuq kompress qoyub 10 dəqiqə saxlayın.
Əgər ayaqlarınız yorulub və şişibsə, bu zaman Şərq təbabətinin reseptlərindən istifadə edin:
Resept:
İsti suda orta duzlu məhlul hazırlayın və məsələn,televizora baxa-baxa əl barmaqlarınızı orda saxlayın .
9. Stress - stressli situasiyalar sizin gözəlliyinizə bir çox tərəflərdən çox böyük ziyan vurur.Əgər bütünlüklə problemlərimizdə itib batsaq,onda əlbəttə ki,saçlarımız töküləcək,dişlərimiz çatlayacaq,ümumilikdə , orqanizm tonusdan düşəcək.
Stress zamanı dəridə quru,qaşınan qızartılar əmələ gələcək: narahat olmağa davam etsəniz, dəridə əmələ gələnlər bu reaksiyanı daha da gücləndirəcək.Əgər siz stressli bir situasiya yaşayırsınızsa, dərini qorumaq üçün yumşaq , təmizləyici vasitələrdən istifadə edin, ilıq duşdan sonra bədəninizə quru dəri üçün yumşaq nəmləndirici süd çəkin,üz dərisinə də nəmləndirici krem çəkin.
Ağır iş və stressdən zəifləmiş orqanizmi sağlam qida ilə saxlamaq lazımdır:acı şokolad , balıq,banan,qoz,portağal və digər ərzaqlar çox güclü antidepressant sayılır.
XƏBƏR LENTİ
Rus dili - РЎСЃ
Qadına uşaqlıq köçürüldü
Ferrari brendi satılacaq
Bakıda karantinə nəzarət gücləndirildi
Cəmil Həsənli bunu bilərəkdən edir, yoxsa?..
Bakının bəzi yerlərində yenidən postlar quruldu
"Elba" salatı (foto resept)
Saç boyaları və ondan yaranan xəstəliklər
Günün qoroskopu:Aktiv olun
Özge küçəyə skuterlə çıxdı, lağa qoyuldu - FOTO
Hava limanına Fərman Salmanovun adı verildi
Məşhur ulduzlar dünən və bu gün
Gözəlliyimizi qoruyaq
Plastik əməliyyatlar Məryəmi belə dəyişdi - fotolar
Ağacdan skuter hazırladı
Şuşasız 25 il...
Əhalinin banklarda nə qədər pulu var?
İranda sutkada 300 nəfər ürək-damar xəstəsi dünyasını dəyişir
Məşhur model toyundan danışdı-FOTO
Günün qoroskopu: Qətiyyətli olun!
Türkiyə MN: “Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət çalışmaları Azərbaycan və Rusiya ilə birlikdə davam edir”
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
HAVA necə olacaq?- 6 yanvar
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olunub
Ancelina Bredlə barışmaq istəyir?
Rahat ayaqqabılar
Heyvanlar insanlara donor olacaqlar
Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu
Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb - VİDEO
Yaddaş testi
Bu gün deputatlar tətilə çıxırlar
Ən varlılar arasında azərbaycanlı da var
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Bakının azad edilməsinin 100 illiyi
Gəncəyə hücum düşmənə baha başa gəldi: “S-300” məhv edildi - VİDEO
Gəlinliklər
Qırmızı kələmin faydaları
ABŞ-ın dünyanı təşvişə salan silahı
Sağlam və gözəl bədən üçün idman
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər ediblər - VİDEO
Kartof Graten (video-resept)
Midye şirniyyatı (foto-resept)
MN: Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədinin kəndlərini atəşə tutur
Rami Malekdən FOTOsessiya
Yemək və içmək qaydaları - 2
Rəsul Çunayev planetin ən güclüsü seçildi
Futbolçu canlı yayımda evlənmək təklif etdi
Kim Çen In həyat yoldaşını edam edib?
Keyt Middltonun svarovski ilə bəzədilən geyimi - FOTO
9 may-Qələbə Günüdür!
- ŞƏRHLƏR