Keç günahımdan
Mənə qurban verdin cavanlığını,
Nur etdin ömrümün qaranlığını.
Heyif, ucuz tutdum qurbanlığını,
Görmədim, duymadım insanlığını.
Qəzəbin soyusun etirafımdan
Sənə yalvarıram:
Keç günahımdan!
Bir gəlin olardın üzü duvaqlı,
Bir xanım olardın evi çıraqlı,
Bir ana olardın oğul-uşaqlı,
Qaldın taleyi kəm, qapısı baglı,
Mən səni ayırdım dostdan, qohumdan
Sənə yalvarıram:
Keç günahımdan.
Ruhumu oxşadın gizli, xəlvəti,
Mən oldum könlünün son əmanəti,
Qadın nəvazişi ömrün zinəti,
Ölümdən betərmiş qadın nifrəti
Bunu öz gözümlə gördüm yaxında.
Sənə yalvarıram:
Keç günahımdan!
Ah, nələr törədir acı söz, nələr!
Mənə bal verənə içirdim zəhər.
Hicran hədəfiyəm hər axşam-səhər.
Qayıdıb sinəmə dəyir zərbələr,
Özüm yaralandım öz silahımdan,
Sənə yalvarıram:
Keç günahımdan!
Ömrüm tək qanadlı quşa dönməsin,
Həsrətin gözümdə yaşa dönməsin,
Baharım borana, qışa dönməsin.
Ürəyin bərkiyib daşa dönməsin,
Daşlar da od tutub yanar ahımdan,
Sənə yalvarıram:
Keç günahımdan!
Sagalmaz xəstənəm, dərmanım sənsən.
Həkimim, hakimim, fərmanım sənsən,
Dövlətim, şöhrətim, ad-sanım sənsən.
Yeganə ümidim, gümanım sənsən,
Mən necə əl çəkim son pənahımdan?
Sənə yalvarıram:
Keç günahımdan!
Vaxt ötür, səfərə yığışır köçüm,
Rəvamı özgəni axtarım, seçim?
Bir dərya ömrümdən qalıb bir içim,
Ondan da yolunda hazıram keçim,
Keçim öz canımdan, öz var-yoxumdan,
Bəlkə ayılmadım şirin yuxumdan,
Sənə yalvarıram:
Keç günahımdan!
Sevənlər, sevməyənlər...
Qəlbi kövrək olur sevən kəslərin,
Bir çiçək solanda sarsılır onlar.
İncə duyguların, zərif hisslərin
Qanadı altına qısılır onlar.
Zülmətin bağırını yarıb əridən
Məhəbbət oduyla yanan gözlərdir.
Hər yerdə qan töküb,bəla törədən
Ömründə sevməyən ürəksizlərdir.
Üçüncü adam
Bilmirəm qara yel hayandan əsdi,
Hardan ürcah oldu bədniyyət bizə.
Axı, aramızdan su da keçməzdi,
O necə yol tapdı ürəyimizə?
Özgə qiybətləri soyutdu səni,
İndi gözlərində özgəyəm, yadam.
Bir ölüm ayırar iki sevəni,
Bir də qəlbi xain üçüncü adam.
Tofiq Bayram
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Türkiyədən ordumuza yeni texnikalar gətirilib - VİDEO
Tərəvəzli süd şorbası(foto resept)
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Yazın ilk günü Azərbaycana qar yağacaq
Yaxınlarınızla bu əşyaları bölüşməyin!
Yanvar ayının qalibləri!
Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
90 yaşında məzun olanlar
Şahzadə bağçaya gedir
Qorxulu buludlar
Burak Özçivitin bu FOTOsu 1 saniyədə minlərlə bəyənmə topladı
Bu günün hava proqnozu
Məşhur aktyor 60 kq arıqladı-FOTO
İstirahət gününün HAVAsı
Silvestr Stalloninin anası öldü
Avropaya çatdıq?
Kəpəyi necə yox etməli?
Çoxuşaqlı ailələr: sevgi, yoxsa çıxılmazlıq?
Koronavirus bitməmiş hantavirus meydana çıxdı
“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO
Azərbaycanda seçici siyahılarının hazırlanması praktikası digər ölkələr üçün nümunə ola bilər
Komadan ayılan həkim "ölümdən sonrakı həyat"ın sirrini açdı (FOTO)
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Beren Saat geri döndü - FOTO
Banklardan manatla götürülmüş kreditlər necə ödəniləcək?
2012-ci ilin hamilə paltarları
Gizem Karaca qovuldu-SƏBƏB
Azərbaycanda hamiləliklə bağlı xoşagəlməz statistika
Kişilər hansı qadınlara meyillidirlər?
Facebook-a rəqib gəlir
İlk kafe qatar
Feyxoa mürəbbəsi və kompotu(foto resept)
Əlillərin nəzərinə!
Planetimizin iki yeni peyki kəşf edildi
Bu gün 36 mindən çox şagird imtahan verir
Ronaldu Levandovskiyə görə “İlin futbolçusu” mükafatından könüllü imtina etdi
Sədərək" ticarət mərkəzinə gedən yol bağlanır
İsti Bakını qovuracaq, rayonlara yağış yağacaq
Mədə-bağırsaq xəstəliyi və qurdları
Gəlinlik saç düzümləri
Azərbaycanda toy dəbi dəyişir
Qadınlar haqda özlərinin belə bilmədiyi 30 fakt!
Azərbaycanda COVID-19-a yoluxmanın artmasının əsas səbəbi budur - AÇIQLAMA
Şərq salatı (foto reset)
Kiçik top biskvitlər (foto resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-38
Gül kələmli tabbouleh (foto-resept)
Lüks mobil telefon istehsalçısından Azərbaycana qarşı təxribat
Xərçəng riskini 90 % azaldan məlhəm.
Fındıq əzməli peçenye (foto resept)
- ŞƏRHLƏR