Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Həyatın Mənası Haqqında

Həyatın Mənası Haqqında


Kimsə hər hansı bir bazar sabahı sevinclə yuxudan oyanır və ola bilər ki, o bu sevinci dostuna, sevdiyi bir insana ya da Allaha qarşı duyur. Kimsədə onu əhatə edən gözəlliklərə, onunla yanaşı əzizlərinin və yaxınlarının olmasına baxmayaraq daxili aləmində bir boşluq hiss edir və bu boşluqdan yaxa qurtara bilmir.
Deməli xarici dünyamız və bizi əhatə eden gözəlliklər daxili dünyamızla müqayisədə o qədər də vacib deyil. Vacib odur ki, daxilmizdə nə hiss edirik. Əgər orda hər hansı bir boşluq mövcuddursa onda bədən buna tab gətirmir və həyat boşluğuna doğru yuvarlanır. Bəs bundan necə yaxa qurtarmaq olar.
Mən bir qızla tanış olmuşdum, hansı ki, öz həyatına son qoymaq istəyirdi, lakin, bunun üçün heç bir cəhd göstərməmişdi. O, bunu belə başa salırdı kı, Allah onu dünyaya hər hansı bir təyin olunmuş məqsəd üçün göndərib və eyni zamanda ona, ölümə hər zaman meyl etmə hissiyatını bəxş eləmişdir. Elə ki, məqsədini həyata keçirdi, o artıq bu dünyadan əbədi getmək üçün hazır olacaqdır. Amma onun dediyinə görə öz məqsədini həyata keçirmək üçün o, hələ bir çox maneələri aşmalıdır. Allah mənə icazə vermir ki, öz məqsədimi həyata keçirim, çünki, o, bilir ki, bu hadisədən dərhal sonra mən həyatdan vidalaşacağam. Və allah vaxtımı uzadır, amma bilmirəm ki, nə üçün! Bu hissəyə diqqət yetirin, o, öz sualına özü cavab verir. Ziddiyətli həyat tərzinə və allaha qovuşmaq istəyinə baxmayaraq, o, bu soyuq və əzablı dünyadakı ağır həyat şəraitinə inanmağa başlamış və yaşamaq üçün bir səbəb tapmışdır. Bir sözlə, həmin qızda özünü mühafizə instinkti formalaşırdı, amma burda o, özünü, özündən mühafizə eləyirdi.
Mən dəyişilmişəm və öz-özümə yad kimi
görünürəm.
Mən özümlə vuruşan bir döyüşçüyə bənzəyirəm
Mən artıq taleyimlə mübarizədən
yorulmuşam.
F.Nisşe
Həyatın mənası nədir? Bu sual günümüz insanı üçün vacib və əhəmiyyətli suallardan biridir. Həyatda yaşamağın mənasını itirmiş insanı ruhu xəstə kimi qələmə vermək düzgün deyildir. Əksinə həyati çətinliklərdən əziyyət çəkən insanı daha insanpərvər biri kimi qələmə versək, bəlkə də yanılmarlq. Çünki, başqa bir canlını bu sual heç vaxt düşündürməmişdir. Hətta qəti surətdə demək olar ki, bu sual bizim insanlığımızı meydana çıxarır.
Belə ki, müəyyən yaş dövrlərinə təsadüf edən hadisələr, məsələn insanın yaxın qohumunu itirməsi, ağır yaşam tərzi, bir sıra uğursuzluqlar, işsizlik, ailədən və sevgidən məhrum olma və sair bu kimi faktlar insanda həyatın mənası anlayışının itməsinə gətirib çıxarır.
Həyatdakı bütün çətinlikləri aradan qaldırmaq qeyri mümkündür və biz həyatın mənasını itirmiş bütün insanlara ayrı-ayrılıqda kömək edə bilmərik. Yəni bizim, məsələn hər hansı bir işsizi və ya sevgilisi tərəfindən aldadılmış bir nəfəri axtarmamız vacib deyildir. Biz sadəcə həmin insanları inandırmalıyıq ki, həyat bütün çətinliklərə və zorakılıqlara baxmayaraq çox gözəldir, bunun üçün ümüdsüzlüyə qapılmağa dəyməz. Sadəcə olaraq insan bu vəzıyyətdən çıxmaq istəyirsə qarşısına hər hansı bir məqsəd qoymalı və onun həyata keçməsi üçün var gücü ilə çalışmalıdır. Məhz bu zaman atrıq insan həyatın mənasını anlamağa başlayacaq. Həqiqətən də, həyat çətinləşdikcə onun mənası daha da dərinləşir və həyat bir o qədər də gözəlləşir. Sonda Nisşenin düşündürən kəlamlarından birini qeyd etmək istəyirəm: Əgər insan bilsə ki, nə üçün ona yaşamaq lazımdır, onda o hər bir hadisə üçün müəyyən qərar çıxara biləcəkdir.

Səslərin sayı: 9
0
5473
loading...
Şərhlər
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!