Bu gün 1 Aprel - gülüş günüdür. Bu xəbərimdə sizlərə Qadin.Net istifadəçilərinin başına gələn 1 aprel zarafatlarını təqdim edirəm.
Pərvanə Əliyeva
Aprelin 1-də çoxlari kimi məni də aldadıblar, məndə aldatmışam. Buna görə də aprelin 1-ni yadımda saxlayıram ki, heç kim məni aldatmasın, yenə də o gün gəlib çatanda yadımdan çıxır. Keçən il yoldaşım mənə zəng elədi ki, axşam dostu öz ailəsi ilə bizə gələcək. Dedim: "Adama indi deyərlər? Axı mən təkbaşına necə catdırım?" Nə isə. Tez durdum, bir hazırlıq gördüm ki, gəl görəsən. Süfrəni bəzədim, dəm-dəsgah. Qonaqlar da saat 6-da gəlməli idi. Saata baxıram ki, 6-dan keçir, gəlmirlər. Yoldaşıma zəng etdim ki, "noldu qonaqlar?" Deyir: "Dəlisən? Nə dost? Bu gün aprelin 1-dir. Səni aldatdım". O anda elə bil başıma qaynar su tökdülər. Hirsimdən o qədər ağladım ki... 3 gün yoldaşımı dindirmədim.
Ruhəngiz
Keçən il aprelin 1-də oğlum gəlib mənə deyir ki, "ay ana, sənin başında tük var ee". Əvvəl bu söz mənə çatmadı. Əlimi başıma atdım. Gülüb deyir: "Başda tük olar da". Bir neçə il bundan qabaq əl telefonumu götürüb zəngə qoydum.Guya mənə zəng gəldi.Deyirəm: "Hə, gəlirsiz? Bu vaxt?" Yalançı danışığımı qurtardım.Yoldaşım deyir: "N olub?" Axşam saat 9-10 olardı .Deyirəm: "Qardaşın, qızlar, kürəkənləri gəlirlər". O da işdən yenicə gəlmişdi. Deyindi ki, "bu vaxt bu qədər adam gələr? Gedim nə alım?" Dözmədim, yazığım gəldi.Həm də adamı gülmək tutur axı. Dedim: "1 aprel zarafatıdır".
Dr.Ağayeva
Aprelin 1-i dedikdə xatirəmdə yalnız bu hadisə qalıb.Tələbəlik illərindəydim.Bacım da şəhərdə ailəsi ilə yaşayırdı.Aprelin 1-də dərsdən gəldim, bacımı aldatmaq istədim. SMS yazdım ki, "ana rayondan gəlib, mənim yanımdadır". Ancaq həqiqətən fikrim var idi ki, bir azdan zəng vurub yalan olduğunu deyəm.Yadımdan cıxdı,telefonu da səssizə qoyub yatmışam.Bacım da elə himə bəndmiş. Həmin vaxt bacım 7-8 aylıq hamiləydi. Mən yaşadığım ev binanın 9-cu mərtəbəsiydi və həmin gün də lift işləmirdi.Bacım işdən çıxıb, iki avtobus dəyişib, birtəhər gəlib cıxıb. Ayaqla da qalxıb 9-cu mərtəbəyə.Mən də şirin yuxuda...Bir də gördüm bacım başımın üstündə...Təngnəfəs olmuş halda. "Ana hanı?" dedi. Bir baxdım yazığın vəziyyətinə,vicdan əzabından öldüm... Əsl qiyamət bu günün 1 aprel olduğunu deyəndə qopdu... Hamı düşdü üstümə, danladılar o ki var. O gün-bu gün mənim 1 aprel zarafatım bitdi.
Fidan
Martın 31-də axşam xalam İsveçrədən Bakıya bizə gələcəyini demişdi (xalam İsveçrədə yaşayır). Həmin gün anam cürbəcür yeməklər,salatlar hazırlamışdı, hətta bütün yaxınlarına da demişdi. Aprelin 1-də xalam artıq Bakıda olmalı idi. Xalam zəng etdi, anam da soruşdu ki, "Çatırsız?" Xalam da nə desə yaxşıdı: "Bacı, bu gün ayın necəsidir?" Aman da deyir: "Aprelin 1-i". Anama onda catdı ki, xalam zarafat edib.
Ruslan
Mən dostumu aldatmışam. Dedim ki, "Mən qəza törətmişəm, tez gəl". Amma əslində dostlarımla restorandaydıq. Mənim özümə də başqa dostum zəng vurdu ki, "Məni tutublar, polisdəyəm". Durub getdik şöbəyə, gördük yalandı, amma çox inandırıcı idi onun danışığı.
S.S.90...S A M I R...
1 Aprel - Gülüş günü, bizim dildə desək, aldatma günü...
Mən də bir çoxları kimi həm aldatmışam, həm də aldanmışam....Belə hadisələr ən çox məktəb vaxtı olub. Bir dəfə müəlliməmizi aldadıb dərsdən qaçdıq. Bir dəfə də dostum məni aldadıb. Şəhərdə idik, gəldi ki, "anan səni evdə gözləyir"... Mən də eləməyib tənbəllik, durub gəldim evə. Heç ağlıma gəlməyib ki, 1 aprel günüdür (telefonumun olmayan vaxtları idi, telefonum olsaydı, zəng vurub soruşardım ki, "ay ana neynirsən məni").
Hər dəfə məni aldatmayacaqlar ki... Bu dəfə növbə məndə idi. Dostuma zəng vurdum ki, "Pis hadisə baş verib, mütləq gəlməlisən Bakıya" Guya bir dostumuz var, rəhmətə gedib. Yazıq uşaq durub rayondan gəldi, bu biri dostumuzu da diri-diri gömdük torpağa...
Vəfa
Aprelin 1-də uşaq vaxtı anamdan xəbərsiz həyətə düşmüşdüm. Qonşumuzun qızı dedi ki, "anan səni axtarır". Mən də qorxudan ölüb-dirildim. Evə gələndən sonra bildim ki, məni aldadıb. Anamdan soruşdum, məni axtarmadığını dedi: "Bu gün aprelin 1-dir axı, aldadıb səni".
Ayka
Mart ayının 31-i, gecə 12-ni keçmişdi, aprelin 1-i idi. Mən aldatma günü olduğunu unutmuşdum. Gecə 1-ə işləmiş nişanlımdan SMS gəldi (Rusiyada olurdu): "Səhər birbaşa reyslə gəlirəm". Öz-özümə dedim: "Axi niyə birdən-birə dedi ki, gəlim danışarıq" Həmin gecə səhərə kimi yatmadım, səhər oldu, günorta oldu, ha gözlə ki, gəlib çıxar. Axır ki zəng etdi və başladı gülməyə: "1 aprelin mübarək, zarafat edirdim. Mən gələn ay gələcəm"
Gülay Əliyeva
Sevdiyim oğlan bir dəfə aldatdı kı, "evə gedirəm, bir həftə gəlməyəcəm". Biz eyni qrupda oxuyurduq. Mən də çox pis oldum ki, bir həftə görməyəcəyəm. Sonra dedi ki, "zarafat idi". Mən də onu aldatmışdım ki, "atamın yaxın dostu mənə elçi gəlir, sən gəlməsən məni verəcəklər". O da çox pis oldu. Sonda başa düşdü ki,aldadıram.
Mamedova Leyla (GÜNƏŞ)
Məni aldadan qardaşım olub. Mən dərsdə olanda zəng vurdu ki, "ananın vəziyyəti ağırdır, həkimə aparırıq. Evə gəl, tez ol". Mən də dərsdən gəldim, amma anam mənə qapını açıb gülürdü...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK
Temperatur enir - Sabahın HAVAsı
Südlü düyü şorbası (foto resept)
Cəbhədə güclü atışma
Avropanın ən ucuz şəhəri seçilib
Kəbədə yağış gözyaşına qarışdı
Şahzadənin toyu ərəfəsində qalmaqal yaşanıb - FOTO
Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ
Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
Can Yamanı onlar da müdafiə etdilər
Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq
Uşaqlarda yalanın səbəbləri
Vulkan nəhəng lava gölü yaradıb-video
XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO
Astronavt müəmmalı VİDEO paylaşdı
Yaşlanmağın qarşısını alan maska
Lobya (foto-resept)
Uşaqlara xarici dil öyrətmək üçün 4 tövsiyə
Tarixdə minlərlə insanın ölümünə səbəb olan 3 virus
Azərbaycanda terrora qarşı mübarizə gücləndirilir
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Bakının bazarları niyə "yanır" ?
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Apple və Motorola barışır
"Milan" baş məşqçsini qovdu
Qarabağda şəhid olmuş əsgərlərin övladları indi qisas alır - VİDEO
Küçə sənəti - 2
Acun onu izləməyə aldı-FOTO
Hamilələrin isti suya girməsi zərərlidirmi?
Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
National Geographic foto müsabiqəsi-5 (son)
Anamın ətli sırdağı (foto resept)
Facebook-da YENİLİK
Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı
Yaponlar yeməyi niyə çubuqla yeyir?
Cizgi film deyib yan keçməyin! (II hissə)
2011 şərfləri
Azərbaycanda Nazirlikdə "SOS"!
8 mart üçün fincan formalı açıqca
Whatsapp məhz bu telefonlarda işləməyəcək - SİYAHI
Ağ ciyər qıtlığı var
Şagirdlərin tətil günlərinin sayı açıqlandı
Qubadlı rayonundan görüntülər - VİDEO
Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya
Hansı halda qapanmaya gedilə bilər?
Nə üçün asqırdıqdan sonra şükür edirik
Mətbəx məsləhətləri
ABŞ-da iPad Air satışları başlandı
Rəsm olduğuna inanmayacaqsınız
- ŞƏRHLƏR