Bakıda hava
USD AZN
EUR AZN

Paint tutorial

Bu gün sizə “Paint” proqramını öyrətməyə çalışacam. Ilk öncə  "start>accessories>paint" və ya "start>search>paint" seçin.

Qarşımızda bu səhifə açılacaq . .  .

Paint tutorial

Və ilk əvvəl “Home” menyusundan başlayaq:

Paint tutorial

 

“Home” menyusunda ilk əvvəl “Paste” funksiyasıdır ki, bu, hər hansı bir şəkli və ya yazını kopyalanmış (kopyalanacaq) hissəni yapışdırmaq vəzifəsini yerinə yetirir.

“Select” menyusu - bu əmr vasitəsilə biz şəkildən istədiyimiz hissəni kəsib götürə bilərik.

Keçək “Tools” menyusuna.

 

İlk əvvəl karandaş işarəsi haqda azca məlumat verim: bu işarədən rəsmin çəkilməsinə kömək aləti üçün istifadə olunur.

“Pozan” işarəsi - çəkdiyimiz rəsmdə bəyənmədiyimiz hissələri pozmaq üçün alətdir.

“Vedrə” işarəsi - bütün bir səhifənin rəngini dəyişməyə kömək edir, amma burada bir nüansı yaddan çıxarmayaq: əgər şəkil belədirsə, və biz bu əmrdən istifadə etsək, o zaman bu, rəsmin bütün hissələrinə tətbiq olunmayacaq. Səbəbi isə budur ki, rəsmdə gərək kəşişmələr olmasın.

Paint tutorial

Bu rəsmdə fikir versək, bəzi kəşişmələr (burada kəşişmələri yaradan fiqurların tərəfləridir) yaranmışdır və sarı rəng yalnız dairə və altıbucaqlı fiqur arasında qalmışdır.

“Pipetka” (damcısalan) - şəkildə olan hər hansı rəngi götürməyimizə kömək edir.

“A” hərfi – yazacağımız yazının yerini seçirik, şrift və böyüklüyün yazılma tipini seçirikT(“text” bölməsindən). 

“Lupa (böyüdücü) – adından da bilindiyi kimi, rəsmi böyütməyə kömək edir.

“Brushes” – fırça növlərini seçməyimizə kömək edir. 

“Size” bölməsindən isə qalınlığı seçirik.

“View” bölməsinə keçək...

Paint tutorial

“Zoom in” və “Zoom out”  əmrlərindən şəklin böyüdülməsi və kiçildilməsi üçün istifadə olunur. 

“Rulers” - xətkeş rolunu oynayır, uzunluğu göstərir.

“Gridlines” - sahəni kvadratlara bölür.

“Fullscreen” - tam ekranda göstərir.

Yeni səhifə açmaq üçün isə göy hissəyə basıb “Yeni” (New) bölməsini seçirik.  

Paint tutorial

Əgər hər hansı bir şəkil üzərində dəyişikliklər etmək istəyiriksə, o zaman “Aç” (Open) əmrindən istifadə edirik.

“Save” (Qeyd et) əmrindən isə şəkli yaddaşa vermək üçün istifadə edirik. Əgər “Save as” (Başqa adla qeyd et)  əmrindən istifadə etsək, bu zaman biz şəklin yaddaşda hansı adda qalacağını və hansı formatda yaddaşda saxlanacağını da seçməliyik.

Şəkil çapdan çıxacaqsa “Print” (Çap et) əmrindən istifadə olunur.

Məndən bu qədər, əlavə sualınız olsa, buyurun...

Sonda sizlərə Paintdə hazırlanmış kiçik bir nümunəni də təqdim edirəm.  laughing

Paint tutorial



Səslərin sayı: 10
51
6678
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
TESEKKURLER çox super
14 yanvar 2014 23:11
Offline
Aysel İ.
Təşəkkür..çox bəyəndim
28 noyabr 2013 08:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
MAYA EL
çox gözəl xəbərdi davamlı olsun bizdə bilmədiklərimizi öyrənək
2 aprel 2013 11:42
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
donmafiasso
Nermin Ceferova,
BEYENMEYINE BEYENDIM EEE.mene bele xeberler hava kimi,su kimi lazimdi..ama bir wey var ki, bele oyrene bilmirem..KONFUTSI demiwken:''ewidirem,UNUDURAM,gorurem XATIRLAYIRAM<ozum edirem OYRENIREM''gorum oyrene bilecem...sonsuz tewekkurler..ela ve lazimli xeberdir..

sualınız olanda soruşun, bacardığımı öyrədim
10 mart 2013 23:16
Offline
Nermin Ceferova
BEYENMEYINE BEYENDIM EEE.mene bele xeberler hava kimi,su kimi lazimdi..ama bir wey var ki, bele oyrene bilmirem..KONFUTSI demiwken:''ewidirem,UNUDURAM,gorurem XATIRLAYIRAM<ozum edirem OYRENIREM''gorum oyrene bilecem...sonsuz tewekkurler..ela ve lazimli xeberdir..
10 mart 2013 23:03
Offline
Niko_F
Fotoshopdan asan gelir mene bu proqram ) cox sag olun,maraqli idi,coxdandi ishlemirdim paintde...sabah bir qurdalayacam gorum ne edirem...qardashim qizi o balaca cani ile bir defe paintde bir "eser" yaratmishdi ..hele de saxlayiram ))
7 mart 2013 01:14
Offline
B.Ulviyye
gec cavab yazdığım üçün üzr istirəm... çoooooxxxxxxxxxxxxxxxx sağ olun

Qadın.netin xətrinə bu dəfə üzrini qəbul edirəm, lol Toğrul bəy tongue Şərhi bəyənmək cavab verməkdidə .Xəbərini bir daha tebrik edirem,1cidi o gün olsun 100 hetta 1000 ci xəbərini təbrik edək good
6 mart 2013 23:32
Offline
Smurfeta
Ozume gore bir sheyler bilirem bu haqda amma oyrenmek hemishe yaxshidi smile cox sag olun ders ucun.
6 mart 2013 22:24
Offline
donmafiasso
Gulxare xanım,
mümkünmü ki, bu dərsi videoyla başa salasız? bu öyrənmək üçün daha asan olar.

painti?
a.angel,
lazımlı xəbərdi.seçilmiş etdim.sağ olun

bəyəndiyinizə sevindim
B.Ulviyye xanım,
İlk olaraq xoş gördük ,fb. dostum,İlk xəbər müəllifi kimi təbrik edirəm. Ugurlar
hər gun hər statusda isletdiyin proqramdi ,tesekkurler.Loqo kecmek ,rengli yazilar hamısını bununla isleyirem.


gec cavab yazdığım üçün üzr istirəm... çoooooxxxxxxxxxxxxxxxx sağ olun
5 mart 2013 23:17
Offline
Endless Love-Gulare
mümkünmü ki, bu dərsi videoyla başa salasız? bu öyrənmək üçün daha asan olar.

Gulxare asan olmaq uchun bu xeberi oxu paint proqramin da aciq saxla, komputerde oxuduqca bax ordan. hem nezeri hem praktiki ders olsun de canim
5 mart 2013 00:20
Offline
Gulxare
Toğrul Kərimli,
Endless Love-Gulare, buyrun borcumdu... Rəssamlıq qabiliyyətim yoxdu yoxsa öyrədərdim

mümkünmü ki, bu dərsi videoyla başa salasız? bu öyrənmək üçün daha asan olar.
5 mart 2013 00:13
Offline
a.angel
lazımlı xəbərdi.seçilmiş etdim.sağ olun
5 mart 2013 00:09
Offline
donmafiasso
Ceylan Mumoglu,
Bəzi istifadəçilərimiz şəkil böyütmək işini özləri öyrənmək istəyirlər və bunun üçün mənə müraciət ediblər. Mümkün olsa, belə bir dərsi sən hazırla uyğun bir sadə proqramla , çox xanıma kömək etmiş olarsan


pronlem deyil yazım ama yenə diyirəm çox şəkillərdə siz fokusu itirəcək və şəklin gözəlliyini məhv edəcəksiz çünki məəslən 500piksellik şəkli 1000, 1200 edəndə şəkil pis görünür...

Endless Love-Gulare,

shekili boyudub kiciltmeyi men radikal.ru-dan edirem orda shekili secib isdediyiniz pikseli vermek olur


ama istər istəməz fokus itir... şəkli böyüdəndə proqramdan asılı olmayaraq itir, ya da mən elə proqram bilmirəm ki, fokusu itirmədən şəkli böyütsün

* problem deyil
4 mart 2013 23:28
Offline
♥A.Ravana♥
Çox təşəkkür edirəm ,belə xəbərlər çox olsun.
4 mart 2013 23:16
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Endless Love-Gulare
Ceylan xanım, bəli olur, orda da göstərmişəm "lupa işarəsi ilə tools bölməsində olan... ama tövsiyə olunmur ki, çox böyütsünlər çünki bu zaman şəklin pixeli artdıqca fokusu itir...


men lupadan yox orda her hansi shekili acanda yuxarida izmenitvrazmer sozu var orda vurub isdediyimiz pikseli secirik amm shekil aydin olmur onda.


Bəzi istifadəçilərimiz şəkil böyütmək işini özləri öyrənmək istəyirlər və bunun üçün mənə müraciət ediblər.

shekili boyudub kiciltmeyi men radikal.ru-dan edirem orda shekili secib isdediyiniz pikseli vermek olur
4 mart 2013 23:14
Offline
Ceylan Mumoğlu
Toğrul Kərimli,
orda da göstərmişəm "lupa işarəsi ilə tools bölməsində olan... ama tövsiyə olunmur ki, çox böyütsünlər çünki bu zaman şəklin pixeli artdıqca fokusu itir...

Bəzi istifadəçilərimiz şəkil böyütmək işini özləri öyrənmək istəyirlər və bunun üçün mənə müraciət ediblər. Mümkün olsa, belə bir dərsi sən hazırla uyğun bir sadə proqramla , çox xanıma kömək etmiş olarsan girl_smi
4 mart 2013 23:05
Offline
donmafiasso
düzü Ceylan xanımdan belə gözəl sözlər eşitmək çox sevindiricidir...

Ceylan xanım, bəli olur, orda da göstərmişəm "lupa işarəsi ilə tools bölməsində olan... ama tövsiyə olunmur ki, çox böyütsünlər çünki bu zaman şəklin pixeli artdıqca fokusu itir...
4 mart 2013 23:01
Offline
mira-kerim
az cox məlumatim var idi..bu daha ətrafli oldu..))təşəkkür give_ros
4 mart 2013 22:56
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
donmafiasso

Endless Love-Gulare
xanım, buna çox sevindim. çünki rəsm qabiliyyətim uşaqlıqdan olmuyub
4 mart 2013 22:56
Offline
Ceylan Mumoğlu
Toğrul Kərimli,
mən əlimdən gələni edim kömək edirəm ki, insanlar maariflənsin və buna daha sadə olandan başlamaq məncə daha yaxşıdı... çünki əgər ilk dəfədən c və ya java izah etmək gülməli olardı. sıra ilə bacardığım köməyi etməyə çalışacam. bundan sorakı "tutorial" microsoft sistemindən olacag artıq İNŞALLAH

Bax əsl tələbə belə olar, halal olsun yetirməmə laughing
Toğrul, bəs bu proqramla xanımlarımız şəklin pikselini böyüdə bilərlər?

P.S.İlk xəbərin mübarəkdir winked
4 mart 2013 22:56
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!