Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadınlar hansı halda səhv edirlər?

Qadınlar hansı halda səhv edirlər?

Son illərdə bütün dünyada, həmçinin də Azərbaycanda boşanma halları narahatlıq doğuracaq şəkildə çoxalıb. Psixoloqlar bunun səbəbini münasibətlərin formasında görürlər. Çətin həyat şəraitinin qadınlarda yaratdığı itirmək qorxusu onları kişilərə qarşı daha diqqətli olmağa vadar edir. Bu isə bəzən yaxşılıq əvəzinə pis nəticələrə gətirir. Yəqin ki, bu fakt bir qədər qəribə səslənir. Axı diqqət, qayğı hansı pisliyi yarada bilər? Bu suallara qadınların problemləri ilə məşğul olan amerikalı psixoloq Barbara de Anceles belə cavab verir.
Qadınlar kişilərə qarşı münasibətdə aşağıdakı səhvləri buraxırlar:
* Qadınlar özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər.
* Qadınlar özlərini sevdikləri şəxsə qurban verirlər; özlərini ondan sonra ikinci hesab edirlər.
* Qadınlar kişinin potensial imkanlarına aşiq olurlar.
* Qadınlar öz qabiliyyətlərini və üstünlüklərini gizlədirlər.
* Qadınlar könüllü olaraq, kişilərə tabe olurlar.
* Qadınlar kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar.
Qadınlar partnyorlarına tez-tez nəyisə xatırlatmalı olurlar. "Yolda ehtiyatlı ol", "İşıq pulunu ödəməyi unutma", "Tərləmisən, əynini dəyiş" kimi "tapşırıqlar" qayğıkeş qadınlar üçün adi gündəlik sözlərdir. Bu sətirləri oxuyun kimi çoxunuzun "Düzdür" deyəcəyinə əminəm. Çünki bu, qadınlar arasında ən çox yayılmış haldır. Qadınlar kişilərlə uşaq kimi rəftar edirlər. Onlara elə gəlir ki, kişilər sərbəst heç nə edə bilmirlər, daim tapşırığa, nəzarətə ehtiyac duyurlar. Unutmayın ki, sizin bu rəftarınız kişini özünü balaca uşaq kimi aparmağa vadar edir.
Bəs qadınlar kişi ilə ana kimi rəftar edərkən hansı səhvlərə yol verirlər?
* Daim kişilərə onların görməli olduqları işlərdə kömək edirlər.
* Onlardan informasiya almaq üçün söz oyunu oynayırlar.
* Güman edirlər ki, kişilər unutqandırlar və buna görə özləri xatırlamalı olduqları şeyləri də onların yadlarına salmaq lazımdır.
* Onları uşaq kimi danlayırlar.
* Onların nəyisə düzgün edə bilməyəcəyini düşünərək məsuliyyəti öz üzərlərinə götürürlər.
* Onların səhvlərini tutur və istiqamətləndirməyə çalışırlar.

Qadınlar hansı halda səhv edirlər?

Bəs bunun kökləri haradan gəlir? Məsələ burasındadır ki, qadınları uşaqlıqdan ana olmağa hazırlayırlar, sonra isə onları analıq keyfiyyətlərinə görə tərifləyirlər. Bundan başqa, qızlar üçün əsas örnək, nümunə anadır. Ananın övladları və həyat yoldaşı ilə rəftarı gələcəkdə qızlarda adət formasına keçir. Yetkin insan olduqda da qadınlara elə gəlir ki, kişi ilə rəftarın yeganə yolu budur. Əslində, qadının bu münasibətinə səbəb kişini özündən asılı etmək arzusudur. Qadın yoldaşının bütün istəklərini yerinə yetirdikdə kişi ondan ayrı yaşaya bilməyəcək vəziyyətə düşür. Telefilmdə arvadı uzaqda olan kişinin uşaqlar üçün yemək bişirmək cəhdini seyr etdikcə onların evdə yararsız olduqlarını bir daha təsdiqlədiyiniz heç olmayıb? Qadınlar əmindirlər ki, kişinin qayğısını nə qədər çox çəksələr o, bir o qədər tənbəlləşəcək və asılı olacaq. Buna səbəb isə atılmaq qorxusudur. Hər bir qadın "O, məndən asılı olsa, heç vaxt məni tərk etməz" düşünür. Ana qayğısına öyrəşən kişilər isə həyat yoldaşlarının da qayğısını qəbul edirlər. Bu hal ona özünü sevimli hiss etmək imkanı verir. Üstəlik, ana qayğısı ilə böyümüş, sonra isə sərbəst yaşamağa məcbur olan kişilər həyat yoldaşına da asanlıqla təslim olurlar. Təəssüf ki, ilk vaxtlar kişiyə xoş gələn bu münasibət sonra möhkəm ittifaqı pozmağa başlayır. Kişi əsəbiləşməyə başlayır və qadına qarşı çıxır. Ana qayğısından "bezən" oğlanlar tezliklə sərbəstliyə çıxmağı arzuladıqları kimi, yetkin kişilər də azad olmağa üstünlük verirlər. Ola bilər ki, kişi münasibətdən narazı qaldığını üzə vurmasın. Daxildə isə özünə bu münasibətdən bezdiyini etiraf edəcək və sərbəstliyə can atmağa başlayacaq. Daim nəzarətdə olmaq tək kişiləri yox, qadınları da sıxır.
Kişini bezdirən başqa bir faktor özünün yararsız olduğunu hiss etməsidir. Sizin onun yerinə hər işi görməniz, etməli olduqlarını xatırlatmanız onda məhz inamsızlıq hissi əmələ gətirir. Beləliklə, özünə verdiyi dəyəri itirən kişi sizin də dəyərinizi qısa zamanda itirir. Təbii ki, bundan sonra kişidə sevgi və arzu da azalır. Kişi ilə ana kimi rəftar etdikdə qısa zamanda aradakı ehtiras da yox olur. Qadın özünü ana kimi apardıqca kişinin ona marağı azalır. Eyni hisslər qadında da yaranır. Bu halda çıxış yolu kişi ilə ana kimi rəftar etməkdən əl çəkməkdir. 15 illik birgə həyatdan sonra belə siz özünüzü yoldaşınızın sevgilisi kimi aparmağı bacarmalısınız. Kişinin əvəzinə iş görməyin. Qoyun yoldaşınız itmiş açarlarını özü tapsın, ziyafətə nə geyinəcəyinə özü qərar versin, yerə atdığı paltarı özü götürsün! Bu, o demək deyil ki, yoldaşınız sizdən açarının yerini soruşduqda siz "Özün axtar tap, mən sənin anan deyiləm" deməlisiniz. Qayğı və diqqət hətta pişiyə də xoşdur, onları hər an saxlamaq lazımdır. Ancaq siz anadan çox həyat yoldaşı, sevgili olmalısınız.

Qadınlar hansı halda səhv edirlər?

Kişiylə bacarıqlı, etibar etdiyiniz bir şəxs kimi davranın. Xatırlamalı olduğu heç nəyi onun yadına salmayın. Onun yaddaşını və təqvimini əvəz etməyin. Onunla yetkin və məsuliyyətli insan kimi rəftar edin.
Kişi ilə uşaq kimi danışmağa son qoyun. Onu danlamayın. Əsəbi və gərgin olduğunuzu bildirmək, təbii ki, haqqınızdır. Ancaq bu halda da onun yaşlı insan olduğunu unutmayın. Çalışın ki, nikahda hər birinizin öz məsuliyyəti olsun. Təkcə pul qazanmağı kişiyə etibar edib qalan işləri öz üzərinə götürmək düzgün deyil. Ola bilər ki, hər şeyi sizin etmənizə alışan yoldaşınız ilk vaxtlar sərbəst bir iş görərkən müəyyən səhvlər buraxsın. Lakin zaman ötdükcə o, yeni vəzifələrinə alışacaq və səhvlərə yol verməyəcək.
Qadınlar öz maraqlarını, məşğuliyyətlərini, sevdikləri işi asanlıqla kişiyə qurban verirlər. Bunu etmək üçün sevdiyiniz kişinin sizin maraq dairənizi mənasız hesab etməsi kifayətdir. Kişilərin verilən qurbanlara qiymət verməsi isə çox nadir haldır. Qəribə olsa da qadınlar, həyat yoldaşının xoşuna gəlməyən rəfiqələrindən, qohumlarından asanlıqla uzaqlaşırlar. Qadın üçün sevdiyi kişinin məhəbbətini itirməkdənsə, əziz adamlardan imtina etmək daha asandır. Unutmayın ki, sizi əziz adamlarınızdan qoparmağa çalışan kişilər, adətən, özlərinə inamı olmayanlardır. Bəzi kişilər üçün partnyor üzərində tam nəzarəti hiss etmək vacibdir. Kənardan kiminsə qadına dəstək verə bilcəyi onları qorxudur. Beləliklə, siz birinin məhəbbətini əldə edərək, başqalarının məhəbbətindən məhrum olursunuz. Bu isə qadını yoldaşının məhəbbətindən asılı edir. Üstəlik, qadının ətraf mühitdən təcrid olunması kişini əlavə tənqid və fikirlərdən qoruyur.
Özünü kişidən sonra ikinci yerə qoyan qadın, bütün fərdi keyfiyyətlərini itirib sırf onun istədiyi adama çevrilir. Onun arzularının qadını olmağa çalışaraq özünüzə xəyanət edirsiniz. İmkanların geniş olduğu çağdaş dövrdə isə qadınlar bu yolda hətta xarici görünüşlərini belə tamamilə dəyişə bilirlər. Verdiyiniz bütün qurbanlardan sonra onun bir gün sizi atacağını təsəvvür edin. Əmin olun ki, bu baş verərsə, yaşayacağınız peşmançılıq sizi dəli edə bilər.

Qadınlar hansı halda səhv edirlər?

Sevdiyiniz şəxsin arzularını həyata keçirməsi üçün siz öz arzularınızdan imtina etməyə qadirsiniz. Yoldaşının arzu etdiyi işi qurmaq üçün illərlə can atdığı arzusundan vaz keçən qadınlarla heç rastlaşmamısınız? Yoldaşının biznesində ona kömək etmək üçün iri şirkətdə perspektivli işini itirən qadın yalnız ondan ayrıldıqdan sonra səhv etdiyini anlayır, onda isə çox gec olur. Siz özünüz bu qadınlardan olmaya bilərsiniz, lakin əminəm ki, ətrafınızda onlarla belə qadın var. Bunu qəbul etmək isə çox çətindir.
Əsrlərdən bəri kişilərə qadınlardan öndə olduqları öyrədilib. Onlar bizim özümüzü qurban verməyimizi indi də gözləyirlər. Bu, heç kimə qəribə görünmür. Çoxumuz uşaqlıqdan analarımızın, nənələrimizin öz arzularını, istedadlarını qurban verərək yaşadıqlarının şahidi olaraq böyümüşük. Qadınlara elə gəlir ki, özlərini az da olsa, düşünmək eqoistlikdir. Ona görə də onlar arzularını həyata keçirməkdənsə, qurbanlarını reklam etməyə üstünlük verirlər.
Öz istək və arzularınızı qurban verərkən, qəlbinizin dərinliyində onun sevgisinin artmasını gözləyirsiniz. Doğrudur, bundan sonra onun sevgisi arta bilər, ancaq əksinə olmayacağına da kimsə təminat verə bilməz. Axı siz qurban verə-verə özünüzü sevməyi də yaddan çıxarırsınız. Vaz keçdiyiniz hər arzunun, hər yoldaşın, hər məşğuliyyətin sizin bir parçanız olduğunu düşünün. Hər itirilən arzu ilə şəxsiyyətiniz də itir və bir gün ayılıb özünüzü bomboş bir aləmdə görürsünüz. Sizdən heç nə qalmayacaq. Arzuolunan olmaq üçün siz hər şeyinizi vermisiniz, bu yolda isə öz varlığınızı, qadın qəlbinizi itirmisiniz. Bu itki adətən qəddarlıq və depressiya ilə nəticələnir. Özünüzdən narazı olursunuz, özünə inamı və özünəhörməti itirirsiniz. Bax, bu zaman sizdə səbəbkar saydığınız kişiyə qarşı qəzəb və inciklik hissi baş qaldırır. Bunun baş verməməsi üçün əvvəlcədən qurban olmaqdan əl çəkin!
Sizin üçün sadəcə əyləncə yox, ciddi iş olan məşğuliyyətləri atmayın. Sevdiyiniz insanları, sizin üçün vacib olan məşğuliyyətləri heç nəyə qurban verməyin. Öz arzularınıza sadiq olun, həyatınızı özünüz doldurun. Əsl qadın, güclü şəxsiyyət olun. Siz bunu edə bilərsiniz!

Səslərin sayı: 18
62
22426
loading...
Şərhlər
Offline
Naile Ehmedli
HƏRSEYİ İÇİMƏ ATİRAMMM
3 iyun 2016 10:07
Offline
Xanim_Xatun
Qadınlar özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər.

Bu arada məndə də olur dash
27 yanvar 2015 16:27
Offline
Ulker.Agamali
Sehsiz yasamaq praktiki mumkun deyil sehvler heyatin dersleridir
22 noyabr 2014 17:19
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Deniz N-va
Bilirsiniz qadinlarin en boyuk sehvi eslinde kisilere hedden cox uz vermekdirr angry Kisi milletine uz verende deyir astari hani??? Ona gore de gerek onlarla uzuyumsaq davranmayasan diablo ama daha demirem eyy kisini doyunn love sadece cox uz vermeyim meselen : Ozunuzu ondan cox sevin, onun qulluqcusuymus kimi davranmayin ( ele qadinlar var ernin corabini bele cixarir, hetta ayagini yuyur ) Bax bele seylerden el cekin love
30 may 2014 15:52
Offline
♥NiLuFeR♥
ancaq qadinlarin tek sehvi hecneyi arawdirmadan,bilmeden boyudurler))

Düzdür,razıyam sizinlə mocking
28 may 2014 13:42
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
:)))))))) BIRINCI WEKLE NE QEDER GULDUMEEEEEE...
24 sentyabr 2013 19:25
Offline
Rzayeva Guler
esebi hirsli halada edirler
24 sentyabr 2013 19:18
Offline
cicek
hele evlenmemisem ona gore deye bilmerem
23 sentyabr 2013 18:39
Offline
Rojda
herkesin hakki kendine, kadina sorsan kendisi daima hakli, erkege sorsan hak hukukta ustune yok. boylesi zamanlarda ne yapmali en iyisi bos verin gitsin music blum
23 sentyabr 2013 14:01
Offline
togrul Amirov
mence qadinda sehv tutmaq eyibdi))ancaq qadinlarin tek sehvi hecneyi arawdirmadan,bilmeden boyudurler)) diablo
21 sentyabr 2013 14:55
Offline
balaca-zelzele
mence qadinla kiwi arasind huquqlar eyni olmalidi..ve bir birlerin bawa dusmelidirler her movzuda..allah heckimi ayirmasin amin.. girl_ang
21 sentyabr 2013 11:10
Offline
Gümüş
Hər zaman kişilərə qarşı danışıb, qadınların tərəfini verməmişəm bir qadın olaraq, və bu gündə bir qadın olaraq etiraf etməliyəm ki, mənimdə səhvlərim olub və var. Ən böyük səhvi onda edirəm ki, kişi futbola baxanda ona mane oluram bunun düz hərəkət olmadığınıda bilirəm çünkü mən seriyala baxanda o, mənə mane olmur.Bir səhvidə onda edirəm ki, yoldaşım mənə bu gün kmpüterlə çox oynamısan deyəndə əsəbləşib özümdən çixıram burda o, haqlidir. (amma mən bunu boynuma almıram qızlar,aramızda wink
20 sentyabr 2013 20:28
Offline
AFET
çox maraqla oxudum mende düşünüremki burdaki sözlerin bizde bad veren lerle üst üste düşür ama tehsili olmayan xanımlar neylesin mecburdular bunları elemeye men oxudum nese öyrendim qadın net sayesinde bes dünyanı nece düzeldek twk
20 sentyabr 2013 09:17
Offline
Sirli_dunyam
kiwilere yazigim recourse gelir nedense.xebere gore tewekkurler
19 sentyabr 2013 01:52
Offline
Bakuji
Bu xeber meni yaman dushundurur e nece gundur, deyesen axi xeyli elametler ust-ust dushur request
Gerek tapsiram yoldashim oxusun, gorum ne deyir. Sehvlere - Yox! winked
18 sentyabr 2013 20:40
Offline
Aysun Memmedova
Qadınlar kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar. bax bu mende tez-tez bas verir neyleyimm girl_smi
18 sentyabr 2013 14:02
Offline
Hayat Mamedova
Xanım yoldaşını çağa kimi qaşıqla yemek yedizdirir. Bu gülməlidir məncə. Öz əli var, öz ağzı var, zəhmət çəkib yesin fellow

Mence wekilde sadece yemeyin dadina baxizdirir,cunki bizde de eledi yemek biwirende yoldawim gelib dadina baxmamalidir laughing
18 sentyabr 2013 02:50
Offline
Zulus Seyidova
Bu movzulardan coxda bawim cixmir.cunki subayam hele.onu deye bileremki oxuduglarimdan 1 wey bildimki he duzdu ki oz arzu ve isteklerimizi onlara gore puc etmiyek.ve mence evli olanda her 2teref garwiliqli gaygi ve nevaziwelayiqdi.cox twkrler
17 sentyabr 2013 22:19
Offline
N.....e
Ceylan Mumoğlu
Xanım yoldaşını çağa kimi qaşıqla yemek yedizdirir. Bu gülməlidir məncə. Öz əli var, öz ağzı var, zəhmət çəkib yesin

Məncə ağlamalıdır. cray Yəni Ceylan xanım, elə qadınlar var ki? shok kişilər eşitməsin music Təşəkkür mövzuya görə give_ros
17 sentyabr 2013 10:35
Offline
ilhame
allah hec hesi ailesinden ayirmasin,hamiya xosbextlik arzulayiram.twk. girl_ang
17 sentyabr 2013 10:09
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )