Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1335 AZN
10:53Xəyalə Murad Surayyə xanım,nə sözünüz olsa mesaja yazın xanıma çatdırım 10:49Surayye Xeyale xanim bu etirafi yazan qizla nece danisa bilerem 10:42Surayye Men geldimmm Necesiz? 08:55Xəyalə Murad Yeni ilk və dərs həftəsində hər birinizi salamlayıram!
38065

Hamiləlikdə vitamin ehtiyacı

Hamiləlikdə vitamin ehtiyacı

Vitaminlər - üzvi birləşmələr olub, insan və heyvan qidasının zəruri hissəsini təşkil edir. Bu vitaminlər suda həll olunanlar (B qrupu vitaminlər və C vitamini) və yağda həll olunanlar (A, D, E və K vitamini) olmaqla iki qrupa bölünür.
Suda həll olan vitaminlərin çoxu istiliyə həssas olduqlarından bişirilən, ya da qaynadılan qidalarda miqdarları əhəmiyyətli dərəcədə azalır. Buna görə də, bu vitaminlərlə zəngin tərəvəzlər yaxşıca yuyulduqdan sonra mümkünsə qaynadılmadan yeyilməli, ya da az bir müddətdə qaynadıldıqdan sonra suyu süzülüb yeyilməlidir.
Bütün vitamin və mineralları balanslı olaraq qəbul etmənin ən doğru yolu balanslı və bütün qida qruplarından ibarət olan qarışıq bir qidalanma tərzinin həyata keçirilməsidir.
Sadəcə vitamin preparatları qəbul etmək insan orqanizminin bütün vitamin və mineral ehtiyacını qarşılaya bilməz. Çünki bu vaxta qədər kəşf edilmiş olan vitamin və minerallar xaricində kəşf edilməmiş və bədəndə çox az miqdarda olan, ancaq əhəmiyyətli funksiyaları olan çox sayda maddə vardır. Bunlar ancaq qida maddələri qəbul edilərkən bədənə daxil ola bilər. Balanslı qidalanma üçün bəzi qida maddələrinə laqeyd münasibət bəsləmək və bunların vitamin preparatları ilə qarşılandığına inanmaq böyük səhvdir.
Normal qidalanan bir ana namizəd artmış ehtiyacını qidalar vasitəsilə əminliklə qarşılaya bilər və vitamin möhkəmlətməsinə heç bir ehtiyac yoxdur. Hamiləlik zamanı daha çox vitamin preparatlarına ehtiyac həddindən artıq qusmalar, bəzi ağır xəstəliklər və ya qidalanmanın qeyri-kafi olduğu hallarda yaranır.

Hamiləlikdə vitamin ehtiyacı

Fol turşusu:

Fol turşusu bədəndə yeni qan hüceyrəsinin yaranmasında, amin turşusu istehsalında və hüceyrələrin yenilənməsi prosesində mühüm vəzifəni yerinə yetirən bir vitamindir. Buna görə də, hamiləlikdə fol turşusuna olan ehtiyac diqqətə çarpan şəkildə artır və gündəlik ehtiyacın iki qatına çatır. Fol turşusunun səviyyəsi kifayət qədər olduqda struktur olaraq normaldan böyük, ancaq funksiyaları aşağı olan qırmızı qan hüceyrələri meydana gəlir və qanazlığının əlamətləri özünü büruzə verir.
Hamiləliyin erkən dövrlərindəki fol turşusu çatışmamazlığı dölün sinir sisteminə mənfi təsir edir və nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və digər ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmamazlığına səbəb ola bilər. Ona görə də, Amerika Xəstələrə Nəzarət Mərkəzinin (Center for Disease Control) 1991-ci ildə nəşr etdirdiyi Bəyannamədə daha əvvəl qüsurlu körpə dünyaya gətirmiş ana namizədlərin hamiləlikdən ən azı bir ay əvvəl başlayıb, 3 ay boyunca gündə 4 mg fol turşusu qəbul etmələri təklif edilmişdir. Bu təklif bir çox həkimlər tərəfindən hələ də tətbiq olunmaqda davam edir. Tərkibində dəmir olan preparatların bir hissəsində əlavə olaraq fol turşusu da olur. 

B12:

Fol turşusuna bənzər funksiyalara malik olan bir vitamindir. Ancaq heyvan mənşəli qida maddələrində olur. Vegeterianların körpələri bu səbəblə B12 vitamini çatışmamazlığı ilə dünyaya gələ bilər. C vitaminin həddindən artıq qəbul olunması da funksional B12 vitamini çatışmamazlığına səbəb ola bilər.

C vitamini:

Qrip əlamətlərinin qarşısını almaq və ya qripə tutulmamaq üçün gündə 1 qr C vitamininin qəbulunun effekt olması sübut olunsa da, hamilələrdə zərərli ola bilər (B12 qatılıq və metabolizmasına mənfi təsir edə bilər).
Digər minerallar:

Fosfor:

Qidaların tərkibində çox rastlanan bir maddə olduğuna görə, normal qidalanma halında çox nadir hallarda fosfor çatışmamazlığına rast gəlinir.  

Hamiləlikdə vitamin ehtiyacı

Sink:

Sink bir çox qida maddələrində olduğundan normal qidalanan bir ana namizəddə sinkin əlavə olaraq qəbuluna ehtiyac yoxdur. Ancaq son araşdırmalar nəticəsində məlum olmuşdur ki, sink bədənin immun sistemində böyük əhəmiyyətə malikdir, ona görə də, tez-tez soyuqlayan insanlar başda olmaqla bir çox hallarda əlavə olaraq sink elementinin qəbulu məsləhət görülür. Bu cür əlavə sink qəbulunun ana namizədlərdəki təsirləri barədə kifayət qədər məlumat yoxdur.

Yod:

Hamiləlik zamanı böyrəklərdən yod atılması artdığından və böyüyən körpənin də yoda ehtiyacı olduğundan ana namizədlərin qidalanmalarında yodlu duz istifadə etmələri zəruridir. Hiss olunacaq dərəcədə yod əksikliyi ilə doğulan körpələrdə hamının zob kimi tanıdığı hipotireoz xəstəliyinin əlamətləri müşahidə edilə bilər.

Maqnezium:

Maqnezium da qida maddələrində çox rastlanan bir maddədir və normal şəkildə qidalanan bir ana namizədin əlavə maqnezium qəbuluna ehtiyac yoxdur.

Mis:

Mis elementinin çatışmazlığı sümüklərin sıxlığının azalması və osteoporoz xəstəliyinin inkişaf etməsi səbəblərindən biridir. Hamiləlik zamanı seruloplazmin (qan plazmasında olan mis tərkibli zülal) adlı maddənin artması ilə misin də artması baş verdiyindən, mis çatışmamazlığına nadir hallarda rast gəlinir.

Selenium:

 Bədəndəki toksik (zəhərli) radikalların kənarlaşdırılmasında böyük əhəmiyyətə malik bir maddədir. Çində və digər bəzi coğrafi bölgələrdə ağır selenium çatışmamazlığı hallarına tez-tez rast gəlinir.

Kalium:

Uzun sürən ürək bulanması və qusmalardan kalium çatışmamazlığı meydana gələ bilər. Bu vəziyyətlərdə serumla kalium qəbulu zəruridir.

Natrium:

Natrium maddələr mübadiləsində iştirak edir və toхumalarda osmotik təzyiqi müəyyən normada saхlayır, nadir hallarda natrium çatışmamazlığna rast gəlinir.

Flor:

Doğulacaq körpələrin dişlərinin çürüksüz və daha möhkəm olması baxımından diş həkimləri hamiləlikdə gündə 2.2 mg flor qəbulunu tövsiyə edirlər. Bu təklif hələ elmi bir zəmin tapmadığından az sayda həkim tərəfindən tətbiq edilir. 

Hamiləlikdə vitamin ehtiyacı



Səslərin sayı: 2
29
9034
loading...
Şərhlər
Offline
Mələksima
Allah arzusunda olanların hamısına tam sağlam, gələcəkdə də xeyirli övlad nəsib etsin
25 iyun 2015 20:44
Offline
Shokolad Tvix(Evli)
MELEYIM,
booy bajii olmaya meni deyirsen)))
24 noyabr 2014 22:30
Offline
Nazlı_-_Tektaş
tşk winked marağlıdı wink
23 may 2013 22:46
Offline
Shamilova_22
Fol turwusu cox yaxwi vitamindi
29 aprel 2013 20:18
Offline
MAYA EL
Bütün analara sağlam övlad nəsib etsin amin məlumat üçün təşəkkürlər
30 mart 2013 10:57
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Mexbube
Fol turşusunu bilirəm amma o biri vitaminləri bilmirdim onda gərək burada yazılan vitaminlərin hamisini hamilə qadınlar qəbul etsin??
4 mart 2013 17:07
Offline
♥ TƏRİŞ .H. ♥
Bu xəbər bacıma aiddi və bütün hamilələrə.hanıya qismət etdin.
4 mart 2013 16:54
Offline
Sefa Emirli
mence vitamini qebul etmek yerine coxlu meyveler terevezler yesey daha yaxsi olar
3 mart 2013 20:20
Offline
♥A.Ravana♥
Məlumat üçün təşəkkür edirəm.Allah sağlam evlad versin
3 mart 2013 19:48
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Yağmur damlası
Vitamin umumiyyetle hamiya lazimdir.bu xeber ise yalniz hamileler ucundur,yeni menlik deyil girl_ten Hamile qizlarimiz yararlanar insallah.Allah her birinize ovlad bexs etsin tez bir zamanda.
3 mart 2013 18:42
Offline
Ayka Nəcəf
her birinize tesekkur edirem.
2 mart 2013 22:21
Offline
Sumeyya Ummu Ali
cox saagol bacim.gozel melumatdir.birinci sekil cox xosuma geldi dance1 fol tursusu coox lazimlidir.gelecek usagin sinir sisteminin inkisafinda.biz yoldasimla evvelde icmisdik her ikimiz.hamile olarkende icmisdim.indi masLalh Eli balamda xeyirli tesirini musahide edirik dance
1 mart 2013 23:58
Offline
ureyim
xeber haqqinda oxusamda o qeder anlamadim.Hele bizde buna cox var.amma xeberdeki ilk sekil superdir.ela secime gore tebrikler
1 mart 2013 23:31
Offline
DENIZ
melumatlara göre çox saqolun
1 mart 2013 22:20
Offline
Sonay Quluzade
Allah arzusunda olanların hamısına tam sağlam, gələcəkdə də xeyirli övlad nəsib etsin. Normal qidalanma və düzgün həyat tərzi vitamin qəbulu da olmadan sağlam övladla nəticələnər, İnşəAllah.
1 mart 2013 21:08
Offline
Flowers
lovable_madam,amin baci aminnn senede qismet tezlikle serraradaa


cox sag ol canim, esas odur ki, biz bunu ozumuze derd etmemisik elhemdulillah.
1 mart 2013 21:04
Offline
GulenaY
Angelanin,Esmayenin,SeRRasin ve butun olmayanlarin bashina gelsin,hamini basha dushurem,amma HAMiLE olanlardan xahish edirem,yazanda o hissleri bolushende bezen ushag hesretinde olanlari da dushunub ele de derinden yazmasinlar,her kesin ureyi var,her kesin de ureyi etdendir,hech kimin gozune yash getirmeyek...Hamile olanlara ugurlar,sag salamat,hamiya da can sagligi )) biggrin

Takuw Ramazanova,
senin hekimin yoxdu?Evvela hekimle meslehetleshmelisen...Qriple zarafat etmek olmaz bele dovrde..
1 mart 2013 21:01
Offline
Takuw Ramazanova
mende hamileyem,ve cox pis qrip olmuwam,2 gundu acaq zogalli,limonlu cay icirem ama elebil dahada agirlawir veziyetim,ne etmek olar ki,sagalim??
1 mart 2013 20:09
Offline
Ayka S
MEN FOL TURSUSU ISTIFADE ETMISEM ancaq cox dermandan uzaqolmusam sukurki prablemim olmayib lovable_madam,
amin baci aminnn senede qismet tezlikle serraradaa
1 mart 2013 19:51
Offline
MİRiyeva
mən indidə bəzi vitaminlərdən qəbul edirəm, hamilə olanlarada, olmayanlarada lazımdı
təşəkkür edirik
1 mart 2013 19:51
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır