Paraben nədir? Nə kimi zərərləri vardır?
Məhsulun ömrünü uzatmaq üçün istifadə edilən maddə, dəridə allergik reaksiyalara səbəb olur.Paraben bu tipli maddələrdəndir. Benzoik turşunun bir törəməsidir.Zəhərli və toksik bir maddədir.Sinə xərçəngi xəstəliyi olan qadınlar üzərində aparılan araşdırmalar nəticəsində alınan şiş nümunələri içində bol miqdarda paraben maddəsi olduğu ortaya çıxmışdır. Bədəndə hormanal təsirləri artıran kimyəvi maddələrin istifadə edilməsi, xüsusilə ostrojen hormonuyla artan sinə xərçənginin yayılmasına səbəb olmuşdur. Sinə toxumasındakı yağ nisbəti, bədəndəki toksik maddələrin burada sıxlaşmasına və sinə xərçənginin ən məşhur xərçəng növü olmasına səbəb olmuşdur.
Parabenler çox geniş ölçüdə kosmetik məhsulların içində istifadə edilən qoruyuculardır.Kimyəvi maddə olaraq parabenler p-hidroksi benzoik turşunun esterləridir. Kosmetik məhsullarda propylparaben, methylparaben və buthylparaben birlikdə istifadə edilir. Tipik olaraq, məhsulların içində birdən çox paraben istifadə edilir.Və onlar, mikroorqanizmlərə qarşı qoruyuculuğu təmin etmək üçün tez-tez digər qoruyucularla birlikdə istifadə edilir.Qarışıqlarda aşağı səviyyələrdə istifadə edilən parabenlerin aktivasiyası, qoruyucunun aktivasiya müddətini artırır.
Nə üçün kosmetikada qoruyuculardan istifadə edirik? Kosmetik məhsullarda istifadə edilən xammalların, qanunla müştərini məlumatlandırmaq üçün etiket üzərinə yazılması zəruridir. Müştərilər üçün bu əhəmiyyətli bir məlumatdır. Beləliklə onlar, tanış olmayan məhsuldan almamalıdır. Parabenler bu adlarla tanınır: methylparaben, ethylparaben, buthylparaben ya da benzylparaben .
Nələrdə istifadə olunur?
Kosmetikalarda:Tonal kremlər, pudra, gözaltı kosmetik məhsullar, tuş, makiyaj təmizləyicilər, dodaq boyası, tez quruyan dırnaq boyaları.
Dərman vasitələrində: Krem- məlhəm şəklində dərmanlar, göz, qulaq və burun damlaları, rektal -vaginal dərmanlar, bandajlar, lokal anestezik dərmanlar.
Fərdi baxım məhsulları : Nəmləndirici losyon və kremlər, diş pastası, diş tozu və təmizləyiciləri, günəş yağları, dəri təmizləyiciləri, tər əleyhinə deodorantlar, sabunlar…
Qidalar: Salat sousları, mayonez, xardal, ketçup, dondurulmuş qidalar - tərəvəzlər, cemlər, meyvə suları…
İngiltərədə aparılan bir araşdırmaya görə, baxımlı bir qadın 1 gün içində dərisinə təxminən ən azı 20 növ məhsul tətbiq edir.
1 Şampun
2. Saç kremi
3. Köpük
4. Sprey
5. Jele
6. Bədən şampunu
7. Sabun
8. Təmizləmə losyonu
9. Tonik
10. Nəmləndirici
11. Nəzarət kremi
12. Bədən losyonu
13. Aseton
14. Lak
15. Günəşdən qoruyucu
16. Ənlik
17. Dodaq boyası, qələm, parladıcı və s.
18. Kirpik üçün tuş
19. Ətir
20. Əl kremi.
Çaşdırıcı deyilmi? Baxın, bir göz qırpımında 20 məhsulu və hətta daha çoxunu saydıq. Bütün bu gündəlik vəsaitlərin məzmunlarını hesablasaq, dərimizi hər gün sayı 175- dən az olmayan kimyəvi maddə ilə suvadığımızı deyə bilərik. Bunların hər birisi dəridən nüfuz edərək bədənimizə girir.
Kosmetika vasitələrinin bəziləri dərimiz üçün həqiqətən faydalı maddələrdir.Onlara qətiliklə ehtiyacımız var.Amma bəziləri?
Kosmetikalar necə xarab olmadan qalır?
Dəri baxımı və makiyaj məhsulları içində zəruri olaraq qoruyucu maddələr istifadə edilir. Bunlar dəridə uzun müddət qalsa, dəriyə 10 %-ə qədər nüfuz edə bilər və allergik reaksiyalara səbəb olar.
Yenə kosmetik məhsullarda geniş şəkildə istifadə edilən Paraben və Phthales maddələri də ciddi risklər daşıyır. Hər iki kimyəvi maddədə edilən araşdırmalarda normal hormon funksiyalarını pozduğunu, ağciyərə, qaraciyərə və böyrəyə ziyan verdiyi və sinə xərçəngi təhlükəsini artırdığı məlum olmuşdur.
Nə etməliyik?
Çox təəssüf ki, bir-birindən qəşəng dükanlarda və hətta əczaxanalarda rəfləri dolduran bir çox kosmetik məhsullar, burada adını çəkmədiyimiz digər qatqı maddələrindən ən az bir neçə dənəsini özündə çəmləmişdir.
Kosmetikaların tərkibinə qarşı diqqətli olun. Xüsusilə içində 1,4 Dioxane, paraben, phthales, BHT, formaldehit və natrium loreth sulfate olan məhsulları evinizdən uzaq tutun. Ancaq bunu da ağılınızdan çıxarmayın, tibb dairəsinin nüfuzları kosmetik məhsulların tərkibinin tam olaraq açıqlanmasını zəruri hesab etmirlər.
Əziz xanımlar və bəylər! Bir məhsulu alarkən mütləq aşağıda yazılanlara riayət edin.
1. Tərkibini oxumağı vərdiş halına gətirin.
2.Əsasən orqanik kosmetiklar istifadə edin.
3.Məhsulların tərkibində nə qədər az maddə varsa, o qədər yaxşıdır, bunu unutmayın.
4.Eyni şey ətirlər üçün də etibarlıdır.
5.Götürdüyünüz məhsulların istehsal tarixinə baxın və təzə olmasına diqqət yetirin.
6.Nə şampun, nə də kremlərinizin qapağını əsla açıq qoymayın.
7.Kosmetikalarınızı başqalarıyla paylaşmayın.
8.Kremləri və digər məhsulları istifadədən əvvəl əllərinizi yuyun..
9.Gündəlik standart dəri baxımı üçün, gündə 2 dəfə, çox az miqdarda məhsul istifadə etmək kifayətdir.Tez-tez və həddindən artıq istifadədən uzaq durun.,
10.Məhsulları qarışdırmayın, fərqli məhsulları üst- üstə istifadə etməyin .
11.Bir çox kosmetik məhsul 3 il qədər xarab olmadan qala bilər. Köhnələri mütləq atın. Yenilərini də heç olmasa soyuducuda saxlayın.
12.Mütləq və mütləq alış-verişdə " paraben free" yazılan məhsullara üstünlük verin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Özcan Denizdən yeni FOTO
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Nika Huk
Kələm salatı (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Qadın 9 dəqiqəyə 6 uşaq dünyaya gətirdi - FOTO
HAVA necə olacaq?-31 yanvar
Ev üsulu toyuq kolbasası (foto resept)
Lauranın əl işləri
"İstanbullu gəlin"də üç məşhur çəkiləcək-FOTO
Mixəyin dəriyə faydası
Günün ulduz falı
Azərbaycanın daha yeddi kəndi azad olundu
Ermənilərin oğurluğu
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Hər qadın 2 kq kosmetika yeyir
Hande Ataizi ərə gedir-FOTO
Qəzet oxumaq tərziniz xasiyyətinizdən xəbər verir
Qara nöqtələrlə mübarizə aparan 4 pilinq (video)
"Qarabağ" rəqibini darmadağın etdi
Saxta dostu necə tanımalı?
Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 321 yeni yoluxma
Əli Babacan: "Azərbaycan qardaş ölkədir"
Cim Kerridən GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ-FOTO
Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
Ermənilər Laçında Su Elektrik Stansiyası tikirlər - FOTO
İlham Əliyev: “Yaxın günlərdə Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq”
“WhatsApp” yeni rekorda hazırlaşır
Payız depressiyasından xilas olmağın yolları
Koronavirus xəstələri üçün ən təhlükəli dövr açıqlandı
Azərbaycanda toylar qadağan edildi - RƏSMİ
Ziyafət çantaları
Kəsmikli alma piroqu
Azərbaycanda karantin rejimi yenidən yumşaldıldı-RƏSMİ
Post modern kilsələr
"Google"dan sevindirəcək yenilik
Göy rəngi sevən xanımlar üçün
Türkiyə kuboku: "Beşiktaş"da getdi
"Kosmosda da müharibə aparacağıq" - ABŞ HHQ qərargah rəisi
Hər kəs bu itdən danışır-FOTO
Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib
“Instagram”da yeni funksiyalar
Geyim kombinasiyaları
"Ermənistanın ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"
Rahatlıq verməyən vərdişlər: çarə nədir?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir
Zəhərli qidalar
Dünyanın ən böyük aysberqi 1800 kvadrat kilometr əriyib
- ŞƏRHLƏR