Üz dərisi üçün ağardıcı maska:
1 xörək qaşığı mayanı 3 xörək qaşığı qreypfrut şirəsində yaxşıca həll edin. Bunu qabla birgə çox qaynar su üstünə 1 neçə dəqiqəliyinə qoyun. Maskanı üzünüzə çəkin, 15 dəqiqə saxlayın, sonra zəif dəmlənmiş yaşıl çaya pambığı batırıb maskanı silin və üzünüzü ilıq su ilə yaxalayın.
Üz üçün daha bir ağardıcı maska:
1 neçə qat tənzif salfeti üst-üstə qoyub ,qreypfrut şirəsinə yaxşıca batırın, 15 dəqiqəlik üz dərinizə qoyun. Sonra otaq temperaturunda qızdırılmış su ilə yuyunun. Həmçinin, qreypfrut dilimini adi şəkildə üzünüzə çəkə bilərsiniz ,və ya sadəcə pambığı qreypfrut şirəsinə batırıb səhər və axşam üzünüzü silin, bu da dərini ağartma effektinə malikdir.
Əgər üzünüzdə qırışlar əmələ gəlibsə, bu maska sizə yardımçı ola bilər:
2 xörək qaşığı qreypfrut şirəsini 1 xörək qaşığı bitki yağı və bir az düyü unu ilə yaxşıca qarışdırın, üz dərinizə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.
Qırışlara qarşı daha bir maska:
1 xörək qaşığı qreypfrut şirəsini 1 çay qaşığı kök şirəsi, həmin miqdarda xama və 1 xörək qaşığı düyü unu ilə qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə saxlayın, sonra pambığı qreypfrut şirəsinə batırıb maskanı silin, üzünüz quruduqdan sonra isti su ilə yuyunun.
Quru dəri üçün maska:
1 xörək qaşığı qreypfrut şirəsini 1 çay qaşığı balla qarışdırın, üzərinə 1 yumurta sarısı əlavə edin, üzünüzə çəkin, 10-15 dəqiqə sonra isti su ilə yuyun.
Quru dəri üçün daha bir maska:
1 xörək qaşığı qreypfrut şirəsini 1 çay qaşığı istənilən bitki yağı və eyni qədərdə xama ilə qarışdırın, üzərinə çalınmış yumurta sarısı və bir az qara çörək əlavə edib mikserlə qarışdırın,üzünüzə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.
Yağlı dəri üçün maska:
Qreypfrut şirəsini yulaf və ya buğda unu ilə qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra ilıq su ilə yuyun.
Yağlı dəri üçün daha bir maska:
Yarımçıq qreypfrutun qabığını soyub içini əzin, 2 xörək qaşığı turş südlə qarışdırın. Qarışığı 1 saatlığına soyuq yerdə saxlayın. Sonra üzünüzə çəkin, 25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Quru və normal dəri üçün maska:
1 xörək qaşığı əzilmiş qreypfrut üzərinə 1 xörək qaşığı xama və 1 yumurta sarısı əlavə edib yaxşıca qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqə saxladıqdan sonra otaq temperaturunda qızdırılmış su ilə yuyun.
Əgər qreypfrut şirəsi üzərinə 1 neçə damcı kamfora spirti əlavə etsəniz, gözəl bir losyon hazırlamış olarsınız. Bu losyonla yağlı dərini səhər və axşam silə bilərsiniz.
Canlandırıcı maska:
Qreypfrutu dilim-dilim doğrayıb soyducunun dərin dondurucusunda saxlayın. Buzlamış dilimlərlə üzünüzü 5 dəqiqə massaj edin, sonra ilıq su ilə yaxalayın.
Əgər dərinizdəki məsamələri bağlamaq istəyirsinizsə, onda qreypfrut şirəsi əlavə edilmiş mineral su ilə üzünüzü yumağınız məsləhət görülür.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ətir hazırlayaq
Azad Universitetin kitabxanası
Yeni Təhsil nazirinin uşaqlığı, təhsil aldığı məktəb və ailəsi - VİDEO
Azərbaycanın bu ərazisində su olmayacaq
Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO
Messi ilə bağlı sensasion İDDİA
Azərbaycan millisində 3 yeni sima
Bu adaya kişilərin girişi qadağandır - FOTO
Justin Timberlake
Məşhur cütlük Ayrıldı-FOTO
200 manatla başladı indi milyonerdir-FOTO
Bakıda ən böyük yolka bu ərazidə qurulacaq
Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
Məşhur aktyor “Çarpışma”nı tərk etdi - VİDEO
Riqada Serjə niyə zurna verdilər?
Öz ulduzu ətrafında dövr edən “Pi Dünyası” kəşf edilib
Sergey Lavrov: “Ermənistan hakimiyyəti əhaliyə izah etməyə borclu idi ki...”
İmkansız tələbələrə xoş xəbər
Dünyanın ən ağıllı şəhərləri məlum oldu
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Südlü şirniyyat (foto-resept)
Ürək keksi (foto-resept)
Tarkanın AYRILIQ xəbəri yayıldı-FOTO
Münasibətlərdə 100 həqiqət (2)
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
Yay üçün köynək nümunələri
Lənkəranda qanvermə aksiyası keçirilib
Cəlilabadda şəhid Fərid Əhmədova həsr olunmuş filmin təqdimatı olub
Nataşa Korolevaya keçmiş ərindən danışdı
Bakıda avtobuslarda necə ucuz getmək olar?
İlham Əliyev bu rayona 3 milyon manat ayırdı
Hava haqqında - 04.09.2013
Pəhrizə necə başlamalı?
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Koranavirusdan ilk körpə ölümü qeydə alındı
Tiflisdən Bakıya dəstək bəyanatı
Günün qoroskopu: bu gün çox mətləblər aşkarlanacaq
Evdə tək qalan uşaqlar
Hamilə qadınlara dondurma yemək olar?
DSMF pensiyaçılara nə vəd edir?
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
300 illik mumiya 1 saata çürüdü
Qəhvə souslu keks (foto-resept)
Paltar Yumanın İncəlikləri
Beyons və Di Kapriodan sonra Cey Lo
Uşaqlar üçün ad günü tortları
Ərzağın qiyməti qalxacaq
Dünyanın virtual muzey və qalareyaları
- ŞƏRHLƏR