Bakıda hava +15°
USD 0.7844 AZN
EUR 0.9878 AZN
17:16Asi Bizki Hüseyin aşiqiyik zillət bizdən uzaqdır.YA HÜSEYİN 17:09Asi http://www.youtube.com/watch?v=JtFYEo1GQz8 17:07Asi http://www.youtube.com/watch?v=H2HxnYJW3iU 17:07Asi http://www.youtube.com/watch?v=PbFeEHnuU58 15:29Davetsiz Misafir Salam qizlar ne olub sizejQuery16209204908703514891_1414668416453??;( 15:27Happysim )) Gelin oz Kitabimizi dusunek,savablarmizi artiraq 15:26Happysim )) Qelbler ALlahi zikr etmekle rahatliq tapar Rad suresi 15:25Happysim )) Qeybet etmek savablari aparir. 15:25Terane Allahverdiyeva Aglamaq haykirmaq istiyorum coxlu 15:25Terane Allahverdiyeva Kederliyim
29136

İnsan olduğumuzu unutmayaq...

İnsan olduğumuzu unutmayaq...

Xeyirxahlıq məfhumu olmasaydı, insanlıq da olmazdı...Həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul. Görürük ki, Allah(c.c) birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir.

İlk baxışdan insan buna təəccüblənir: nə üçün Allah hamını bərabər yaratmamışdır? Kimlərsə: -  “Nə üçün bu bölgüdə hamıya eyni pay düşmür?” – deyə düşünə bilər. Bu sualın cavabını çox vaxt belə verirlər: “Ruzi məsələsində Allah birini digərindən üstün qılmışdır”.  Bəzən insanlar səbrsiz, yaxud Allaha inamları zəif olduğundan, Allahın sifətlərini yaxşı bilmədiklərindən bu cür düşünə bilirlər. Halbuki, həmin insanlar ətraflarına diqqət etsələr, görərlər ki, Allah hamıya ruzini bol-bol verir. Kimisinə uşaqlığında, kimisinə gəncliyində, kimisinə qocalığında. Ruzi təkcə mal, mülk, yemək, içmək deyildir. Allah kimisinə çoxlu mal, mülk verir, digərinə gözəl, tərbiyəli övlad, başqa birisinə qiymətli qonşular, qohum və s. verir.

Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmaz, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi.

Doğrudan da əgər hər kəs ona verilən şeyin üstündə əssə, kimsə başqasına yardım, kömək etməsə, həyatın dadı, mənası olarmı? Əgər güclü zəifə, gözü olan kora, tox olan aca yardım etməyəcəksə, o zaman bizə insan deməyin mənası vardırmı?

Uca yaradan yardımlaşmanı əmr edərkən onun əsas cəhətini belə müəyyən etmişdir: “...bir-birinizlə yaxşılıq etmək, pislikdən uzaq durmaq üçün yardımlaşın. Günah işləməkdə və pis əməllər törətməkdə yardımlaşmayın. Allahdan qorxun.” 

İnsan olduğumuzu unutmayaq...

Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yarımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Bu insanlığı göstərən başlıca amillərdən biridir. Nə yaxşı ki, bu gün bu ənənə yetərincə və layiqincə yerinə yetirilir.

Bu gün danılmaz faktdır ki, uşaqlar evində gözü yollara dikilən neçə-neçə körpələrimiz var. Hətta normal həyat yaşamından məhrum olub, əlil kimi yaşamağa məhkum olunan uşaqlar da az deyil. Bu uşaqların həyatdan umduqları əslində maddi sevinc yox, mənəvi xoşbəxtlikdir. Gözlərində yaşanan sevincin işığı bunu anlamaq üçün kifayət edir. Bu gün onlar normal uşaqların sahib olduqları imkanlardan məhrum biridirlər. Onlar da qaynayıb qarışmaq, cəmiyyətin atılmış, kiməsə lazım olmayan bir üzvi kimi yaşamaq acısından xilas olmaq istəyirlər. Amma əlimizdə olan onların taleyini dəyişmək yox, onlara maddi və mənəvi dayaq durub, onların həyat eşqlərini sönməyə qoymamaqdır. Bəlkə də çoxları bunun fərqində belə deyillər...Lakin insan vicdanının səsinə qulaq asıb, bir saaatlıq belə özünü həmin gözüyolda uşaqların yerində görə bilsə...görə bilsə, demək onlar üçün yardım etməyi də düşünəcək. Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün. 

İnsan olduğumuzu unutmayaq...

Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı xatırlayırıq. Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Hər zaman yaxşılıq etmək üçün yaşayın, yaxşılıq edən yaxşılıq tapar...

 İnsan olduğumuzu unutmayaq...

 Gəlin bu sevinci yaşatmaq üçün yaşayaq!

Gəlin xeyirxahlıq etmək üçün gecikməyək!

Səslərin sayı: 12
74
3861
Şərhlər
Offline
Zulus Seyidova
Oxudum.menim yaxwiliq etmek ucun imkanim olmasada her zaman duwunmuwem.ve yaxud niyyetim olub ama qol qoymamiwam.Allah bizleride o yaxwi insanlardan etsin..
17 sentyabr 2013 22:29
Offline
Farida_Asadova
noolsun

o zaman utanın
16 sentyabr 2013 22:58
Offline
Сладкая Девочка
mən arada insan olduqumu unuduram noolsun crazy
16 sentyabr 2013 04:56
Offline
Aşk Meleği
ALLAH komekleri olsun//o zavall; anasiz atasiz yetimlerin aclarin kimsesizlerin .cumleden herkesin.. winked girl_ang
12 sentyabr 2013 12:42
Offline
Rzayeva Guler
Bezi insanlar insan olduqunu unutur ve insanliqdan kenar davranislar edirler ureklerinde Allah rehimi olmayanlara bu insanlar etraf muhutun Zeif insanlarina yeni elacsiz qalan keslere yardim gostermirler . Elerinde imkan ola ola komek etmirler. am
2 sentyabr 2013 16:44
Offline
vuska
allah her kese komey olsun bizde icinde amin
22 iyun 2013 20:38
Offline
Ayka Nəcəf
Maraqlidi.Mence de elimizden gelen yardimi hec kimden esirgemeyek.Axi biz insaniq.Bizi de onlari da Allah yaradib.
13 may 2013 09:43
Offline
Nəzrin
Dünən hansısa xəbər buraxılışında oxudum, hardasa çörək "TƏZƏ ÇÖRƏK-PULSUZ" satılırdı. Bu əsl xeyirxahlıqdır.

Bəli marketdə amma ehtiyacı olanlar üçün nəzərdə tutulub amma ehtiyacı olmayanlarda isifadə edir nəmm xəbər üçün təşəkkürlər
12 may 2013 18:44
Offline
Ruhiyyə Məmmədova
QƏLB MADDİYATLA DOLUNCA MƏRHƏMƏT QƏLBDƏN SİLİNİR.ALLAHU TƏALA HƏR BİR KƏSİN QƏLBİNİ İMAN NURUYLA DOLDURSUN AMİN.
10 may 2013 17:05
Offline
ttttt
bu gun ki dunya ele bir dunyadir ki bele seyler hec tesadufi deyil.allah bele insanlara hemise komek olsun.AMIN cox pis oldum recourse
10 may 2013 14:54
Offline
Fidan
COX MARAQLI XEBERDI,HEQIQETEN INSAN KOMEYE MOHTAC OLAN INSANLARA KOMEK ETMELIDIR,EN AZINDAN BU BIZIM INSANLIQ BORCUMUZDUR,XEBERE GORE COX SAGOLUN
10 may 2013 11:33
Offline
Quliyeva Mirzəhra
tesekkurler bacim,onemli xeberdir...amma hani insanliq,hani?! ehhh... recourse
9 may 2013 00:57
Offline
N.....e
Əl tutmaq Əlidən qalıb. Gözəl kəlamdır. Allah hamımızın hidayətini artırsın. Seva, təşəkkür dəyərli xəbərə görə.
8 may 2013 00:42
Offline
قنڶ Ra Gunel Mi Le Yu قنڶ
yaxsilik eleki yaxsilik goresen
7 may 2013 22:56
Offline
J e a l o u s y
Etdiyimiz yaxsiliqlari toretdiyimiz gunahlarimizdan daha cox gizletmeliyik...
7 may 2013 18:58
imza: "Əgər qadın beş vaxt namaz qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və Allaha asilik olmayan işlərdə ərinə itaət edərsə Cənnətin istənilən qapısından daxil olar"
Muhəmməd Peyğəmbər (s.a.v.)
Offline
PƏRVİN
cox saqolun oxyacam maraqli xeberdi
7 may 2013 18:26
Offline
AYSUN MEMMEDOVA
allah ozu o korpe gunahsizlari qorusun
6 may 2013 19:21
imza: İki şeyi unut; yaptığın iyiliği ve sana yapılan kötülüğü. iki şeyi unutma; ALLAH’ı ve ölümü.
Offline
Louis Vuitton
alisa1971,
Maraqlıdır, kim imiş o əliaçıq olan görəsən?

Allah ele insanlarin ureyine sevgi ve merhemet hissi versin.

Amin!
Rojda,
Dünya dönüyor, sen ne dersen de...
6 may 2013 19:02
Offline
Rojda
BATSIN BU DUNYA BITSIN BU DUNYA BOYLE SURUP GIDECEKSE INSANLAR YASARKEN OLECEKSE CEHENNEME DONECEKSE O, ZAMAN YANSIN BU DUNYA.
6 may 2013 16:32
Offline
Yasemen
Təki sənin imkanın çox olsun, amma yardım təkcə maddiyyat deyil.

Ele sizinde teki imkaniniz cox olsun..ama men basqa serhimde de yazmisam axi bezen pulun komek ede bilmediyi zamanlar olur diye...Ele imkanli insalar varki onlarin hec yadina dusmur kimese komek etmek neyinki komek onlara hec yaziqlarida gelmir Allah ele insanlarin ureyine sevgi ve merhemet hissi versin.
6 may 2013 15:58
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Kompotlardan nə zaman istifadə edirsiniz?
Hər gün
Hərdən
Bayram günlərində
Qonaq gəldikdə
Xüsusi günlərdə