Bakıda hava
USD AZN
EUR AZN
16 noyabr 20:43PERI salam necesen sureyya 16 noyabr 18:54Surayye Qizlarim qizillarim tetilde basdadi
41126

Yataq otağı rəngləri

Yataq otağı rəngləri
   Ətrafımızda olan rənglər həyatımıza təsir edir. Yataq otağı rəngləri bütün yataq otağı dekorasiyası üzərində təsirlidir. Məsələn, qara divarlar və qara yataq örtüyü dəstləri yataq otağında depressiv ab-hava yarada bilər. Və ya da qırmızı rəngin çoxluq təşkil etdiyi yataq otağı dekorasiyası gözə yorucu gələ, rahatlığa mənfi təsir edə bilər. Buna görə də istər divar, istərsə də mebel üçün rəngləri seçərkən gözləri yormayan, rahatlaşdırıcı rənglərdən istifadə etməlisiniz. Təbii ki, bu, sizin otağınız üçündür. Uşaq otaqlarında isə istədiyiniz qədər çılğın rənglərdən istifadə edə bilərsiniz. Seçəcəyiniz aksesuarlar, işıqlandırma, yataq örtükləri və pərdələrinizlə yataq otağı dekorasiyasını evin ümumi dekorasiyası ilə uzlaşdıra bilərsiniz.
Yataq otağı üçün rəng seçimi
   Yataq otağında istifadə etdiyiniz mebellər və yataq otağınığın ümumi dekorasiyası yataq otağının rəng seçimində əhəmiyyətli rol oynayır. Məsələn, taxtası çoxluq təşkil edən mebelləriniz varsa və otağın ümumi görünüşü lüks havadadırsa, divarlarınızda açıq sarı, açıq narıncı rənglərdən, yaşılın müxtəlif tonlarından istifadə edə bilərsiniz. Zeytun yaşılı, limonlu yaşıl, yumurta sarısı kimi rənglər lüks, country stilində (country - kənd stilinin ümumiləşdirilmiş adıdır. Bu stilin əsas cəhəti təbiətə yaxınlıq, kənd həyatının ruhunu təqdim etməkdir) döşənmiş yataq otaqlarında uyğunluq yarada bilər.
Yataq otağı rəngləri
   Yataq otağınızda daha müasir ab-hava yaratmaq üçün (əgər kiçik mebellər ilə dekorasiya etməyi düşünürsünüzsə) mebellərdə tünd rənglərdən, divar və tavan boyalarında ağ, açıq boz tonları, bej, açıq qəhvəyi kimi rənglərdən istifadə edə bilərsiniz.
İndi isə sizlərə yataq otağınız üçün rəng seçməkdə işinizi asanlaşdıran və hansı rənglərin duyğularımızı hərəkətə gətirdiyi haqda bəzi məlumatlarla tanış olaq.
Yataq otağı rəngi kimi - qırmızı:
   Divarlarınıza canlı görünüş qazandıran və enerji verən rəngdir. Qırmızı rəng eyni zamanda qan dövranını sürətləndirir. Bu rəngdən xüsusilə gənc və uşaq otaqlarında istifadə edə bilərsiniz.
Yataq otağı rəngləri
Yaşıl:
   Sakit bir rəng istəyirsinizsə, yaşılın tonları axtardığınız rəng ola bilər. Yaşıl rəng sakitləşdirici bir mühit yaratmaq baxımından olduqca uğurlu rəngdir. Böyüklərin yataq otaqları üçün uyğun rəngdir.
Bənövşəyi
 Beynin yaradıcı hissəsini hərəkətə gətirdiyi düşünülən bənövşəyi rəng yataq otağında zadəganlığı təmsil edir. Gənc qızların  yataq otağı rəngi üçün ideal bir seçim olan bənövşəyi tonları ayrıca hobbi otaqları üçün də uyğun bir rəngdir.
 
Sarı:
   Sarının bütün tonları diqqət çəkəcəkdir. Sarı rəngli divarlar insanda xoşbəxtlik və əyləncə hissi yaradır. Əgər yataq otağınızda divarların çox diqqətçəkici olmasını istəmirsinizsə, çox açıq sarı və pastel sarısı rənglərindən yararlana bilərsiniz.
Yataq otağı rəngləri
   Yataq otağı üçün rəng seçərkən diqqət yetirməniz lazım olan bir başqa məqam isə otağın böyüklüyüdür. Bəzi rənglər məkanı daha geniş, bəzi rənglər, əksinə, daha  kiçik göstərir. Yataq otağınız kiçikdirsə, işığın daha çox əks olunması və otağın daha geniş görünməsi üçün açıq rənglərdən istifadə etməlisiniz. Açıq yaşıl, qəhvəyi, sarı rənglərin ən açıq halları və pastel tonları kiçik yataq otağı divarları üçün istifadə edilə biləcək ən uyğun rənglərdir.
   Əgər uşaqların yataq otağının divarlarını rəngləmək istəyirsinizsə, bənövşəyi, qırmızı, parlaq narıncı, tünd yaşıl kimi əyləncəli rənglər seçə bilərsiniz. Yataq otağı rəngləri üçün alternativlər sonsuzdur. Hazır boya firmaları kataloqlarından bir rəng bəyənə bilər, ya da böyük  marketlərdə müxtəlif rəngləri qarışdıraraq öz bəyəndiyiniz və kataloqlarda olmayan bir boyanı əmələ gətirə bilərsiniz.
Yataq otağı rəngləri

Yataq otağı rəngləri
Səslərin sayı: 23
95
25613
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
Yataq otaqları üçün yaxşı rınglərdir.Bir sözlə,hamısını bəyəndim.
Mən Ruqaşqa girl_ang
1 yanvar 2015 10:53
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Pərvanə
Otaqlarda açıq rengləri çox sevirəm.
29 dekabr 2014 00:55
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
°ღ Zayka •.°ღ
Herbir otagin oz gozelliyi var birce aranjiviy rengde otagi beyenmedim
24 noyabr 2014 01:05
Offline
Xanim_Xatun
Aciq rəngləri sevirəm..otaqda aciq rəng olnda daha gənəng gorsənir
21 noyabr 2014 16:24
Offline
AFƏR
Çoxunu bəyəndim göz oxşayırlar
21 noyabr 2014 07:42
Offline
ezizli s.q
Qirmizini yataq otaginda hec sevmirem.
27 mart 2014 22:52
Offline
Ayan,Abiyeva
Hamisi bir birinden gozeldir awqim
21 mart 2014 20:25
Offline
AFET
BENOVSEYI OLANLARI BEYENDIM give_ros
20 fevral 2014 15:33
Offline
♥NiLuFeR♥
BEYENDIKLERIM OLDU
24 dekabr 2013 09:52
Offline
cuppulu balawka
cox xowuma geldi benovweyi olan lap yaxwidi love winked
25 oktyabr 2013 18:27
Offline
Togrul Amirov
menim otagimin rengi ag-qaradir:))
14 oktyabr 2013 18:26
Offline
AYAN ISGENDEROVA
2-CI BENOVSEYI VE SONUNCU COX GOZELDI BEYENDIM girl_smi
14 oktyabr 2013 15:32
Offline
masal nur
1ci benovseyiden cox xosum geldi.tsk
17 iyul 2013 16:13
Offline
pure love
ço gözəldilər
14 iyun 2013 21:50
Offline
aydan sultanova
bir dord superdi
1 iyun 2013 18:52
Offline
xalilova munavvar
10-cu çox gözeldir!!!!!!!!!!

DUZDUR 10 GOZALDIR BACIS
12 may 2013 23:56
Offline
Afaq Qeniyeva
cox xowuma geldi benovweyi olan lap yaxwidi
12 may 2013 14:31
Offline
12 may 2013 01:25
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Sonay Quluzade
Yataq otağında bənövşəyini çox bəyənirəm deyə, özümüzünkü də bənövşəyi-qəhvəyidir, burda da onu bəyəndim.
22 aprel 2013 15:40
Offline
Nura Nura
men daha cox benovseyini beyendim
22 aprel 2013 15:35
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )