Saat 6-ya az qalır. Masamın üzərindəki sənədləri yığışdırmağa çalışıram, tələsirəm. İşdən çıxmağa tələsirəm. Hara? Əlbəttə ki, evə. Niyə? Amma bunu bilmirəm. Tələsik addımlarla evə çatmağa tələsirəm. Yol boyu insanların yanından ötüb keçərkən üzlərində donmuş baxışlar səni düşündürür. Aman Allah, bircə evə tez çatsaydım. Gün boyu işdə olan problemlərdən uzaqlaşmaq üçün evə tələsirəm. Aha, deyəsən evimə, yuvama çatıram. Amma içimdə bir boşluq var. Həyətə daxil oluram, qapıya yaxınlaşıram. Açarlar - hara qoymuşam, axtarıram və tapıram. Qapını açıram, amma içəri girmək heç istəmirəm.Bir az əvvəl evə tələsirdim, indi isə içəri girmək çətindir. Otağın buz divarları üstümə gələcək. Kim məni qarşılayacaq bu soyuq evdə? Heç kim. İçəri daxil oluram, işığı yandırıram.Çantanı bir yana atıb bir az dincəlmək istəyirəm. Amma divarlar... Bu divarlar da məni lap bezdirdi. Kresloya oturub, düşüncələrə dalıram. Suallar məni yorur. "Nədən mən belə oldum", öz-özümə fikirləşirəm. Nədən? Amma mənə heç nə olmayıb, yalnız təkəm.Bu təkliyi mənə unutdura biləcək biri yoxdur. Bəlkə də var, mən bunu sadəcə görmürəm.Qışqırmaq, hayqırmaq istəyirəm: "Ey, insanlar, bir az da mənə yaxın olun". Amma insanlar mənə çox yaxındır.Yəqin mən bunu görmək istəmirəm, ya da görmürəm. Düşüncələr məni yorur.Ömrümün yarısı qurtarmış, baharım geridə qalmışdır. "Nəyə nail oldum ki?" deyə düşünürəm. Hər şeyə - oğlum, evim, həyat yoldaşım, amma məni başa düşə biləcək kimsə olmadı. Mən hər kəsi başa düşməyə çalışdım. Özümü həmişə tək sandım. İçimdə bir boşluq oldu.Tamamlanmayan bir boşluq.Daim məni özünə çəkdi.Nə istədim, özüm də bilmədim.Bəlkə də məni başa düşə biləcək biri olmadı.Eh, kim məni başa düşə bilərdi ki. Telefonuma zəng gəlir. Hmm, oğlumdur, ali təhsil alır. Danışırıq, amma yenə də təkəm. Sağollaşıb, düyməni sıxıram. Bir neçə saatdan sonra yenə sabah olacaq. Bu sabahlar... Ömrüm hardan gəldi-getdi... Daim sıxıntılar, sonu görünməyən düşüncələr. Mən nə istəyirəm? Sabah yenə işə tələsəcəyəm...
XƏBƏR LENTİ
Mingəçevirdə vaterpol yarışı başladı (FOTO)
Azərbaycanın müdafiə naziri və Baş Qərargah rəisi cəbhədə olublar
Yanacaq sərfiyyatını azaldan yeni aviamühərrik hazırlanır
HAVA necə olacaq?- 8 MAY
Dünyanın ən kiçikləri
Avqust ayının qalibləri!
Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olundular - SİYAHI
Yeni imtahan modeli nə vəd edir? - Ekspert
Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
Məmmədyarov prezidentlərin görüşünü şərh etdi
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
Bunları bilmək maraqlıdır
Günün ulduz falı
Argentinalı ulduz Türkiyədə oynaya bilər
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
İnanılmaz sevgi: şir insanlara sarılır
Məşhur aktrisa qızının üzünü ilk dəfə göstərdi
Avro getdikcə ölür
Tarkanın Kamal Sunal haqqında fikir bildirdi-FOTO
Bakının mərkəzində təhlükəli quyu
İsti Şokolad (video-resept)
Qara kişmişli kurabiyə (foto-resept)
Sarımsaq-limon möcüzəsi
Verdikləri sözləri reallaşdıran insanlar
Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək
BÜRCLƏR bizə nə vəd edir?-25 dekabr
FİFA ilin komandasını seçir
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Gözünüzü gözlüklərdən qoruyun: son hədd əməliyyatdır
İranda zəlzələ
Uşaq otağı üçün dekorasiya fikirləri
Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür
2011-ci ilin Çantaları
Saat nağılı
Xəzər dənizi sürətlə quruyur
Çərəz halqalar (foto resept)
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
İlham Əliyev: "Faizlərin aşağı salınmasını dəstəkləyirəm"
Zerrinin qayınatası oğlu haqqında AÇIQLAMA verdi
Barak Obama sevdiyi serialdan və qızlarından danışdı
Şuşa şəhərində dalğalanan Azərbaycan bayrağı hansı dövlət binasına sancılıb? -
Bakının üstünü alan duman nədir?
"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq
Hamiləlik zamanı mədə şikayətləri
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Moskvada keçirilən hərracda Puşkinin “Ruslan və Lüdmila” kitabı 160 min dollara satılıb
Yay aylarına düşən hamiləlik
Dünyada ən böyük ordusu olan ölkələr
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
Möhtəşəm ziyafət çantaları
- ŞƏRHLƏR