Bakıda hava 18°
USD 1.7025 AZN
EUR 1.8566 AZN

Sevənlərin davranış mədəniyyəti

 Sevənlərin davranış mədəniyyəti

Məhəbbət  elə  bir hissdir  ki,  o,  yaşından,  cinsindən  asılı  olmayaraq  hər  kəsin  könül  qapısını  açır. Sizin  aranızda  da  elələri  var  ki,  bu  hiss  artıq  onun  varlığına  kövrəkcəsinə  qədəm  basmışdır. Sən  də  gec-tez  məhəbbəti  xoş  bir  duyğu  kimi  salamlayacaqsan. Budur,  artıq  nəsə  səni  narahat  edir,  gecələr  yuxun  qaçır,  baxışlarını  tavana  zilləyib  fikrə  gedirsən. Yadına  həmin  qız  (oğlan)  düşür. Axı  niyə  onunla  danışanda  səsin  titrəyir,  üzbəüz  gələndə  özünü  itirir,  görməyəndə  darıxırsan?Hərdən  oğrun-oğrun  baxışırsınız,  qəflətən  nəzərləriniz  toqquşur,  yanaqlarınız  xəfifcə  allanır..... Bəlkə  bu  məhəbbətdir?
 Əlbəttə,  sevirsən.  Amma  yadında  saxla  ki,  məhəbbətinizin  uğurlu  olması  əsasən  özünüzdən  asılıdır.  Hisslərinizin  möhkəmliyindən,  qarşılıqlı  münasibətlərinizin  xarakterindən  asılıdır.
 Yüksək  davranış  mədəniyyətinə  yiyələnmək,  ünsiyyət  prosesində  müəyyən  əxlaq  qaydalarına  əməl  etmək  sevgililərin  bir-birinə  münasibətini  daha  da  yaxşılaşdırır.  Qıza  qarşı  kobudluq  oğlan  üçün  bağışlanılmaz  səhvdir.  Oğlan  başa  düşməlidir  ki,  bu  gün  onunla  eyni  parta  arxasında  oturan  qız  sabah  ər  evində  bir  anadır!
İlk  gənclik  məhəbbətində  hiss  əsas  rol  oynayır,  gənclər  sevgilini  çox  vaxt  gözəl  olduğu  üçün  seçib  bəyənir.  Yetkin  məhəbbətdə  tərəflər  çox  vaxt  ölçüb-biçir,  götür-qoy  edir.Bu  dövrdə  onların  seçicilik  duyumu  və  tənqidi  yanaşma  qabiliyyəti,  məntiqi  təfəkkürü  formalaşır.
Sevənlərin davranış mədəniyyəti
Sevənlər  bir-birinə  qarşılıqlı  tərbiyəvi  təsir  göstərirlər. Biri  digərinə  öz  nöqsanını  düzəltməkdə,  çətinlikləri  aradan  qaldırmaqda  lazımi  məsləhət  verir. Bir  sözlə,  oğlan  və  qız  seçdiyi  şəxsin  xatirinə  özünü  təkmilləşdirir.  Buna  görə  də  deyirlər  ki,  məhəbbət  insanı  nəcibləşdirir,  xeyirxah  və  səmimi  edir.Lakin  bəzən  oğlan  və  qız  sevgilisinin  haqlı  iradlarından  nəticə  çıxartmır,  öz  qüsurlarını  aradan  qaldırmaq  istəmir.

Məhəbbətdə  mühüm  cəhətlərdən  biri  öz  hissini qorumağı  bacarmaqdır.  Oğlan  sevgilisi  ilə  küçədə,  kinoteatrda,  nəqliyyatda  və  digər  yerlərdə  müəyyən  həddi,  normanı  gözləməklə  rəftar  etməlidir.  Yersiz hərəkətlərə  yol  verilməməlidir.  Bəzən  parklarda,  dənizkənarı  bulvarda  hamının  gözü  qarşısında  qızla  oğlanın  bir-biri  ilə  qol-boyun  olduğunun  şahidi  olursan.

Əlbəttə,  bir-birinə  həqiqətən  könül  vermiş  gənclər  belə  iş  tutmaz,  pak  və  ülvi  bir  hissi  təhqir  etməzlər.  Lazım  gələn  təqdirdə  oğlan  qızın,  qız  oğlanın  şərəf  və  ləyaqətini  qorumalıdır.  Həqiqi  məhəbbət  əxlaqsızlıqla,  əks  cinsə  hörmətsiz  münasibətlə  bir  araya  sığmır.  O,  « gün  keçrmək »  zövqünə  sığınan  yalançı  məhəbbətdən  əsaslı  fərqlənir.  Həqiqi  məhəbbət  əbədi,  sönməz,  yalançı  məhəbbət  ötəri,  aldadıcı  və  mənafegüdəndir.  Belə  məhəbbətdə  tərəflərdən  biri  digərini  şüurlu  aldadır,  vədlər  verir,  şirin  sözlər  söyləyir.  Qız  yalan  vədlərə  inanır, şirin  sözlərdən  xoşlanır  və  səhv  edir.

Gənclər  münasibətin  mahiyyət  etibarilə  nə  ilə  nəticələnəcəyini  qabaqcadan  təsəvvür  etməyi  bacarmalıdır. Fiziki  yaxınlıq,  xüsusilə  qızlar  üçün  ağır  nəticələr  törədə  bilər. Qızlar  nikah  bağlanana  və  gərdək  qurulanadək  öz  ismətlərini  qorumalıdır.Ər  evinə  qızların  pak  və  alnıaçıq  getməsi,  ailə  həyatının  pozulmaz  qanunu,  gələcək  ailə  təməlinin  mohkəmliyinin  rəmzidir.  

Səslərin sayı: 13
76
9411
Şərhlər
Offline
Ellada Babayeva
Məhəbbət elə bir hissdir ki, o, yaşından, cinsindən asılı olmayaraq hər kəsin könül qapısını açır.
13 fevral 2015 18:07
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Deniz N-va
BELI QOL BOYUN OLANLARIN HAMISI SADECE EYLENIRLER BUNA SEVGI DEMEK SVENLERE HAQSIZLIQ OLAR ELBETTE EL ELE TUTMAQ PIS DEYIL ANCAQ BAS BASA OLANDA air_kiss
23 aprel 2014 21:35
Offline
♥NiLuFeR♥
Gözəl yazıdı,təşəkkürlər
23 fevral 2014 23:57
Offline
Qufran Yusubov
Men sevgi axtariram siz dediyiniz kimi medeni sevgi
2 fevral 2014 00:19
Offline
samire mirtagiyeva
ALLAH HER KESE SEVIB SEVILMEK NESIB ETSIN INWALLAH SEVGI GOZEL BIR HISSDIR
10 yanvar 2014 19:11
Offline
yagmur atasoy
Bencede sevgi guzel birseydir.yasanmak ister,ben o hisslerin hepsini suan yasiyorum.ama tabiiki onun haberi yok.olsa ne guzel olurdu.ALLAH herkese guzel.karsilikli sevgi nasib etsin.AMIN
24 dekabr 2013 19:10
Offline
Narin...
Sevgi gozeldir Allah her kese sevib sevilmek nesib elesin Insallah love xebere gore tewekkurler give_ros
25 sentyabr 2013 14:24
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
lala
Sevgisisiz qurulan aile mence maraqsiz olur gunlerin boshun gedir sanki,sonradan sevmek olmur ancaq hormet olur iki insan arasinda.
22 sentyabr 2013 22:19
Offline
Rzayeva Guler
SEVGI olmayan evlilikler ugursuz olur,
11 sentyabr 2013 11:59
Offline
♥Çalıkuşu ♥
Bulvarda qolboyun olanların 80 faizi yalançı sevgililərdi.Gün keçirənlərdi.Qadın namusunu qorumalıdı.Oğlan şəhvətini saxlaya bilməsə bu ona ləkə gətirmir, amma qadın namusuna, ailəsinə düşən o ləkəni ömrü boyu silə bilməz və bunun cəzasını hər iki dünyada çəkər.Bizdə müəllimə vardı deyirdi ki, əgər oğlan həqiqətən sevirsə qızın əlindən tutmağa belə ürəyi gəlməz.
9 sentyabr 2013 00:53
Offline
nigar
sevgi evlendikden sonra olur.ona gore awk evliliyi yox mantik evliliyi etmek lazimdir.SEVGI QARIN DOYURMUR
2 sentyabr 2013 11:30
Offline
AYGUN ZEYNALOVA
Ne sevgi var çne de sevilmeye layig insan.men shexsen bele dushunurem.1insandan ureyin qirildisa ne geder etsen de o insana qarshi ne evvelki sevgin yaranacag çne de hormetin.1gunun ichinde hersheye tupurub silib atmaq asandi ama yeniden kimise heyatinda daxil etmek bax bu hamisindan chetindir.herkese gozel bext arzu edirem)
25 avqust 2013 16:27
Offline
Nurana Omarova
Salamlar!QADIN ve KISININ arasinda hormet olmalidi!
Men ele dusunurem! girl_ten love kiss men yoldasimnan ele munasibetdeyem!!!
BUTUN ailelere arzulayiram(HORMET ve MEHEBET arzulayiram)..... kiss
27 iyul 2013 02:36
Offline
GÜLÇİN
İndiki əksəriyyət qızlarla,oğlanların başında ağıl qalmayıb,nə də mədəniyyət.Sevgi-məhəbbət nədir bilmirlər.Hansı ülvi məhəbbətdən,hansı sevgi mədəniyyətindən söhbət gedir.Bu gün sevgili olub,səhər ər-arvad münasibətində olurlar.Nə özləri utanırlar,nə də kənardakılardan utanırlar.Dəhşətdir!!!Hər kəsə şamil deyil,istisna hallarda var. girl_cray
17 iyul 2013 11:19
Offline
Gulya
Məhəbbət elə bir hissdir ki, o, yaşından, cinsindən asılı olmayaraq hər kəsin könül qapısını açır hmm duzdu seven bir birine hormet etmelidi qarwiliqli olmalidi her ikisi tewekkurler love
9 may 2013 21:18
Offline
S.S.90...Samir...
Ay qaqas seninde aqlin-fikrin puldadi ancaq...Sene gelen qiz yandi

Bele olmaq lazimdir danaa...yoxsa ele gelen gunden deyejeh ki onu isteyirem,bunu isteyirem...hardadi mende o qeder pul diablo
26 aprel 2013 01:35
Offline
Yasemen
Qetiyyen bele wey lazim deyil,kiwini xerce salmayin

Ay qaqas seninde aqlin-fikrin puldadi ancaq...Sene gelen qiz yandi blum
26 aprel 2013 01:32
Offline
S.S.90...Samir...
Gece-gece meni az guldur yoxsa yoldasim dusunecek ki yeqin deli olmusam

Qetiyyen bele wey lazim deyil,kiwini xerce salmayin dash
26 aprel 2013 01:27
Offline
Yasemen
S.S.90...S A M I R...,
Gece-gece meni az guldur yoxsa yoldasim dusunecek ki yeqin deli olmusam greeting
26 aprel 2013 01:23
Offline
S.S.90...Samir...
ne paxilliqdi Samir

Deyilene gore Haci Qara ile qohumam biggrin
26 aprel 2013 01:18
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Ruhunuzun yaşı:
Ruhum cavandır!
Olduğum kimidir
Ruhum qocalıb!
Ruhum yoxdur
Çətin sualdır!