Bakıda hava
USD AZN
EUR AZN
12:42Sima heftesonu geldi oleyyy 10:06Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək,Əziz Qadin.Netlilər!
41201

Tarixi şəhər - Mardin

Mardin çənub-şərq Anadolu bölgəsində dillərin, dinlərin, mədəniyyətlərin birləşdiyi poetik şəhərlərindən biridir. Ziyarət edənlərdə memarlıq, arxeoloji, tarixi və vizual dəyərləri ilə zamanın dayandığı təəssüratını bağışlayır. Minlərlə illik tarixi qalıqlarla iç-içə girmiş kimsəsiz məzarları, kənd evlərinin altındakı kilsələri, monastırları, məscidləri, qalaları, daş evləriylə yalnız Türkiyənin deyil, dünyanın ən maraqlı və təəccüblü yerlərindən biri olan Mardində insanlar demək olar ki, hər şeyə təəccüblə baxır. Dar küçələrində gəzməyə başladığınız zaman özünüzü 1500 il əvvələ getmiş kimi hiss edirsiniz. Sanki bir zaman maşınının içində keçmişə gedib gəlirsiniz. Mardin şəhəri keçmişi və müasirliyi özündə birləşdirir.

Mardin daşın və inancın şəhəri kimidir. Möhtəşəm daş işləməli evləri, hər kəsin ürəyincə gəzdiyi bazarları, dar və pilləkənli küçələri, kilsələri, mədrəsələri, damlarda göyərçin bəsləyən istiqanlı və zarafatcıl insanları, möhtəşəm yeməkləri ilə görə biləcəyiniz ən mifoloji və ən sirli şəhərlərdən biridir.

Gəzib, görəcəyiniz yerlər...

Midyat: İki məskunlaşma vahidindən ibarət olan, dinlərin və dillərin birləşmə nöqtəsi, "Gələn ağlar, gedən ağlar" şüarı ilə sanki qaynaşan Midyat cənub-şərqi Anadolu bölgəsinin ən inkişaf etmiş mahallarından biridir. Mardin kimi bir muzey şəhəri olan Midyat Mardindən təxminən 1,5 saat uzaqlıqdadır. Mardindəki evlərə bənzər daş evlərin, keçidlərin, minarə kimi yüksələn zəng qüllələri ilə Sürəni kilsələrinin olduğu Midyat orta əsrlər şəhərini xatırladır.

Mardinin bu bölgəsi əl sənətləri və turizm baxımdan olduqca əhəmiyyətlidir. Midyatda palıd, badam, antep fıstığı kimi məhsullar, qovun yetişdirilir. Dünyanın ən keyfiyyətli üzümlərinin yetişdiyi bölgədir.

Dara xarabalıqları: Mardinin cənub-şərqində 30 km uzaqlıqdadır. Bura köhnə Mesopotamiya bölgəsinin ən məşhur şəhəridir. Dara şəhəri qalıqları qayalar içində ətrafı 8-10 kilometri əhatə edən geniş bir sahəyə yayılmışdır. Buralarda mağara evlər vardır. Şəhər qalıqları içində kilsə, saray, bazar və anbarları, zindan, Tophane və su bəndi hələ də nəzərə çarpır. 

Kasımiyyə Mədrəsəsi: Mardinin cənub-qərbində olan mədrəsə ən böyük Mardin strukturlarındandır. 1469-1503-ci illərdə tikilmişdir.

Mardin Muzeyi: 1995-ci ildə açılan muzeydə Girnevaz Höyük qazıntılarında əldə edilən silindr möhür, dulusçuluq, fiqurlar, Şimali Mesopotamiya və cənub-şərq Anadolu mədəniyyətlərinin Köhnə Tunc, Aşşur, Urartu, Yunan, Fars, Helenistik, Roma, Bizans, Səlcuqlu, Artuklu və Osmanlı dövrlərinə aid keramika, möhür, şam, sikkə və şüşə  nümunələri nümayiş etdirilir.

Məscid, kilsələr və monastırlar: Əhəmiyyətli bir turizm mərkəzi olan Mardində mərkəzdə Ulu Məscid, Məryəm Ana Kilsəsi, Mor Yusuf Kilsəsi (Surp Hovsep), Deyruülzzafaran Monastırı (Mor Xananya), Deyrulumur Monastırı (Mor Gabriyel), Mor Yaqub Monastırı (Nusaybin), Midyat Məryəm Ana Monastırı və Mor Dimet Monastırı yerləşir.

Mardin qalası: 975-976-cı il tarixlərdə Hamdanilər tərəfindən inşa etdirilmişdir. Qalada, məscid, hamam, zirzəmi və bir çox anbar var.

Tarixi şəhər - Mardin

Mardində bunarı etmədən geri qayıtmayın...

Şəkil çəkin: Mardinin mistik və ovsunlayıcı gözəlliyini unutmamaq üçün mütləq fotoaparatınızı yanınızda saxlayın. Hər küçə gözəlliklərlə doludur. Gecəsi ayrı, gündüzü bir ayrı gözəldir. Bu bənzərsiz şəhərdə şəkil çəkərkən, eyni zamanda tarixə də səfər edəcəksiniz.

Şəhərdə gəzinti: Mardin arxitektura, arxeoloji, tarixi və vizual dəyərləri ilə zamanın dayandığı təəssüratını verir. Şəhərin küçələrində gəzərkən hər dildən və dindən olan insanlarla qarşılaşıb, söhbət etmək imkanınız olacaq. Mardində yaşayan hər kəs çox istiqanlı və qonaqpərvərdir. Şəhərdəki sıxlıqdan sonra Mardinin sakit küçələri və səmimi insanları dostluğa, yoldaşlığa olan inamınızı təzələyəcək. Mardin ovsunlayan atmosferiylə sizləri gözləyir...

Mardinə gəlmişkən burada hazırlanan təamların dadına baxmadan geri dönməyin...

Ən zəngin, ən müxtəlif mətbəxlərdən biridir Mardin mətbəxi. Tarix boyunca bir çox mədəniyyətə ev sahibliyi etmişdir. Yeddi mədəniyyətin, dillərin və dinlərin birlikdə qardaş kimi yaşadığı Mardinin zəngin mətbəxi də bu mədəniyyətlərdən təsirlənmişdir. Mardin mətbəxi bölgədə yetişən ədviyyatların müxtəlifliyi, yeməkləri hazırlayarkən göstərilən diqqətiylə seçilir. Dadına doyum olmayan yeməklərində heyvan mənşəli yağ və ətlərdən istifadə edilir. Tərəvəzin bəslənmədəki yeri məhduddur. Bibər, badımcan kimi tərəvəzlər qurudulur, pomidordan isə qışa tomat hazırlanır.

Ədviyyatın çox istfadə edildiyi Mardin yeməkləri bütün bölgədə çox ləziz hazırlanır. Qabırğa dolması və qarın dolması Süryanilər ilə ortaq mədəniyyətin yeməklərindən olduğu irəli sürülür. Mardin bölgəsində mövlud və bayramlarda hazırlanıb paylanan ikliçenin (çörək) Süryanilərin Pasxa çörəyi ilə eyni olduğu düşünülür.

Darçın, keşniş, zəncəfil, sumaq və pul bibəri Mardin mətbəxinə zənginlik qatan vəsaitlər kimi xarakterizə edilir.

Tarixi şəhər - Mardin


Səslərin sayı: 5
68
6081
loading...
Şərhlər
Offline
Gultekin
Çox gözəldi bir sözlə möhtəşəm.....
24 iyun 2015 00:58
Offline
Pərvanə
Çox gözəldi bir sözlə möhtəşəm.....
28 yanvar 2015 16:28
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
S.S.E.
cox xosum geldi tesekkurler
7 yanvar 2015 10:25
Offline
Zuleyxa Aliyeva
ALLAH qismət eləsin də gedib öz gözlərimizlə görək
23 dekabr 2014 20:06
Offline
HUSNA
Xebere gore oxsag olun
4 dekabr 2014 23:38
Offline
°ღ Zayka •.°ღ
Mardinde yasasam ureyim partlayardi
25 oktyabr 2014 13:20
Offline
Deniz N-va
Mardinde hele de toreye qaqn davasina inanirlar ey girl_cray Qizlari da 13 yasinda evlendirirler love
5 avqust 2014 13:27
Offline
Deniz N-va
Olmusam orda canim bir nece defe
7 may 2014 16:13
Offline
♥NiLuFeR♥
GOZEL SEHERDI love
26 dekabr 2013 10:50
Offline
Rzayeva Guler
Serialarda cekilib mardini Maraqli seherdi
12 sentyabr 2013 22:36
Offline
Afaq Qeniyeva
men burani ancaq filimlerde gormuwem vessalam winked ama cox maraqli idi cox sagol
12 may 2013 11:11
Offline
Humay
senedli filmlere,seyahet proqramlarina baxmagi xoslayiram.turk kanallarinda gosterilen Turkiyenin eyaletlerini gosteren verlisleri oturmemeye calisiram.Menim butun yaxinlarim bilir ki, elime furset dusen kimi ilk MARDINE getmek isteyirem.edviyyatlarla,torpagin altinda bisen et,torpaq qazanda-comlekde bisen yemekler,seriallardan gorduyum{SILA,ASKA SURGUN ve s.}qalaya benzeyen evler,gozel tebiet meni coxdan ozune celb edib.Movzuya gore SELENA size minetdaram
22 aprel 2013 23:00
Offline
MAYA EL
çox gözəl yerlərdi bəzi filimlərdə görmüşəm ətraflı məlumat üçün çox saq olun
17 aprel 2013 13:56
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
♥Selena♥
pıışştt qız adaş....Bura da getməyə nə diyirsən?! hmmm????

Əlbəttə canım, kim bu tarixin və gözəlliklərin canlı şahidi olmaq istəməz?!

Ele bildim ki Aliye senin xeberindir Cox tarixi seherdir.Acigi hec bir melumatim yox idi.Hec esitmemisdimde.Sayende bilmis oldum.ALLAH razi olsun!Bir qeder menim en sevdiyim,mohtesem-MERAKESi xatirlatdi

Bəyəndiyinə çox sevindim, bacım. smile
Çox sağ ol. Allah bütün bəndələrindən razı olsun. Amin! girl_ang

GUMUS,
Fidan Bağıyeva,
leman bayramova,
Şərhlərinizə görə təşəkkür edirəm)
6 aprel 2013 19:35
Offline
Aliya_Edd
pıışştt qız adaş....Bura da getməyə nə diyirsən?! hmmm???? gamer bomb
5 aprel 2013 18:54
Offline
GÜMÜŞ
Çox gözəldi bir sözlə möhtəşəm.....
2 aprel 2013 13:52
Offline
Qabriella
Ele bildim ki Aliye senin xeberindir smile Cox tarixi seherdir.Acigi hec bir melumatim yox idi.Hec esitmemisdimde.Sayende bilmis oldum.ALLAH razi olsun!Bir qeder menim en sevdiyim,mohtesem-MERAKESi xatirlatdi
2 aprel 2013 13:46
Offline
Fidan
cox xosum geldi tesekkurler good
2 aprel 2013 11:41
Offline
leman bayramova
xebere gore tsk
2 aprel 2013 10:56
Offline
♥Selena♥
Çox gözəl tarixiyerlərdir.Bu möhtəşəm xəbərə görə çox sağol canım mənim

Sən də sağ ol, gözəlim.

En cox da ilk shekil meni valeh etdi.

Mənim də çox xoşum gəldi. Bir müddət gözümü çəkə bilmədim şəkildən.

Xeber ucun sag ol, Aliye

Oxuyub, fikrinizi bildirdiyinizə görə mən təşəkkür edirəm.

Çox gözəl şəhərdir,gedib gəzməyə dəyər.Şəhərin səy-küyündən,zəhərli havasından qaçıb gedib yaşamaq çox gözəl olardı.Hər şey təbii ,evləri belə təbii .

Çox haqlısınız.

Allah qismet elesin arzusunda olan her kese.

Amin!

ikinci shekil "Ashka Sürgün"de Zilangilin evidir

Mən də şəkili ilk dəfə görəndə çox oxşatdım. Bəlkə də elə həmin evdir.

Nə yaxşıdı hər kəs öz maşınını da qapıda bağlayıb.

Amma çox gözəl maşınları var. biggrin

amin bacim amin, amma bele arzular olanda deyirem hardasan AY SUBAYLIQQQ?

Amin! Niyə elə deyirsən Madam, subaylığın da, ailənin də öz gözəlliyi və yeri var. İnşAllah hər şey ürəyimizcə olacaq.

Qocalar tarixi nağıl etməyi, uşaqlar tarixə qulaq asmağı, cavanlar isə tarixdə iştirak etməyi sevərlər.

Tarix keçmişin izləridir, hər anı bir sirdir...
1 aprel 2013 20:31
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış