Bakıda hava 29°
USD 1.7007 AZN
EUR 2.0309 AZN
11:10Xəyalə Murad Gülçin xanım, sizi görmək xoşdur 09:27GÜLÇİN Hər vaxtınız xeyir olsun Xəyalə xanım 09:22Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər!
37686

Hər yaşa uyğun geyim təklifləri

 

Bəzən yaşımıza görə necə geyinməli olduğumuzu da düşünürük. Hər yaşın özünə görə ayrı-ayrı gözəllikləri var.Yaşınıza görə öz stilinizi tapa və tətbiq edə bilərsiniz.

Hal-hazırda moda sərhədləri aşdığı üçün kimin necə geyinməli olduğu tam təyin edilmir. Trendlərin cazibəsinə qapılıb yaş anlayışı unudulunca insanlar yaşına uyğun geyinməyə bilər. Ayna qarşısına keçib "Anam kimi geyindim, yoxsa qızımın paltarını geymiş oldum" - deyə soruşmaq lazımdır.

Hansı yaşda olursaq-olaq, stilimiz daxili dünyamızı əks etdirir. Buna görədə əvvəl yaşımıza və tərzimizə görə geyinməyi öyrənməliyik. Əslində əhəmiyyətli olan nə geydiyiniz deyil, necə görünmək istədiyinizdir. Stilinizə görə geyinib yaşınıza görə hərəkət edirsinizsə, artıq gerçək yaşınızı söyləyib insanları çaşdıra bilərsiniz...

Hər yaşa uyğun geyim təklifləri

Sərhədsiz zaman - 20 yaş

Rəngli və göz oxşayan paltarları gecə-gündüz rahatlıqla geyə bilərsiniz, çünki yaşınız buna uyğundur. Bir az dekolteylə çox qəşəng və cazibədar görünə bilərsiniz. Ancaq şişirtməyin, çünki bu yaşlarda hər kəsin etdiyi səhvlərdən biri ölçüsüz dekoltedən istifadə etməkdir. Yəni paltarınızın üst hissəsi açıqdırsa, ətəyinizin uzunluğu ölçülü olmalıdır.

Cinslər imtina edilməz geyim halına gəldiyi üçün onları maraqlı və iddialı üst geyimlə tamamlaya bilərsiniz. İstər qırçınlı, istərsə də tək çiyinli, yaxud biserli kofta geyin, yetər ki, fantaziyanızdan istifadə edin.

Qabarıq, uçuşan modellər tam sizə görədir. Əgər bədəninizə güvənirsinizsə, qısa ətəklərlə çox qəşəng və cazibədar görünüş əldə edə bilərsiniz. Unutmayın, ətəyinizin qəşəngliyini sadə üst geyimlə göstərə bilərsiniz.

Pencəklərinizi və paltolarınızı yenidən kəşf edin.Gödəkçələrinizi paltarlarınızla, çiçəkli, rəngli koftalarınızla, dəri pencəklərinizlə, dar cinslərinizi isə sevimli və qəşəng kəsimli paltolarınızla tamamlaya bilərsiniz.

Fantaziyanızdan asanlıqla istifadə edəcəyiniz yaş 20 yaşlardır. Fərdi stilinizi kiçik toxunuşlarla belə olsa əks etdirin. Limitiniz yoxdur, təxmin edilə bilməyən kombinələr sizi hər kəsdən fərqli və iddialı edər.

Modanın kəşf edildiyi yaş - 30

Paltarlarınıza yeni görünüş qazandırın. İstər qısa olsun, istər dizin üstündə, dar, yaxud bol, maraqlı və xüsusi modelləri seçməyə diqqət göstərin. Metallik rənglərin kontrastını kölgələrlə təmin edin, açıq rəngləri tündlərlə tamamlayın, əhəmiyyətli olan özünə inamlı və etibarlı görünməkdir. Bədənə tamamilə oturan paltarlar bu yaşlarda yerini daha xüsusi paltarlara verir.

Düz kəsimli qırçın detalları, işləmələr, biserlər, geometrik kəsimlər, göz oxşayan detallar və yaylıqlarla edilən kombinlər sizə gözəllik qazandırar.

Qəşəng, ciddi, həm də incə və zərif parçalara nəzər salın. Yüksək belli qələm ətəklər sizə təcrübəli görünüş təmin edəcək. Bununla yanaşı, qısa ətəklər sizə havalı və fərqli bir görkəm verməklə gözəlliyinizə gözəllik qatarcaq. Qara dar şalvarlar, qara, ağ və ya xətli pencəklər, qırçınlı köynəklər, böyük dəri çantalar vazkeçilməzləriniz olmalıdır.

Klassik görünüşə ilk addım - 40 yaş

Zərif paltarlar seçin.Yetişkin, ancaq çox da ciddi görünmək istəmirsinizsə, bədəninizi tutan, dizdə və ya dizin altında olan paltarlar idealdır. Cazibədarlığı bədəninizi tam tutan paltarlarla, kiçik dekoltelərlə və ya detallarla təmin edə bilərsiniz.

Müasir, amma sadə detallı üst geyimlər hər vaxt əlinizin altında olmalıdır. Dik yaxalı klassik köynəklər, qırçınlı motivləri koftalarınızı və köynəklərinizi tamamlamalıdır. Detallar bu yaşlarda daha sadə və daha təcrübəli olmalıdır.

Qəşəng ətəklərlə göz oxşayan ola bilərsiniz .Uzun ətəklərlə həm xoş, həm də zərif bir görünüş qazana bilərsiniz. Diz altı və bəzəkli detallarla gözəllik qazanan ətəklər sizə zərif görünüş verəcək. Ancaq bəzək və aksesuarlarda tarazlığı düzgün təyin etməlisiniz.

Zərifliyin və sadəliyin hakim olduğu yaş - 50

Paltarlarınızda klassik rəngləri seçin. Qara, qəhvəyi, göy kimi rənglər dəbdəbəlidir, ancaq sadədir, bu rənglərdən əsla imtina etməyin. Ancaq bu, darıxdırıcı olmanızı da tələb etməz, məsələn, fərqli kəsimlərdəki paltarları sınayın, büzgülü, güpürlü və yüksək belli modellər sizə çox yaraşa bilər.

Koftalarda daha rahat kəsimləri və ipək parçaları seçə bilərsiniz. Köynəklərdə qırçın detalından qollarda və yaxalarda istifadə edə bilərsiniz. Əgər üst geyiminiz qırçınlıdırsa, sadə rəng və naxışlardan istifadə etməlisiniz. Çox bəzəkli detallardan eyni zamanda istifadə etməyin.

Ətəklərdə klassik, uzun kəsimlər sizin üçün idealdır. Ancaq sadə kofta ilə kombin edərkən işləməli, güpürlü detallardan istifadə edə bilərsiniz, bu, görünüşünüzə gözəllik qatar.

Düz, klassik kəsimli pencəkləri hər şeylə geyinə bilərsiniz. Görünüşünüzə bir az lüks və ehtişam qatmaq istəyirsinizsə, kürklər, qaş işləməli pencəklər və ya jiletlər tam sizə görədir.

Zərif və qəşəng detallar görünüşünüzə ağır, amma təcrübəli bir görkəm verər. Qara, laklı aksesuarlar, brilyantlar, qəşəng ağ qaşları olan zəncirli saatlar və güpür detalları ziyafətlər üçün mükəmməl seçimdir.

Ənənəvi parçaların izində - 60 yaş

Stilinizi bilin və daxili motivlərinizə qulaq asın. Klassik kəsimli paltarları seçin. Köynək, pencək, palto və paltarlar sizin əsas geyim hissələrinizdir. Göz oxşayan üst geyimlər sizə fərqli bir görünüş verər. Koftalarınızda bir az dekoltedən istifadə etmək sizə zəriflik qatar, ancaq üst geyimləriniz bağlı və dəbdəbəli olmalıdır.

Rahat ətəkləri seçin. A şəklindəki ətəklər qadına xas və xoş bir görünüş təmin edər. Tünd rəngli ətəklərinizi üzərinizə oturan köynəklərlə kombin edin. Bu şəkildə doğru tarazlığı təmin etmiş olarsınız.

Pencəklərinizi, jiletlərinizi broşlarla tamamlayın. Aksesuarları unutmayın.

Ciddi bir görünüş - 70 yaş

Möhtəşəm bir kofta sizin parıltılı görünüşünüzə daha çox zəriflik verər. Əgər sadə rənglər seçəcəksinizsə, qırçın və güpür detallı modelləri geyməkdən çəkinməyin.

Uzun, dizdən aşağı ətəklər gündəlik həyatda və gecə çölə çıxarkən hər vaxt istifadə edəcəyiniz parçalardır. Fərqli və qəşəng kombinlərlə ətəkləri tamamlaya bilərsiniz. Tünd rənglər hər vaxt seçiminiz olmalıdır.

Pencək və paltolarda özünüzə uyğun kəsimləri və keyfiyyətli parçaları seçin. Yenə tünd, klassik rənglər sizi ən gözəl şəkildə tamamlayar. Üzərinizə oturan kəsimlərdən, böyük naxışlardan uzaq durun. Qəşəng və dəbli parçalar, ləl-cəvahiratlar sizin üçün mükəmməl seçim olacaq.

Səslərin sayı: 10
91
27021
Loading...
Şərhlər
Offline
Aysel İ.
Yaşına uyğu geyinmək ən gözəl dəbdir.
16 iyul 2017 12:11
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Bəzən insanlar yaslarına uygun geyinmirlər.
7 yanvar 2016 15:00
Offline
H.M
Deyerli meslehetlerdir, mence insan ozune yarawani geyinmelidir, tewekkurler.
30 dekabr 2014 02:16
Offline
°ღ Zayka •.°ღ
Mende ozume yarasani geyinirem
25 oktyabr 2014 17:26
Offline
Hira Elizade
Hmm cox tesekkurler
20 mart 2014 20:24
Offline
nigar
Etrafli melumat ucun tesekkurlerrr
7 yanvar 2014 21:34
Offline
AFET M_VA
KIME NE YARAWIR ONU GEYINSIN TEBIKI YAWINIDA NEZERE ALSINLAR twkler
7 yanvar 2014 21:29
Offline
♥NiLuFeR♥
BIRINI BEYENDIM,TESEKKUR
3 yanvar 2014 14:47
Offline
duygu
Seriyye Xelilova,
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑ ,
aqressiv,
Aynur Abdullayeva,
Ruhəngiz,
GunelYusifzade,
 ♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•,
Smurfeta,
Biricik,
Kamailba,
Sevgi.,
Gümüş,
PERVANE ELIYEVA .......,
Zehra Bedirxanli,
Dəniz84,
♥ TƏRİŞ♡H ♥,
Yasemen,
   AyLiN ,
Esmira,
xeyale bedelova,
garibe mamedova,
DENIZ,
KERBELAYI KEMALE XANIM.,
 ,
Asi,
Elvira,Mehdiyeva,
Fidan,
Ləman_,
INCI_ELIYEVA,
Seadet Sexavet,
garibe mamedova,
Ayka S,
memmedli nermin,
Afaq Qeniyeva,
Afaq Qeniyeva,
_Mahire_,
Vəliyeva Arzu ,
Vəliyeva Arzu ,
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰,
dombish.,
Ayka Nəcəf,
Beren Saat.,
Bahar M-zade,
aysel abbaszade,
Nəzrin ,
aylin esedova,
aylin esedova,
ILKIN,
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥,
Senem,
Aysun Ehmedova,
seva gulya,
FIRUZA,
tutu abbaszade,
SELENA,
alisa1971,
Sessiz_sinema,
MAYA EL,
AY İŞIĞI,
J e a l o u s y,
angela,
Derya,
Angel ...,
garibe mamedova,
Qurbanova Tehmine,
jasmin,
jasmin,
FidAWKA,
Memmedova Yasemen,
NAHİRƏ,
NAHİRƏ,
Sweetly,
Shehri,
Inocente De Ti,
afa.rasul,
Cinare Qurbanova,
Məryəm.,
PURE LOVE,
nermin,
fatime eliyeva,
ARZU,
Aysun Memmedova,
fikirləriniz və bəyəniləriniz üçün təşəkkür edirəm xanımlar winked
20 noyabr 2013 12:09
Offline
Aysun Memmedova
60 VE 70 YAS ELE GEYINENDE GOR INDI CAVANLAR NE GEYINIRDE mocking
8 sentyabr 2013 17:56
Offline
Arzu
19 yasim var geyimde serbest rahat geyimlere ustunluk verem
8 sentyabr 2013 17:37
Offline
fatime eliyeva
3cugeyime bayildim nahire xanim duz deyir her kes oz yawina uygun geyinmelidir
8 sentyabr 2013 17:32
Offline
nermin
en gozeli 20 yasdir give_ros
8 iyun 2013 17:52
Offline
pure love
qadınlar öz yaşına yetdik geyinsellər çoooooooooooooooooooooooooooox yaxşı olar.Çünki,bəzi qadınlar elə geyinirlərki adamın abrı tökülür.
25 may 2013 08:33
Offline
Məryəm.
20 yaşa uyğun olan paltardan 2 cini bəyəndim.
22 may 2013 18:10
Offline
Cinare Qurbanova
mence kime ne yarasir onuda geymelidi.tesekkur
22 may 2013 18:06
Offline
afa.rasul
Mence de hami yashina uyqun geyinmelidir .
21 may 2013 21:41
Offline
Inocente De Ti
ne a beyenmedim burdakilarin angry
21 may 2013 18:06
Offline
Shehri
xebere gore tesekurler
20 may 2013 23:40
Offline
Ciceyim
Ozume yarawani geyinirem. Xebere gore twk
20 may 2013 18:00
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır