Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16 noyabr 14:25Feride Xeyirli cumeler 16 noyabr 13:25Sima cumemiz xeyirli olsun
39444

Qurudulmuş ətli sürhüllü (foto-resept)

Əziz xanımlar, sizlərə Qax mətbəxindən xəmir yeməyi təqdim edirəm: 

Tərkibi:

1 kq. un

1 kq. qurudulmuş ət

1 x.q. "Bizim Tarla" tomat pastası

3-4 ədəd alça qurusu

5-6 diş sarımsaq

2 ədəd soğan

“Azərduz” yodlu narın xörək duzu, istiot

 

Hazırlanması:

Əvvəlcə çox bərk olmayan xəmir yoğururuq. Xəmirə duz vurulmur.

 

Qurudulmuş ətli sürhüllü (foto-resept)

Xəmir 5-10 dəq mayalandıqdan sonra, şəkildə gördüyünüz kimi uzununa kəsilir.

 

Uzununa kəsilmiş xəmirləri barmaqlarımızın ucu ilə yumrulayırıq.
Sonra xırda kvadrat formada kəsirik.
Ayırdığımız xırda hissələri bir-bir şəhadət barmağımızı basmaqla çəkirik.
Çəkilmiş xəmiri əlimizlə bir qədər dartıb uzadırıq ki, qalın olmasın. Unlayıb ayrı-ayrı yığırıq ki, bir-birinə yapışmasın.
Qazanda su qaynadıb, duz əlavə edirik. Çəkdiyimiz sürhüllüləri bir-bir qaynayan suya əlavə edirik.
Sürhüllülər bişəndən sonra sudan çıxarıb qablara yığırıq.

Başqa bir qazana quru ət qoyub üzərinə xırda doğranmış soğan və 3 st. su əlavə edirik.
Hər ikisi birlikdə 15 dəqiqə qaynadıqdan sonra, üzərinə 3-4 ədəd alça qurusu
və 1 x.q "Bizim Tarla" tomat pastası əlavə edib ocaqdan götürürük.
Hazır şorbadan bolluca sürhüllülərin üzərinə gəzdiririk, üstündən ətini də qoyuruq.
Sürhüllümüz hazırdır. Süfrəyə turşu və sarımsaqla verilir.
Nuş olsun!
Səslərin sayı: 19
230
50038
loading...
Şərhlər
Offline
KEMALE MEMMEDOVA
coxsaqolun ellerinize saqliq
12 mart 2015 14:13
Offline
Ayten
Bir sözlə superrrrrrr
6 fevral 2015 21:58
Offline
Wirin Qiz
beyendim cox gzuedli
22 yanvar 2015 00:28
Offline
Rzayeva Guler
Esil qisin yemeyidi beh beh morning
18 fevral 2014 01:59
Offline
Gulya
Ayyyyyy biz tereflerin en meshur sevimli yemeyiiii.cooox dadli olur.mende tez tez bisirirem......sizede tesekkurler
6 fevral 2014 16:21
Offline
peri ezizova
Allaaaaaaaaaaaaah QAX yemeyini gorub cox sevindim.Yazan ellerin derd gormesin sag ol var ol.Duzunu desem Zaqatala QAx haqqinda yazilariniz coxdu QAXdansiz?Burdanda butun Qaxlilara SALAM olsun :yahoo: helelik dance
30 yanvar 2014 14:01
Offline
nazile akifqizi
AYSUN MEMMEDOVA,
Quru eti hazirlamaq qaydasini qaynanamdan sorusdum. bilmeyenler ucun yaziram. Onlar qoyunu payizda kesirmisler iri saqqalara bolub coxlu duzlayib ustune temiz marla ve ya desmal salirlar. sonra ise ya evin zirzemisinden ya da metbexden asirmislar. etin suyu cekilib temiz quruyur. tez tez baxmaq lazimdi. lazim olduqda yene duz elave olunur. et magazada satilan quru baliq kimi quyur. ve sonra hemin etden butun qisi istifade edirmisler. hemin etden yaxsi piti de bisirirmis.
7 sentyabr 2013 10:25
Offline
nazile akifqizi
Cox dadli yemekdi. men bu yemeyi ere gedenden sonra tanidim Yoldasimgil Samuxludu onlar da bu yemeyi tez tez bisirirler. Mene qaynanamoyredib. tez tez bisirirem. ureyim istedi sabah mutleq bisirecem. amma men quru etle hec yememisem.
6 sentyabr 2013 23:34
Offline
Milana
Elinize saqliq ela yemekdir esasende qishda lap ela qedir. good
16 avqust 2013 12:18
Offline
Aminim
Ай Сель,
Aysun Memmedova,
cox sag olun nuş olsun
totuwun mamasi,
niya ay baci qeliz gəldi
3 avqust 2013 13:27
imza: qadin.net
Offline
Aysun Memmedova
men bildiyime gore surfullu Qax yemeyidi mende hazirlayiram ancaq quru etden yox.Amma quru et evmizde olur hemise bizim Dagistanli dostlarimiz var onlar hemise eti qurudub cudu ucun hazir qoyurlar bizede verirler sagolsunlar ederem insallah. love
2 avqust 2013 18:47
Offline
totuwun mamasi
ayyyyyyyyyyy yeqiw men bawaca bilmedim
30 iyul 2013 01:01
Offline
Все будет хорошо
ellerive saqliq Yegane xanim air_kiss
30 iyul 2013 00:43
Offline
sebnem
superdi super.men bir qaxli kimi deye bileremki cooox dadlidi.qaxlilarin sah yemeklerinden biridi,en hormetli qonaqlari ucun bisirirler.dediyim kimi basqa yemekleride var,qirs,qozlu as,xingili(surhulunun balacasidi).yeyenlere nus olsun,yemeyenlerde mutleq dadsin.
30 iyul 2013 00:29
Offline
Aminim
PURE LOVE,
sag ol ay gözəlim
6 iyul 2013 17:05
imza: qadin.net
Offline
pure love
Dadlı görünür nyam bişirən əllərin yorulmasın ay Yeganə xanım
6 iyul 2013 17:02
Offline
Aminim
Seli,
bundan 1-2 dana yeyib geriyə durmaq olmur ama gozun qabda qalar Seli
6 iyul 2013 16:58
imza: qadin.net
Offline
Seli
Qesengdi, bir nov xengrle oxsayır xemiri, yazıq nenemin ustjnu kesib bisirderdik donrada here 1, 2 yarpaq yeyib el cekirdi. Ele bil onun tamını aldım, eline saglıq Yegane!
6 iyul 2013 16:53
Offline
Fidan Məmmədova
Fidan öldürecem səni belə vaziyyətə mətbəxt bölümünə baxma

neyniyim Yeqiş senin hazırladıqlarında hələ o vaxtdan gözüm qalıb,ama tənbələm hazırlaya bilməmişəm hələ,gərək bacıma deyim baxıb hazırlasın bunu
6 iyul 2013 16:48
Offline
Aminim
Fidan Məmmədova,
Fidan öldürecem səni belə vaziyyətə mətbəxt bölümünə baxma

DADINI BILMEM AMMA GORKEMI HECDE UREYE YATAN OLMADI.

o sənin fikrindi ola bilər

quru eti nece hazrlayim?

şərhlərə nəzər salsaz hazırlanma qaydası var
6 iyul 2013 16:43
imza: qadin.net
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış