Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:38Surayye Çox gözəlim məndə də işləmir 16:29PERI qizdar sizde fb isleyir? 10:55Ayla Ayla Sürayyə yerin məlum canım 10:52Ayla Ayla Bu nə şirin reseptdi bəhbəhhhhh 09:24Xəyalə Murad Sabahınızli gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40754

Ev alarkən nələrə diqqət etməliyik?

Ev alarkən nələrə diqqət etməliyik?

Ev alarkən nələrə diqqət etməliyik?

Uzun illər boyunca xəyalını qurdunuz, bunun üçün çalışdınız, çalışdınız və ən nəhayət ev ala biləcək duruma çatdınız. Yaxşı ev alarkən hansı faktorlara diqqət yetirməlisiz?

Ev sahibi olmaq hər kəsin istəyidir. Ev almağa qərar verdiyinizdə ilk əvvəl qonşularınızın kimlər olacağını araşdırın. Necə deyərlər "ev alma, qonşu al"

Sonra evinizin lokasyonu, mövqeyi, dairənin böyüklüyü, mənzərəsi, otaq sayı, təhlükəsizlik və s. kimi bir çox mövzuda ailəliklə bəzi meyarları başdan təyin etmək doğru olacaq. Nizamlamalarını daha rahat görmək üçün bir siyahı meydana gətirməniz məqsədə daha uyğundur. Sizin və ailənizin bütün ehtiyaclarını nəzərinizdə saxlayın. Bu vaxt siyahınızı meydana gətirdikdən sonra bir mütəxəssisə göstərməyi də yaddan çıxarmayın. Əminəm ki, siyahınıza onun da əlavə edəcəyi çox əhəmiyyətli mövzular olacaq.

Evinizin sizi dəstəkləyən mövqedə olması, kainatdan istədiklərinizi ala biləcəyinizə dəstək olacaqdır, ya da qarşısının alınması mümkün bəzi hadisələri əvvəldən bilməyinizi və ona görə tədbir görməyinizi təmin edəcək.

Xüsusilə evinizin ətraf analizi vacibdir. Yeni bir ev və ya torpaq satın almamışdan əvvəl bəzi xarici şərtlərin sizin doğum tarixinizlə uyğun olub olmamasına diqqət edilməlidir.

Satın almağı planlaşdırdığınız məkanın ətrafındakı dik yollar, evinizi kölgələyən yüksək binalar, evinizin girişindəki bir təpə, maşın yolunun sıx olduğu yerlər bəlkə də məqsədlərinizə çatmaqda sizi əziyyətə salacaq, problemlər yaradacaq.

Ev alarkən nələrə diqqət etməliyik?

Siyahınıza əlavə edə biləcəyiniz bir neçə kiçik başlıq:

Mətbəx şimal-qərbdən olmamalıdır.

Ana qapının üstündə wc olmamalıdır (müstəqil evlər üçün)

Evin yaxınlığında məzarlıq, yüksək gərginlik xəttləri olmamalıdır.

Evinizin ilk girişi işıqlı olmalıdır.

Mərkəzdə tualet və ya duş olmamasına diqqət göstərilməlidir.

Əziz xanımlar, bəylər! Allah hər birinizə ürəyinizcə bir ocaq, bir yuva qurmağı nəsib etsin. Ev almaq asandır. Əsas olan odur ki, o evin içində qarşılıqlı sevgi və hörmət olsun. Sevgi və hörmətin olduğu hər ev istidir.

 

Uğurunuz bol olsun!

Səslərin sayı: 4
45
12457
loading...
Şərhlər
Offline
gunay
Öyrenmis olduq. Tesekkurler.
11 fevral 2015 01:58
Offline
Вася
Deyerli melumat ucun cox sagolun :) mene maraqli geldi, dogum tarixinizle uygunlasmasina diqqet etmek dedikde neleri nezere almaq lazim bir az izah isterdim .. :)
9 avqust 2014 12:52
Offline
Alizade SABI
Biz almiriq oz istediyimiz kimi tikiliye vermiwik )) ustalar suretle iwleyir
10 dekabr 2013 14:48
Offline
nnnnnn
ev wekilleri paylawsaydiz gozel olardiyee.biz de hazirlawiriq ev tikdirmeye ama gorunuwu haqqinda hec bir fikrim yoxdu hele(
23 may 2013 16:10
Offline
Gulya
Maraqli idi tewekkurler
9 may 2013 14:58
Offline
Ayka S
ALLAH menede qismet etsin aminnnnnn
9 may 2013 13:40
Offline
MAYA EL
Əsas olan odur ki, o evin içində qarşılıqlı sevgi və hörmət olsun. Sevgi və hörmətin olduğu hər ev istidir.

çox razıyam bu cümlələrlə
istəmirəm bər-bəzəkli olsun bir daxma olsun səni sevəcək dəyər verəcək biri yanımda olsun bu hər şeyə dəyər
19 aprel 2013 16:06
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
ARiEL_ViViAN(SaMiRə)
PERVANE ELIYEVA .......,
sende sagol canim menim give_ros
16 aprel 2013 14:13
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
PƏRVANƏ ƏLİYEVA......
bu gun cox shukurler olsunki evim eshiyim var..gunde shukur ediremki bashimin ustunde damim var..ama etiraf edinki bele temterahli evin arzusunda hec vaxt olmamiwam..heyet evini sevmirem..bilmirem belke evvelden bina evinde yashadiqima goredi..torpaqimiz var yaxshi yerdedei tikdiririy ama ele o boyda yox sade formada..ALLAH arzusunda olanlara qismet etsin..AMINNNNNNNNNNNNNNNN..maraqli xeberdi..tewakkur edirem canim. give_ros
15 aprel 2013 15:10
Offline
mira-kerim
Allah qismət etsin..nəzərə alariq.. laughing
12 aprel 2013 21:59
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Nigar
Allah qismet etse o zaman diqqet ederik cox sagolun xebere gore
12 aprel 2013 19:23
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Elnarə
Evi tikəndə hansı formada tikiləcəyinə qərar vermək adamın öz əlində olur. Amma hazır alınma evlərdə bu şərtlərin çoxu olmur.
12 aprel 2013 14:48
imza: Hər insan səhv edər. Əsas odur ki, səhvini anlayıb təkrar səhvə yol verməyəsən.
Offline
NUREL
Nezere alariq canim..
12 aprel 2013 14:32
Offline
Yağmur damlası
Allah her kese qismet etsin,isti bir yuva,sevgi dolu aile.cox sag ol canim xeber ucun,evim olanda diqqet ederem yazdiqlarina.
12 aprel 2013 13:30
Offline
ஐ◄▓▒░Yağmur ░▒▓►ஐ
Ev almaq arzusunda olanlara,Allah qismet elesin.Maraqli xeberdir tewekkur
12 aprel 2013 13:17
Offline
Aminim
Sixliqda olsa,catinda olsa taki evda ureklar geniw olsun,olmuyanlar qismat etsin
12 aprel 2013 12:09
imza: qadin.net
Offline
ARiEL_ViViAN(SaMiRə)
mesleheti verdin amam pulunu vermedin axi

men mesleheti verdim dedim belke kimse de deye ala buda pul ama sen tam eksini dedin lol
Soyuq daş divarlar arasında üşüməkdənsə, kərpicdən olan evdə üzün gülməyi daha mənalıdır yaşamağı qanan üçün...

cox gozel vurguladiz give_ros
-çooox sag ol bacım,başımın ustundə 1 dam,içində sevdiyim insanlar olsun yetər mənə,mətbəxi şimalda,şərqdə,qərbdə olmasada olar,əsas içində ərzaqım olsun bəsimdi.

sende sagol canim menim kiss
12 aprel 2013 11:46
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
Heyat
Allah hamiya arzuladiqi rahatliqi qismet etsin mende icinde
12 aprel 2013 11:21
Offline
Fatma xanım
Allah hər birinizə ürəyinizcə bir ocaq, bir yuva qurmağı nəsib etsin.AMİN
12 aprel 2013 11:21
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Naile Ehmedli
allah bizede ev qismet etsin kireden canımız qurtarsın
12 aprel 2013 11:14
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )