Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Xoşbəxt olmaq istəyirəm

 Dünyanın ən gözəl və ən zərif məxluqu qadınlardır. O yerdə ki, qadın nəfəsi var, orada bir istilik var. Çox vaxt qadınlara zəif deyilir. Mən bununla razı deyiləm. Çünki ən ağır yük elə qadınların üstündə olur. Ailədə xoş atmosfer yaratmağı bilavasitə qadınla əlaqələndirirlər. Uşaqlar...Məişət qayğıları...Hətta hörmətli psixoloqlar kişilərin də "balaca uşaq" olduqlarını təkrar-təkrar xatırladırlarsa işimiz daha ağırdı. Deyirlər ki, əgər evdə qadın gülərsə sanki evin divarları da gülər. Bəs bu boyda qayğıların öhdəsindən gəlib eyni zamanda özümüzü yaxşı hiss etmək üçün nə edək? Axı biz də xoşbəxt olmaq istəyirik!

İnsan dünyaya gələndən komfort, istilik və xoş münasibət görmək istəyir. İlk anlar bütün bunları onun üçün valideynləri təşkil edir. Özünü dərk etməyə başlayandan sonra isə bütün bunlar onun həyatında öz təsirini göstərir: təhsildə, işdə, özünün mənəvi vəziyyətində, insanlarla ünsiyyətdə. Həmişə əhvalının yaxşı olmasını istəyərək dayanmadan xoşbəxtliyə can atır. Xoşbəxt olmağın birmənalı və dəqiq tərifi yoxdur, axı hərənin öz istəkləri, öz maraq dünyası var. Hər kəs xoşbəxtliyi bir şeydə görür. Lakin ətraflı baxdıqda xoşbəxtliyə çatmaq üçün bir neçə ümumi qaydalar tapıb məsləhətlər vermək olar.
1. Özünüz özünüzlə razılıqda yaşayın. Yəni hər şeyə görə özünüzü cəzalandırıb ümidsizliyə qapanmayın. Eyni zamanda səhvlərinizi də gözünüzdən qaçırmayın. Hər səhvdən nəticə çıxardıb onu bir də təkrarlamamağa çalışın.
Xoşbəxt olmaq istəyirəm
2. İnsanlarla yaxşı rəftar edib hamıya imkan dairəsində əl tutmağa, kömək etməyə çalışın. Lakin  heç bir zaman sizdən öz məqsədləri üçün istifadə etməyə imkan verməyin. Hərdən olur ki, ən yaxın adamlarımız belə bizim xeyirxahlığımızdan sui- istifadə edirlər.
3. Özünüzə zaman ayırın,  yalnız xarici vəziyyətinizin gözəl olması üçün deyil, eyni zamanda daxili aləminizin gözəlliyi üçün də səy göstərin. Daima biliyinizi artırıb, inkişaf etməyə çalışın. Belə etsəniz pis şeylər haqqında düşünməyə vaxt da qalmayacaq. Arxanızdan sizi sevməyən insanlardan ibarət xor dəstəsi də olsa fkir verməyin.
4. Harada olmağınızdan asılı olmayaraq işdə, evdə, harada  ki, siz vaxtınızı daha çox keçirdirsiniz, özünüzü rahat hiss edəcək şərait yaradın. Olduğunuz yerləri sizə əziz və dəyərli olan əşyalarla bəzəyin. Sizə xoş təəssürat yaradan insanlarla əlaqə saxlayın.
5. Özünüzə kiçicik də olsa hər gün sevinc bəxş edin. Sevdiyiniz geyimi geyinin, bəzənin, sizə yaxın olan insanlarla görüşün.Ən başlıcası heç kimdən, yoldaşınızdan, uşaqlarınızdan və qohumlarınızdan heç nə ummayın, hədiyyə gözləməyin. Özünüz onlara imkanınız daxilində hədiyyə verin.
Xoşbəxt olmaq istəyirəm
6. Heç kimə sizin şəxsi həyatınıza qarışıb hisslərinizə təsir etməyə icazə verməyin.
7. Qadın kimi üstünüzə düşən vəzifələrinizi yaxşı öyrənin. İşlərinizi elə qurun ki, çox yüklənməyəsiniz. Və yaxud iş görərkən sevdiyiniz musiqiləri dinləyin, hərdən rəqs etməyi də unutmayın.
8. Özünüzə kəskin qadağalar qoyun. Məsələn: mübahisə etməyə. İnanın bu sizin  əsəblərinizi qoruyacaq. Əgər mübahisə gündüz olsa evdən hara isə çıxın və yaxud oradan uzaqlaşıb bir işlə fikrinizi yayınırın. Mübahisə gecə olsa yerinizə tez girin və yatmağa çalışın. Özünüzü pis şeylər haqda düşünməməyə məcbur edin. İlk anlar bunları etmək sizə çox çətin olacaq.Sonra isə siz artıq buna vərdiş olacaqsınız və öz zəhmətinizin bəhrəsini görəcəksiniz.
9.Pis hisslərin qəlbinizə hakim olub kök atmasına imkan verməyin. Çox vaxt səbəbsiz yerə özünü bədbəxt etmənin səbəbi elə bu olur.
Xoşbəxt olmaq istəyirəm
10.Həyatı sevin, insanları sevin.Hər doğan günəşdə,açılan çiçəkdə, quşların cəhcəhində, yağan qarda... Hər şeydə  sevinmək üçün bir səbəb  tapın. Çünki sən dünyanın zinəti olan qadınsan. Ürəyi şəfqətlə, mərhəmətlə dolu qadın. Hərdən qəlbimdən bir hayqırtı keçir:
Eyy... Dünyanı idarə edən liderlər! Bəsdir hər yeri qana bələdiz! Dünyanı bir günlük mənə verin! Qan tökülən yerdə gül əkəcəm, qoymayacam bir uşağın nahaq göz yaşı axsın, silahları yandıracam məhv edəcəm, acından dərisi qabırğalarına yapışmış uşaqlara yemək verəcəm. Mən pul hərisi deyiləm, dövlətim məhəbbət, varım sevgidir. Uşaqların sevincli gülüşüdür dövlətim. Torpaqlarda dalğalanan taxıl zəmisidir varım. Necə ki, evimdə hamının rahat olması üçün çalışıram, dünyamın da rahat olmasını istəyirəm. Axı, mən qadınam...
Səslərin sayı: 13
90
8917
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Terane xanımın şərhi nə acı oldu? recourse Allah kömək olsun.
10 mart 2016 12:01
Offline
Terane Allahverdiyeva
Men atli oldum xosbextlik piyada..cata bilmedimm tutam.Heyatt meni cox yordu..hec ozumu tapa bilmedim bu,fani heyatda.her gun yasayiram bir gun olmek ucun..Allah canimida almir olem item..
9 mart 2016 21:30
Offline
......
Hamiya xowbextlik arzulayiram girl_ang
9 mart 2016 19:37
Offline
Ulker.Agamali
Xosbext olmaq ucun psixoloji gerek bunu ozune yeridesn yoxsa ne etsen bos....
22 noyabr 2014 17:18
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Aysel İ.
2. İnsanlarla yaxşı rəftar edib hamıya imkan dairəsində əl tutmağa, kömək etməyə çalışın. Lakin heç bir zaman sizdən öz məqsədləri üçün istifadə etməyə imkan verməyin. Hərdən olur ki, ən yaxın adamlarımız belə bizim xeyirxahlığımızdan sui- istifadə edirlər.

Bəzən insanlara əl tutub yardım etdikdə elə bilirlər bunu onlara borclusan və daim etməlisən. Və başlayırlar səndən istifadə etməyə. Səbrli olub dözürsən daha da pis vəziyyət yaranır.
4 noyabr 2014 03:12
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥NiLuFeR♥
Hər qadın xoşbəxt olmaq istəyir girl_ang
28 may 2014 13:37
Offline
Ellada Babayeva
2. İnsanlarla yaxşı rəftar edib hamıya imkan dairəsində əl tutmağa, kömək etməyə çalışın. Lakin heç bir zaman sizdən öz məqsədləri üçün istifadə etməyə imkan verməyin. Hərdən olur ki, ən yaxın adamlarımız belə bizim xeyirxahlığımızdan sui- istifadə edirlər.

Mən özümü xoşbəxt hiss edirəm.Həmişədə deyirəm.Mən xoşbəxtliyimi valdeyinlərimdə bacılarımda görürəm.

..Və bir də...PAXIL olmayın.Paxıllıq hissi insanlara, xüsusən qadınlara xoşbəxt olmağa imkan vermir.Bu elə bir hissdir ki, hər şeyi ilə digərlərindən üstün olan qadın belə onu yaşayır.Belələrini tez tanımaq olur.Ya bəlkə mənim təcrübəm çoxdur insan tanımaqda, bilmirəm.Hər halda bəzi əlamətlərini yazım, siz də tanıyın..Əgər birisi ilə söhbətinizdə daim, yeri gəldi-gəlmədi başqalarının eyibindən söz edirsə, başqasının uğuruna sevinə bilmirsə (üzdə sevincli görünməyə çalışsa da gözlərindən həsəd, gizli kədər yağarsa), ən yaxın rəfiqələrinin belə sözünü danışarsa, özündən üstün olanların üstünlüyünü nəinki etiraf etməz, hətta hansısa yolla onlara qara yaxmağa çalışarsa (və bunu elə ustalıqla edir ki, bu alçaqlığa görə onu qınamaq əvəzinə məsum görünüşünə aldanarlar) və s.. və s..O qədər saymaq olar ki, ağlıma indi ilk gələn bunlar oldu.Qorunun belələrindən.Onlar hər yerdə var.Realda da, virtualda da..Dost seçəndə ehtiyatlı olun.
Çünki PAXIL insanlar DAHA ÇOX DOSTUNA PİSLİK EDƏRLƏR!


Mənim bəxtim gətirib,ya da mən elə bilirəm.Ətrafımda rəfiqə adlandırdığım qizlardan mənə paxıllıq edən olmayıb.Paxılliq doğurdanda yaxşı bir şey deyil.Yaxşıki mən belə şeydən uzağam.Allaha şükür.

Gulshen_q,
Sözləriniz xoşuma gəldi..
18 sentyabr 2013 17:11
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Sita
Chox teshekkur ! Sizin bu meqaleniz shexsen mene stimul verdi.Allah razi olun sizden winked
18 sentyabr 2013 14:21
Offline
Dilara Omarova
cox sagolun.. inaninki bu mene cox komeklik etdi... yes
17 sentyabr 2013 12:57
Offline
Rzayeva Guler
Sevdiyin insan yanindadirsa Onda xosbextlik seninledir
12 sentyabr 2013 13:01
Offline
Rana
чох саголун чох мараглы дейерлиди
27 iyul 2013 03:32
Offline
Ayla
ALLAH hamini xosbext etsin AMIN
15 iyun 2013 13:29
Offline
zara hacizade
mence xosbextlik her seher sevdiyin insanla oyanmaqdir.Onda boyuyen problemler,heyatin cetinlikleri gozunde cilizlasacaq.
2 may 2013 16:26
Offline
Huseynli Shehla
bax bunu cooooooooooooooooooooooox istiyirem
14 aprel 2013 01:25
Offline
MAYA EL
xoşbəxtlik qızıl tapmaqda deyil,sağlam bədəndə və ailə səadətindədi.çox saq ol Almaz xanım gözəl mövzudur
8 aprel 2013 15:03
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
ReVuŞ
Xoşbəxtlik çox vaxt yanımızda olur amma biz bunu görmürük. dash
1 aprel 2013 17:21
Offline
Asi
Xowbektlik bir qapisi baglandiqda diger qapisi acilir.Lakin biz bagli qapinin arxasinca o qeder baxiriq ki, aciq qapini gormuruk dash .
1 aprel 2013 17:17
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
J e a l o u s y
Xosbext olmaq ucun istediyin her seye catmalisan ki bu da mumkun deyil
30 mart 2013 17:50
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
Dogurdanda cox pozitiv xeberdir melumatlara gore teşekkurler her kese xoşbext heyat arzulayiram
20 mart 2013 17:20
Offline
leman sirinli
BEYENDİM MARQLİYDİ
20 mart 2013 16:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )