Bakıda hava 29°
USD 1.7008 AZN
EUR 1.9972 AZN
10:42Xəyalə Murad Gününüz aydın, işiniz avand olsun,Əziz Qadin.Netlilər!
37576

Jelatin həqiqəti və halal qida

Hörmətli Qadın.Netlilər, sizlərlə inşaAllah bir mömin olaraq önəmli mövzunu bölüşmək istədim.

Jelatinin haram olması ilə bağlı daim araşdırıram və təbliğat aparıram. Saytlarda bununla bağlı çox məlumat var, ən dolğun olanını seçib təqdim edirəm. Müəllif hüquqlarını pozmamaq üçün bildirmək istəyirəm ki, bu xəbəri  türk dilindən tərcümə etmişəm və müəllifini də yazmışam.


Ömər: Uşaqlara bu konfetdən alaq? 
Əli: Bunlardan almasaq yaxşı olar, Ömər. 
Ömər: Amma çox sevirlər.
Əli: Ömər, tərkibində jelatin yazır, amma mənşəyi bilinmir. Çox güman ki, donuz jelatinidir.
Ömər: Nəəə, yenə donuz?! Şübhəli olanı gərək almayaq.

Çox təəssüf ki, indiki vaxtda yuxarıdakı dialoqu edən şüurlu istehlakçılara rast gəlmək çox çətindir. Bu səbəbdən çox əhəmiyyətli bir həqiqətə laqeyd yanaşırıq. Halallığı əsas meyar kimi qəbul etmək öhdəliyi olan müsəlmanların qida istehlakına laqeydlikləri onların fiziki durumlarına və mənəviyyatlarına mənfi təsir edir. Haram və ya şübhəli olan qidaların istehlakı barədə Qurani-Kərimdə və Hədisi Şəriflərdə çox zikr edilir. Hər müsəlman qidaların halal və ya haram olmağı barəsində lazım olan həssaslığı öyrənməli və jelatinə bənzər qida qatqı maddələrinin mənşəyini araşdırmadan onları əsla istifadə etməməlidir!
Müsəlmanların qida tələbatları çox vaxt qida istehsal edən firmalar tərəfindən təəssüf ki nəzərə alınmır. Təəssüf ki  yerli şirkətlər  halal olmayan qatqı maddələri istifadə edən bir çox  xarici  firmaya ortaq olurlar. Dünyada təqribən iki milyarda yaxın müsəlman var. Müsəlmanların halal qida ehtiyaclarına dəyər verilmədiyi halda əhalisi 30-40 milyona çatmayan Yəhudilərin və bunlardan daha az olan vegetarranların tələblərinə cavab verilir. 

Jelatin nədir? 

Jelatin məməlilərin toxumalarında, xüsusilə əzələləri sümüklərə bağlayan yerlərdə və dərilərdə olan kollagendən çıxardılan bir zülaldır. Kollagen su ilə qaynadıldığında jelatinə - suda həll edilən zülala çevrilir. Soyudanda gel halına gəlir. Jelatin başda donuz, inək və çox az olaraq da balıq kimi heyvanların dəri, sümük və toxumalarının qaynadılması ilə çıxarılır. Bu maddənin güclü şəkil alma qabiliyyəti, şəffaf gel meydana gətirməsi, elastik lent halına gəlməsi, həzminin asan olması, isti suda əriyə bilməsi və asanca şəkil alması kimi xüsusiyyətləri səbəbiylə qida istehsalının bir çox sahələrində istifadə edilir.

Jelatin həqiqəti və halal qida

Donuz dərisi ən çox istifadə edilən jelatin qaynağıdır 

Hal-hazırda jelatin istehsalında, ümumiyyətlə donuz və halal tərzdə kəsilməmiş inək dərisi istifadə edilir. Qida istehsalında istifadə edilən jelatinin xammal mənbəyi isə donuz dərisidir. Əldə edilmə mərhələsində ilkin proseslərin qısa müddətdə tamamlanması və yaranan tullantının minimum səviyyədə olması üçün donuz dərisindən istifadə edilir. Bundan başqa da donuz dərisindən jelatinin əldə edilməsi bir xeyli ucuzdur.

Jelatin həqiqəti və halal qida 

Jelatinsiz məhsul az qala yox dərəcəsindədir 

Zülal olması səbəbiylə jelatin istehsalçıları jelatinin gündəlik həyatın hər mərhələsində istifadə edilə bilməsi üçün sıx səy göstərmişdir. Mənşəninin ciddi bir şəkildə araşdırılması lazım olan bu qatqı maddəsinin az qala hər sahədə geniş bir şəkildə istifadə edilməsi imanlı insanlar üçün son dərəcə narahatlıq doğurur.
Məhsullarda gelləşdirmə, qatilaşdırma və kapsulalama maddəsi olaraq jelatin çox geniş bir istifadə sahəsinə malikdir: Bir çox konfet məhsullarında, qatıqda, dondurmalarda, hollandəridilmiş  pendir istehsalında, marqarində, kolbasa, sosiska, jambon kimi ət məhsullarında, şirniyyatlarda, cem, marmelad, halva, bəhməz kimi qidalarda, fındıq və fıstıq əzmələrində, meyvə sularında, saqqızlarda, dərman sənayesində, kapsula, film (kinofilm plyonkaları) və həb istehsalında, qan vermə məhsullarında, krem, losyon, şampun, ətir kimi dəri və kosmetik məhsullarında, heyvan yemlərində, fotoşəkil və karbonlu kağız istehsalında jelatin istifadə olunur.

Jelatin həqiqəti və halal qida 
Ümumiyyətlə, jelatin  müsəlman olmayan ölkələrdən idxal edilməkdədir 

Heyvan mənşəli olduğuna görə bütün müsəl­manları çox maraqlandıran jelatinin təqribən 99%-i müsəlman olmayan ölkələr tərəfindən istehsal edilir. İldə 380.000 tona qədər çıxarılan jelatinin 150.000 tona yaxını müsəlmanlar tərəfindən istehlak edilməkdədir. Türkiyənin illik jelatin istehlakı isə 4.000 ton ətrafındadır və istehlak hər il 8-10% səviyyəsində artmaqdadır. Dünya bazarlarında jelatinin 1  kiloqram qiymətinin təqribən 4-6 $ olduğunu düşünüsək, demək Türkiyə jelatin üçün 20 milyon dollara qədər xərcləyir. 
Bəzən etiketlərdə - nadir görülsə belə - "mal jelatini" yazılması bəzən bu heyvanların islam qaydalarına uyğun kəsilib kəsilməməsi haqda şübhə yaradır.


Jelatin istehsal edildiyi ölkələr bunlardır: Almaniya, İtaliya, Fransa, Kolumbiya, Koreya, Yaponiya, Kanada, ABŞ, Braziliya, Hindistan, Çin və Pakistan. Dünyadakı jelatin istehsalının böyük bir payına sahib çıxan Avropa Jelatin İstehsalçıları Birliyinin üzvü, bir çox ölkənin nümayəndələri və paylayıcıları Türkiyədə var. Pakistan isə halal sertifikatlı jelatin çıxaran müsəlman ölkə mövqeyindədir. Türkiyənin idxal etdiyi jelatinin "yox" deyiləcək qədər az bir hissəsi Pakistandan, digər hissəsi isə isə adı çəkilən digər ölkələrdən idxal edilməkdədir.

 

Jelatin yerinə istifadə edilə biləcək maddələr 

Jelatinə bənzər təsir göstərə biləcək bitki qaynaqlı maddələr var. Jelatini əvəz edə biləcək maddələr bunlardır: agar, karajenan, pektin, ksanthan gum və gluten.

Agar 

Agar-agar jelöz, Çin balıq yapışqanı, Yapon balıq yapışqanı, Bengal balıq yapışqanı və ya Seylan balıq yapışqanı olaraq da bilinir. Bəzi dəniz yosunlarından əldə edilən bu maddə jelatinə bənzər bir məhsuldur və dondurma, konfet, süd məhsulları kimi qidalarda tündləşdirici olaraq istifadə edilir. Ayrıca kağız və ipəkdə təsnif etmə və yapışqanlarda məqsədli halda istifadə edilir. Kosmetika məhsullarında, ət konservlərində, tibbi kapsulaların, məlhəmlərin istehsalında, diş qəliblərində jel olaraq istifadə olunur.

Jelatin həqiqəti və halal qida

 Karajenan 

Karajenan Qırmızıdanıq yosunundan çıxardılan bir polisaxariddir. Karajenandan jele tipindəki şirnilərdə çox  istifadə edilir. 

Jelatin həqiqəti və halal qida 
Pektin

Bitki toxumalarının hüceyrə divarlarında olan bir polisaxariddir. Limon və portağal qabığı, pektinin ən zəngin qaynaqlarındandır. Bu maddələrdə təxminən 30%-ə qədər   polisaxarid var. Bu maddə alma, tumsuz kişmiş və narda da olur.

 

 

Ksanthan Gum 

Bakteriyalar tərəfindən çıxarılan bir maddədir. Satışda olan ksanthan maddəsi krem rəngli bir tozdur. Çox aşağı konsentrasiyalarda suda asan həll edilərək yüksək viskoz məhlullar meydana gətirə bilir. Salat souslarında, müxtəlif qida məhsullarında stabilizator, emulsiyaedici və təbəqə meydanagətirici olaraq istifadə edilər.

 

 

Gluten 

Taxıl dənələrindən nişastanın ayrılması nəticəsində əmələ gələn "dözümlü" və yapışma xüsusiyyəti olan bir maddədir. Bu məhsulun dadı və qoxusu jelatindən daha yaxşıdır. Qluten zülalı bədən tərəfindən daha asan həzm edilir (qeyd edim ki, son illərdə  çox insanların orqanizmi bu maddəni qəbul etmədiyi üçün qlutenin istifadəsi azaldılmışdır).

Etiketlərdəki "jelatin" yazısına diqqət olunmalıdır 

Son zamanlarda müsəlman ölkələrində və cüzi olaraq Türkiyədə halal sertifikatlı qida istehsalı üçün çox işlər görülməkdədir. Çünki qida və ya qida qatqı maddəsi istehsalı edən ölkələrin və firmaların istehlakçıları dini həssaslıqları nəzərə alırlar. Bir çox qatqı maddəsində olduğu kimi jelatin istehsalı və istehlakında da halal sertifikatının araşdırılması lazımdır. Yalnız balıqdan və ya İslam qaydalarına görə kəsilmiş heyvanlardan əldə edilən jelatin müsəlmanlar tərəfindən  rahatlıqla istifadə edilə bilər. Jelatin qida qabları üzərində E441 tərzində kodlaşdırılmaqdadır. Məhsulun etiketində qaynağı haqqında heç bir şərh yoxsa, jelatin böyük ehtimalla, donuz və ya mal dərisi və onun sümüklərindən çıxarılmışdır. 
 Digər tərəfdən Yəhudilərdəki halal qidanı təyin edən Kosher sertifikatı verən quruluşlar hər cür jelatinin istifadə edilməsinə icazə verir. Kosher sertifikatı verən quruluşlar jelatini ət komponenti olmayan neytral bir kimyəvi maddə olaraq qəbul edir, donuz jelatinini  haram qida hesab edirlər. 

Nəticə

Haram qidanın insanların mənəviyyatına mənfi təsir etdiyinə dair ayə və hədislər var. Buna görə istehsal firmaları və bunların yerli ortaqları müsəlmanların dini öhdəçiliklərinə diqqət etməlidirlər. Bu barədə istehsal edən ölkələrlə bərabər dövlətin və fərdlərin də üzərinə vəzifələr düşür. İdxal edilən qidaların halal tərzdə istehsalının təmin edilməsi dövlətin üzərinə düşən vəzifələrdir. Müsəlmanların yediyi qidaları seçərkən təmkinli olması, şübhəli olana yaxınlaşmaması dini bir öhdəçilikdir. Buna görə imanlı insanların istehsalçıları və vasitəçi firmaları halal qida istehsalı istiqamətinə cəsarətləndirməsi  də son dərəcə əhəmiyyətlidir. 


Müəllif: Məhəmməd ƏMİN

 

Qeyd edim ki,bir neçə ildir mən də aqar-aqar istifadə edirəm.Jelatindən qat-qat keyfiyyətlidir.

Araşdırmalarımdan məlum olduğuna görə bəzi din xadimləri jelatinin haram olmamasını belə izah edirlər ki, haram məhsuldan alınmasına baxmayaraq ilkin məhsul ilə son məhsul olan jelatin arasında uzun kimyəvi proseslər gedir və bunun nəticəsində haramlıq itir.
Sonda bu məsələyə subyektiv fikrimi də bildirmək istəyirəm. Əgər halal qidanı tapmaqda çətinlik çəkiriksə və ya məhsulun halallığı sual altındadırsa və bizim həyatımız bu məhsuldan asılı deyilsə, qarnımızı (nəfsimizi) imanımızdan üstün tutmayaq və şübhəli məhsullardan uzaq duraq.

Və əlbəttə ki ən doğrusunu bilən Allahdır!

 

2/Bəqərə-168:Ey insanlar! Yer üzündəki halal və təmiz şeylərdən yeyin. Və şeytanın addımlarına tabe olmayın (izindən getməyin). Şübhəsiz ki o, sizin üçün açıq-aşkar bir düşməndir

 

25/Furqan-43(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona nail olmalıdır!)

 

  Allah nəyi isə haram buyurubsa, onun  bizə ziyanlı olması mütləqdir! Sorğu-sualsız qəbul etməmiz şərtdir! 

 

Nəfsimizə qul olmayaq!

Nəfsimizi qul edək!

Səslərin sayı: 11
102
15615
Loading...
Şərhlər
Offline
Farida_Asadova
Maraqı məlumat uçun tesekkur
25 dekabr 2016 13:52
Offline
●♥ Səma ♥●
Bu haqda heç nə bilmirdim.Xəbər üçün təşəkkürlər.
27 mart 2016 23:50
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
♥Mira♥
Bu haqda hec melumatim yox idi.Cox sag olun sizin sayenizde oyrendim.Tewekkur edirem xebere gore give_ros
27 mart 2016 19:33
Offline
.....
Onda gerek istifade etmeyek hec
16 yanvar 2015 20:49
Offline
Hacət-i Vuslat
S.S.E.,
D.R Deniz,
Siz sağolun xanınmlar.borcumuzdur.
11 dekabr 2014 09:54
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
S.S.E.
Təşəkkurlər belə bir xəbər ucun.
9 dekabr 2014 21:58
Offline
Deniz N-va
Lalae3 xanim minnetdaram onsuz da bele konfetlerden hec vaxt almkram
2 avqust 2014 23:13
Offline
Hacət-i Vuslat
YaZ-yAgMuRum,
Siz də sağolun,borcumuzdur give_ros
7 may 2014 14:43
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Nurka Glamurka
Hacət-i Vuslat,
xeberi paylawdigin ucun cox sagol
5 may 2014 12:11
Offline
Hacət-i Vuslat
NiCaT_NiLuFeR,
Sən sağol Nilufər give_ros
21 aprel 2014 17:43
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
♥NiLuFeR♥
Lalə bacım,çox sağol xəbərə görə,çox maraqlı xəbərdi give_ros
20 aprel 2014 20:00
Offline
Hacət-i Vuslat
Allah hamınızdan razı olsun.
Nəfsimizə qul olmayaq!

Nəfsimizi qul edək!
4 yanvar 2014 22:20
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
MELEK
Bezilerinden xeberim yox idi sayenizde oyrendim .Allah razi olsun
4 yanvar 2014 21:18
Offline
Simuzər
İndi dükanlarda o qədər haram qidalar satırlarki.Gərək diqətli olaq.Mən özüm qara şokoladı xoşlayırdım tərkibindən xəbərim yox idi, bir dəfə üstün oxudum və bildimki tərkibində spirt var.Artıq istifadə etmirəm.ALLAH günahımı bağışlasın.Xəbərə görə ALLAH sizdən razı olsun.
4 yanvar 2014 20:29
Offline
aska
Məncə qeyd etdiyiniz kimi bu jelatinlər bir çox yeyinti sənayesində geniş istifadə olunur,ona görə nə qədər çalışsaqda uzaq durmaq mümkün olmadığını düşünürəm.--təşəkkürlər! give_ros
30 dekabr 2013 13:38
Offline
Nergiz Aslanli
aaaaa hec bilmirdim..mende hemisem jelatin yemisem
7 sentyabr 2013 21:04
Offline
Rzayeva Guler
Mende bilmirdim bilmeyim yaxsi oldu
2 sentyabr 2013 00:55
Offline
Huseynova Nigar
HEQIQETEN DE COX MARAQLI VE FAYDALI MOVZU OLDU MENIM UCUN. ALLAH RAZI OLSUN SIZDEN ,YAZAN ELLERINIZ VAR OLSUN.COX TESEKKURLER give_ros
17 avqust 2013 16:07
Offline
sevgi
BAX BUNU HEQIQETENDE BILMIRDIM COXSAQOLUN XEBERE GORE
17 avqust 2013 15:55
Offline
ehmedova benovse
melumata gore cox saqolun,bele neticeye gelmek olar ki jelatin haramdir???????????
14 iyun 2013 20:27
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış