Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
18:23Emma Svon Axşamınız xeyir! 11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu 11:09Xəyalə Murad Hər birinizin günü uğurlu olsun! Xoş gəldiniz,Yağmur xanım 09:48Yağmur....) Gunayfın Allah salamı olsun sizlere yeni gune Elhemdurullah
38071

2013 MTV Film mükafatları mərasimi

MTV Film mükafatları Los-Ancelesdə təşkil edilən mərasimlə sahiblərini tapıb. Bu il qırmızı xalçada kimlər var idi? Gözəllik və şıqlıq  yarışına birlikdə nəzər salaq! Bizi mərasimdən və mükafat qazananlardan daha çox həyəcanlandıran isə təbii ki, məşhurların geyim seçimi oldu.

Arada  mavi, çəhrayı və sarı kimi tək-tük rənglər olsa da, əsasən qara və ağ rənglər üstünlük təşkil edirdi. Jordana Brewster qırmızı xalçada tək çiyin ağ paltarıyla diqqəti cəlb edirdi. Karlık Kloss və Kylie Jenner isə yüksək bel ətəklərini qısa ağ rənglərlə  tamamlamışdılar.

2013 MTV Film mükafatları mərasimi

Bu xanımların bu cür ağ geyimlərdə çıxması onlarda bir növ bənzərlik yaratmışdı.

2013 MTV Film mükafatları mərasimi

   Əslində ağ geyimli xanımlar bu gecənin şıq görünənlər sırasında idilər. Geyimi ilə seçilənlərdən biri də ağ geyimdə gördüyünüz Jordana Brewsterdir.

 Qırmızı paltar geyinən Crystal Reed ayaqları istisna olmaqla, bütövlükdə gözəl görünürdü. Bu paltar onu yaşından daha gənc göstərirdi.

 Bunlar da qırmızını və onun tonlarını  sevən məshurların geyimləri. Məncə, cazibəli görünür.

 

2013 MTV Film mükafatları mərasimi

Geyimində mavi rəngin çalarlarına üstünlük verənlər heç də yanılmadıqlarını sübut etdilər və gecənin gözəl görünən xanımlarından oldular.

2013 MTV Film mükafatları mərasimi

Ashley Rickards bu qısa ətəkli paltarı ilə sanki özündən razı idi. Onun gözəl görünən saçları bu gözəlliyə daha da rəng qatırdı. Gözəl laklı  ayaqqabısına isə söz ola bilməz.

Hayley Williams isə süni görünüşü ilə bu dəfəki mükafatlandırma mərasimində son sıralarda idi. Saçlarını iki əlvan rəngə boyamaqla özünü sanki Barbi gəlinciklərinə bənzədib. Geyimi isə bu cür dəbdəbəli müsabiqə üçün heç də münasib deyil.

2013 MTV Film mükafatları mərasimi

Kerry Waşinqton geyimində gözəl uyğunluq yaradıb və gecədə qırmızı xalça üzərində inamla addımlayanlardan biri olub.

2013 MTV Film mükafatları mərasimi

Vinny Guadagnino-Melanie İglesias cütlüyü isə gecənin ən çox diqqət mərkəzində olan məşhurlarından idi. Onların belə gözəl görünmələrinin səbəbi isə daxildən gələn sevgi hissləridir. Əsasən də xanımın şıqlığı lap göz qamaşdırır.

2013 MTV Film mükafatları mərasimi

Will Ferrell bu gecədə pul rəsmli parçadan tikilmiş kostyumu ilə hamını özünə cəlb edirdi. Mükafat alan aktyorun sevincinin həddi-hüdudu yox idi.

Karlık Kloss başdan-ayağa ağa bürünmüşdü və bu da onu çox cəlbedici göstərirdi.

Gorn Star Trek qızları isə qara uzun çəkmələri gecənin zövqsüz məşhurları siyahısında ön yer tutublar.

Quvenzhane Wallis adlı bu balaca qara dərili xanımın geyimində bənövşəyi rəngin açıq çalarlarından uğurla istifadə olunmuşdur.

Ben Haggerty "Macklemore" bu mavi rəngli və qeyri- adi geyimi ilə diqqət mərkəzində idi.

Qırmızı xalçanın ən çox diqqət çəkəni isə başında böyük bir siqaret kötüyü daşıyan "Pitch Perfect" filminin oyunçusu Xana Mae Lee idi. Onun bu geyimini bəzi moda severlər bəyənmədilər.

Jenni Farley dekolteli uzun paltarı və gözəl aksessuarları ilə sanki göz oxşayırdı.

Keşanın bu cür səliqəsiz geyimi və makiyajı onu bu mükafat mərasimində arxa sıralarda qoydu.

Sammi Giancolanın bu geyimi gözəl görünsə də heç də maraqla qarşılanmayıb.

2013 MTV Film mükafatları mərasimi

Kylie Minogue da şəffaf detallı bir paltar seçim etməsinə baxmayaraq sönük qalmışdı.

Chloe Grace Meretz isə Louis Vuittondan olan paltarıyla sanki "Mən heç  zaman yaşımı göstərməyəcəyəm" deyirdi və buna da nail olmuşdu. Chloe Moretz  cins paltarıyla sevimli görünürdü desək, yanılmarıq.

Zoe Saldananın uzun çəhrayı qızılgüllü və yarıqlı ətəyi maraqlı görsənirdi. Ətəyinin bir hissəsinə tikilən tülün də öz gözəlliyi vardır. Saçlarına isə  təbii görkəm verməklə sadəliyi özünə cəlb etmişdir.

Melissa McCarthy isə bu cür hədsiz artıq çəkisini heç qara rəngli geyimi ilə də örtə bilməyib.

2013 MTV Film mükafatları mərasimi

Mükafatlandırma mərasimində bəyənilənlər sırasında yer alan Brittany Snowun gözəl paltarı modelyer işlərindən biridir.

2013 MTV Film mükafatları mərasimi

Nicole Elizabethin açıq dekolteli paltarı, ayaqqabısı və çantası çox gözəl uyğunluq təşkil edir.

2013 MTV Film mükafatları mərasimi

Selena Gomez də bu mərasimə qatılmışdı. Gecədə mükəmməl performasa imza atan gənc müğənni çıxışından öncə gecənin qırmızı xalçasına Julien MacDonald dizaynı olan qızılı rəngli qəşəng bir paltar ilə çıxdı. Muncuq saçaqlı detalları olan paltarını platin rəngi ayaqqabı ilə tamamlayan müğənni-aktrisa paltarını hörüklü saç modeli ilə tamamlayaraq gecənin ən qəşəng qadınları arasında yerini aldı. 

 

Əziz qadınlar, 2013-cü il MTV film mükafatlarından çəkilən fotoşəkilləri ümid edirəm ki, bəyəndiniz.

 Qırmızı xalça mərasimlərinin növbəti buraxılışlarında görüşmək ümidilə...

Səslərin sayı: 11
54
10307
loading...
Şərhlər
Offline
S.S.E.
selena gomez qesengdi
7 fevral 2015 01:22
Offline
Fidan Məmmədova
Dəniz84,
Sen de sagol gozelim
9 dekabr 2014 00:58
Offline
Aysel İ.
Sağ ol Fidan gözəl xəbər üçün təşəkkür edirəm.
8 dekabr 2014 21:51
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
איסון ממדוב.
Selenanin geyimi gozel idi
27 noyabr 2014 11:30
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
AFƏR
Selena Gomezi bəyəndim
18 noyabr 2014 15:26
Offline
Fidan Məmmədova
aynur meherremova,
⚜Nilla. A⚜,
MAYA EL,
J e a l o u s y,
Ayka Nəcəf,
aishvarya rai,
Yasemen,
Sabrina  Melodi,
Təşəkkürlər xanımlar sərhləriniz üçün
5 noyabr 2014 09:20
Offline
aynur meherremova
bele dee.yenede tsk
12 iyun 2013 22:45
Offline
⚜Nilla. A⚜
maraqlı xəbərdir ən çox Selena Gomezi beyendim give_ros
5 iyun 2013 23:48
imza: İşlərin sizlər üçün zülmət gecələr tək qaranlıq və şübhəli olduğu hər vaxt Qurana üz tutun.Çünki,şəfaəti qəbul olunan bir şəfaətçi,şikayəti qəbul edilən bir şikayətçdir.Kim Qurana üz tutsa,onu cənnətə çəkib gətirər,ona arxa çevirəni isə cəhənnəmə qovar.
Hz.Məhəmməd (s)
Offline
MAYA EL
indiki zamanda qeyri -adi nə görürsən deyirlər dəbdi bu ilin yeni imiclərin gördük bunada şükür
2 iyun 2013 20:40
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
J e a l o u s y
Zehemet cekmisiz,tesekkurler
2 iyun 2013 15:21
Offline
Ayka Nəcəf
Ne gundediler bunlar.Bezileri yaxsi idi
29 may 2013 10:10
Offline
FIRUZA
BEZILERIN BEYENDIM COX SAQ OL
29 may 2013 09:04
Offline
aishvarya rai
bezilerinin geyimleri qeyri adidi ama here oz zovqune gore gozeldi cox sga ol canim bizimle bolusduyun ucun
28 may 2013 13:10
Offline
ILKIN
Geyimlerin hec beyenmedim,ozderide cok kinoludular biggrin
28 may 2013 12:55
Offline
Yasemen
Coxunun geyimi qeyri-adi di...tesekkurler zehmete gore
27 may 2013 19:54
Offline
Sabrina Melodi
Selena Gomezi çox bəyəndim. girl_ten
27 may 2013 18:07
Offline
PSIXOLOQ ψ
hmmmmmmmmmmm.duzunu desem hec birini beyenmedim... give_ros
27 may 2013 17:33
Offline
Ayka S
SELENA GOMEZ MARAQLI GEYINIB SACIDA XOSUMA GELDI YENE BU XEBERINDE MARAQLI ALINIB EH SENE FIDASKAAAA give_ros
27 may 2013 17:22
Offline
Flowers
əlaaa çox sagol madam bilirsen deee status almagi çoxx sevirem,

O zaman fərqli rubrikalara çoxlu xəbər göndər, mənalı, maraqlı və maarifləndirici, hamiləlik xəbərin kimi. fellow
27 may 2013 17:16
Offline
xalilova munavvar
hmmmmmmmmmmmmmm piis deyil love
27 may 2013 17:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır