Bakıda hava +17°
USD 0.7843 AZN
EUR 1.0837 AZN
12:20♥♡AyTaDj HəSəNzAdƏ♡♥ NiCaT_NiLuFeR ela mahnidi canim 11:45NiCaT_NiLuFeR http://www.youtube.com/watch?v=MmFtfCQ5Rjs 11:39NiCaT_NiLuFeR bəyənən oldu mahnını? 11:27NiCaT_NiLuFeR qızlar bu mahnını dinləyin bir zəhmət 11:27NiCaT_NiLuFeR http://www.youtube.com/watch?v=Fb5MPy1ZLPE 11:19R.G.AL-SU sabahınız xeyir gozəl xanımlar necəsiniz 11:16NiCaT_NiLuFeR Narın,Bacı sayta gələndə bir Zəhmət mənə ismarıc yaz da 11:03AYSUN MEMMEDOVA NiCaT_NiLuFeRCümləmizdən inşallah mələyim 11:02♥♡AyTaDj HəSəNzAdƏ♡♥ sonunda xeberimi gordum urrrrrrrrrrrrrraaaaaaaaaaaaaaaa 11:02nura aynus smsin ustune vur oxu sira ile ozu gelecek
21257

Azərbaycan dili - XIX Dərs

Azərbaycan dili - XIX Dərs

İşarə əvəzlikləri

Şəxsin, əşyanın adını əvəz etmədən onları işarə edən əvəzliklərə işarə əvəzlikləri deyilir.

İşarə əvəzlikləri əvəz etmək yox, işarə etmək məqsədi daşıyır. Əvəzliyin digər növləri başqa nitq hissələrini əvəz etdiyi halda işarə əvəzlikləri öz funksiyasında, substantivləşmədikdə, adverbiallaşmadıqda digər nitq hissələrini sadəcə işarə edir. İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, həmin.

Azərbaycan dili - XIX Dərs
İşarə əvəzlikləri nitq hissələri içərisində sifətə daha yaxındır.

Məsələn: Bu dünyadakı əməllərinə görə o dünyada cavab verəcəksən, unutma!

O həmin kitabdır? Mən belə geyimləri xoşlayıram. Və s.

Sifətlər müəyyən konkret bir əlaməti bildirir, işarə əvəzlikləri isə heç bir xüsusi məna ifadə etmədən əşyaları işarə edir. Buna görə də sifətdən fərqli olaraq işarə əvəzlikləri dərəcələrə görə dəyişmir.

Bu yaxında olan əşyaları, o isə uzaqda olan əşyaları işarə etmək üçün işlədillir.

İşarə əvəzlikləri öz həqiqi mənalarında işləndikdə yalnız təyin vəzifəsində çıxış edir.

Məsələn: O qaynanaya yazığım gəlir ki, qarşısına sənin kimi gəlin çıxacaq. Həmin işi qəbul etmək mənə çətin olacaq. və s.

İşarə əvəzlikləri asanlıqla isimləşə bilir. İsimləşdikdə hal, kəmiyyət və mənsubiyyət şəkilçiləri qəbul edir, mübtəda, xəbər, tamamlıq funksiyalarında çıxış edə bilir. Həmin işarə əvəzliyindən başqa hamısı isimləşə bilir.

Məsələn: Sən onu yaxşı tanımırsan. O kitab budur. Mənim də xasiyyətim belədir. Və s.

Elə, belə əvəzlikləri də substantivləşərək kəmiyyət, mənsubiyyət şəkilçisi qəbul edərək hallanır. Elə, belə əvəzlikləri asanlıqla adverbiallaşır. Tərkib daxilində olmadıqda cümlədə tərz zərfliyi funksiyasında çıxış edir.

Üçüncü şəxsin təkini bildirən O şəxs əvəzliyi ilə o işarə əvəzlikləri eyni kökdəndir. Bu əvəzlik şəxsi, əşyanı bildirdikdə şəxs, işarə məqsədilə işləndikdə isə işarə əvəzliyi kimi çıxış edir. O sözünü şəxs və ya işarə əvəzliyi kimi işləndiyini mətnə əsasən məntiqlə təyin etmək olur. Məsələn:

O, həkimdir.- burada O şəxs əvəzliyidir.

Məni müalicə edən o həkimdir.- burada isə O işarə əvəzliyidir.

O işarə və şəxs əvəzliklərinin bir sıra fərqləri vardır.

1. O şəxs əvəzliyi kimi işləndikdə işarə məzmunu ilə yanaşı şəxs, əşya bildirir. Lakin işarə əvəzliyi kimi çıxış etdikdə şəxs, əşya məzmunundan məhrum olur, yalnız işarə edir.

2. şəxs əvəzliyi kimi işləndikdə ondan sonra aydın şəkildə fasilə olur. İşarə əvəzliyi isə ondan sonrakı sözlə bir sintaqm şəklində, fasiləsiz tələffüz olunur.

3. Şəxs əvəzliyi mübtəda, işarə əvəzliyi isə təyin vəzifəsində çıxış edir.

4. Şəxs əvəzliyi cəmlənir, hallanır. İşarə əvəzliyi isə cəmlənməz və hallanmaz.

5. Şəxs əvəzliyindən sonra vergül qoyulur. İşarə əvəzliyindən sonra isə vergül qoyulmaz.

Nisbi əvəzliklər

Azərbaycan dili - XIX Dərs

Mənşə etibarilə sual əvəzliklərindən ibarət olub sual bildirməyən , tabeli mürəkkəb cümlədə bağlayıcı vasitə kimi işlənən əvəzliklərə nisbi əvəzliklər deyilir.

Nisbi əvəzliklər kim, Nə, Hara, Neçə, Nə qədər, Necə, Nə cür, Hansı, Haçan, Nə zaman sözlərindən ibarətdir. Mənşə etibarilə sual əvəzliklərindən ibarət olduğu üçün formaca onlardan fərqlənmir. Lakin nisbi əvəzliklər sual əvəzliklərindən fərqli olaraq cümlədə sual məqsədi daşımır. Məsələn:

Bu kitabı kim yazıb?- cümləsində kim sual əvəzliyidir?

Bu qəzanı kim törədibsə, gec olmadan təslim olsun.. –cümləsində isə kim nisbi əvəzlikdir. Göründüyü kimi bu cümlədə kim nisbi əvəzliyi budaq cümləni baş cümləyə bağlamışdır. Buna görə də nisbi əvəzliklər sintaksisdə bağlayıcı söz adlanır.

Bağlayıcı sözlər bağlayıcılardan fərqlidir. Bağlayıcılar köməkçi nitq hissəsidir, bağlayıcı sözlər isə əsas nitq hissəsidir. Bağlayıcılar cümlə üzvü ola bilmir, bağlayıcı söz isə cümlədə üzv olur.

Bağlayıcı söz- nisbi əvəzlik çox zaman ki ədatı, hər sözü ilə birgə işlənir. (işlənilməyə də bilər)

Məsələn:

Bu qəzanı kim törədibsə, gec olmadan təslim olsun.- Bu qəzanı hər kim törədib, gec olmadan təslim olsun.

Kim danışmaq istəyir, buyursun.

Kim ki danışmaq istəyir, buyursun.

Hər kim ki danışmaq istəyi, buyursun.

Hər kim danışmaq istəyir buyursun.


Ki ədatı olmadıqda budaq cümlənin sonunda –sa şəkilçisi ola bilər. Məsələn:

Kim danışmaq istəyirsə, buyursun.

Nisbi əvəzliklər çox zaman kim ki, hər nə ki, kimə ki, kimi ki, nə qədər ki, necə ki, harada ki, haçan ki və s. Şəkillərdə işlənir.

Təyini əvəzliklər

Azərbaycan dili - XIX Dərs

Şəxsə, əşyaya, hadisəyə kəmiyyət, əhatə dairəsi baxımından işarə edən əvəzliklərə təyini əvəzliklər deyilir.

Təyini əvəzliklər bütün, hər, hər bir, filan, eyni, bəzi sözlərindən ibarətdir.

Təyini əvəzliklər mahiyyətcə işarə əvəzliklərinə çox yaxındır. Hər ikisi təyinetmə xüsusiyyəttinə malikdir və cümlədə təyin olur.

Əsas fərqləri ondadır ki, işarə əvəzlikləri sadəcə olaraq əşya və hadisələri işarə edir, aid olduğu sözün məzmun və həcm məsələlərinə qarışmır.

Təyini əvəzliklərə aid bir neçə misal gətirək:

Hər ömür başlayır, çatır axıra,

Ya ağac, ya çiçək, insan adında. ( Vidadi Babanlı)

Bütün bunlar boş xəyallar idi.

Həmişə eyni insanlar qalib olurdu.

İndi deyəcəksən ki, filan işim çıxdı, gələ bilmədim.

Heç bir qadın bilə-bilə bu həyatı seçməzdi. və s.

Qeyd. Əslində filan sözü təyini əvəzliklərlə o qədər də uyuşmur. Daha çox işarə əvəzliklərinə yaxındır. Lakin qeyri-müəyyənlik bildirməsilə o işarə əvəzliklərindən də fərqlənir. Müqayisə edək:

O adam, bu adam, filan adam. O, bu işarə əvəzlikləri konkret olaraq kimisə işarə etdiyi halda filan sözü naməlum şəxsi işarə edir.

Növbəti dərsdə bir sıra test nümunələri veriləcək. Verilənləri təkrarlayıb testləri həll etməyə hazır olun!

Səslərin sayı: 1
15
1412
Şərhlər
Offline
MAYA EL
hər zamankı kimi çox gözəl xəbər hazırlamısınız Elnarə xanım çox saq olun
30 aprel 2013 21:08
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
♥Selena♥
Elə həvəslə məktəbdə öyrənərdim ki bütün dərsləri, həmçinin Azərbaycan dilini də. Tapşırıqları da sevə-sevə yerinə yetirirdim.

Elə mən də. Məktəbdə oxuyanda ədəbiyyatla, Azərbaycan dilini ən çox sevirdim. Həmişə müəlliməm mənimlə rəfiqəmi tərifləyərdi. Əvəzlikləri bilirdim, sayənizdə təkrar etdim. Təşəkkür edirəm, Elnarə xanım.
28 aprel 2013 22:41
imza: Ana haqqı ödənməz, sevməyə ömür yetməz!
My Mother... My Angel
Offline
Madam_MadonitaM
Elə həvəslə məktəbdə öyrənərdim ki bütün dərsləri, həmçinin Azərbaycan dilini də. Tapşırıqları da sevə-sevə yerinə yetirirdim. love Təşəkkürlər, Elnarə, yorulmayasan give_ros
28 aprel 2013 20:51
imza: Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır. HZ. ƏLI

Qadin.Netə Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Melek
super bo;lmedir sevdm bu bolmn yenden mekteb stedime:)
28 aprel 2013 18:15
Offline
Sessiz_sinema
Ele bil saytda evezlik xeberini oxumushdum.Indiki programlarda nisbi evezlik yoxdur artiq.Men de testleri gozleyirem.100-de 100hamisina duzgun cavab vereceyime eminem
28 aprel 2013 16:19
Offline
Nəzrin
Çooox təşəkkürlər testləri səbirsizliklə gözləyirəm. girl_smi
28 aprel 2013 15:55
Offline
Fatma xanım
təyin əvəzliyini unutmuşdum
28 aprel 2013 15:30
imza: Sevməyi əsl kişidən, sədaqəti bütün qadınlardan öyrənin

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Yasemen
Insallah canim testi gozleyecem
28 aprel 2013 15:28
Offline
Rojda
Musluman olan her olkenin dili gozeldir ozellikle de, AZERI ve tebiki TURK. good i_am_so_ give_hea
28 aprel 2013 14:23
Offline
Yağmur damlası
cox sag ol Elnare muellime,canim gozum eziyyetini halal et.haziram men testlere gozleyirem.
28 aprel 2013 13:29
Offline
kerimova sabrina
sag olllllllll give_ros
28 aprel 2013 12:19
Offline
Gümüş
Bax bu heç bitməsin.
28 aprel 2013 11:56
Offline
Fidan
xebere gore cox sagolun good
28 aprel 2013 10:24
Offline
Asi
Xatirlatdiginiz ucun tewekkurler. give_ros
28 aprel 2013 10:21
Offline
Zehra Bedirxanli
Azerbaycan dilini ela oxumasamda yaxwi oxuyurdum yadimiza saldigin ucun tewekkurler.
28 aprel 2013 09:10
imza: QADİN.NET
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
  • Siqareti tərgitdikdən sonra qidalanma

    AYSUN BACİM TESEKKURLER GOZEL MOVZUYA TOXUNMUSAN İNAN Kİ SİQERETİN İYİ BURNUMA GELENDE AZ QALİRAM BOGULAM HEC XOSUM GELMİRDE SİQARETDEN İNSALLAH CEKENLER OZLERİNİ ZEHERLEMEKDEN EL CEKİB TEZLİKLE TERGİDERLER
  • Qaraçörəkotu yağının faydaları

    AYSUN MƏMMƏDOVA,tşk xəbərə görə.mən eşitmişəm ki.hamilə qadınlara çörəkotu olmaz.yağının bilmirəm, ancaq çörəkotunun uşaqsalma xüsusiyyəti var.nə qədər doğrudur bu məlumat bilmirəm, amma eşitmişəm.bir də bir tanış var idi, o göbələk xəstəliyindən əziyyət çəkirdi, çörəkotuyağından tampun hazırlayıb istifadə edirdi.
  • 13:00 - Müəllif: Elif♡
    Yazmağa başlayıram - 1 (15)

    Yazmağa başlayıram - 1

    Aqat, qisqandim seni lap:)) men ne bu ay ne de gelen ay xeber hazirlaya bilmeyecem MasaAllah olsun sene. en esasi xeberlerin hamisi bir-birinden maraqli ve faydalidi. Ellerine sagliq.
  • 12:59 - Müəllif: Sevgi.
    Hər şeyə vaxt ayırın (29)

    Hər şeyə vaxt ayırın

    Duzdu maskalar etmesemde ozume baxanam Şukur
  • Almalı şuba salatı (foto resept)

    Balıqı çox sevirəm amma heç vaxt salatda yeməmişəm. Bir dəfə yoxlayarıq inşəALLAH dadına baxarıq təşəkkürlər
  • Gənc xanımlar üçün gündəlik geyim təklifləri

    salvar ve koftalari beyendim donlarda cox gozeldir amma menlik deyil cunki o qeder qisa geyinmirem geymesemde xosuma geldi tesekkurler
  • 12:49 - Müəllif: ...
    Qaraçörəkotu yağının faydaları (28)

    Qaraçörəkotu yağının faydaları

    Faydali melumata gore tesekkurler baci.
  • 12:49 - Müəllif: Mahmudzade
    Viktorian stili (7)

    Viktorian stili

    Baxmaq üçün gözəldilər, geyinmək üçün eyni sözü deyə bilmərəm . O qədər qatları olan bir paltarla necə gəzirmişlər mənim baxmaqla ürəyim sıxıldı təşəkkürlər
  • Şokoladlı-portağallı keks (foto resept)

    Super canım çox gözəl görünüşü var, təşəkkürlər baci.
  • Suyu oturaraq içməyin faydası

    Demek ona gore deyirler ki suyu ayaq uste icmek ziyandir hemise nenem deyerdi duzdu menasini bilmidim indi bildim deyerli melumatlara gore cox sag olun
Ən çox oxunulanlar
Qadının silahı nədir?
Gözəlliyi
Göz yaşı
Zəkası
Həssaslığı
Heç biri smile