Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
14:44Xəyalə Murad Hər vaxtınız xeyir olsun, Əziz Qadin.Netlilər! 23 oktyabr 08:27Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram! 23 oktyabr 00:55Yağmur....) Salam Qadin.net geceniz xeyir 22 oktyabr 11:11Xəyalə Murad Hər vaxtınız xeyir olsun! Gününüz xoş keçsin! 22 oktyabr 10:56GÜLÇİN Hər kəsə xoş istirahət arzulayıram...
37795

Burun və qulaqlara qulluq

 

Burun  və  qulaqlara qulluq

 

Burnun selikli qişasının qıcıqlanması da istehsalat amillərinin mənfi təsiri nəticəsində əmələ gəlir. Burnun selikli qişasının toz və ya onun tərkibində  olan maddələrlə, qazlarla və buxarlarla qıcıqlanması, həmçinin uzun müddət yüksək temperaturlarda olması onun qurumasına səbəb ola bilər.

Belə hallarda burnu çobanyastığı və gülümbahar çiçəklərinin dəmlənməsi ( 1 st suya 1 çay qaşığı ot qarışığı ) ilə yumaq yaxşı təsir edir.Burun dərman otlarının dəmləməsində isladılmış pambıq tamponu ilə təmizlənir.

Əgər burnun selikli qişası çox quruyursa, burnu cökə çiçəyi ya da bəlğəmotu dəmləməsi ilə yuyurlar. Çox quruyan yerlərə gülümbahar məlhəmi çəkilir.

Əgər bu sadə tədbirlər kömək eləmirsə, həkim-otolarinqoloqa müraciət etmək lazımdır.

Sifətin ən xoşagəlməz xüsusiyyəti burnun qızarmasıdır. Bunun səbəbi müxtəlifdir, məsələn, qan dövranının kəsirliyi, qanazlığı, hormonal pozğunluqlar, nevroz, donma, mədə-bağırsaq yolunun xəstəlikləri və həmçinin kimyəvi maddələrin, ətraf mühitin zərərli təsiri ya da çəhrayı civzə xəstəliyidir.

Burun  və  qulaqlara qulluq

Burnun qırmızılığı uzun müddət keçməzsə, əsas səbəbini müəyyən etmək və müalicəyə başlamaq üçün həkimə müraciət etmək lazımdır, ancaq bundan sonra ev şəraitində ya da kosmetik şəraitdə müalicəni davam etdirmək olar. Profilaktika məqsədilə kəskin temperatur dəyişkənliklərindən, çox isti xörəklərdən və içkidən, tünd çay və qəhvədən çəkinmək lazımdır. Yüngül pəhriz saxlamaq, heyvani yağları və tünd ədviyyatları azaltmaq tövsiyə olunur.

Burnun donmasının qarşısını almaq üçün şaxtalı havada nazik təbəqə ilə yağlı krem və kirşan  çəkmək, sonra da arabir ovuşdurmaq lazımdır ki, dərinin qan dövranı yaxşılaşsın. Donma təhlükəsi yaranarsa (məsələn şaxtalı havada burun ağarır), əvvəlcə onu çəhrayı rəng alınca soyuq su ilə ovuşdurun, ancaq bundan sonra bir neçə dəfə gah soyuq, gah da isti su ilə kompres qoyub buruna ya balıq yağı ya da krem çəkirlər.

Burun  və  qulaqlara qulluq

Yayda gündə qaralarkən günəş şüalarından qorunmaq üçün buruna krem çəkib kirşanlayırlar.

Qulaqlara qulluq hər gün qulaq seyvanının sabun və su ilə yuyulmasından ibarətdir. Bu ələlxüsus uzun müddət tozlu-torpaqlı binalarda

olduqda vacibdir. Qulaqları yuyarkən diqqət yetirmək lazımdır ki, sabun qulağın içinə keçməsin, belə ki qulağa çox sabun girərsə, eşitmə yolunda bərk tıxac yarana bilər, bunu da ancaq həkimin yardımı ilə çıxarmaq olar.

Burun  və  qulaqlara qulluq
 

Qulaqları yuyarkən onları iki barmaqla (böyük və şəhadət) yüngül massaj edin, sonra isə şəhadət və orta barmağı aralayıb qulağın ətrafındakı dərini massaj edin.

Soyuq olanda qulaqları örtmək lazımdır, əgər hər halda onlar açıq qalırsa, nazik layla krem çəkib qızaranacan ovuşdurmaq, sonra azca kirşanlamaq olar.

Qulaqlarda ağrı olmasına yüngül yanaşmaq (xüsusilə iltihabi xəstəliklərdə və qrip zamanı) və evdə türkəçarə ilə müalicə olunmaq olmaz.

Belə hallarda həkimə müraciət etmək lazımdır. Qulaq xəstəliklərinə məhəl qoyulmaması yarıkarlıqdan tutmuş tam kar olmağa qədər xoşagəlməz halların əmələ gəlmə təhlükəsini törədir.

Burun  və  qulaqlara qulluq

Küyün səviyyəsi 80 desibeldən yüksək olan çox səs-küylü otaqlarda işləmək nəticəsində də eşitmə qabiliyyəti pozula bilər. Müqayisə üçün deyə bilərik: maşının işləyən motorunun səsi 70-85 desibeldir.

Odur ki 80 desibelə yaxın küy səviyyəsində səsdən qorunmaq üçün qulaqcıqlar taxmaq lazımdır.

Səslərin sayı: 5
41
10256
Loading...
loading...
Şərhlər
Offline
Deniz N-va
Qulagim bir gun papaq taxmasamam agriyir yayin gununde papaq taxacam? fellow
26 aprel 2014 14:05
Offline
GUNAY ELIYEVA
Men gormuremmmmmmmm goz haqqinda veredizdaaaaaaaaa
19 mart 2014 20:04
Offline
Derya Kaya
he diqqetli olmaq lazimdi.menim babamda cox zeif esidirdi
12 avqust 2013 13:04
Offline
dombish.
qulaq burun diqqet teleb edir. Bu yaxinlarda eshitdim ki, qohumumuzda balaca qqizin qulaqina soyuq olub eshitmesi coox coox zeifleyib
5 may 2013 14:21
Offline
MAYA EL
mənim qulağıma hamiləlikdə yoxlatdırdıqdan sonra infeksiy keçib bilmirəm nədi 5 ildi ağrı verir soyuqda qulağıma pambıq qoyuram neçə dəfələrlə yoxlatdırmışam deyirlər heçnə yoxdu amma yenə arılı olur
29 aprel 2013 15:57
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
KALENDULA
TƏŞƏKKÜRLƏR çox bəyədim
25 aprel 2013 17:47
Offline
samson
mesletiniz ucun tesekkurler,kecen hefde qizimin qulagini temizleyende qulagindan tixac cixardim,helede inana bilmiremki balaca qulaqda o qeder tixac olarmis!
25 aprel 2013 14:32
Offline
Nəzrin
Lazimli meslehetlerdi tesekkur edirem girl_smi
24 aprel 2013 21:55
Offline
Lamiye _N
yaxshi xeberdi bilmediklerimde var teshekkur edirem
24 aprel 2013 16:51
Offline
Vəliyeva Arzu
cray MƏNİM OĞLUMUN QRİPDƏN SONRA QULAĞINDA KÜY ƏMƏLƏ GƏLİR.BİLMİRƏM NƏ EDİM. cray
24 aprel 2013 11:03
Offline
Yağmur damlası
cox deyerli xeberdir,hem de zamaninda.cox sag ol canim.
24 aprel 2013 09:51
Offline
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑
teshekkur edirem melumat ucun.
23 aprel 2013 14:38
Offline
Ayka Nəcəf
hal-hazirda qripem deye nefes ala bilmirem. maraqli meslehetlere gore sag olun..
22 aprel 2013 20:35
Offline
AYGUN_1981.
deyerli meslehetler ucun tshk give_ros
22 aprel 2013 19:58
Offline
duygu
Etrafli melumat ucun Cox sagolun.Men herden gulumbahar demleyib icirem,elebele.orqanizm ucun Cox xeyirli bitkidir deyirler))amma aci olur((
21 aprel 2013 23:27
Offline
zumtu
deyerli meslehetlerincun tesekkur dance1
21 aprel 2013 23:14
Offline
♥A.Ravana♥
Mənim burnumda arada qıcıqlanma olur,tozda,tüstüdə .Deyilənə görə allergiyadır.Amma bu dəmləmələrlə tamponu heç bilmirdim.Edərəm ,təşəkkür edirəm
21 aprel 2013 23:03
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Yasemen
Faydali meslehetlerdi cox saqolun give_ros
21 aprel 2013 22:53
Offline
Sabrina Melodi
totuwun mamasi

ayan huseynzade

Ləman_

Yağmur

mira-amar

Asi

Deniz84

Gümüş

PERVANE ELIYEVA .......

Kamailba

GunelYusifzade

iskom

irem

Rojda


Oxuyub şərh yazdığınız üçün hər biriniz sağolun give_ros hi


ReVuŞ---sağ salamat,yeni burnun mübarək olsun wink
21 aprel 2013 22:21
Offline
Rojda
tesekkur edirem faydali meslehetlere gore. give_ros

Tesekkurler faydali meslehetlere gore. give_ros
21 aprel 2013 20:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?

    Maarifləndirici xəbərdir. Pendir də gərək təbii olsun. İndi dərmanla edirlər ki, tez hazır olsun. Bu da çox zərərlidir.
  • Evdə keratin baxımı necə olmalıdır?

    Bu asan deyil, bir neçə saat saçın hər telini daramaq lazımdır. Diqqət edilməsi vacib olan ən vacib şey, keratinin kimyəvi deyil, saf keratin olmasıdır.
  • Eşqlə baxan göz görməz!

    Buna görə də sadəcə sənə necə davrandığına baxma, başqalarına qarşı olan davranışına da nəzər sal. Buna baxmadığın üçün problem yaşayırsan, çünki birinə eşqlə baxanda hər nə qədər pis biri olsa da, psixoloji problemi olsa da, şəxsiyyət pozuntusu olsa da gözün görməz.
  • 14:43 - Müəllif: Xəyalə Murad
    Qeyri-adi faktlar (2)

    Qeyri-adi faktlar

    Demək utananda yanaqlarımızın qızarması əslində mədəmizdən qaynaqlanırmış
  • 12:42 - Müəllif: Iceberg
    Raxitlik xəstəliyi (4)

    Raxitlik xəstəliyi

    Allah bütün uşaqları qorusun
  • Gül kolbasalı bulkalar(foto resept)

    Çox dadlı görünür
  • 12:29 - Müəllif: Iceberg
    "Gözəgörünməz" (1)

    "Gözəgörünməz"

    ona ibadətdə qüvvət verdi və o, Bəni İsrail arasında peyğəmbər və hökmdar oldu.
  • 12:27 - Müəllif: Iceberg
    Qeyri-adi faktlar (2)

    Qeyri-adi faktlar

    Biz utananda, mədəmiz qızarır )))))))))
  • 12:22 - Müəllif: Iceberg
    Xəyal qurun(2) (2)

    Xəyal qurun(2)

    - Baxıb qiymətləndirməyi bilənlər üçün dünyada kiçik bir şey yoxdur.
  • Yalan danışan uşağa necə davranmalı?

    Yalan danışmağın bir digər səbəb də böyüklərə qarşı duyduqları qorxularıdır.
Maraqlıdır