Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadın dostluğu - xəyal, yoxsa reallıq?

Qadın dostluğu - xəyal, yoxsa reallıq?

 

Artıq üç aydır ki, qadın dostluğunun "varlığı"nı araşdırıram. Nəticədə o qədər uzaq tarixə gedib çıxdım ki, özüm belə çıxılmaz vəziyyətə düşdüm. Düşüncələrimin və reallıqların arasında azıb qaldım. Bir-bir yaxınlaşıb sizdən soruşsam hərəniz müxtəlif cavab verəcəksiniz. Biriniz qadın dostluğuna inanmayacaq, biriniz əksinə, inanancaqsınız. Bəziləriniz isə dostluğun varlığına da şübhə edəcəksiniz. Bu cavabınızda hər biriniz özünüzə görə haqlısınız da. Və bu qərarınızdan sizi kimsə döndərə bilməz. Lakin qadın dostluğunun var olub olmadığı məni çox maraqlandırır.

Qadın dostluğu - xəyal, yoxsa reallıq?

İki il əvvəl hər gün səhər gəzintisində olarkən 4 xanıma baxardım. Onlar birlikdə salona, kafeyə, parka və.s məkanlara gedərdilər. İçlərindən ikisi bacı idi. Digər ikisi isə tamamilə təsadüfən bu iki bacı ilə tanış olmuşdu. Parkda əyləşib növbəti əsərimin mənəvi sarsıntısından "əziyyət" çəkərkən bu 4 rəfiqədən biri Alona ilə tanış oldum. Ondan bu mehriban dostluğun sirrini soruşdum. Öyrəndim ki, cəmi 6 aydır rəfiqəlik edirlər. Tamamilə təsadüfən salonda tanış olublar. Alonanın dediyinə görə onlar çox möhkəm dostdurlar. Hərçənd qadın dostluğuna qarşı böyük şübhəm olan ərəfədə idi bu rastlaşmamız. Alonanın rəfiqələri haqqında danışığını izlədikcə öz şübhələrimə qarşı şübhə etdim. Hətta alt dodağımı dişləyib "gör necə də ön düşüncəli davranmışam. Sən demə yer üzündə qadın dostluğu varmış" dedim. Daha qadın dostluğu haqqında düşünmədim. Aylar, illər ötdü və tamamilə təsadüfən Alona ilə yenidən rastlaşdım. Artıq o rəfiqələri ilə deyil qızı ilə gəlmişdi parka. Skamyaların birində əyləşib onu sorğu suala tutdum. Öyrəndim ki, qadın dostluğu bir xülyadır. Şəxsi həyatında uğursuzluqlar yaşadığı üçün Alona yoldaşından boşanmışdı. Bu tale onun taleyi idi. Lakin digər qızlar ondan əbədi üz çevirmişdilər. Hətta Alonaya aid sirrləri gizlətmirmişlər. Halbuki, qadın öz dostunu, xüsusən də belə bir anda tək qoymamalı, ona arxa, dayaq olmalıdır. O gündən qadın dostluğunun varlığını axtarmağa başladım. Əmin olmaq istədim ki, Alonanın qarşısına doğru dostlar çıxmayıb və həyatda qadın dostluğu deyilən hiss var. Və artıq üç aydır ki, qadın dostluğunun mənfi və müsbət tərəfini axtarıram. Söhbət ananın qızı ilə olan sirdaşlığından və ya qızla oğlanın dostluğundan getmir. Tamamilə bir-birinə yad olan iki və ya daha artıq qadının (qızın) münasibətindən, dostluğundan və bu dostluğun möhkəm təməlinin olub-olmamasından gedir. Bəzi xanımlar düşünürlər ki, hər gün birlikdə deyib güldükləri, dünyanın dərdini, problemini bölüşdükləri şəxs onların dostudur. Lakin dostluq sözünün altında dərin məna yatır. O mənanı hər qadın dərk edərsə yer üzündə qadın dostluğuna şübhə edən onlarca insan olmazdı.  

Qadın dostluğu - xəyal, yoxsa reallıq?

Məşhur fransız yazıçısı Jan Labrüerin fikrinə görə dostluğun ilk şərti etibardır. Bəs biz qadınlar arasında bu etibar etmə hissi varmı? İki qadın dostluq edərkən sirrlərini, həyatlarındakı bütün olub bitən hər şeyi danışır, etibar edir. Bəs nə məlumdur ki, sabah o şəxs bir başqasına bu gün dediklərini danışmayacaq? Axı dostunun da dostu var. Bu məsələyə inanan əksər insan qadın dostluğunun varlığına da şübhə edər. Dostun quru-quru vəd etdiyi sonsuz sədaqətə ehtiyacımız yoxdur. Biz qadınların bu dostluğun varlığına inanmağa ehtiyacımız vardır. Tarixən hər bir kişini qadınlar arasındakı möcüzəvi dostluğun sirrləri maraqlandırıb. Lakin onlar belə, hətta biz qadınlar belə qadınlar arasındakı dostluğun varlığının olub olmadığını tam bilmirik. 

Həyatda kimsə ideal deyil. Və dostunun yanlışını onun ideal olmadığına keçib dostluğa davam etməyi məsləhət görənlər çoxdur. Nəsrəddin Tusi də "Eyibsiz dostluğu axtaran axırda dostsuz qalar!" şuarına inanıb. Bəs qarşı tərəf dostluğa sizin verdiyiniz dəyəri vermirsə  və əgər o şəxsin bu yanlışı dəfələrlə təkrar olarsa, onda necə? 

Üç aylıq araşdırmamın nəticəsi bu oldu: Qadın dostluğu haqqında sonu bitməyən suallar və bu suallara qaneedici cavab tapa bilməmək....

Qadın dostluğu - xəyal, yoxsa reallıq?

Əziz Qadın. netlilər, bəs siz necə, qadın dostluğunun varlığına və bu hissin sonsuz sədaqətinə inanırsınızmı?


Səslərin sayı: 11
112
10302
loading...
Şərhlər
Offline
Ellada Babayeva
Həyatda kimsə ideal deyil. Və dostunun yanlışını onun ideal olmadığına keçib dostluğa davam etməyi məsləhət görənlər çoxdur. Nəsrəddin Tusi də "Eyibsiz dostluğu axtaran axırda dostsuz qalar!" şuarına inanıb.
5 iyul 2016 16:27
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Iceberg
Duzdur dostum yoxdur, amma xanimlarla yaxwi yola gedirem, sirr saxlayaram, dinleyerem, bunlar besdir mence))
1 iyul 2016 17:26
imza: shafaabdulla.blogspot.com
Offline
♥NiLuFeR♥
İndiki zamanda dost yoxdu diablo
28 may 2014 13:39
Offline
Nubar
dost ola biler ancaq kenardada evine tez tez girb cixmamaq wertile.men coxda inanmirame biri evli biri subay olanda qisqancliqda ola biler,fikirler ust uste duwmez.ancaq yaxwi dostlarda var.bu cox qeribe movzudu neqederde arawdirsaz sonu yoxdu...
24 yanvar 2014 21:47
Offline
LEYLA memmedova
roza a-ova.fikrinizle tam raziyam:))
27 sentyabr 2013 22:14
Offline
Rzayeva Guler
Men dostluqa inaniram ancaq dostun vefali deyilse Demek sen dostunu duz secmemisen. Menimde dostlarim cox idi Indi biride zeng edib xeber tutmur vefasiz dunya vefasizdi qalmisdi dost cray
12 sentyabr 2013 13:00
Offline
Дождь ♪
kompüter qarşısında keçən kəslər çoxlu dosta tanişa sahib olsalar da çox əhəmiyyətsizdir , sonda bir ayriliq vardir çünki. recourse Həm də gerçək dostun yerini tutmayan xəyali , yada uzaqda olan yoldaş növünə aiddir bu virtual dostluqlar..
13 avqust 2013 06:05
Offline
wwwwwwwwwwwwwwwww
MEN DOSTLUQA O QEDER ONEM VERIREMKI, 7 YASINDAN BIR MEHELLEDE BOYUDUK MEKTEBI BIR QURTARDIQ HETTA SENET MEKTEBINEDE BIR YERDE GETDIG,AILE QURDUQDAN SONRADA AILEVI DOSTLUQUMUZ DAVAM EDIR,10 ILDIRKI O FRANSADA YASAYIR BIR GUN BELE DANISMASAQ HEYATIMIZDA NEYINSE CATMADIQIN HISS EDIRIG.MENIM ESL DOSTUM O DUR,ONA ACDIQIM SIRLERIMI HEC BACILARIMA BELE DEMIREM
12 avqust 2013 14:22
Offline
Derya Kaya
dostluga inaniram.2 refiqem var her seyimi bilirler.sinif yoldaslarim bize bermud ucbucagi da deyir.insallah dostlugumuz ebedi olar
12 avqust 2013 12:35
Offline
sevinc
Menim dostum bacimdir.
27 iyul 2013 01:50
Offline
wwwww
men dostluqa inaniram.ele dostlarda varki...min insana deyer,eleside varki bir soze deymez.ancaq menim 8-9 illik en yaxin iki refiqem var.leman+ziba. give_ros
27 iyul 2013 01:35
Offline
Narin...
Allah her seyi gorur bilir ve duyur.Qaldi dostluga inaniram ve dostum da var ve onu o qeder cox isteyirem ki ol dese olerem.cunki 15 ildirki birlikdeyik her sirrimi bilir,ona sonsuz guvenirem ve her kese bele dostluq arzu edirem.Canim refiqem seni cox sevirem
30 iyun 2013 22:54
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
memmedli nergiz
beli inaniram drinks

xahis edirem,menim de serhimi beyenin
21 iyun 2013 21:07
Offline
selale zeynalova
men de inanmiram.ozumde de yoxdu olanlari da gorurem
30 may 2013 13:55
Offline
pure love
dotumad,rəfiqəmdə anamdı.qadin dostluğuna unanmıram
26 may 2013 18:00
Offline
MAYA EL
mənim əsil dos dediyim insan yoxdu bilmirəm bu yaxşıda ya pis mənim dostum mənim ürəyimdir .hərdən çox istəyirəm həmdə çox əsil dost dediyim bir insan olsun .Hər hal-əhval soruşana dost deyilməz .
23 aprel 2013 17:58
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
peri
en yaxin dostum heyatyoldasimdi...belede olmalidi
18 aprel 2013 22:29
Offline
sevil aliyeva
Mən calışıram ki hec kiminlə dostluq etməyim.Yoldaşlıq edirəm amma dostluq yox.Səbəbi də budur ki mənim cox inandığım və bağlandığım dostum var idi və mən ondan özümə qarçı saxtalıq gördüm.Cox əzab cəkdim cox ağladım.O bu daha hec kiminlə dostluq etmirəm cünkü mən dostluqa qiymət verən bir adamam.Ürəyimə salıram əzab cəkirəm.Odur ki hec kiminlə dostluq etmirəm sadəcə yoldaşlıq edirəm ki sabahısı günü əzab cəkməyim.
18 aprel 2013 22:15
Offline
Vefa Akbarova
men ne qadin ne de ki, kiwi dostluguna inanmiram. tecrubeme gore
17 aprel 2013 14:47
Offline
Nigar
Əziz Qadın. netlilər, bəs siz necə, qadın dostluğunun varlığına və bu hissin sonsuz sədaqətinə inanırsınızmı?
menim dost dediylerim indi menim dostum deyil cunki dost insanin pis gunundede yaxsi gunundede onla olmalidir amma coxsu bele deyil amma yeni dostlarimda var bunlar virtualda olan qiz dostlarimdir inanin realdakilardanda yaxsi dostdurlar
16 aprel 2013 19:52
imza: Allahın cümləmizə yar olsun amin
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!