Bakıda hava 17°
USD AZN
EUR AZN
15:21aysel hesenli Hər kəsə salam 09:55Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41074

"Sirli" kələm (foto resept)

Tərkibi:

1 ədəd kələm

1 kq çəkilmiş ət

2-3 ədəd soğan

Suxari

1 ədəd yumurta

"Azərduz" yodlu narın xörək duzu

İstiot

Zövqə görə ədviyyat

Bitki yağı

Alüminium folqa

Hazırlanması:

Kələmin saplaq hissəsi bıçaqla kəsilərək çıxarılır.

Qazana su əlavə edilib odun üzərinə qoyulur, üzərinə süzgəc yerləşdirilir və kələm süzgəcə qoyularaq ağzı bağlı halda buxarda bişirilir.

Soğanı həm çəkib ətə qatmaq olar, həm də xırda doğrayıb yağda qovurub sonra ətə qatmaq olar.

Çəkilmiş ətə soğan, duz, istiot əlavə edilib yaxşı qarışdırılır.

 

Hazır kələmin folqa üzərində ehtiyatla yarpaqları açılır, amma ayırmamaq şərtilə (şəkildəki kimi).

 

Hər yarpağa içlik qoyaraq  təkrar kələm formasına gətirilir və üzərinə bitki yağı gəzdirilir.

Folqa kələmə bükülür və qazana yerləşdirilir.

İstəyə görə sobada və ya qazanda bişirmək mümkündür. Sobada bişirmək üçün 180 dərəcəli sobada hazır olana qədər bişirilir.

Qazanda bişirmək üçün suda "Bizim Tarla" tomat pastası həll edilib  qazana əlavə edilir, zəif atəşdə qapağı bağlı şəkildə hazır olana qədər bişirilir. 
Hazır olduqda  folqa açılır. İstəyə görə kələmin üzərinə çalınmış yumurta çəkilir, suxarı səpib yenidən sobaya qızarana qədər qoyulur.
Sirli kələmimiz hazırdır.
İstəyə görə gül kələmi ilə də etmək mümkündür.
Nuş olsun!
                                                                               
(tərcümə edilib)
 
Səslərin sayı: 10
126
11756
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Pərvanə
Çox gözəl görnüşü var etmək olar.

fantastika
3 mart 2015 16:10
Offline
Pərvanə
Çox gözəl görnüşü var etmək olar.
16 yanvar 2015 19:39
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
Həqiqətən maraqlı reseptdi...İLk dəfə gordum belə resptlər..
1 dekabr 2014 15:17
Offline
Sevgi
Cox maraqli resepti teshekkurler give_ros
8 iyun 2014 20:13
Offline
MAYA EL
Aytac Mva ,
Xedice ,
Çox təşəkkr edirəm xanımlar
27 mart 2014 19:20
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
AFET
Coooooox maraqlidir tesekkurler.
26 mart 2014 18:54
Offline
GUNES
Maraqlidi mmmmmm,tesekkurler
29 yanvar 2014 11:15
Offline
MAYA EL
nijat_nilufer,Super günüz olsun
Sirli_dunyam,İnşallah hazırlayıb nuş edərsiz
17 yanvar 2014 17:04
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
♥NiLuFeR♥
Bir sozle superrrrrrrrrrr good
12 dekabr 2013 23:09
Offline
Sirli_dunyam
gorunuwu kimi dadida ela olar good ellerinize sagliq baci qoydum secilmiwlere
20 noyabr 2013 14:43
Offline
MAYA EL
Gunel Abdullazade,çox sağ olun
Rzayeva  Guler,niyə inanmırsan canım mən hazırlamışam dadlı alınıb
PURE LOVE,dadlıdı hazırlamağa dəyər
20 noyabr 2013 14:38
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Gunel Abdullazade
aaa nece gozel gorunuwu varrr ^_^ Halal olsun
7 sentyabr 2013 12:43
Offline
Rzayeva Guler
Maraqlidi AMA inanmiram dadi yaxsi olar
3 sentyabr 2013 02:53
Offline
pure love
maraqlıdı.dadı necədi görəsən? nyam
9 avqust 2013 12:17
Offline
MAYA EL
Sun,
ayniska gulum,
Sebine,
mehebbet sixaliyeva,
çox təşəkkür edirəm xanımlar
8 avqust 2013 21:01
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
30 iyul 2013 18:26
Offline
♥Aynişka Gülüm♥
maraqlidi yene de dolma yaxsidi
30 iyul 2013 17:57
Offline
Sebine
maraqli gorunur
30 iyul 2013 17:48
Offline
mehebbet sixaliyeva
Cox maraqlidir.Eline sagliq!
24 iyul 2013 20:43
Offline
MAYA EL
Rafaella ,
konul huseynova,
Mehriban Kesemenli,
çox saq olun xanımlar
Şokolad-Canım GülenAYım

Umumiyyetle kelem cox faydali terevezdi.Cox maraqli gorunur Maya xanim hemisheki kimi xeberiniz secilir hem faydali,hem gozel,hem qeyri adi.Cox asan hami ucun basha dushen dilde xeber hazirlamisiz elelriniz qizildi

çox saq ol canım təşəkkür edirəm
24 iyul 2013 20:41
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış