Ata, səni çox sevirəm...
Atalara həsr olunmuş saysız şeirlər, muğamlar, mahnılar vardır. Məsələn, Könül Xasıyevanın ifasında "Ata" segahı məni həmişə uzaqlara alıb aparır. Atamla həmişə aramızda bir pərdə olub. Onun sevgisinə həmişə şübhə etmişəm. Amma o da belə ata imiş, sevgisini gizli saxlayan. Artıq bir neçə aydır ailə qurmuşam və mən atamın hansı xasiyyətdə olub-olmamasından asılı olmayaraq, onun məhəbbətini hiss edirəm. Təsəvvür edə bilməzsiniz ki, illərdir bu sevginin necə həsrətində olmuşam. Bir dəfə aramızda çox pis anlaşılmazlıq olmuşdu (bu anlaşılmazlıqlardan çox olurdu aramızda) və mən yenə həyatdan gileylənərək oturub ağlaya-ağlaya içimdəki hissləri bir vərəqə tökdüm. Bir müddət sonra bu hisslərin tamamilə gözəl bir şeir olduğunu gördüm. O şeiri bir neçə il sonra atamın ad günündə ona hədiyyə etdim. Amma yenə da atamın bu xasiyyəti davam edir, məni haqqsız yerə ağladırdı. Bir gün gəldi və atam sevgisini 4 bəndlik şeirlə mənə göstərdi və mənim onunla bağlı bütün yalnış düşüncələrimi silib apardı. Həmin şeiri bu il fevral ayının 15-də atamın doğum günü üçün çərçivələdib ona hədiyyə etdim. Atamın gözləri yaşardı. İndi atamgilə gedəndə atamın məhəbbəti gözlərindən oxunur. Mənə yanaşma tərzi dəyişib. Adətən, atalar gəlin köçmüş qızlarına " Bu vaxta qədər mənim qızım idin, indi isə gəlin getdiyin evin qızı olmağa çalış" və s. deyirlər, amma mənim atam "Bu vaxta qədər mənim qızım deyildin, indi mənim qızımsan, bala" deyir. Onun bu psixologiyasını tək mən anlayıram.
Atam haqqında fikirlərimi tamamilə dəyişən o böyük ürəklə yazılmış şeiri sizə təqdim etmək istəyirəm.
Allahın qismətidir,
Nigarım, qızım mənim.
Bəxtimə düşən payım,
Övladım, ömrüm mənim.
Şirin söz, şirin dilli,
Qara göz, qara telli.
Əsli Qubadlı elli,
Nigarım, qızım mənim.
Ananın ürəyidir,
Atanın diləyidir.
Padarın göyçəyidir,
Nigarım, qızım mənim.
Yurdunun həsrətlisi,
Kədərli qızım mənim.
Baharım, yazım mənim,
Nigarım, qızım mənim.
Allah bütün atalara cansağlığı versin, həyatda olmayanlara isə rəhmət diləyirəm!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
GƏLİNLƏR üçün DIRNAQ DİZAYNI
Çörək çəkini artırırmı?
Ceki Çan bu şəxsə 1 milyon verəcək-SƏBƏB
Şifrlənmiş ProtonMail-i sınamaq istəyirsiniz?
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Lerikdə zəlzələ oldu
Məşhur cütlüyün toyunda vacib qadağa
"Taxt oyunları"nın aktrisası hər kəsi QORXUTDU-FOTO
Məşhur aparıcı koronavirusa yoluxdu
Koronavirusla bağlı son vəziyyət açıqlandı
Diqqət: Təhlükəli toyuq əti Azərbaycan bazarında
Namaz-II Ders-32 Fərz
Leyla Əliyeva hamını Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb
Bu gün məşəli bu məşhurlar aparacaq
Məşhurlar dünən və bu gün
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Körpənizi geyindirərkən bunlara diqqət edin!
İnsanların rahatlığını təmin edən əşyalar
HAVA necə olacaq? 10 İyun
Bu virus adamı öldürür
Araik Aratunyan: “1500 erməni bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”
Yadda qalan günlər
Hamiləliyin qarşısını almaq üçün ƏN QƏDİM və DƏHŞƏTLİ ÜSULLAR
Qonaq otağı dizaynları
Burun tutulmasını aradan qaldıran üsullar
Sevgilisinə evlilik təklif edən qız rüsvay oldu – Video
Xalq artisti: "Bizim xalq pula hərisdir"
Nazirlikdən "Son zəng" açıqlaması
Yeni MacBook gəlir
Qarderoba nə əlavə etməli?
Sadə Peçenye (foto resept)
"Kakos həzzi" tortu(foto resept)
8 yaşlı uşaq qocalıqdan öldü - VİDEO
Günün ulduz falı
Qarabağın yalnız bir həlli yolu var
İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?
İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Şarapovadan gözlənilməz addım: Telefon nömrəsini paylaşdı - FOTO
Limon suyunun 10 faydası
1 günə izləyicilərinin sayı 2 milyona çatdı - FOTO
Tərsinə ev
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Putin nefti bahalaşdıracaq
Məşhur müğənni boşana bilmədi-SƏBƏB
Prezident qəbul keçirdi
BÜRCLƏR bizə nə vəd edir?-20 Yanvar
Çili yenə silkələndi
Bu günün hava proqnozu
Çoxuşaqlı ailələr bunu bilməlidir
Bal sistemi ləğv edilir: bəs sürücülər nə fikirləşir?
- ŞƏRHLƏR