Bakıda hava 23°
USD 1.7023 AZN
EUR 1.9047 AZN

Novruz adət-ənənəmiz

Novruz bayramı ölkəmizin hər yerində qeyd olunur, çünki Novruz bizim milli bayramımızdır. Amma Novruz adət-ənənləri bölgədən-bölgəyə az da olsa fərqlənir. Bu xəbərimdə sizləri Culfa rayonunun Novruz adət-ənənəsi ilə tanış etmək qərarına gəldim.

Culfa rayonunda axır çərşənbə böyük təntənə ilə qeyd olunur. Axır çərşənbə hər il martın 20-21-dən əvvəlki çərşənbə günü qeyd edilir. Gün batandan sonra hər məhəllədə tonqal qalanır. Qoca, cavan, uşaq, bir sözlə evlərdə olan hər kəs tonqalın başına yığışır, hamı yanan tonqalın üzərindən hoppanır. Əgər hansısa qapıda, həyətdə tonqal qalanmazsa, bu, uğursuzluq rəmzi kimi başa düşülür.

Novruz adət-ənənəmiz

Tonqal yanıb qurtarana qədər hamı odun üzərindən tullanır və hər kəs evə gedir. Həmin gecə, yəni çərşənbə gecəsi evlərdə milli xörəklərimiz bişirilir, süfrələr bəzədilir. Hər kəs axşam yeməyini yedikdən sonra rayon mərkəzinə gəzintiyə çıxır. Rayonda axşam böyük bayram tədbiri keçirilir. Hamı bir-birini təbrik edir. Uşaqlar bir-bir qonşulara, qohumlara gedir və torba atırlar (Culfa rayonunda papaq atmaq əvəzinə torba atmaq deyirlər). Uşaqların torbalarına müxtəlif çərəzlər, şirniyyatlar, meyvələr qoyulur. Saat 23-24 arası atəşfəşanlıq olur.

Hamı rayon mərkəzinə axışır. Atəşfəşanlıqdan sonra hamı bir-birini təbrik edir və hər kəs evə qayıdır. Bayram günü isə, yəni martın 21-də rayon mədəniyyət evinin qarşısında böyük bayram tədbiri təşkil olunur. Bu dəfə isə hər bir bölgəmizdə olduğu kimi "Kosa" və "Keçəl" meydanda görünür.

Ətrafda Novruz abu-havası hiss olunur. Səmənilər bəzədilir, milli geyimli rəqqasələr milli rəqslərimizlə rəqs edir, Keçəl və Kosa oynayır və hamını şənləndirir. Rayon icra hakimiyyətinin başçısı bütün rayon camaatını təbrik edir. Tədbir 3-4 saat davam edir.

Bayram günlərində evlərdə bayram süfrələri bəzədilir. Paxlava, şəkərbura, qoğal, müxtəlif şirniyyatlar, çərəzlər, meyvələr, boyanmış yumurta, səməni, qovurğa bayram süfrəsinin rəmzləridir.

 

Novruz adət-ənənəmiz

Bayram günlərində hamı bir-birinin evinə gedir və bir-birini təbrik edir. Buna görə də, Novruz yeni gün, ruzi bərəkət, təmizlik, paklıq rəmzi sayılır.

Hər birinizin Novruz bayramını təbrik edirəm!!! 

Səslərin sayı: 7
64
12317
loading...
Şərhlər
Offline
Pərvanə
Çox gözəl adət ənənələrimiz var bizim.
16 mart 2016 17:35
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
♥Mira♥
Her kesin bayramini tebrik edirem.Nece bele bayramlara,sevdiklerinizle bir yerde.InwALLAH. girl_ang
15 mart 2016 17:21
Offline
Mələksima
Novruz bayramını çox sevirəm.
25 mart 2015 20:16
Offline
Mələksima
Novruz bayramını çox sevirəm.
25 mart 2015 20:16
Offline
Hacət-i Vuslat
Biz tonqal üstündən az atlanmışıq.
Mən Ruqiş girl_ang
25 mart 2015 20:11
Offline
gunay
Evveller daha gozel kecirilirdi bayramlar,vaxt kecdikce adetler unudulur elebil
30 yanvar 2015 08:25
Offline
Pərvanə
Ən sevdiyim bayram Novruz bayramıdı.
19 yanvar 2015 10:49
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
H.M
Novruz bayramını çox sevirəm. Adətləri də çox gözəldir.
23 dekabr 2014 15:11
Offline
Zuleyxa Aliyeva
Çox gözəldir bəyəndim
23 dekabr 2014 15:10
Offline
♥Mira♥
Novruz bayrami menim en cox sevdiyim bayramlardan birdirrr.... give_ros
16 noyabr 2014 13:09
Offline
Aylin.Aylin
MEN lenkaranda qaliram super bayram kecir ele lezzetlii oluurki
23 noyabr 2013 13:39
Offline
Rzayeva Guler
Men rayonda yasayirdim cox maraql kecirdi. Indi moskvada yasayiram Burda kecirdirem lezet elemir
12 sentyabr 2013 11:44
Offline
mira-kerim
SəRRaS,
həə sən hardaydin???
28 aprel 2013 00:51
Offline
Serras
AA bu hardaydi?men indi gordum laaaaaaaaap culfada olmaq istedim tesekkurler muellife.
16 aprel 2013 22:26
Offline
mira-kerim
Ayka Nəcəf,
bəli məncədə rayon yerində dha maragli olur..
21 mart 2013 16:10
Offline
Ayka Nəcəf
Duzdur men de sevirem Novruz bayramini,onun adet enenelerini.Bu bayrami rayonda yasayanlar cox gozel qeyd edirler.
Biz de butun eneneleri yerine yetiririk.Burda daha cox qonaq getmek,boyukleri ziyaret etmek esasdir.
21 mart 2013 14:40
Offline
Nigar
səhv düşdü smileler..ləmanimmm

he bax bele menim gozelim
girl_smi
20 mart 2013 18:45
imza: Allahın cümləmizə yar olsun amin
Offline
mira-kerim
Ləman_  ,
səhv düşdü smileler..ləmanimmm
20 mart 2013 18:44
Offline
Nigar
yaxşıı aglamiram

buna aglamamaq deyilirse bes aglamaq nedir kiss give_ros air_kiss
20 mart 2013 18:42
imza: Allahın cümləmizə yar olsun amin
Offline
mira-kerim
Ləman_  ,
cray cray yaxşıı aglamiram
20 mart 2013 18:40
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Ruhunuzun yaşı:
Ruhum cavandır!
Olduğum kimidir
Ruhum qocalıb!
Ruhum yoxdur
Çətin sualdır!