"Psixoloji qorxular" dedikdə insanların həyatını məhdudlaşdıran,çətinliklər yaradan qorxular başa düşülür.Hər birimizdə fərqli növdə qorxular vardır.Bu qorxular əgər həyatımızı məhdudlaşdırmırsa,yaşayışımızı bizə zindan etmirsə,mane törətmirsə,onda heç bir mahsuru yoxdur.Vay o günə ki,"Qorxularımız" yaşamamıza maneə olsun.Elə qorxular var ki, müalicə olunmadıqda sayı və sıxlığı gün keçdikcə arataraq dözülməz hala gələ bilir.Tibb baxımından bu cür qorxular təbii deyil.İnsan özünü belə qorxulardan asanlıqla qurtara bilməz.
Allah kimsəyə göstərməsin!
Qorxuları bəzən 3 növə ayırırlar:
1) Obyekt qorxuları: Böcək, kəpənək, it, pişik, iti uclu əşyalar, bıçaq, qayçı və s.
2)Hal-vəziyyət qorxuları: Bağlı yer, açıq yer, lift, yüksək yer, qaranlıq yer və ya meydanlardan qorxu, tək başına qala bilməmək, küçəyə çıxa bilməmək, izdihamlı yerlərə girməkdən, məsələn kino, teatr, avtobus, gəmi, təyyarə kimi yerlərdə hiss edilən qorxular və s.
3)Funksiya qorxuları: Üz qızarması, izdihamda danışa bilməmək kimi , tərləmə, huşunu itirəcəkmiş, ürəyi dayanacaqmış kimi olma və s.
Bir də çoxlarımızın duyduğu belə bir qorxu var.Yaxınlarımıza pis bir şey olacağı düşüncəsi ilə yaranan qorxular.Belə qorxular insanda daima əndişə,təlaş və narahatçılıq yaradır.
Ehh,əziz istifadəçilərimiz,sadalasaq hələ çox qorxu növləri taparıq.Əsas odur ki,bu qorxular bizlərin həyatını işgəncəyə çevirməsin.
Düşünürəm ki, hər bir insanın həyatında onun qorxuları yaşına görə və yaşadığı mühitə görə dəyişir.Bu vaxta qədər mənim də həyatımda müxtəlif səbəblərdən yaşadığım qorxular olub.Amma onlar artıq keçmişdə qaldı.Xatırladıqda belə gülürəm o qorxulara.Amma hazırda qorxum hər bir Ananın hiss etdiyi qorxudur.Körpəmin başına pis nəsə bir hadisə gəlməsin.Axı o nə etdiyini hələ anlaya bilmir.
Maraqlıdır,Sizlər nədən qorxursunuz,Hörmətli istifadəçilər?
XƏBƏR LENTİ
Gülən insanın yaddaşı yaxşıdır
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
“ASAN xidmət” mərkəzləri sabahdan müvəqqəti bağlanır
Gerenuk
Brend çanta modelləri
Həm səmərəli, həm sərfəli
Bakı metrosunun açılacağı tarix məlum oldu
53 min dollara başa gələn KOSTYUM
“Bakcell” rouminq qiymətlərini yarıdan çox endirdi.
Google yeni şirkət aldı
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (I hissə)
Ziyafət donları
Melaniya Trampın bioqrafiyası nəşr olunur-ŞOK Faktlar
Bu günün hava proqnozu
Valideynlərin nəzərinə!
Geyimlərə yeni dizayn qazandıran Jillian Owens
"İlk Avropa Oyunlarının məşəl estafeti Azərbaycanın 51 şəhərini əhatə edəcək"
Acunun Şeymaya ödəyəcəyi alimentin məbləği MƏLUM OLDU
Çəltik (düyü)
Şahzadə oğlu şahzadənin ilk bayramı
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
2 həftəyə 8 kiloqram arıqlayın
Paşinyan Qarabağdan əlini üzdü
Sükan arxasındakı it sürət həddini aşdı
Ən gülməli və qeyri-adi - Lady Gaga
Əsgərlərimiz "qan ocağı"ndan döndülər
Xəstə oğlunun ən böyük arzusunu reallaşdırdı-FOTO
Xiyar salatı (foto resept)
Salvador Dali
Su altı həyat
Qrip çayları
Məşhurlara bənzəyən sadə insanlar (FOTO)
Aya meteorit düşdü - Yer üçün təhlükə varmı?
Bakıda şəxsi maşınla yük daşısaq
Bağlanmış bankların borcunu ödəmək üçün kredirt götürüləcək
Kökəlmək üçün nə etməli?
Təhsil nazirindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA
Məşhur model ananasdan zəhərləndi-FOTO
Üzüm çəyirdəyinin faydaları
Cizgi film qəhrəmanından möhtəşəm evlilik təklifi – VİDEO
Beyini skanı intihar barədə məlumat verə bilər
Ən qapalı ölkə İnstagram-da
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Günün ulduz falı
Günün qoroskopu - 21.11.2013
Əmrah Azərbaycana "yox" dedi
65 yaşlı müğənni ana olmaq istəyir
Ev üsulu coco star (foto-resept)
Putinə 200 mlrd-lıq zərbə
Kartoflu hinduşka ətindən zapekanka
- ŞƏRHLƏR